Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-133/2020 05.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, Müdafiəçi Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakları ilə xx xxxxxx 2004-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində xx xxxxxx 2020-ci il tarixdə «nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Xətai küçəsi, ev 48-də qeydiyyatda olan, Yevlax şəhəri, A.Əsgərov küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində, Zərərçəkmiş şəxs2 Əsəd Əmiraslanova müvəqqəti geyinmək üçün gödəkçə vermədiyini bəhanə edərək heç bir əsaslı səbəb olmadan digər şəxslə birlikdə bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər söyüb silah qismində istifadə etdiyi balta ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən bir dəfə qəsdən vurub ona “başın təpə nahiyyəsinin yarası” xəsarəti ilə müşayiət olunan” sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vuran bədən xəsarəti, daha sonra hərəkətlərini davam etdirib həmin silah qismində istifadə etdiyi balta ilə Zərərçəkmiş şəxs2 bel nahiyəsindən bir dəfə qəsdən vurub ona “sol tərəf bel nahiyəsinin qançırı xəsarəti ilə müşayiət olunan” sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən qəsdən bədən xəsarəti yetirməklə şəxslərin dincliyini pozan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər edib, ictimai qaydanı kobud surətdə pozub, şəxslər üçün aşkar surətdə ümumi qaydaya laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edib bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax şəhərində doğulmuş və valideyinləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. Yevlax şəhərində yaşamış Qanuni nümayəndə3 və sonuncunun oğlu Zərərçəkmiş şəxs2, həmçinin, Zərərçəkmiş şəxs1 onun uzaq qohumlarıdır. Onun Təbriz və Maksumla yaxşı münasibəti olmuşdur. Onların arasında əvvəllər dava-dalaş olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdən çıxaraq yaxınlıqda yerləşən küçələrdə gəzmişdir. Həmin vaxt Təbrizlə sonuncunun yaşadığı evin yerləşdiyi küçədə rastlaşmışdır. O, Təbrizlə görüşmüş və birlikdə söhbət etmişlər. Söhbət əsnasında o, zarafatla Təbrizə nalayiq söyüş söymüşdür. Təbriz zarafatla söydüyünü qəbul etməmiş və ciddi mənada ona nalayiq söyüş söymüşdür. Bundan sonra o, əsəbləşərək yerdən əlinə bir ədəd daş götürmüş və həmin daşı Təbrizə doğru atmışdır. Onun atdığı daş Təbrizin başından dəymişdir. Nəticədə Təbrizin başı çapılmış və qan axmağa başlamışdır. O, əynində olmuş paltarını cırmış və Təbrizin başına bağlamışdır. Sonra Təbrizi yaşadığı evə aparmışdır. Dava-dalaş zamanı o, əlindəki baltanın küpü ilə Zərərçəkmiş şəxs2 belindən bir dəfə vurmuşdur. Sonra Təbrizin qohumlarının onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etdiyini bilmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında atası Afət xalası Baharın evinə getmişdir. Həmin gün saat 20 radələrində o, Baharın oğlu Maksumla birlikdə evdə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs küçədən Maksumu çağırmışdır. Maksum və o, evdən çıxaraq küçəyə getmişlər. Həmin vaxt Sahib, Əsəd və Nadirin gəldiklərini görmüşdür. Əsəd Maksuma bir neçə gün əvvəl geyinmək üçün gödəkçə istədiyini, lakin, gödəkçəni vermədiyini demişdir. Əsəd Maksuma gödəkçəni vermədiyi üçün haqq-hesab çəkmək məqsədi ilə gəldiyini demişdir. Maksum gödəkçəsinin başqa şəxsdə olduğu üçün verə bilmədiyini demişdir. O, Əsədə mübahisə etməməsini və getmələrini demişdir. Həmin vaxt Sahib onun üstünə gələrək “sən kimsən, sənlik deyil” demişdir. O, Sahibin onunla dalaşmaq fikrində olduğunu görərək kənara çəkilməsini demişdir. Bahar da evdən çıxaraq onların yanına gəlmişdir. Bahar Əsəd və Sahibə onlarla mübahisə etmələrini dayandırmalarını və yaşadığı ünvandan getmələrini demişdir. Lakin, Sahib onlara məhəl qoymamış, əksinə olaraq ona və Maksuma nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Sahib kürək nahiyəsində paltarının altında gizlətdiyi əl baltasını çıxarıb onun başından bir dəfə zərbə endirmişdir. Onun başı kəsilmiş və başından qan axmışdır. Sonra Sahib əlində olmuş baltanın küp hissəsi ilə Maksumun bel nahiyəsindən bir dəfə vurmuşdur. Maksum və Bahar onu evə aparmışlar. Bahar onun başına dəsmal qoymuş və başından axmış qan dayanmışdır. Cəmilə mobil telefonla 102-yə zəng edərək onların döyülməsi barədə məlumat vermişdir. Polis əməkdaşları Baharın evinə gəlmişlər. Bahar onun və Maksumun döyülmələri barədə ərizə yazmışdır. Səhəri gün Bahar onu və Maksumu Yevlax rayon polis şöbəsinə gətirmişdir. Polis əməkdaşı ondan və Maksumdan izahat almışdır. Həmin gün o, Maksumla birlikdə Yevlax şəhər ekspertiza şöbəsinə getmişlər. Ekspert onun və Maksumun xəsarətlərini müayinə etmişdir. Hadisənin təxminən 30 dəqiqə ərzində baş vermişdir. Sahibin əlində olmuş balta dəmirdən düzəldilmişdir və Sahib gedərkən baltanı özü ilə aparmışdır. Hazırda Sahiblə barışmışdır və münasibətləri yaxşıdır. Məhkəmədən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, hazırda onunla barışdığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Yevlax şəhərində doğulmuş və valideyinləri ilə birlikdə Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş və heç bir işlə məşğul olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Yevlax şəhərində yaşamış, əvvəllər tanıdığı Əsəd Əmiraslanov və Təqsirləndirilən şəxs onun yaşadığı ünvana gəlmişlər. Həmin vaxt onun anası və ailə üzvləri yaşadığı evdə olmuşlar. Əsəd ondan gödəkçəsini istəmiş, müvəqqəti olaraq geyinəcəyini və iki gün sonra ona qaytaracağını demişdir. O, Əsədə gödəkçəsini qardaşı oğlu Aqşinə verdiyini, bu səbəbdən də gödəkçəsini verə bilməyəcəyini demişdir. O, gödəkçəsini Əsədə vermədiyi üçün sonuncu ona əsəbləşmiş, lakin onunla dalaşmamış və Sahiblə birlikdə qayıdaraq getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində yerləşən yaşadığı evdə olmuşdur. Anasının əmisi nəvəsi Zərərçəkmiş şəxs1 onun yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt o, Sahibin küçədən onu səslədiyini və küçəyə çıxmağını dediyini eşitmişdir. Əvvəlcə Təbriz, sonra isə o, küçəyə çıxmışdır. O, Əsədin, Sahibin və Nadirin gəldiklərini görmüşdür. Anası Bahar da küçəyə çıxaraq onların yanına gəlmişdir. Əsəd ona yalan danışdığını, gödəkçəsinin onda olduğu halda qəsdən vermədiyini demişdir. Əsəd gödəkçəni nə səbəbə vermədiyini soruşmuşdur. Sahib Əsədin mövqeyini müdafiə edərək onun üstünə gəlmişdir. O, Sahibin onunla dalaşacağını görərək sonuncuya kənara çəkilməsini demişdir. Anası Bahar və Təbriz də Sahib və Əsədə getmələrini, onları narahat etməmələrini demişlər. Həmin vaxt Sahib onun anasının yanında ona və Təbrizə nalayiq söyüşlər söymüşdür. Sonra Sahib kürək nahiyəsində paltarının altında gizlətdiyi kiçik ölçüdə olan əl baltasını çıxararaq Təbrizin başından bir dəfə vurmuşdur. Təbrizin başında xəsarət yaranmış və qan axmışdır. Sonra Sahib onun üstünə gəlmişdir. O, Sahibin əlində olmuş balta ilə onu vuracağını bilmiş və qaçmaq üçün geriyə dönmüşdür. Həmin vaxt Sahib əlindəki baltanın küpü ilə onun belindən bir dəfə vurmuş, beli əzilmiş və ağrı hiss etmişdir. O, anası ilə birlikdə Təbrizi yaşadığı evə aparmışdır. Anası Təbrizin başına dəsmal qoyaraq axan qanını dayandırmışdır. Qardaşı arvadı Cəmilə mobil telefonla 102-yə zəng edərək döyülmələri barədə məlumat vermişdir. Polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Anası Bahar onun və Təbrizin döyülüb xəsarət alması barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Səhəri gün anası onu və Təbrizi Yevlax rayon polis şöbəsinə gətirmişdir. Polis əməkdaşı ondan və Təbrizdən izahat almışdır. Həmin gün o, Təbrizlə birlikdə Yevlax şəhər ekspertiza şöbəsinə getmişlər. Ekspert onun və Təbrizin xəsarətlərini müayinə etmişdir. Hadisə zamanı bel nahiyəsindən əzilmiş-qızarmış xəsarət almışdır. Hadisənin təxminən 30 dəqiqə ərzində baş vermişdir və Sahibin ona və Təbrizə söyüş söyməsini, onlarla dalaşıb xəsarət yetirdiyini yaxınlıqda yaşamış qonşular da eşitmişdir. Sahibin əlində olmuş baltanın dəmirdən düzəldilmişdir və qatlanıb açılan formada olmuşdur. Sahib gedərkən baltanı özü ilə aparmışdır. Hazırda Sahiblə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini, hazırda onunla barışdığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax şəhərində doğulmuş və ailə üzvləri ilə birlikdə həmin şəhərdə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində o, əri X3 ilə birlikdə yaşadığı evdə olmuşdur. Həmin vaxt yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsində bir qrup şəxslərin dava etdiyini eşitmişdir. Həmin şəxslər yüksək səslə bir-birini nalayiq söyüşlərlə söymüş, bir-biri ilə kobud qaydada danışaraq dava, münaqişə yaratmışlar. O, həmin şəxslərin nə səbəbə münaqişə etdiyini bilməmişdir. Münaqişə təxminən 20 dəqiqədən çox müddət ərzində davam etmişdir. O, qan xəstəsi olduğu üçün söyüş səslərindən, münaqişədən həyəcanlanmış və özünü narahat hiss etmişdir. Bu səbəbdən də o, Habilin istifadə etdiyi ***-***-**-** nömrəli telefonla 102-yə zəng edərək yaşadığı E.Ağayev küçəsində münaqişə olması barədə məlumat vermişdir. Bundan sonra hadisə başa çatmış və dava səsləri daha gəlməmişdir. Bir neçə saat sonra Yevlax rayon polis şöbəsinin əməkdaşlarından biri ona zəng edərək hadisə yerinə gəldiyini, lakin, hər hansı bir hadisənin olmadığını demişdir. O, polis əməkdaşına hadisənin bitdiyini demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxx 2020-ci il tarixli 188 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərdən başın təpə nahiyəsinin yarası çapıcı alətin kəsər hissəsinin, sol əlin arxa səthinin qançırı və şişkinliyi küt alətin, ola bilsin beşbarmaqla zərbənin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin yarası səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sol əlin arxa səthinin qançırı və şişkinliyi sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxx 2020-ci il tarixli 189 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-sol tərəf bel nahiyəsinin qançırı küt alətin, ola bilsin baltanın küpünün təsərindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.15-də şünhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı İnzibari Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2004-cü il tarixdə doğulmuşdur. Beləliklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin ifadələrisi, şahid ifadəsi, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi qaydasını və prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə görə yetkinlik yaşına çatmayan şəxsə cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda yetkinlik yaşına çatmamasını, təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş olan ziyanın tam şəkildə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin yetkinlik yaşına çatmamış şəxs kimi onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti verməklə şərti hesab etməyi məqsədəmüvafiq bilir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, həmin cəza 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş «nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi ümumilikdə 57 (əlli yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 342 (üç yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-133/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-133/2020
05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver