Məhkəmə qərarları › İş №1(039)-131/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-131/2025

13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-131/2025 13.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X13 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 5.04.2024-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə gecə saat 02:00 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 142-də yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə olan saxlanc yeri hesab edilən toyuq hininin qapısını açmaqla daxil olub oradan bir ədədinin dəyəri 15 manat olan cəmi 10 ədəd ev quşu olan toyuqları qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd selllofan bükülüdə təmiz çəkisi 0,922 qram psixotrop maddə olan metamfetamini istintaqla müəyyən edilməyən vaxtda, şəraitdə və istintaqa məlum olmayan mənbədən əldə etməklə üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs psixotrop maddələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 12:25dən 12:32-dək olan müddət ərzində həmin küçədə video çəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə olan xeyli miqdarda təmiz çəkisi 0,922 qram olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı psixotrop maddə olan metamfetamin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu CMnin 177.2.3 maddəsi ilə özünü təqsirli, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən əmisinə məxsus evdə olmuşdur. Maddi vəziyyətinin aşağı olması səbəbindən həmin toyuqları oğurlamaq qərarına gəlmiş, buna görədə 09 iyul 2025-ci il tarixdə gecə saat 02:00 radələrində küçədə heç kimin olmadığını görüb Bədihənin evinin hasarına yaxınlaşmış, hasara dırmaşıb evin həyətinə daxil olub, evin kənarı ilə gedib həyətin küncündə olan hinə yaxınlaşmışdır..Həmin oğurladığı toyuqları yaşadığı evə aparmış, digər səkkiz toyuğu Yevlax şəhər bazarına aparıb cəmi birlikdə 25 manata tanımadığı şəxslərə satmışdır. Hazırda etdiyi əməldən peşmandır, həmçinin bildirmək istəyir ki, oğurladığı toyuqların ziyanı qohumları tərəfdən zərərçəkmiş şəxsə ödənilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Məhkəmədən CM-nin 234.1-ci madəsi ilə isə özünü təqsirli bilmədiyini, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bildiyini, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, Zərərçəkmiş şəxs dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində 10 ədəd toyuq və 15 ədəd toyuq cücəsi var. Cücələri yaşadığı evin həyətində olan kiçik qəfəsdə toyuqları isə hində saxlayır. 09 iyul 2025-ci il tarixdə gecə saat 02-03 radələrində yaşadığı evin həyətindən, yəni çöldən səs gəlmişdir. Oğlu çölə çıxmış, lakin heç kimi görməmişdir. Səhər açılanda hinə baxan zaman 10 ədəd toyuğunun olmadığını aşkar etmişdir. Bu barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Oğurluq nəticəsində ona 150 manat ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluğu edən onunla qonşuluqda yaşayan Ramazan adlı şəxsdirr. Həyətyanı sahəsində olan hindən toyuqları oğurlayan Təqsirləndirilən şəxs anası Şahid1 evinə gələrək ona məxsus 02 ədəd canlı toyuğu geri qaytarmış, daha sonra isə ona 60 manat nağd pul ödəmişdir. Hazırda həmin oğurlanan 10 ədəd toyuqdan ikisi məhləmsindədir. Oğurluq nəticəsində ona 150 manat ziyan dəymiş və oğurluq edən şəxsin anası Şahid1 tərəfindən ona dəymiş olan ziyan qismən ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 10 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə edilməsi və saxlanması ilə məşğul olmaqda şübhəli olması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. 10 iyul 2025-ci il əməliyyat-axtarış qrupu yaradılmış və həmin gün polis şöbəsindən çıxaraq Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsinə getmişlər. Saat 12:25 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olan Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən yoxlama zamanı əlindəki əynindəki tünd rəngli göy şalvarın cibindən 01 ədəd şəffaf sellofanda olan psixotrop maddə metamfetaminə bənzər bükümü təqdim etmişdir. Tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 01 ədəd şəffaf sellofan bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bükümün içərisində psixotrop maddə-metamfetamin olduğunu, həmin psixotrop maddəni 10 iyul 2025-ci il tarixdə Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Əli Əliyevə təhvil vermişlər. Daha sonra Ramazan X6 şəhər Vəkil Bürosunun vəkili işləyən X8 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş iş üzrə şahid Yevlax RPŞnin əməliyyat müvəkkili Şahid2 və Şahid3 Şahid4 ifadəsinə oxşar eyni məzmunlun ifadə vermişlər. Müdafiəçinin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Yevlax rayonu, 4cü plan adlanan küçədə yaşayır. Tarixini xatırlmadığı gün əmisi oğlu Ramazan təxminən saat 22.23 radələrində onlara məxus evdə gəlmiş, onlarda qalmış və onlar bir otaqda yatmışlar. Həmin gün evlərində Ramazan və özü olmuş, atası və anası evdə olmamışdır. Səhər saat 5-6 radələrində təxminən on nəfərə yaxın polis əməkdaşları onların evinə gəlmiş və evi axtarmışlar. Lakin evdən heçnə tapa bilməmişlər. Həmin vaxt Ramazan yatmış olmuşdur. Sonra polis əməkdaşları Ramazanın üstünü axtarmışlar və Ramazanın üzərindən qanunsuz heçnə tapılmamışdır. Sonra Ramazan polis əməkdaşları tərəfindən aparılmış və bu barədə o, anasına və nənəsinə xəbər vermişdir. Onlara gələn polis əməkdaşları polis geyimində və mülki geyimdə olmuşlar. Müdafiəçinin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. O, Ramazanın əmisi ilə qonşuluqda yaşayır. Dəqiq tarixn xatırlamadığı gün səhər təxminən saa 5-6 radələrində namaza oyanmışdır. Həmin vaxt çöldə qonşuların səsini eşidib çölə baxdıqda görmüşdür ki, küçələrində təxminən on nəfərə yaxın polis əməkdaşları var. Evi hasarsız olduğu üçün gəlib-gedəni görür. Sonra küçəyə çıxdıqda qonşulardan eşitmişdir ki, polis əməkdaşları Ramazanı aparıb. Bu barədə gedib bacısına yəni, Ramazanın anasına xəbər vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən; xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 17/515 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,922 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. (Siyahı İ). Qeyd: Metamfetaminin təmiz çəkisi-0,922 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,872 qram. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-90/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-cü il tarixli maddi sübut qismində tanınma haqqında qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdə qablaşdırılmış 0,050 qram ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış-0,872 qram miqdarında psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilirək və əlavə edilərək ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-77/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) 24 (iyirmi dörd) gün hissəi 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri, X3 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1217 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edib. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2025-ci il tarixli, 76 N-li "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, Yevlax rayon polis şöbəsində istintaq olunan cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 2025-ci ilin iyul ayı üçün köhnəlmə faizi nəzərə alınmaqla 10 (on) ədəd toyuğun 1 (bir) dənəsinin qiyməti 15 (on beş) manat olmaqla 10 (on) ədəd toyuğun qiyməti 150 (bir yüz əlli) manat qiymətləndirilir. xx.xx.2025-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 02 (iki) ədəd fərə cinsinə aid ev quşları (fərə toyuqlar) maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfə qablaşdırılmış 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş-0,922 qramdan qalmış- 0.872 qram miqdarında psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağına saxlanca təhvil verilmiş, 02 ədəd diri halda toyuqlar cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab edilmiş və müvafiq qəbzlə saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmə, əşyalara və diskə baxış keçirilməsi, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair videogörüntülərini özünə əks etdirən 03 (üç) ədəd DVD formatlı disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2023-cü il təvəllüdlü Osman və 2025-ci il təvəllüdlü Məryəm adlı iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəyərək onunla barışıq əldə etəməsini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bundan əlavə iş materiallrı ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-77/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) 24 (iyirmi dörd) gün hissəi 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə əvəz edilmiş, lakin buna baxmayaraq o, heç bir nəticə çıxartmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Bundan əlavə məhkəmə iclasında məlum olmuşdur ki, müdafiəçinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 Təqsirləndirilən şəxs əmisi oğlu, X7 isə xalasıdır. Onların məhkəmə iclasında verdiyi ifadələr Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşıyır. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Yevlax rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 4(039)-90/2025 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 iyul 2025-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, 10 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,872 qram miqdarında psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut 02 (iki) ədəd diri halda olan toyuqların saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 13 (on üç) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 143 (bir yüz qırx üç) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,872 qram miqdarında psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd diri halda olan toyuqların qəbz əsasında saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 143 (bir yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar