Məhkəmə qərarları › İş №1(039)-132/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-132/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-132/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 26 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Dəmiryol binası, ev 23-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq yivli odlu silahı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silah hesab edilən 5,6 mm kalibirli, «80135» nömrəli üzərində konstruktiv dəyişiklik edilərək lüləsi kustar üsulla kəsilmiş, qundağı dəstək formasında uyğunlaşdıraraq ilkin təyinatını dəyişdirilmiş «Toz-8» modelli, sürüşkən çaxmaqlı tək-tək atılan yivli odlu idman-ov tüfəngini istintaqa məlum olmayan mənbədən, gündə və saatda əldə edərək Kür çayının Yevlax rayonu, Aşağı Qarxun kəndi ərazisindən keçən hissəsində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:15-də Təqsirləndirilən şəxs yivli odlu silahı əldə edib üzərində daşıyaraq gəzdirməsində şübhəli bilindiyinə görə, Dəmir Yolu binası küçəsində gəzərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 16:00-dən saat 16:25-dək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində əynindəki gödəkcənin içəri hissəsində saxladığı selofanın içərisindən qanunsuz olaraq gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silah hesab edilən «Toz-8» modelli, sürüşkən çaxmaqlı tək-tək atılan yivli odlu idman-ov tüfəngi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, balıq tutmağa gedərkən bir ədəd selloffan torba görüb götürmüşdür. Torbanın içərisinə baxarkən içərisində 1 ədəd lüləsi kəsilmiş formada «Toz-8» tüfəngi olduğunu görmüşdür. 24 mart 2022-ci il tarixdə saat 14 radələrində silahı götürmək üçün gizlətdiyi yerə getmiş və silahı götürərək əynindəki gödəkcənin içəri hissəsində gizlədərək gələcəkdə ov etmək üçün evə apararkən polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Baxış zamanı əynində olan gödəkcəsinin içəri hissəsində sellofan torbada saxladığı «Toz-8» tüfəngini çıxarıb təqdim etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhəri, Dəmiryolu binası, bina 23, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs üstündə «Toz-8» moddelli silah olması və onun yaşadığı küçə ilə getməsi barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Dəmir Yol binası küçəsi ilə yaşadığı bina istiqamətində getdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis şöbəsində müdafiəçi dəvət etmiş və sonra video çəkilişlə Təqsirləndirilən şəxs üstünə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin içəri hissəsindən bir ədəd sellofan torba çıxarıb masanın üzərinə qoymuş və torbanın içərisindəkinin «Toz-8» tüfəng olduğunu demişdir. Sorğu-sual zamanı Tural həmin silahı və patronları xx.xx.2022-ci il tarixdə balıq tutmağa gedərkən taparaq orada gizlətdiyini və gələcəkdə ov etmək üçün evə aparmaq məqsədilə üçün üstündə gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-66/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Rzayev X2 Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsindən xx.xx.2021-ci il tarixdə “8 noyabr-Zəfər Günü” münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2002-ci il tarixli xx/xx-4270 nömrəli məktubundan görünür ki, Rzayev X4 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2022-ci il tarixdə müəssisəyə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Espertiza Mərkəzinin 25 mart 2022-ci il tarixli 17/268 nömrəli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, zavod üsulu ilə istesal edilmiş 5,6 mm kalibirli, 80135 nömrəli «Toz-8» moddelli, sürüşkən çaxmaqlı tək-tək atılan yivli odlu idman-ov tüfəngidir. Lakin konstruktiv dəyişiklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, yivli odlu silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, yivli odlu silah hesab edilən 5,6 mm kalibirli, «80135» nömrəli, üzərində konstruktiv dəyişiklik edilərək lüləsi kustar üsulla kəsilmiş, qundağı dəstək formasında uyğunladıraraq ilkin təyinatın dəyişdirilmiş «Toz-8» modelli, sürüşkən çaxmaqlı tək-tək atılan yivli odlu idman-ov tüfəngi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsindən başqa şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən səmimi peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 08 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd 5,6 mm kalibirli, 80135 nömrəli «Toz-8» moddelli tüfəng hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 24 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 08 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, 01 ədəd 5,6 mm kalibirli, 80135 nömrəli, “Toz-8” modelli tüfəng, hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. İşdə olan 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar