Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-133/2021 21.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Ucar rayon Kommunal Müəssisələri Kombinatında yaşıllıq sahəsində bağ fəhləsi işləyən, əvvəllər məhkum olunmuş, barəsində 30 may 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə-heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda 0,152 qram və 0,167 qram miqdarında, cəmi 0,319 qram miqdarında narkotik vasitə-heroini tanışı Şahid4 28 may 2021-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri, E. Ağayev küçəsində 10 manat pula alaraq əldə edib əynindəki şalvarının sağ kiçik ölçülü cibində iki ədəd göy-ağ rəngli kağız bükümlərdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 28 may 2021-ci il tarixdə saat 18:00 radələrində, Yevlax şəhəri, E.Ağayev küçəsində saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 18:40 dəqiqədən saat 19:00 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ kiçik ölçülü cibindən iki ədəd göy-ağ rəngli kağız bükümlərdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda 0,152 qram və 0,167 qram miqdarında, cəmi 0,319 qram miqdarında narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Ucar rayonu Qarabörk kəndində doğulmuş və ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. 2010-cu il tarixdən Ucar rayon Kommunal Müəssisələri Kombinatında yaşıllıq sahəsində bağ fəhləsi işləmişdir. Təxminən üç ildir narkotik vasitə olan heroindən istifadə edir. O, Yevlax şəhərində yaşamış Rəfail adlı şəxsi təxminən iki-üç ay əvvəl tanımışdır. Rəfaildən 28 may 2021-ci il tarixdə saat 16 radələrində Yevlax şəhərində 10 manat pulun müqabilində iki büküm, təxminən 0,3 qram miqdarında heroin almışdır. Belə ki, həmin gün bədənində ağrılar olduğu üçün Yevlax şəhərinə gəlməyi və Rəfaildən heroin alıb istifadə etməyi qərara almışdır. Yaşadığı evdən çıxıb mikroavtobusla Yevlax şəhərinə gəlmiş və saat 16 radələrində Rəfaillə görüşmüşdür. Rəfailə bədənində ağrılar olduğunu demiş və ona iki büküm heroin satmasını xahiş etmişdir. Bunun üçün Rəfailə 10 manat pul vermişdir. Rəfail özünə məxsus olmuş “QAZ-31” markalı avtomobilin salonundakı bardaçokdan iki ədəd kağız bükümdə heroin götürüb ona vermişdir. Bükümlərin içərisinə baxmış və hər birində təxminən 0,15 qram miqdarında heroinin olduğunu görmüşdür. İçərisində heroin olmuş iki ədəd kağız bükümünü əynindəki şalvarının sağ kiçik ölçülü cibinə qoymuşdur. Küçə ilə hərəkətdə olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə daxil olmuş məlumat əsasında onun barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirəcəklərini və üstündə şəxsi axtarış aparacaqlarını demişlər. Polis əməkdaşlarına ətrafda insanların olduğunu, küçədə üstündə şəxsi axtarış aparılacağı halda həmin şəxslərin görəcəyini demiş və başqa bir yerdə üzərində axtarış aparılmasını xahiş etmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarışı polis şöbəsində apara biləcəklərini demişlər. Bundan sonra polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğumu bildirib onu tutmuşdur və o, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı vəkil Zauru Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyi təklif etmişdir. Həmin vaxt o, əynində olmuş şalvarının sağ kiçik ölçülü cibində saxladığı içərisində heroin olmuş iki ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Kağız bükümlərdəki maddənin heroin olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, heroini istifadə etmək üçün Yevlax şəhərində yaşamış Rəfail adlı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Həmin heroini özü istifadə etmək üçün əldə etmiş və üzərində saxlamışdır. Yevlax rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən həqiqətən də üzərindən 0,319 qram miqdarında narkotik vasitə-heroin aşkar edilmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağnın olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, Ucar rayonu, Qarabörk kəndində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Yevlax şəhərinə gəlib qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 28 may 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 28 may 2021-ci il tarixli əmri ilə onun, əməliyyat müvəkkili Şahid1 və X5un iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 17:30 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri ərazisində gəzmişlər. Saat 18:00 radələrində onlar Vicatın Yevlax şəhəri, E.Ağayev küçəsində olduğunu görmüşlər və Vicata yaxınlaşmışlar. Əməliyyat müvəkkili Şahid1 Vicata qanunsuz olaraq narkotik vasitə heroin əldə etməsi və üzərində saxlaması barədə məlumatının olduğunu, Vicatın saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Vicat üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Vicatın üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Kərimlə birlikdə Vicatı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X5a təhvil vermişlər. X9 şübhəli şəxs qismində tutmuş və Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 müdafiəçi təyin edilmişdir. Xidməti iş otağında Mehman Əsədov onun, Şahid1 və Zaur Bərxudarovun iştirakı ilə Vicatın üzərində şəxsi axtarış aparmışdır. Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Vicat əynindəki şalvarının kiçik ölçülü sağ yan cibindən iki ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Vicat iki ədəd kağız bükümün içərisində narkotik vasitə-heroin olduğunu, heroini 28 may 2021-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsində yaşamış tanışı Rəfail adlı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. Vicat narkotik vasitə istifadəçisi olduğunu, heroini istifadə etmək məqsədi ilə alıb əldə edərək üzərində saxladığını bildirmişdir. X5 iki ədəd kağız bükümü açmış, içərisində heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Mehman Əsədov heroinə bənzər maddəni bükümləri ilə birlikdə bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda 0,152 qram və 0,167 qram miqdarında, cəmi 0,319 qram miqdarında narkotik vasitə-heroini Yevlax şəhəri, E.Ağayev küçəsi ev 24-də yaşamış tanışı Şahid4 10 manat pulun müqabilində almışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən şahid Yevlax RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Şahid3 ibtidai istintaq zamanı vermiş oduğu ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qarabörk kəndində yaşamış Təqsirləndirilən şəxs mütəmadi olaraq Yevlax şəhərinə gəlib qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 28 may 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 18 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs tutaraq Yevlax rayon polis şöbəsinə gətirmişlər. X5 Vicatın üzərində şəxsi axtarış aparacağını, həmin istintaq hərəkətini kamera vasitəsi ilə video çəkilişlə qeydə almağını bildirmişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Vicat əynindəki şalvarının kiçik ölçülü sağ yan cibindən iki ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Vicat iki ədəd kağız bükümün içərisində narkotik vasitə-heroin olduğunu, heroini 28 may 2021-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsində yaşamış tanışı Rəfail adlı şəxsdən 10 manat pulun müqabilində aldığını bildirmişdir. Vicat narkotik vasitə istifadəçisi olduğunu, heroini istifadə etmək məqsədi ilə alıb əldə edərək üzərində saxladığını bildirmişdir. X5 iki ədəd kağız bükümü açmış, içərisində heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə heroin istifadə etsə də, son vaxtlar istifadə etməmişdir. 2021-ci ilin may ayının sonlarında iş yerinin yaxınlığında olarkən yerdə gördüyü üç ədəd kağız büküm onun diqqətini cəlb etmişdir. O, həmin kağız bükümləri götürüb içərisinə baxmış və hər bükümdə təxminən 0,1 qram miqdarında narkotik vasitə-heroin olduğunu görmüşdür. Heroin istifadəçisi olduğu üçün həmin heroini götürməyi və az-az istifadə etməyi qərara almışdır. Üç büküm heroini götürüb özünə məxsus olmuş “QAZ-31” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bardaçokuna qoyub saxlamışdır. Həmin bükümlərdən iki ədədi göy-ağ rəngli olmuşdur. O, Ucar rayonu, Qarabörk kəndində yaşamış Təqsirləndirilən şəxs təxminən iki-üç ay əvvəl tanımışdır. Vicata cəmi bir dəfə, 28 may 2021-ci il tarixdə iki büküm heroin satmışdır. Belə ki, həmin gün saat 16 radələrində o, Yevlax şəhəri, E.Ağayev küçəsində olmuşdur. Həmin vaxt Vicat gələrək onunla görüşmüşdür. Vicat ona bədənində ağrılar olduğunu, pulunun olduğunu, lakin, istifadə etmək üçün heroin əldə edə bilmədiyini demişdir. O, Vicata avtomobilində üç büküm heroin saxladığını, iki büküm heroini Vicata sata biləcəyini demişdir. Pula ehtiyacı olduğu üçün iki büküm heroini Vicata satmaq qərarına gəlmişdir. O, iki büküm heroin üçün Vicatdan 10 manat pul istəmişdir. Həmin vaxt Vicat ona 10 manat pul vermişdir. Bundan sonra o, “QAZ-31” markalı avtomobilinin bardoçokundan göy-ağ rəngli iki ədəd kağız bükümdə olmuş heroini götürüb Vicata vermişdir. Vicat bükümlərin içərisinə baxmış və həqiqətəndə bükümlərin hər birində təxminən 0,15 qram miqdarında heroin olduğunu görmüşdür. Vicat içərisində heroin olmuş iki ədəd kağız bükümü şalvarının cibinə qoymuş və sonra Vicat onunla sağollaşıb getmişdir. 30 may 2021-ci il tarixdə saat 18 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları onu “QAZ-31” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamışlar. Polis əməkdaşları qanunsuz olaraq narkotik vasitənin satışı ilə məşğul olduğunu, üzərində və ya avtomobilində narkotik vasitə saxladığını bildirmiş, avtomobilinə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşları onu avtomobili ilə birlikdə Yevlax rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı onun avtomobilinə baxış keçirmişdir. Baxış zamanı polis əməkdaşları onun avtomobilinin bardaçokundan bir ədəd kağız bükümdə 0,185 qram miqdarında narkotik vasitə-heroin aşkar edib götürmüşlər. Bundan sonra o, Vicatın iki gün əvvəl tutulduğunu, 10 manat pulun müqabilində Vicata satdığı 0,319 qram miqdarında heroinin Vicatın üzərindən aşkar edilib götürüldüyünü, sorğu zamanı Vicatın həmin heroini ondan aldığını dediyini bilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış aparılarkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və əynindəki şalvarın kiçik ölçülü sağ yan cibindən çıxarıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə bioloji ekspertizasının 29 may 2021-ci il tarixli 17/383 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 02 (iki) ədəd göy-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,152 qram və 0,167 qram, ümumi təmiz çəkisi- 0,319 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 0,319 qram, tədqiqata sərf edildi 0,10 qram, (hər obyektdən 0,05 qram), qalıq-0,219 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə bioloji ekspertizasının 06 iyun 2021-ci il tarixli 17/404 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümün içərisində olan 02 (iki) ədəd göy-ağ rəngli kağız bükümlərdə olan heroinlər ilə üzərində “Şübhəli şəxs Şahid4 məxsus olan avtomaşının...aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. a) Heroinlərin ümumi təmiz çəkisi 0,219 qram, tədqiqata sərf edildi 0,10 qram, (hər obyektdən qram), qalıq-0,119 qram. b) Heroinin təmiz çəkisi 0,135 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq-0,885 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 10 avqust 2021-ci il tarixli 936 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ucar rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 1(063)-25/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ucar rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli 7(063)-13/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 1(063)-25/2019 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 15 (on beş) günü, Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2019-cu il tarixdən hesablanmışdır. 19 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən əvvəllər böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkum olunmuş şəxsə cəza təyini zamanı cinayətlərin resedivi nəzərə alınmır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 may 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 16 iyun 2021-ci il tarixli 304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, halhazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ucar rayon İHB-nın Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqəsinin surətindən və Ucar rayon İHB-nın Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyindən verilmiş 08 iyun 2021-ci il tarixli 525 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ucar rayon İHB-nın Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyindən verilmiş 08 iyun 2021-ci il tarixli 526 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü İsmayıl və 2013-cü il təvəllüdlü Həsən adlı iki azyaşlı uşağı var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ucar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayon Kommunal Müəssisələri Kombinatında yaşıllıq sahəsində bağ fəhləsi işləyir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 may 2021-ci il tarixdən 30 may 2021ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,219 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Ucar rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Ucar rayonu, Qarabörk kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ucar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 may 2021-ci il tarixdən 30 may 2021ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Ucar rayonu, ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Ucar rayonu, Qarabörk kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Ucar rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,219 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ucar rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 oğlunun göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-133/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-133/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver