Məhkəmə qərarları › İş №1(039)-133/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-133/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-133/2025 28.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X20 Əliyar oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X5 hüquqi varisi X2 Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Ağdaş rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, təqaüdçü, məhkumluğu olmayan, barəsində 15 sentyabr 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Ağdaş rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə və digər zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə saat 04:30 radələrində “BC 215817” seriya nömrəli, “B1, B, C1, C” katerqoriyalı sürücülük vəsiqəsi ilə X4 mülkiyyətində olmaqla nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz 250” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Yevlax-Xaldan-Mingəçevir avtomobil yolunun 8-ci kilometrliyinin Yevlax rayonu, Havarlı kəndinin ərazisindən keçən hissəsi ilə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyiilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara əməl etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq idarə etdiyi həmin “Mersedes Benz 250” markalı **-LG- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qarşı hissəsini qarşı tərəfdə onunla eyni zolaqda və eyni istiqamətdə hərəkətdə olan xx.xx.1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi kustar üsulla hazırlanan yedək qoşulmuş “Ural” markalı motoblokun yedək hissəsi ilə toqquşdurması nəticəsində həmin motoblok əks hərəkət zolağına çıxaraq aşmış və nəticədə həmin motobloka qoşulmuş kustar üsulla hazırlanan yedəkdə sərnişin qismində əyləşmiş xx.xx.1959-cu il təvəllüdlü X8 həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid açıq kəllə beyin travması, üz skelet sümüklərinin, çoxqəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, döş sümüyünün, hər iki tərəf qabırğaların sınığı ilə müşayiət olunun xəsarətləri yetirməklə X5 ona göstərilən zəruri tibbi yardımlara baxmayaraq Mingəçevir şəhər xəstəxanasında ehtiyatsızlıqdan ölməsi ilə nəticələnən, “Ural” markalı motoblokun sürücüsü Zərərçəkmiş şəxs isə səhhətin uzun müddət pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır vurmaya aid sağ çiyin qurşağının arxa səthinin, sağ dizin ön səthinin, sağ əlin arxa səthinin, sağ qaşüstü nahiyyənin sıyrıqları, sağ kürək və sağ mil sümüyünün sınıqları ilə müşayiət olunun xəsarətləri yetirməklə nəticələnən yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Yenikənd kəndində yaşayır. “Mercedes Benz 250” markalı ** LG *** dövlət qeydiyyat nişanlı minik avtomobili var. Həmin avtomobil X4 adına olmaqla onun istifadəsindədir və həmin avtomobili etibarnamə əsasında idarə edir. 29 iyun 2025-ci il tarixdə saat 04 radələrində idarə etdiyi həmin avtomobillə qızı Şahid2, arvadı Şəfiqa Səfərova və Lamiyə adlı qonşusu ilə birlikdə yaşadığı Ağdaş rayonunu tərk edərək Mingəçevir şəhərinə bazara getmək üzrə yola çıxmışdır. X3 qarşı oturacaqda, qızı Şahid2 arxa oturacağın sağında, Lamiyə isə arxa oturacağın solunda əyləşmişdir. Saat 04:30 radələrində avtomobilini 70 km/saat surətlə idarə edərək üzü Mingəçevir şəhəri istiqamətində hərəkətdə olmuşdur. Qəflətən Yevlax rayonu, Havarlı kəndini giriş hissəsinə çatanda qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyündən və motoblokun işığı olmadığından sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi yedək quraşdırılmış “Ural” markalı motoblokun hərəkətdə olmasını görmüş, lakin əyləcə basmağa belə fürsət tapa bilməmiş, idarə etdiyi avtomobilinin qarşı tərəfi motoblokun arxası ilə toqquşdurmuşdur. Bundan sonra avtomobilinin mühərrikxanasının qapağı qalxdığından heç nə görə bilməmişdir. Motoblokda olan adamlar isə sağ tərəfdə yerdə uzanmışlar. Həmin vaxt oraya təcili yardım çağırmış, Hacıbalaya su vermişdir. Sonra oraya təcili yardım avtomobili gəlib yaralıları xəstəxanaya aparmışdır. Arvadı, qızı və qonşu Lamiyə başqa yol avtomobilinə oturub bazara getmişlər. Adının və soyadını Fəxriyyə Kazımova olmasını bildiyi qadın həmin gün Mingəçevir xəstəxanasında ölmüşdür. Hacıbala isə müalicəsini davam etdirib sağalmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində özü hər hansı bir bədən xəsarəti almamışdır. Vəfat etmiş zərərçəkmiş şəxsin yas mərasiminə, məzar daşının hazırlanmasına və Hacıbalanın müalicə xərclərinə köməklik etmişdir. Əməlindən səmimi olaraq peşmandır. Hazırda Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Namizəd Barabanovla barışmış və ondan heç bir şikayət və tələblərii yoxdur. Məhkəmədən zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Hacıselli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və təqaüdçüdür. Əvvəllər sürücü olsa da, yaşla əlaqədar olaraq sürücülük vəsiqəsi və adına hər hansı avtomobil yoxdur. 1 il olar ki, “Goran” ticarət mərkəzindən “Ural” markalı motoblok almışdır. Alandan sonra onun arxasına yük daşımaq və sərnişin oturması üçün dəmirdən yedək səbət yığmışdır. Həmin mexanizmlə kənddə təsərrüfat əkib becərmiş, həmin əkib becərdiyi məhsulları Mingəçevir bazarına aparıb satmışdır. 28 iyun 2025-ci il tarixdə sabahsı gün Mingəçevir şəhərindəki bazarda satmaq üçün kartof, pomidor və şüyüd yığmışdır. Səhəri gün yəni, 29 iyun 2025-ci il tarixdə mərhum arvadı X10 ilə birlikdə məsulları satmaq üçün motobloka əyləşərək yaşadıqları kəndi tərk etmişlər. Motoblokun işığı olmaması səbəbindən 29 iyun 2025-ci il tarixdə saat 04:30 radələrində hava işıqlananda yola çıxmışdır. Özü motoblokun sükanı arxasında, arvadı isə yedəkdə oturmuşdur. Motobloku 15 km/saat sürətlə idarə etmişdir. Yevlax rayonu, Havarlı kəndinin giriş hissəsinə çatanda arxadan bərk zərbə dəymişdir. Aradan az müddət keçmiş gözünü Mingəçevir şəhər xəstəxanasında açmışdır. Arvadının vəziyyətini soruşanda yaxşı olmasını demişlər. Hadisə nəticəsində sağ qolu sındığına və başqa xəsarətlər aldığına görə müalicə almış, 2 gün sonra xəstəxanadan evə buraxanda arvadının həmin xəstəxanada ölməsini bilmişdir. Motoblokunu idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili ilə arxadan vuran şəxsin isə Ağdaş rayon sakini Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, 29 iyun 2025-ci il tarixdə səhər saat 04:30 radələrində Yevlax rayonu, Havarlı kəndinin ərazisindən keçən asfalt örtüklü yolda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən X10 onun anasıdır. Əkinçiliklə məşğul olduqları üçün məhsulları ailələrini dolandırmaq üçün mərhum anası ilə atası aparıb Mingəçevir şəhərində yerləşən bazarda satmışlar. Bu məqsədlə atası Hacıbala 1 il olar ki, “Goran” ticarət mərkəzindən “Ural” markalı motoblok almışdır. 29 iyun 2025-ci il tarixdə saat 04:30 radələrində hava işıqlananda mərhum anası X10 ilə birlikdə əkindən yığdıqları məsulları satmaq üçün motobloka əyləşərək kəndi tərk etmişlər. Motobloku atası idarə etmişdir. Sonradan ona zəng edilib məlumat verilmişdir ki, Arzuman adlı sürücü bilməyərəkdən idarə etdiyi “Mercedez Benz” markal minik avtomobil ilə atasının motoblokunu arxadan vurmuşdur. Nəticədə mərhum X16 və atası Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına daxil olmuşlar. X16 həmin gün xəstəxanada ona yardım göstərilməsinə baxmayaraq aldığı xəsarətlərdən həmin xəstəxanada ölmüşdür. Atası isə orada bir müddət müalicə alandan sonra evə buraxılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşadığı kənddə əkinçilik və maldarlıqla məşğul olur. Yetişdirdiyi məhsulu da məsafə yaxın olduğuna görə aparıb Mingəçevir şəhərində yerləşən bazarda satırlar. Bu səbəbdən də əri Təqsirləndirilən şəxs “Mercedes Benz 250” markalı ** LG *** dövlət qeydiyyat nişanlı minik avtomobili almışdır. 29 iyun 2025-ci il tarixdə saat 04 radələrində ərinin idarə etdiyi həmin avtomobillə qızı Şahid2 və qonşusu Lamiyə ilə birlikdə yaşadığı Ağdaş rayonunu tərk edərək Mingəçevir şəhərinə bazara məhsullarını satmağa getmək üzrə yola çıxmışlar. O, avtomobilin qarşı oturacağında, qızı Xalidə arxa oturacağın sağında, Lamiyə isə arxa oturacağın solunda əyləşmişdir. X17 rayonu Havarlı kəndinin giriş hissəsinə çatanda qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyündən və motoblokun işığı olmadığından qarşıda “Ural” markalı motoblokun hərəkətdə olmasını gec görmüşdür. Əri Arzuman əyləcə basmağa belə fürsət tapa bilməmiş, avtomobilinin qarşı tərəfi ilə motoblokun arxasını toqquşdurmuşdur. Avtomobildən düşəndə görmüşdür ki, motoblok avtomobilin altındadır. Motoblokda olan adamlar isə sağ tərəfdə yerdə uzanmışlar. Həmin vaxt Arzuman oraya təcili yardım çağırmış, Hacıbalaya su vermişdir. Sonra oraya təcili yardım avtomobili gəlib yaralıları xəstəxanaya aparmışdır. O, qızı və qonşusu Lamiyə də başqa yol avtomobili ilə bazara getmişlər. Arzuman isə hadisə yerində qalmış, oraya polis əməkdaşlarını zəng edib çağırmışdır. Sonradan adının və soyadının Fəxriyyə Kazımova olmasını bildiyi qadının həmin gün Mingəçevir xəstəxanasında ölməsini, Fəxriyyənin əri Hacıbalanın isə xəstəxanada müalicə almasını Arzumandan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 və Şahid3 şahid X9 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X21 xx.xx.2025-ci il tarixli, 35 saylı rəyindən görünür ki, mərhum X5 meyitində aşkar edilmiş xəsarətlər-açıq kəllə beyin travması, üz skelet sümüklərinin, çoxqəlpəli, kəllə əsası sümüklərinin xətti sınığı, subaraxnoidal qansızma, döş sümüyünün, hər iki tərəf qabırğaların sınığı bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin maneəyə dəyərək kəskin tormozlaması nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş şəxsin avtomobildə olan detallara, cihazlar panelinə, ön külək şüşəsinə çırpılması nəticəsində əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X21 xx.xx.2025-ci il tarixli, 350 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Əli oğlunun bədənində aşkar edilmiş xəsarət-sağ çiyin qurşağının arxa səthinin, sağ dizin ön səthinin, sağ əlin arxa səthinin, sağ qaşüstü nahiyyənin sıyrıqları, sağ kürək və sağ mil sümüyünün sınıqları bərk küt alətin təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi inkar edilmir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. xx.xx.2025-ci il tarixli, 711 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2025-ci il tarixdə sərxoşluğu olmamışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-dən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-16-11/1-2866/2025 nömrəli məktubundan görünür ki, DİNnin Mərkəzi informasiya sistemində olan məlumata əsasən vətəndaş Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2000-ci il tarixdə Yevlax RQİ və TBŞ tərəfindən (xx.xx.2010-cu il tarixədədk etibarlı olan) AA ******* saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Mingəçevir Regional “Asan Xidmət Mərkəzi” tərəfindən (xx.xx.2026-cı il tarıxədək etibarlı olan) “BC 215817” seriya nömrəli, “B1, B” katerqoriyalı sürücülük vəsiqəsi verilmişdir. DİN-nin Mərkəzi informasiya sistemində olan məlumata əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdulaşdırılmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07. 08.2025-ci il tarixli 8/1559 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mersedes Benz 250” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bədinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Mersedes Benz 250” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı minik dövlət qeydiyyat nişanlı avtomobil və kustar üsulla hazırlanan yedək qoşulmuş “Ural” markalı motoblok iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və məhkəməyədək saxlanılması üçün Yevlax RPŞ-nin müvəqqəti duracağına təhvil verilmişdir. Ağdaş rayon İHB-nın Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəməyə təqdim olunan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs Fəxriyyə Kazımovanın hüquqi varisi X6 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli Qərarının 4.21-ci bəndinə əsasən “CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.”. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Məhkəmə, zərərçəkmiş şəxsin yaxın qohumu olan oğlu (zərərçəkmiş şəxsin hüquqi varisi) X6 və Zərərçəkmiş şəxs ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin müvəqqəti duracağında saxlanılan “Mersedes Benz 250” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı minik dövlət qeydiyyat nişanlı avtomobil və kustar üsulla hazırlanan yedək qoşulmuş “Ural” markalı motoblok hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 6 (altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 66 (altmış altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yevlax RPŞ-nin müvəqqəti duracağında saxlanılan “Mersedes Benz 250” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı minik dövlət qeydiyyat nişanlı avtomobil və kustar üsulla hazırlanan yedək qoşulmuş “Ural” markalı motoblok hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 66 (altmış altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar