Məhkəmə qərarları › İş №1(039)-133/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-133/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-133/2023 04.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Goranboy rayonu Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 08 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Goranboy rayonu Bəşirli kəndində qeydiyyatda olan, hazırkı iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1,096 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq ağ rəngli sellofan bükümdə olmaqla üzərində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən “Aran” kafesinin yaxınlığında saxlanılaraq Yevlax RPŞ-nə gətirilib 24 mart 2023-cü il tarixdə saat 00:45 dəqiqədən saat 01:20 dəqiqəyədək olan müddət ərzində orada video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan gödəkcənin cibindən həmin narkotik maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrin istifadəçisidir. 23 mart 2023-cü il tarixdə, axşam saatlarında narkotik maddə almaq məqsədi ilə adını bilmədiyi şəxslə Yevlax şəhərində görüşərək 10 manat müqabilində öz istifadəsi üçün narkotik maddə almış və daha sonra istifadə etmək məqsədi ilə sellofan bükülüdə olan həmin narkotik maddəni cibinə qoyub saxlamışdır. Bundan sonra Yevlax şəhərindən çıxaraq Aran qəsəbəsinə getmişdir. Həmin qəsəbədə “Aran” kafesinin qarşısında avtomobildə olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini Yevlax RPŞ-nin əməkdaşları kimi təqdim etmiş və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Orada ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, video çəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. Buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı cibindən sellofan bükülüdə olan öz istifadə üçün saxladığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Narkotik maddə tərəzidə onun iştirakı ilə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Himayəsində azyaşlı övladının olduğunu qeyd edərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Şahid2 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin İTB-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və istehlakı ilə məşğul olması barədə 23 mart 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Rəşad Mamedova məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, sonuncunun məruzəsi əsasında şöbənin rəhbərliyi tərəfindən müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Yevlax rayonu Aran qəsəbəsində olduğu barədə məlumat edilmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin qəsəbəyə getmişlər. Qəsəbədə, “Aran” kafesinin qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər bir qadına yaxınlaşıb ona özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin qadın özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ona bildirmişlər ki, narkotik maddələrin saxlanmasında şübhəli olduğu üçün Yevlax RPŞ-yə dəvət olunur. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqlardan birində ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcənin cibindın sellofan bükülü aşkar edilmişdir. Həmin sellofan bükülünün içində isə narkotik maddəyə bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik maddə olan heroindir, öz istifadəsi üçün tanışından 10 manat müqabilində almışdır. Qeyd edilən kütlə tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən sellofan bükülüdə narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X3 24 mart 2023-cü il tarixli 17/274 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş ağ rəngli sellofana bükülmüş bükümdür...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 1.096 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qalıq 1.046. (səh. 45) Məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2023-cü il tarixli 1152 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (səh.135) Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli, 7(104)-38/2023 saylı qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair Goranboy rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş və Təqsirləndirilən şəxs barəsində çıxarılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 08 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıdan məhrumetmə cəzası ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbs edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 29 dekabr 2020-ci il tarixdə doğulmuş, atası X1, anası Təqsirləndirilən şəxsdır. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə barəsində tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə həmin cəza üçün qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərə əməl etməməsi nəzərə alınmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda onun narkomaniya xəstəliyindən əziyyət çəkməsini və məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində Cinayət Məcəlləsinin 79.1. maddəsinin tətbiq edilməsi də məqsədəmüvafiq deyildir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hazırkı həkmlə təyin ediləcək cəzaya Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli, 7(104)-38/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay 19 (on doqquz) gün müddətinə azadlıdan məhrumetmə cəzasının hazırkı tarixə olan çəkilməmiş hissəsi 04 (dörd) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti cəza müəyyən edilməldir. Cəzasının əvvəli hazırkı hökm qəbul edilən tarixdən, yəni 04 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X5 saxlanılan, qalıq 1.046 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 71.94 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 21 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 7(104)-38/2023 saylı qərarı ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 04 (dörd) ay 03 (üç) gün müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirilərək qəti olaraq üzərində 1 (bir) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablansın . Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X5 saxlanılan 1.046 qram miqdarında narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin . Ekspertiza tədqiqatının dəyəri - 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 21 (iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar