Məhkəmə qərarları › İş №1(039)-130/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-130/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-130/2022 19.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə xx xxxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində 22 noyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 18-də qeydiyyatda olan, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 55-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə 12 oktyabr 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində və 13 oktyabr 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Yevlax rayonu, Cırdaxan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Gülşən” ictimai iaşə obyektinə pəncərənin şüşəsini daşla vurub sındırmaqla qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 300 manat dəyərində olan “Minsk” markalı, Belarusya istehsalı olan, 5 il ərzində istismar edilmiş ümumilikdə 900 manat dəyərində olan 3 ədəd soyuducunu, hər birinin qiyməti 200 manat dəyərində olan “Ayqaz” markalı, Türkiyə istehsalı, 5 il ərzində istismar edilmiş ümumilikdə 400 manat dəyərində 2 ədəd qaz sobasını, 1 ədəd 1000 manat dəyərində olan soyuducu motorunu, hər birinin qiyməti 50 manat dəyərində olan, 2 metr uzunluğunda, 3 il müddətində istismar edilmiş ümumilikdə 200 manat dəyərində 4 ədəd stolu və hər birinin qiyməti 20 manat dəyərində olan, oturacaq yeri 40 sm olan, 3 il ərzində istismar edilmiş ümumilikdə 400 manat dəyərində olan 20 ədəd stulu gizli talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə 2900 manat dəyərində ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 noyabr 2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Yevlax-Bərdə avtomobil yolunun sağ tərəfində Yevlax rayonunun Malbinəsi kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus istifadə edilməyən “İncəçay” kafesinə pəncərənin şüşəsini sındırmaqla qanunsuz daxil olaraq içəridən 1400 manat dəyərində 1 ədəd Çin istehsalı olan, “dingo” markalı avtoyuma aparatını gizli talamaqla Zərərçəkmiş şəxs2 1400 manat dəyərində ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən 11 noyabr 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində Yevlax-Bərdə avtomobil yolunun kənarında Malbinəsi kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Zərgər” kafesinə qapını zor tətbiq edib açmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd “Beko” markalı, Türkiyə istehsalı olan, 2 il ərzində istismar edilmiş 70 manat dəyərində kondisioneri, 1 ədəd “Beko” markalı, Türkiyə istehsalı olan, 2 il ərzində istismar edilmiş, 60 manat dəyərində soyuducunu, hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat dəyərində iki ədəd qaz borusunu, 1 ədəd 10 manat dəyərində çarpayını, hər birinin qiyməti 20 manat olan ümumilikdə 400 manat dəyərində olan 20 ədəd stulu, hər birinin qiyməti 10 manat olan ümumilikdə 50 manat dəyərində 5 ədəd stolu, 1 ədəd 200 manat dəyərində qaz sobasını, 1 ədəd 5 manat dəyərində nəlbəkini və 1 ədəd 5 manat dəyərində boşqabı gizli talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 840 manat dəyərində ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, uzun müddətdir işləmədiyi üçün pulu olmamış və pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Yevlax rayonu, Cırdaxan kəndində yerləşən “Gülşən” ictimai iaşə obyektini bir neçə vaxt izləmişdir. Oranın işləmədiyini bilmiş, buna görə də oradan oğurluq etmək istəmişdir. 12 oktyabr 2021-ci il tarixdə Yevlax şəhərində yerləşən avtovağzalda bir nəfər tanımadığı motorelliyə yaxınlaşaraq “qaynımın obyektindən “əşyalar götürməliyəm, məni ora apar, sənə 5 manat verəcəm” demiş və motorelli onunla razılaşmışdır. Həmin motorelli ilə saat təxminən 11:00 radələrində Yevlax rayonu, Cırdaxan kəndi ərazisində yerləşən “Gülşən” ictimai iaşə obyektinə getmişdir. Motorelli qıraqda gözləmiş, o, isə yerdən daş götürüb obyektin şüşəsini qıraraq içəriyə girib oradan 2 ədəd soyuducu, 1 ədəd soyuducu motoru, 2 ədəd stul və 1 ədəd stol götürüb motorelliyə qoyaraq şəhərə aparmışdır. Motorelli sahibi ondan şüşəni niyə qırdığını soruşduqda açarın yadından çıxdığını, qaynına zəng çatmadığını və ona görə şüşəni qırıb içəri daxil olduğunu bildirmişdir. Həmin 2 ədəd soyuducunu və 1 ədəd soyuducu motorunu həmin gün Yevlax şəhər bazarında tanımadığı bir nəfər şəxsə ümumilikdə 200 manata satmışdır. Qalan iki ədəd stulu və 1 ədəd stolu isə Yevlax şəhəri ərazisində əvvəllər tanıdığı Samir adlı şəxsin metallomuna vermişdir. Həmin obyektdə əşyalar olduğunu gördüyü üçün səhərsi gün yəni 13 oktyabr 2021-ci tarixdə saat təxminən 10:00 radələrində yenə həmin motorelli ilə həmin obyektə gedərək oradan bu dəfə 4 ədəd stul, iki ədəd qaz peçi və 1 ədəd soyuducu götürüb şəhərə aparmışdır. Həmin 1 ədəd soyuducunu, 4 ədəd stulu və 2 ədəd qaz peçini isə həmin gün Yevlax şəhərində tanımadığı şəxsə ümumilikdə 110 manat satmışdır. Həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Onunla birgə oraya gedən motorelli sahibi və həmçinin Samir adlı şəxs də stol və stulları qəbul edərkən onların oğurluq olduğunu bilməmişlər. Bundan başqa 08 noyabr 2021-ci il tarixdə saat təxminən 15:00 radələrində Yevlax-Bərdə avtomobil yolunun sağ tərəfində Malbinəsi kəndi ərazisində yerləşən çay evinin həyətindən 1 ədəd avtoyuma aparatını oğurlamış və həmin aparatı yoldan keçən tanımadığı motorelliyə qoyub şəhərə apararaq həmin gün şəhərdə tanımadığı bir nəfər şəxsə 150 manata satmışdır. Həmin motorelli sahibi və aparatı alan şəxsdə aparatın oğurluq olduğunu bilməmişdir. 11 noyabr 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində Yevlax-Bərdə avtomobil yolunda Malbinəsi kəndi ərazisində yerləşən “Zərgər” kafedən 1 ədəd kondisioner, 1 ədəd soyuducu, iki ədəd qaz borusu, 1 ədəd qaz sobası, 1 ədəd nəlbəki və 1 ədəd boşqab oğurlamış, həmin malları oradan keçən tanımadığı motorelliyə yükləyib şəhərə apararaq həmin gün şəhərdə köhnə bazar tərəfdə tanımadığı bir nəfər şəxsə ümumilikdə 200 manata satmışdır. Həmin motorelli sahibi və malları satdığı şəxs həmin malların oğruluq olduğunu bilməmişlər. Oğurluqların hamısını tək etmişdir. Məhkəmədə son sözündə əməlindən səmimi olaraq peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı yaxın vaxtlarda ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqəar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yevlax-Gəncə magistral yolunun sol tərəfində Cırdaxan kəndi ərazisində yerləşən “Gülşən” ictimai iaşə obyekti ona məxsusdur. Həmin obyekti 2006-cı ildən işlətmiş, son 1 ildir ki, alver olmadığı üçün obyekt bağlı olmuşdur. Arabir obyektə gedib ora baş çəkmişdir. 2021-ci ilin oktyabr ayınn 18-də saat təxminən 12:00 radələrində obyektə baş çəkməyə getmişdir. Həmin vaxt obyektin pəncərəsinin qırıq olduğunu və obyektin içərisində oğurluq olduğunu görmüşdür. Obyektən hər birinin qiyməti 300 manat dəyərində olan “Minsk” markalı, Belarusya istehsalı olan, 5 ildir ki, istismar edilən 3 ədəd soyuducu, hər birinin qiyməti 200 manat dəyərində olan “Ayqaz” markalı, Türkiyə istehsalı, 5 ildir ki, istismar edilən 2 ədəd qaz peçi, 1 ədəd 1000 manat dəyərində olan soyuducu motoru, hər birinin qiyməti 50 manat dəyərində olan, 2 metr uzunluğunda, 3 ildir ki, istismar edilən 4 ədəd stol və hər birinin qiyməti 20 manat dəyərində olan, oturacaq yeri 40 sm olan, 3 ildir ki, istismar edilən 20 ədəd stul oğurlandığını görmüşdür. Obyektdən oğurlanan mallardan 3 ədəd soyuducunu və 2 ədəd qaz peçini təxminən 5 il əvvəl almışdır. Qalan malları isə təxminən 10 il əvvəl almışdır. Obyektdən oğurluq nəticəsində ona ümumilikdə 2900 manat ziyan dəymişdir. Obyektin qırılan pəncərisinin qiyməti isə təxminən 70 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Yevlax-Bərdə avto magistralının sağ tərəfində Malbinəsi kəndi ərazisində yerləşən “İncəçay” kafesi ona məxsusdur. Həmin kafe əvvəllər atasına məxsus olmuş, təxminən 4-5 il əvvəl həmin kafeni atası şifahi qaydada ona bağışlamışdır. Həmin kafe və içərisində olan əşyalar ona məxsus olmuşdur. Kafe alver olmadığı üçün təxminən iki ildir ki, işləməmişdir. Arabir oraya gedib baş çəkmişdir. 11 noyabr 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində kafeyə baş çəkməyə getmişdir. Kafeyə çatan vaxt kafenin şüşəsinin sındırıldığını və oradan 1 ədəd Çin istehsalı, dingo markalı avtoyuma aparatının oğurlandığını görmüşdür. Həmin avtoyuma aparatı ona məxsus olmuş və onu 2009-cu ildə 1800 manata almışdır. Həmin avtoyuma aparatı işlənmiş olduğu üçün onun orta bazar qiyməti hal-hazırda 1400 manat təşkil edir. Qırılan şüşənin qiyməti isə təxminən 60 manat olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Yevlax-Bərdə avtomagistralının sol tərəfində Malbinəsi kəndi ərazisində yerləşən “Zərgər” kafe ona məxsusdur. Həmin kafeni uzun müddət işlətmişdir. Sonradan alver olmadığı və borcu çox olduğu üçün kafeni işlədə bilməmişdir. Təxminən 1 ildir ki, həmin kafe işləməmişdir. Arabir oraya gedib baş çəkmişdir. 20 noyabr 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində kafeyə baş çəkməyə getmişdir. Bu zaman kafedən 1 ədəd “Beko” markalı, Türkiyə istehsalı olan, 2 ildir ki, istismar edilən 70 manat dəyərində kondisionerin, 1 ədəd “Beko” markalı, Türkiyə istehsalı olan, 2 ildir ki, istismar edilən, 60 manat dəyərində soyuducunun, hər birinin qiyməti 20 manat olan iki ədəd qaz borusunun, 1 ədəd 10 manat dəyərində çarpayının, hər birinin qiyməti 20 manat olan 20 ədəd stulun, hər birinin qiyməti 10 manat olan 5 ədəd stolun, 1 ədəd 200 manat dəyərində qaz sobasının, 1 ədəd 5 manat dəyərində nəlbəki və 1 ədəd 5 manat dəyərində boşqabın oğurlandığını görmüş, həmin əşyaların oğurlanması ilə ümumilikdə ona 840 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan ödənilməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhərində metal qəbulu məntəqəsi işlədir. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında əvvəllər üzdən tanıdığı, adının sonradan Taleh olduğunu bildiyi şəxs metal qəbulu yerinə gəlmiş və ona iki ədəd stul və 1 ədəd stol olduğunu bildirmişdir. Talehdən iki ədəd stulu və 1 ədəd stolu haradan əldə etdiyini soruşduqda Taleh evlərindən gətirdiyini demişdir. İki ədəd stulu və 1 ədəd stolu götürmüş, sonradan Yevlax rayon polis şöbəsinin əməkdaşları həmin yerə gələrək həmin malların oğurluq olduğunu bildirmişlər. Həmin malları Talehdən qəbul edən zaman onların oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2021ci il tarixli 9/8958 saylı rəyində göstərilir ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1.Zərərçəkmiş şəxs1 məxsus mallar- 1350,00 manat; 2.X3 məxsus mallar- 483,50 manat. 3.Zərərçəkmiş şəxs2 məxsus Çin istehsalı, “Dingo” markalı, 12 ildir ki, istismar edilən avtoyuma aparatı haqqında kifayət qədər məlumat (modeli, istehsal ili, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Digər qərarın təsviri hissəsində göstərilən mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, istismar müddəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 20 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 22 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Yelax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il təvəllüdlü Səmayə və 2016-cı il təvəllüdlü Tunar adlı iki azyaşlı uşağ var. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibdidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59-cu maddəsinə əsaasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 20 noyabr 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd stul və 01 ədəd stolun qəbz əsasında Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 20 noyabr 2021-ci il tarixdən 22 noyabr 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 19 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 02 ədəd stul və 01 ədəd stolun qəbz əsasında Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar