Məhkəmə qərarları › İş №1(039)-131/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-131/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-131/2023 15.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mingəçevir şəhər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, qəssablıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu Kürdmahruzlu kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi C 95 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, İsayev X17 rayonunun Hürüuşağı kəndində yaşayan Zərərçəkmiş şəxs iribuynuzlu heyvanlarını satmasını eşidərək sonuncu ilə görüşən zaman Zərərçəkmiş şəxs yaşlı olması və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini görərək sonuncunun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə qəsdən ələ keçirtmək qərarına gələrək həmin niyyətlə 04 aprel 2023-cü ildə saat 19 radələrində Yevlax rayonunun Hürüuşağı kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində sonuncuya məxsus ümumilikdə 23 baş olmaqla cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat dəyərində olan iribuynuzlu heyvanları aparıb sataraq pulunu 10 gün ərzində Zərərçəkmiş şəxs verəcəyi adı ilə vəd verərək aldadıb həmin heyvanları oradan götürüb aparmaqla ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, atası Şahid3 ilə birlikdə Mingəçevir şəhərində yerləşən ailələrinə məxsus ticarət obyektində qəssablıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs onun qaynatası Şəmşirin həmkəndlisidir. 2023cü ilin mart ayının təxminən 23-24-ündə atası Şahid3 qaynatası Şəmşirin ona zəng edərək yaşadıqları Hürüuşağı kəndində satışda 23 baş iribuynuzlu heyvan olduğunu demişdir. O, atası Novruzla birlikdə sözügedən kəndə gedərək Zərərçəkmiş şəxs həyətində saxlanılan həmin heyvanlara baxmış, Elsevər kişi mal-qaranın ümumi qiymətinin 24000 manat olduğunu, heyvanları aldıqları təqdirdə son qiymət olaraq 23000 manata satacağını bildirdiyindən qiymətdə razılaşa bilmədikləri üçün həmin vaxt heyvanları almamışlar. Növbəti ay aprelin 5-6-sı arası qaynatası Şəmşir ona zəng edərək Elsevər kişinin qiymətdə razılığa gələcəyini bildirdiyi üçün o, yanında köməkçi işləyən Orucla birlikdə Yevlax rayonunun Hürüuşağı kəndinə gedərək qaynatası Şəmşiri və onun oğlu Salamı götürmüş və Elsevərin evinə getmişdir. O, həmin vaxt Elsevərlə danışaraq onunla sözügedən heyvanların hamısını ümumilikdə 21700 (iyimi bir min yeddi yüz) manata almağa razılaşmış, həmin mal-qaranı satıb pulunu 10-15 günə, uzağı aprel ayının axırına kimi verəcəyini Zərərçəkmiş şəxs verəcəyini demiş, sonuncu isə cavabında Şəmşirin yeznəsi onun yeznəm, problem yoxdur, pulu bir ay olmasın iki aya verersen demişdir. O, heyvanları aldıqdan sonra Elsevərin həyətindən çıxardaraq Elsevərin arvadı Fəridənin müşayəti ilə kəndin marketinə kimi sonradan isə yol ilə qaynatası Şəmşirin qapısına aparmışdır. Aldığı heyvanların bir qismi dişi heyvan (inək), bir qismi süddən təzə ayrılmış erkək heyvan (dana) bir qismi də buzov idi. Mal-qaranı qaynatası gilin həyətinə gətirəndən 2 gün sonra, təxminən aprelin 8-də o, atası birgə 12 baş malı satmaq üçün Bərdə bazarına aparsa da, heyvanlar almaq istəyənləri yaxın buraxmayaraq təpik atdığından (5-i yanı balalı olmaqla sağmal cəmi 10 heyvan), 2 inək isə boğaz heyvan adı ilə satışa çıxarılsa da bazarda alıcılar onların boğaz olmadığını müəyyən etdiklərindən sata bilməmişdir (Elsevər həmin iki inəyi boğaz adıyla ona satmışdır). Sata bilmədiyi üçün malqaranı Hürüuşağı kəndinə qaytarıb gətirmiş, həmin ayın axırına qədər cəmi 5 baş heyvanı (4 baş erkək dana və 1 baş düyə olmaqla) kəsib öz dükanında ətin bir hissəsini nəğd pula, bir hissəsini də əvvəl olduğu kimi nisyə satmışdır. Aprel ayının axırında satılan malın pulundan əlində cəmi 3000 (üç min) manat nəğd pul olmuş, qalan məbləğ isə nisyədə olmuşdur. Aprel ayının axırında qaynatası ona zəng vuraraq Elsevərin pulunu istədiyini bildirmiş, o isə öz növbəsində qaynatasından mal sahibindən bir az da möhlət alınmasını xahiş etmişdir. Həmin gün axşam tərəfi mobil telefonuna tanımadığı nömrədən gələn zəngə cavab verərkən həmin şəxsin Hürüuşağı kəndindən mal aldığı Elsevərin oğlu Əli olduğunu bilmiş, Əli heyvanların pulunu tələb etdikdə növbəti gün onunla Mingəçevir şəhərində Kür çayının sahilində çayxanada günorta üstü görüşüb söhət etmiş, söhbət zamanı Əli Rusiyada yaşadığını, qayıtmaq üçün 7-8 min manat lazım olduğunu, həmin məbləğin indi, qalanının da iyunun 15-də ödənilməsini istəmiş, o isə cavabında 7 min manat yox, ancaq 5 min manatı 2-3 günə düzəldib qaytara biləcəyini bildirdikdə Əli razılaşaraq ayrılmışlar. Bundan sonra qalan heyvanların 4-nü satmaq üçün yenə Bərdə bazarına aparsa da yalnız ikisini sata bilmiş və söz verdiyi 5 min manatı hazırlayaraq Əliyə zəng edərək söz verdiyi məbləğin hazır olduğunu bildirmiş, lakin Əli razılığı pozaraq pulun hamısının ödənilməsini istəyərək telefonu söndürmüşdür. Məsələni qaynatasına bildirərək Əli ilə söhbət etməsini xahiş etmiş, bir qədər sonra qaynatası zəng edərək Əlinin pulun hamısının verilməsini tələb etdiyini əks halda, polisə şikayət edəcəyini söyləmişdir. Bundan sonra atası Novruz Əli və Elsevərlə görüşərək borcun verilməsi üçün möhlət istəmiş, bunun üçün ailələrinə məxsus Mingəçevir şəhərində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əlinin adına keçirilməsi, borc ödənəndən sonra isə geri qaytarılması barədə razılığa gəlsə də, Əli yenidən bu razılığıda pozmuşdur. Daha sonra qalan 14 baş heyvandan 3-nü kəsib qəssab mağazasında özü satmış, qalanının da tez bir zamanda satılaraq pulun qaytarılması üçün bir neçə dəfə Bərdə bazarına aparsa da cəmi 2-ni sata bilmişdir. May ayının 29-da axşam telefonuna zəng gəlmiş, Yevlax Rayon Polis Şöbəsindən müstəntiq Vüsal Musazadə polisə dəvət etdiyindən sabahı səhər o, atası, qaynatası və qaynı Salam bir yerdə polis şöbəsinə getmişlər. Polis şöbəsində Vüsal Musazadənin iş otağında olarkən Vüsal söyüşlərlə onlara ağzına gələni demiş və heç bir izahat verməyə qoymayaraq müvəqqəti saxlama yerinə göndərmiş, sərbəst danışmağa qoymamış, suallar vermiş, kompüterdə izahat yazaraq imzalatmış, 2 gün sonra axşam saat 21 radələrində Polisdən çıxandan sonra qalan 9 baş malı da dəyər-dəyməzinə sataraq, əlavə borc-xərc düzəldərək malın pulunu yəni 5000 manat bir, 16.700 manat da bir müstəntiqin otağında Elsevərə və Əliyə vermişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərdi ki, onun Zərərçəkmiş şəxs Əli oğlunu aldatmaq, 23 baş iribuynuzlu heyvanları alaraq pulunu ələ keçirmək niyyəti olmayıb, onların arasında sözügedən heyvanların alqı-satqısı ilə bağlı münasibətlər olmuş və onun məqsədi nisyə aldığı heyvanları satıb Zərərçəkmiş şəxs borcunu ödəmək və özü üçün əlavə qazanc əldə etmək olmuşdur. İstintaq müddətində Zərərçəkmiş şəxs olan borcunun tam şəkildə ödənilməsi nəzərə alınmamışdır. Özünü dələduzluq cinayəti törətməkdə təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, üçüncü qrup əlildir və buna görə də təqaüd alır. Bundan başqa kənd təsərrüfatı ilə məşğul olmuş, yəni iri buynuzlu heyvanlar saxlamışdır. Lakin xəstəliyi ilə əlaqədar olaraq artıq həmin iribuynuzlu heyvanlara baxmağa gücü çatmadığı üçün o, həmin heyvanları satmağa qərar vermişdir. Onun tanıdığı alverçilər olmamış, həmçinin onun həmin heyvanları “mal bazarına” çıxardaraq satmağa gücü olmamışdır. O, həmkəndlisi və uzaq qohumu olan Şahid5 ilə söhbət edən zaman Şəmşirə heyvanlarını satmaq istədiyini demişdir. Onun ümumlikdə 23 baş iribuynuzlu heyvanı olmuşdur. Onların, yəni həmin heyvanların 12 başı inək, 8 başı erkək, 3 başı dişi (düyə) heyvan olmuşdur. Həmin heyvanlardan 6 başı buzoy (südəmər) olmuşdur. Şəmşir ona kürəkəni Təqsirləndirilən şəxs və Elnurun atası Novruzun qəssab olduqlarını və kəsmək üçün iribuynuzlu heyvan aldıqlarını, həmçinin iribuynuzlu heyvan alqı-satqısı ilə məşğul olduqlarını bildirmişdir. O, Şəmşirə heyvanları satmaq istədiyini və alası olsalar Elnurgilə heyvanları sata biləcəyini demiş və bu zaman Şəmşirdə Elnura bu barədə deyəcəyini demişdir. Bundan sonra Şəmşirin oğlu Salam, qohumları Elnur və onun atası Novruzla və onların yanında olan tanımadığı bir nəfər şəxslə birlikdə gələrək onun həyətində həmin heyvanlara baxmışdırlar. Həmin şəxslər heyvanlara baxdıqdan sonra Novruz onunla heyvanların qiyməti barədə söhbət etmiş və o, heyvanları 23.000 (iyirmi üç min) manata satacağını demişdir. O, Novruzla qiymətdə razılaşa bilmədiyi üçün Novruz heyvanları almamış və onlar çıxaraq getmişlər. Bundan 3-4 gün sonra sözügedən heyvanları otarmağa apararkən heyvanları əlindən çıxaraq qonşunun torpaq sahəsinə qaçmış, sonradan qohumu Şəmşirin köməkliyi ilə həmin sahədən çıxararaq öz sahəsinə aparmış və Şəmşirdən malları satmaq üçün yeznəsi Təqsirləndirilən şəxs məlumat verməsini, real alıcı olarsa qiymətdə razılaşacağını bildirmişdir. Təxmini 05-06 aprel 2023-cü il tarixdə axşam saatlarında, saat təxminən 19 radələrində Şəmşir, Elnur və Oruc adlı şəxs onun evinə gəlmiş və Təqsirləndirilən şəxs heyvanların hamısına, yəni 23 baş heyvana görə ümumilikdə 21700 (iyimi bir min yeddi yüz) manat pul verəcəyini demişdir. Lakin həmin vaxt Elnur ona həmin pulu 10 – 15 gün ərzində, tam dəqiq 2023-cü ilin aprel ayının sonunadək qaytaracağını bildirmişdir. Bu barədə o, Təqsirləndirilən şəxslə söhbət etmiş və Elnur həmin vaxt ona söz verərək onu heyvanları satacağına və həmin heyvanları satdıqcada onun pulunu qaytaracağına əmin etmişdir. Elnurl İsayevələ onun arasında gedən söhbətdə onun arvadı Şahid1, Şəmşir və Elnurun yanında gələn tanımadığı oğlan olmuşdur. Həmin vaxt da Şəmşir də yeznəsi Elnura zamin durmuşdur. Həmin söhbətlər baş verən zaman onun arvadı Şahid1 orada olmuşdur və bütün baş verənləri görmüş və eşitmişdir. O da Təqsirləndirilən şəxs inandığı üçün heyvanlarını Elnura satmışdır. Bu zaman Təqsirləndirilən şəxs heyvanları onun qapısından küçəyə çıxartmış və kəndin içərisi ilə apararaq həmkəndlisi Şəmşirin qapısına qoymuş və heyvanlar da bir neçə gün orada qalmışdır. Elnur həmin heyvanları Şəmşirin qapısından apararaq satmışdır. Lakin Elnur həmin heyvanları satmasına baxmayaraq ona vermiş olduğu vədə əməl etməmiş və aprel ayının sonuna kimi onun pulunu verməmişdir. Bundan sonra oğlu Əli Rusiya Federasiyasından gəlmiş, pul lazım olduğunu bildirmiş, Əliyə heyvanları satdığını, lakin hələ pulunu almadığını ona bildirdikdə Əli məsələ ilə özü məşğul olacağını bildirmişdir. Sonradan oğlu Şahid2 Təqsirləndirilən şəxs 5000 manat pula ehtiyac olduğunu həmin məbləği düzəldib verməsini qalan məbləği ödəmək üçün də vaxt verəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs ona lazım olan məbləği deyil cəmi 2000 manat pul hazırladığından onunla razılaşmamış və pulun hamısını ödənilməsini tələb etmişdir. Daha sonra Elnurun atası onunla və oğlu Əli ilə öz evlərində görüşmüş, borcun hamısının verilməsi üçün möhlət istəmiş, bunun üçün ailələrinə məxsus Mingəçevir şəhərində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əlinin adına keçirilməsi, borc ödənəndən sonra isə geri qaytarılması barədə təklif etmişdir. Təqsirləndirilən şəxs onlara lazım olan 5000 manat pulu hazırlayıb verə bilmədiyindən ona inamı olmamış və 2023-cü ilin may ayının 19-da Yevlax rayon prokurorunun qəbulunda olmuş, Təqsirləndirilən şəxs bu barədə şikayət etmiş və bundan qısa müddət sonra Təqsirləndirilən şəxs onalara borclu olduğu 21700 manat pulun hamısını ödəmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə hazırda barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikəyət və tələbinin olmadığını, gələcəkdə heç bir tələb və şikayəti olmayacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, onun əri İİİ qrup əlil və təqaüdçü olmaqla onkoloji xəstədir, habelə ərinin nəfəs darlığı vardır. Onlar mal-qara saxlayır. Onların ümumilikdə 23 baş iribuynuzlu heyvanları olmuş, lakin Elsevər xəstə olduğu üçün baxa bilmədiyindən həmin heyvanları satmaq qərarına gəlmişlər. X3rın heyvanlarını satmağa alverçi tapmış və həmin alverçi Şəmşirin qohumları olmuşdur. Həmin şəxslər ilk öncə bu ilin mart ayının sonlarında gəlib heyvanlara baxmışlar, lakin qiymətdə razılaşa bilmədikləri üçün heyvanları almamışlar. Daha sonra 06 aprel 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs onlara gəlmişdir. Həmin vaxt Elnurun yanında qaynatası Şəmşir və bir nəfərdə başqa şəxs olmuşdur. Elnur onun əri Elsevərlə danışaraq həmin heyvanların cəminə 21700 manat pul verərək almağa razılaşmışdır. Lakin həmin vaxt Elnur onun əri Elsevərə söz verərək həmin heyvanları aparıb satacağını və heyvanları satan kimi onların pullarını verəcəyinə əmin etmişdir. X19 söz verərək bildirmişdir ki, həmin apardığı heyvanların pulunu 10-15 gün ərzində, ən geci isə aprel ayının sonuna gətirib verəcəkdir. Elsevər Elnurun vermiş olduğu vədə inanaraq heyvanları Elnura vermişdir. Bu zaman Elnurgil heyvanları onların qapısından çıxardaraq kəndin içərisi ilə Şəmşirin qapısına aparmışlar. O, həmin söhbətlər baş verən zaman Elnurgilin yanında olmuş və bütün baş vermiş söhbətləri və Təqsirləndirilən şəxs vermiş olduğu vədi və sözləri özü şəxsən eşitmişdir. Lakin həmin gündən təxminən iki ay keçməsinə və Elnurun həmin heyvanları satmasına baxmayaraq Təqsirləndirilən şəxs onların heyvanlarının pulunu onlara verməmişdir. Bu zaman onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onun əri Elsevəri aldatmışdır. Bir neçə dəfə Elnurun atası Novruz və qaynatası Şəmşir onların evində olmuş və heyvanların pulunun ödənilməsi üçün vaxt istəmiş, sonuncu dəfə isə Təqsirləndirilən şəxs atası Novruz borcun hamısının verilməsi üçün möhlət istəmiş, bunun üçün ailələrinə məxsus Mingəçevir şəhərində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin oğlu Əlinin adına keçirilməsi, borc ödənəndən sonra isə geri qaytarılması barədə təklif etmişdir. Təqsirləndirilən şəxs onlara lazım olan 5000 manat pulu hazırlayıb verə bilmədiyindən ona inamları olmamış 2023-cü ilin may ayının 19-da Təqsirləndirilən şəxs Yevlax rayon prokurorluğuna şikayət etmişlər və bundan qısa müddət sonra Təqsirləndirilən şəxs onalara borclu olduğu 21700 manat pulun hamısını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində qəssablıq fəaliyyəti ilə məşğul olur və onun qəssabxanası vardır. Zərərçəkmiş şəxs onun qudası Şəmşirin həmkəndlisidir. Oğlu Elnur ona Yevlax rayonunun Hüruuşağı kəndində iribunuzlu heyvan satıldığını demiş, o da oğlu Elnurla birlikdə Elsevərin yaşadığı ünvana getmiş və onun satdığı heyvanlara baxmış, lakin qiymətdə razılaşa bilmədiyi üçün həmin heyvanları almayaraq geri qayıtmışdır. Bu hadisə mart ayının sonlarında dəqiq yadında qalmayan gündə baş vermişdir. Bundan sonra onun məlumatı olmadan oğlu Elnur Elsevərdən heyvanları almağa qərar verərək Elsevərdən həmin heyvanları razılaşma yolu ilə borc olaraq almış və bir ay ərzində heyvanların pulunu qaytarmağa söz vermişdir. Elnur heyvanları aldıqdan təxminən 5-10 gün sonra onun bundan məlumatı olmuşdur. Lakin həmin hadisədən bir ay keçməsinə baxmayaraq oğlu Elnur Elsevərə almış olduğu heyvanların pulunu vermədiyi üçün Elsevərin oğlu Əli ona zəng edərək Elnurun heyvanların pulunu vermədiyini bildirmişdir. Bu zaman o, oğlu Elnurun həmin heyvanların pulunu Elsevərə verə bilmədiyini bilmişdir. Bundan sonra Əli və Elsevərlə görüşərək borcun verilməsi üçün möhlət istəmiş, bunun üçün ailələrinə (gəlini Zəminə Məsdanovanın adına rəsmiləşdirdiyi) məxsus Mingəçevir şəhərində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əlinin adına keçirilməsi, borc ödənəndən sonra isə geri qaytarılması barədə razılığa gəlsə də, Əli yenidən bu razılığıda pozmuşdur. Oğlu Təqsirləndirilən şəxs Elsəvər Bayramovu aldatmaq və əmlakını ələ keçirmək niyyəti olmamış sadəcə aldığı mallar gözlədiyi kimi çıxmadığından satışında problemlər yaşadığından məsələ bu yerə gəlib çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Hürüuşağı kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, kənd təsərrüfatı ilə məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndlisi və uzaq qohumudur. Elsevərlə otlaq sahəsində heyvanları otararkən söhbət edən zaman Elsevər ona heyvanları satmaq istədiyini, ona qudalarının həmin işlə məşğul olduğunu, bu işdə köməklik etməsini bildirmişdir. O da bu barədə zəng edərək yeznəsi Elnura demişdir. Bundan sonra Elnur və onun atası Novruz kəndə gələrək heyvanlara baxmışlar, lakin qiymətdə razılaşmamışlar. Daha sonra Zərərçəkmiş şəxs sözügedən heyvanları otarmağa apararkən heyvanları onun əlindən çıxaraq qonşunun torpaq sahəsinə qaçmış, özünün də köməkliyi ilə heyvanları həmin sahədən çıxararaq Elsevərin sahəsinə aparmış və sonuncu ona malları satmaq üçün yeznəsi Təqsirləndirilən şəxs məlumat verməsini, real alıcı olarsa qiymətdə razılaşacağını bildirmişdir. Bundan sonra ikinci dəfə Elnur Elsevərin evinə gəlmiş və həmin vaxtda o da Elnurla ora getmişdir. Həmin vaxt onlar özləri aralarında danışaraq razılaşmış və Elnur həmin heyvanların hamısını Elsevərdən cəmi 21700 manat qiymətə olmaqla nisyə almışdır. Lakin həmin vaxt Elnur Elsevərdən həmin heyvanları almış olsada Elsevərə heyvanların pulunu verməmiş, pulun ödənişi ilə bağlı 2023-cü ilin aprel ayının sonunadək razılaşmışlar. Bundan sonra onlar həmin heyvanları oradan çıxardaraq yol ilə onun yaşadığı evin həyətinə aparmışlar. O, həmin heyvanlara öz həyətində baxmış, həmin müddət ərzində hər mal bazarı olan günü yeznəsi Elnur və onun atası Novruz həmin heyvanları onun qapısından avtomobilə yığaraq mal bazarına satmağa aparmışlar. Həmin heyvanlardan sonuncu qapıda qalmış dörd başını təxminən may ayının əvvəllərində dəqiq yadında qalmayan gündə gələrək onun qapısından aparmışlar. Hazırda həmin heyvanlardan heç biri onda yoxdur. Heyvanların pulu ödənilmədiyindən Elsevər ona narazılığını bildirmiş, o da öz növbəsində yeznəsi Elnurdan məsələ ilə bağlı maraqlandıqda ona məlum olmuşdur ki, Elsevərin oğlu Əli Rusiya Federasiyasından gəlmiş, pul lazım olduğunu atasına bildirmiş, Elsevər Əliyə heyvanları satdığını, lakin hələ pulunu almadığını bildirdikdə Əli məsələ ilə özü məşğul olacağını demiş, Şahid2 Təqsirləndirilən şəxs 7000-8000 manat pula ehtiyac olduğunu həmin məbləği düzəldib verməsini qalan məbləği ödəmək üçün də vaxt verəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs ona lazım olan məbləği deyil cəmi 5000 manat pul hazırladığından onunla razılaşmamış və pulun hamısını ödənilməsini tələb etmişdir. Daha sonra Elnurun atası Elsevər və Əli ilə onların evlərində görüşmüş, borcun hamısının verilməsi üçün möhlət istəmiş, bunun üçün ailələrinə məxsus Mingəçevir şəhərində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Əlinin adına keçirilməsi, borc ödənəndən sonra isə geri qaytarılması barədə etdiyi təkliflə razılığa gəlsə də, Əli yenidən bu razılığıda pozmuşdur. Elsevər və oğlu Əli Təqsirləndirilən şəxs bu barədə polisə şikayət etmiş və bundan qısa müddət sonra Təqsirləndirilən şəxs onalara borclu olduğu 21700 manat pulun hamısını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, onun yeznəsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iribuynuzlu heyvan almışdır. Zərərçəkmiş şəxs heyvanlarını Elnur almış və satmışdır. Elnur heyvanları satana qədər onların qapısında saxlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır.(iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.21); xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Şahid2 xx.xx.2023-cü il tarixdə Şahid3 5000 (beş min) manat pulu təhvil götürmüşdür. (iş vər.48); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, saat 20.30-da Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 69-70); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir Şəhər X23 Dispanseri tərəfindən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi C 95 yaşayan 1999-cü il təvəllüdlü İsayev X9 şəhəri X1 psixiatrik müşahidə olmamış və müraciət etməmişdir.(iş vər.90); xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Şahid2 xx.xx.2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs, anası Şahid1, Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs 16700 (on altı min yeddi yüz) manat pulu təhvil götürmüşdür.(iş vər.90); Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək etibarından sui-istifadə etməklə heyvanlarını sataraq ələ keçirtmiş olduğu iyrimi bir min yeddi yüz manat pulu tam olaraq ona geri qaytarmışdır. Təqsirləndirilən şəxs onun pulunu hamsını geri qaytardığını, yəni ona vurulmuş olduğu madi ziyanı tam şəkildə ödədiyi üçün ondan pul tələbi yoxdur.(iş vər.92); Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 737 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Qubadlı rayonundan məcburi köçkün düşmüş, hal-hazırda Mingəçevir şəhər 412 mənzilli “Yeni Həyat” məcburi köçkün qəsəbəsində C-95 ünvanda müvəqqəti məskunlaşıbdır.(iş vər.94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.(iş vər.99); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmış, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda onadan heç bir şikayət və tələbi yuxdur, gələcəkdə də heç bir şikayət və tələbi olmayacağını nəzərə alımasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********26 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Mingəçevir şəhəri, 4-cü Bağ küçəsi ev 20-da xüsusi mülkiyyətində 0.0253 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2021-ci tarixdə tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin izahatını və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Zərərçəkmiş şəxs özünə məxsus olan 23 baş iribuynuzlu heyvanın satılması ilə əlaqədar qohumu X8 məlumat vermiş sonuncu isə bununla bağlı qəssablıq fəaliyyəti ilə məşğul olan yeznəsi Təqsirləndirilən şəxs həmin heyvanların alqı-satqısı üçün müraciət etmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bu əsasla şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sözügedən 23 baş iribuynuzlu heyvanı cəmi 21700 manat dəyərində qiymətlə alaraq satmalı və pulunu isə 2023-cü ilin may ayının sonunadək ödəməli idi. Göstərilən razılaşma əsasında tərəflər üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində hərəkətlər etmiş, yəni Zərərçəkmiş şəxs heyvanları Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu isə həmin 23 baş iribuynuzlu heyvanın bir qismini özlərinin işlətdiyi qəssab mağazasında kəsmiş və digər qalanını isə Bərdə mal bazarında satmış, əldə etdiyi pul məbləğindən Zərərçəkmiş şəxs ödənişlər etməyə, habelə borcun əvəzinə ailə üzvlərindən birinin mülkiyyətində olan fərdi yaşayış evini verməyə cəhdlər etmiş, lakin ilk əvvəl iş üzrə zərərçəkmiş şəxsin oğlu Şahid2 razılığı olsa da sonradan sonuncunun razılaşmadan imtina etməsi səbəbindən bu baş tutmamışdır. Habelə xx.xx.2023-cü il tarixdə müvafiq cinayət işi başlanan gün Təqsirləndirilən şəxs Şahid2 ilə əvvəllər razılaşsa da sonradan sonuncunun imtina etdiyi 5000 manat pulu ona ödəmiş, habelə 15 gün sonra yəni xx.xx.2023-cü il tarixdə qalan 16700 manat pulu tam ödəyərək borcunu yekunlaşdırmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxs arasında heyvanların alqı-satqısı ilə bağlı sövdələşmədən əvvəl onun Zərərçəkmiş şəxs əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Belə ki, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs götürdüyü 23 baş iribuynuzlu heyvanın bir qismini özlərinin işlətdiyi qəssab mağazasında kəsmiş və digər qalanını isə Bərdə mal bazarında satmış, əldə etdiyi pul məbləğindən Zərərçəkmiş şəxs ödənişlər etməyə, habelə borcun əvəzinə ailə üzvlərindən birinin mülkiyyətində olan fərdi yaşayış evini verməyə cəhdlər etmiş, lakin ilk əvvəl iş üzrə zərərçəkmiş şəxsin oğlu Şahid2 razılığı olsa da sonradan sonuncunun razılaşmadan imtina etməsi səbəbindən bu baş tutmamışdır. Habelə xx.xx.2023-cü il tarixdə müvafiq cinayət işi başlanan gün Təqsirləndirilən şəxs Şahid2 ilə əvvəllər razılaşsa da sonradan sonuncunun imtina etdiyi 5000 manat pulu ona ödəmiş, habelə 15 gün sonra yəni xx.xx.2023-cü il tarixdə qalan 16700 manat pulu tam ödəyərək borcunu yekunlaşdırmışdır. Göründüyü kimi tərəflər arasında taxta materiallarının alqı-satqısı ilə bağlı, yəni mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisə yaranmışdır. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar da həmin mübahisənin məhz mülki xarakterli mübahisə olmasını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iribuynuzlu heyvanları alandan sonra bir qismini sataraq məbləğin 5000 manat hissəsini razılaşdırdıqları kimi sonuncuya ödəməyə cəhdlər etməsi, habelə borcun əvəzinə fərdi yaşayış evinin verilməsini təklif etməsi (nəzərə alınmalıdır ki hər iki razılaşma zərərçəkmiş tərəfin imtinası səbəbindən baş tutmamışdır) onun niyyətinin həmin əmlakı aldatma, əvəzsiz və qanunsuz yolla mülkiyyətinə keçirməsi olmadığını, həmçinin həmin heyvanları satmaq, bununla da özünün qazanc əldə etmək məqsədi olmasını bir daha təsdiq edir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında araşdırılan sübutlara, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslanır ki, qeyd edilən şəxslər də ifadələrində Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında işgüzar münasibətlərin olmasını, aldığı heyvanların müqabilində razılaşdıqları kimi məbləğin 5000 manat hissəsini razılaşdırdıqları kimi sonuncuya ödəməyə cəhdlər etməsini, habelə borcun əvəzinə fərdi yaşayış evinin verilməsini təklif etməsini, lakin zərərçəkmiş şəxsin oğlu Şahid2 razılaşmadan imtina etməsi səbəbindən bunun baş tutmadığını göstərirlər. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yönələn bu hərəkətləri onun zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək niyyətinin olmasını tamamilə istisna edir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş hüquqi şəxsin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə real imkanı olduğu halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iribuynuzlu heyvanları alandan sonra niyyəti öhdəliyin yerinə yetirilməsi, yəni həmin heyvanları satmaq və bu əsasla qazanc əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi hər hansı səbəbdən tam yerinə yetirməməsi onun dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlməyə əsas vermir. İş üzrə dindirilmiş şəxslərin ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs heyvanların bir qismini satmış, borcunun ödənilməsi istiqamətində tədbirlər görmüş, lakin onun Zərərçəkmiş şəxs öhdəlik münasibətlərindən irəli gələn borcu qalmış, sonradan isə həmin borc tam şəkildə ödənilmişdir. Bütün qeyd edilənlər məhkəməyə mübahisə tərəfləri arasında mülki hüquq münasibətlərinin mövcud olması, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq və ya etibarından sui-istifadə etmək niyyətinin istisna olunması nəticəsinə gəlməyə əsas verir. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla Zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, CPM-in 357-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Zərərçəkmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 351-353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmədə göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar