Məhkəmə qərarları › İş №1(039)-131/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-131/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-131/2022 28.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs , Cinayət qanunu ilə nəzərdə tutulmuş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş yekun protokolda qeyd olunur ki, o, 29 may 2022-ci il tarixdə saat 13:00 radələrində, Yevlax şəhəri, H.Əliyev prospekti 60 yerləşən icarəyə verdiyi mağazada Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla sonuncunun üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbə vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü istinad edilən əməldə təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Yevlax şəhəri, H.Əliyev prospekti, 60 ünvanında və digər ünvanda yerləşən, özünə məxsus mağazaları Zərərçəkmiş şəxs icarəyə vermişdir. 29 may 2022-ci il tarixdə, günorta saatlarında icarəyə verdiyi mağazaya gəlmiş və Zərərçəkmiş şəxs mağazanı boşaltmağını tələb etmişdir. Zərərçəkmiş şəxs isə buna etiraz edərək bildirmişdir ki, mağazanın təmiri üçün 8,000 manat pul xərcləmişdir və əlavə olaraq 300 manat icarə haqqını əvvəldən ödəmişdir. Əsəblərini cilovlaya bilmədiyindən Zərərçəkmiş şəxs bir neçə dəfə üz nahiyəsindən şillə ilə vurmuşdur. Mübahisə zamanı mağazada heç kim olmadığından bunu heç kim görməmişdir. Əməlindən peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ticarətlə məşğuldur və bu məqsədlə Təqsirləndirilən şəxs məxsus Yevlax şəhəri, H.Əliyev prospekti, 60 ünvanında yerləşən mağazanı icarəyə götürmüşdür. Həmin mağazada əsaslı təmir işləri aparmış, mağazanın təmirinə 8,000 manat pul xxərcləmiş və icarə haqqı olaraq 300 manat öncədən ödəniş etmişdir. 29 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs mağazaya gələrək mağazanı boşaltmağı tələb etmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun üz və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Bu hadisə mağazanın içində olduğundan bunu heç kim görməmişdir. Təqsirləndirilən şəxs ilə artıq barışmışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə-tibb ekspertizasının 30 may 2021-ci il tarixli 348 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ almacıq nahiyəsinin, sağ bazunun, hər iki bud nahiyəsinin, sağ bel nahiyəsinin qançırları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. (səh.09) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X2 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar