Məhkəmə qərarları › İş №1(039)-132/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-132/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-132/2024 05.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 iştirakları ilə xx xxxxxx 1962-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 101də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 aprel 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda-01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,693 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə etməklə saxlamış 31 yanvar 2024-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri, Q.Quliyev küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 19:20-dən 19:50-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,693 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa, Yevlax rayon C.Cabbarlı küçəsi ev 101-də qeydiyyatda olmaqla Yevlax şəhəri Q.Quliyev küçəsi bina 3 mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd qara rəngli sellofan torbada 355,34 qram şəkidə və 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,51 qram, 0,25 qram, 0,25 qram, 0,45 qram, 0,58 qram, 0,30 qram və 0,50 qram olmaqla, cəmi 3,28 qram çəkidə olmaqla ümumi cəmi təmiz çəkisi 358,62 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edib əlində olan sellofan torbada saxlamış, 13 aprel 2024-cü il tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməklə saxlamasında şübhəli bilindiyinə görə Yevlax şəhəri 31-ci məhəllədə saxlanılaraq Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində 14 aprel 2024-cü il tarixdə saat 00:40-dan 01:15-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs əlindəki 1 (bir) ədəd qara rəngli sellofan torbada 355,34 qram və həmin torbanın içərisində isə 08 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,51 qram, 0,25 qram, 0,25 qram, 0,45 qram, 0,58 qram, 0,30 qram və 0,50 qram olmaqla, cəmi 3,28 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin sellofan torbanın içərisindən 1 (bir) ədəd «EUROCARE» markalı elektron tərəzi aşkar olunub qanunmüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 31 yanvar 2024-cü il tarixdə saat 15-16 radələrində Yevlax şəhəri D.Qorqud parkının yaxınlığından keçərkən yol kənarından yerdən sellofan bükülü tapmış, həmin bükülünü açıb içərisinə baxan zaman bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və özü istifadə etmək üçün əynindəki şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. Səhəri gün əməliyyatçılar onu saxlayaraq Yevlax rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Həmin narkotik vasitəni sinir ağrılarını kəsmək məqsədi ilə özu istifadə etmək üçün üzərində saxlamışdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, 13 aprel 2024-cü il tarixdə, saat 23 radələrində Yevlax şəhəri 31-ci məhəlləyə taksi ilə getmiş və taksidən düşən zaman əməliyyatçılar onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Gecə saat 1-2 radələrində onun razılığı ilə polis əməkdaşları yaşadığı evə daxil olmuşlar, eyvanda dolabda olan marixunanı aşkar etmişlər və həmin marixunanı, həmçinin evdə olan mətbəx tərəzisini sellofan torbaya qoyaraq götürmüşlər. Digər sellofan torbadan və həmin torbada olan 8 ədəd bükümdən onun məlumatı olmamışdır. Polis şöbəsində isə ona övladlarına təziq və təsir ediləcəyi ilə hədə-qorxu gəlmişlər. Buna görə də, həmin 8 büküm narkotik vasitənin də istintaq vaxtı ona məxsus olduğunu bildirmişdir. Ondan aşkar edilmiş və etiraf etdiyi narkotik vasitə marixuananı tanmadığı xanımdan 500 (beş yüz) manat müqabilində əldə etmişdir. CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alanıraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün qismən etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə etməsi, daşıması, saxlaması və istehlakı ilə məşğul olması barədə 13 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 13 aprel 2024-cü il tarixli əmri ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu yerə, yəni Yevlax şəhəri 31 məhəlləyə getmişlər. Onlar Yevlax şəhəri 31 məhəllədə Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmişlər və poils şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əlində olan çantada qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və təhqiqatçı tərəfindən verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ondan aşkar olunmuş marixuananı İran vətəndaşından 1000 (bir min) manata aldığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı veridyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 31 yanvar 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Bayramın şəxsiyyəti barədə məlumatları yoxlamış, sonuncunun xx.xx.1962-ci il tarixdə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 101-də qeydiyyatda olmaqla Yevlax şəhəri Q.Quliyev küçəsi bina 3 mənzil 32-də yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Bayramın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Bayramın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 31 yanvar 2024-cü il tarixli əmri ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində o, polis əməkdaşı Teymurla birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsində Bayramın yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Bayrama qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Bayram üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Teymurla birlikdə Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək X3ə təhvil vermişlər. O, Bayramın gətirilməsi barədə raport yazmışdır. X1 tərtib etdiyi sənədlər əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Bayram Yevlax şəhər Vəkil Bürosunun vəkili X10 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra X14 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Tərxan Allahverdiyev onun, Teymur Baxşəliyevin və Sevda Bəkirovanın iştirakı ilə Bayramın üzərində şəxsi axtarış aparmışdır. X7 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru, polis mayoru Sirac Fərəcov “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Bayram əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək bükülünün içərisində narkotik vasitə heroin olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X3 bükülünü açmış, o, bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlənin olduğunu görmüşdür. Tərxan Allahverdiyev həmin kütləni sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş, çəkisi 0,86 qram olmuş, həmin kütləni sellofan bükümlə birlikdə ağ rəngli zərfə qoymuş və zərfin açıq yerini yapışdırmış və üzərində qeydiyyat aparmışdır. Bayram və müdafiəçisi Sevda Bəkirova zərfin üzərinə imza çəkmişlər. Tərxan Allahverdiyev zərfə bir neçə ədəd “zərflər üçün №85” möhürü yapışdırmışdır. Tərxan Allahverdiyev zərfdə qablaşdırdığı maddənin heroin olubolmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Bundan sonra Bayramın üzərinə keçirilmiş şəxsi axtarış başa çatmışdır. Tərxan Allahverdiyev protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin X12 01 fevral 2024-cü il tarixli, 3-16-16- 2-17/114 saylı rəyində görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 0,693 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (tədqiqata sərf edildi 0,050 qr, qalıq-0,643 qr.) İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin X12 04 aprel 2024-cü il tarixli, 17/114 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində 01 ədəd zərfin içərisindəki Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin tədqiqat zamanı sözləri yazılmış 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin ilə üzərində X6 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin X12 14 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/367 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofon torbanın içərisindəki təmiz çəkisi-355,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki torbadan aşkar edilmiş qururdulmuş marixuanaya bənzər maddə olan bükülülər.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 08 (səkkiz) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkilər-0.,44 qr., 0,51 qr., 0,25 qr., 0,25 qr., 0,45 qr., 0.58 qr., 0.30 qr. və 0.50 qr., ümumi çəkiləri -3.28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: a) marixuananın (1 N-li ob.) təmiz çəkisi 355,34 qr., tədqiqata sərf edildi 0,20 qr, qalıq-355,14 qr., b) marixuanaların (2-9 N-li ob.) ümumi çəkisi 3,28 qr, cəmi tədqiqata sərf edildi 0,16 qr. (hər ob. 0,02 qr.), qalıq – 3,12 qr.). İşdə olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X12 04 iyun 2024-cü il tarixli 3-16-16-2-17/485 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanya bənzər kütlə.» yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki ilkin tədqiqat zamanı təmiz çəkisi 355,34 qram olan qurudulmuş marixuana ilə üzərində «08 (səkkiz) ədəd bükümlərdə qurudulmuş marixuanalar… Təqsirləndirilən şəxs.» yazısı və digər yazılar yazılmış 01 (bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 08 (səkkiz) ədəd sellofan bükümlərdə ilkin tədqiqat zamanı ümumi çəkiləri 3,28 qram olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər (Qeyd: a) marixuananın (1N-li ob.) təmiz çəkisi 355,14 qr., tədqiqata sərf edildi 0,20 qr., qalıq 354, 94 qr., b) marixuanaların (2-9 N-li ob.) ümumi çəkisi 3,12 qr., cəmi tədqiqata sərf edildi 0,16 qr. (hər ob. 0,02 qr.), qalıq 2,96 qr.) İşdə olan Yevlax RPŞ-nin İB-nin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək, cinayət işinin istintaqı ********* nömrəsi ilə davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 04 aprel 2024-cü il tarixli, 580 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata götürülməsi məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndinin ikinci hissəsində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqang tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə əməlindən səmimi peşman olmasını və ilk məhkumluğunu onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Yevlax RPŞ-nin MSY-dən azad edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 13 aprel 2024-cü ildən hesablanmışdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınması və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,643 qram narkotik vasitə olan heroin, 2,96 qram və 354,94 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd ədəd «EUROCARE» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd disk, üzləşdirmə istintaq hərəkətininin videoçəkilişini özündə əks etdirən 1 ədəd disk və telefon danışıqlarını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 210.14 (iki yüz on manat on dörd qəpik) manat məblərində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Müdafiəçi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 məhkəmə dövrü üçün 48 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 13 aprel 2024-cü il tarixdən hesablansın . Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınması və Yevlax rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,643 qram narkotik vasitə olan heroin, 2,96 qram və 354,94 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd ədəd «EUROCARE» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd disk, üzləşdirmə istintaq hərəkətininin videoçəkilişini özündə əks etdirən 1 ədəd disk və telefon danışıqlarını özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 210.14 (iki yüz on manat on dörd qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X8 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X9 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar