Məhkəmə qərarları › İş №1(039)-130/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-130/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-130/2024 01.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Tərtər rayonu İsmayılbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu İsmayılbəyli kəndində qeydiyyatda olmaqla,Yevlax rayonu Kövər kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Yevlax rayonunun Kövər kəndində Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüb təhqir edərək Zərərçəkmiş şəxs sifətinin sol nahiyyəsinə yumruqla bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin dərialtı hematoması fonunda qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sol almacıq nahiyyəsinin şişkinliyi fonunda sıyrığı ilə müşaiyət olununan səhhətin qısa müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxslə həmkəndlidirlər, onunla aralarında əvvəllər düşmənçilik və ədavətləri olmamışdır. Lakin 2023-cü ilin dekabr ayında onların yaşadığı evdən oğurluq hadisəsi baş verdiyindən həyat yoldaşı X4 Babayevdən şikayət etmiş və buna görə də aralarında ədavət yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs onlara rahat yaşamağa imkan verməmiş, hər gün heyvanlarını onun evinin qarşısından aparan zaman onlara qarşı nalayiq formada hərəkətlər etmişdir. xx.xx.2024-cü il tarixdə evdə olan zaman evlərinin damına daş atıldığını eşitmiş və buna görə küçəyə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs qaçdığını görmüşdür. O, Pərvizdən nə üçün onun evinə daş atdığını soruşan zaman Zərərçəkmiş şəxs ona nalayiq formada cavab vermiş, daha sonra isə əli ilə onun azyaşlı övladına nalayiq hərəkətlər etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs üzərinə getmiş, həmin vaxt Pərviz də əlində olan ağacla onun üzərinə gəlmiş, Pərvizin onu ağacla vuracağını düşündüyündən yumruğu ilə Pərvizin sinəsindən vuraraq özündən kənarlaşdırmışdır. Həmin vaxt Pərvizin sifət nahiyyəsinə yumruqla vurmamışdır. Bundan sonra Pərviz çıxıb getmiş və sonra Pərvizin ondan şikayət etdiyini bilmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etsə də, zərərəçəkmiş şəxs onunla barışmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi özünün qusmən etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Lakin 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs evindən oğurluq hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs həyat yoldaşı Əfsun Həsənov şübhələndiyinə görə ondan polis şöbəsinə şikayət etmişdir. Əfsun Həsənov onu şərlədiyi üçün aralarında narazılıqlar yaranmış və Əfsun dayanmadan ondan şikayət etdiyindən şikayət etməməsi üçün Əfsun Həsənova hissə-hissə ümumilikdə 2500 manat pul vermişdir. Əfsun Həsənova istədiyi məbləği ödəməsinə və heç bir günahı olmamasına baxmayaraq Əfsun müxtəlif vaxtlarda onu şərləyərək polis şöbəsinə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə o sahədən heyvanlarını gətirən zaman Təqsirləndirilən şəxs yüyürərək onun üzərinə gəlmiş və onun evini nə üçün daşladığını bildirərək onun baş nahiyyəsinə yumruqla vurmuşdur. Oradan uzaqlaşmaq istəyən zaman Təqsirləndirilən şəxsn yenidən onun üzərinə gələrək ayaqqabı ilə onun baş və üz nahiyyəsinə də vurmuşdur. Bu zaman o, Azru Şanayevanı sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs sakitləşməmiş, onu nalayiq ifadələrlə təhqir etmiş, elə buna görə də DİN-in 102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs onunla barışmağa cəhd etsə də onu bağışlamamış və barışmamışdır. Hazırda da Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19-20 radələrində dayısıgildən gələn zaman hadisə baş verən yerə çatmağa 100-150 metr qalmış səs-küy gəldiyini eşitmiş, həmin istiqamətdə baxdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum çəkdiyini, Pərvizə əl atdığını və onu vurduğunu, Təqsirləndirilən şəxs əlində qara rəngli əşyanın olduğunu, Pərvizin isə Təqsirləndirilən şəxs ondan uzaq durmağını tələb etdiyini görmüşdür. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı əşya ilə vurduğunu görməmiş və Arzunun nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə heyvanlarını sahədən gətirən zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş və üz nahiyyəsinə yumruqla vurduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdığını görmüşdür. X5 vurmamış və mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 331 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol göz nahiyədə dərialtı hematoması fonunda qançır, sol gözün ağlı qişasına tünd qırmızı rəngində yayılmış qansızma, sol almacıq nahiyəsinin şişkinliyi fonunda sıyrığı küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün qismən etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konistitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından biləvasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konistitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konistitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Ayan adlı azyaşlı uşağı vardır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 36 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar