Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-132/2021 14.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən cəzası 05 (beş) ilə endirilmiş, 18 dekabr 2020-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli qanununun tətbiqinə əsasən cəzası 04 (dörd) il 06 (altı) aya endirilmiş, 04 fevral 2021-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 06 (altı) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, 09 iyul 2021-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 15 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Vidadi küçəsi, ev 15-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 sentyabr 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,391 qram narkotik vasitə olan heroini əldə etməklə əynindəki qara rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxlamış, 13 iyul 2021-ci il tarixdə saat 10:20 radələrində Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Vidadi küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilmiş, Yevlax rayon polis şöbəsində sonuncunun üzərinə müdafiəçi-vəkilin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı təmiz çəkisi 0,391 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 13 iyul 2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Yevlax şəhəri, Vidadi küçəsində yolda gedərkən yolun kənarında 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü görmüşdür. Həmin bükülünü açan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğunu görmüşəm və bükülünü özüm üçün götürmüşəm. Həmin bükülüdəki heroinə bənzər kütlədən istifadə etmək istəmişəm. Təxminən 10-15 dəqiqə sonra həmin küçədə evə gedərkən iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu və onlarla bilrikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək birlikdə Yevlax rayon polis şöbəsinə getmişlər. Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda əmlindən səmimi olaraq peşmandır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını və himayəsində yaşlı anasının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 13 iyul 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində xidmətdə olarkən Yevlax şəhəri, Vidadi küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və bununla bağlı Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı CAB-nin əməliyyat müvəkkili Şahid1 qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra saat təxminən 10:20 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışlar. Məlumat əsasında Yevlax şəhəri, Vidadi küçəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu və polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla Yevlax rayon polis şöbəsinə getmiş və Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini üzərində öz istifadəsi üçün saxladığı, satış məqsədinin olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahid Yevlax RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində xidmətdə olarkən Yevlax şəhəri, Vidadi küçəsi, ev 15-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra saat təxminən 10:20 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinə başlamışdır. Məlumat əsasında Yevlax şəhəri, Vidadi küçəsinə getmiş, orada Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu, polis şöbəsinə getməli olmasını bildirmişdir. Təqsirləndirilən şəxs onlarla Yevlax rayon polis şöbəsinə getmiş, Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini üzərində öz istifadəsi üçün saxladığı, satış məqsədinin olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroini əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2021-ci il tarixli, 17/507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş büküm” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,391 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,341 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 09 avqust 2021-ci il tarixli 926 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Narkoloji kabinetinin 02 avqust 2021-ci il tarixli 1472 arayışından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2017-ci il tarixdən Yevlax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli 1(039)-81/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilmiş ona təyin edilmiş cəzalar tam toplanmaqla üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 15 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən cəzası 05 (beş) ilə endirilmişdir. 18 dekabr 2020-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli qanununun tətbiqinə əsasən cəzası 04 (dörd) il 06 (altı) aya endirilmişdir. 04 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 (beş) ay 06 (altı) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli 39077/6 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 7(002)-97/2021 saylı qərarına əsasən 05 (beş) ay 06 (altı) gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə qərarda göstərilən cəzanı çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X6 yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə X6 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 4(039)-96/2021 saylı qərarından görünür ki, həmin tarixdə X4 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X4 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. X4 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X4 törətdiyi cinayət əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. X4 əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, X5 cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. X2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq X6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X8 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. X4 cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 13 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,341 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,341 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-132/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-132/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver