Məhkəmə qərarları › İş №1(039)-134/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-134/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-134/2022 01.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən 2022-ci ilin mart ayının 02-də saat 14 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs1 məxsus Yevlax rayonu Tanrıqullar kəndindəki yaşayış evində qonaq olarkən Zərərçəkmiş şəxs1 həyət evinin pilləkəninə qoymuş olduğu göy rəngli gödəkcənin cibindən 1,100 manat pulu gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 1,100 manat məbləğində ziyan vurmaqla qəsdən özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. . Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək söyləmişdir ki, onun bacısı qızı X6 Babayevin oğlu Əli Babayevlə el adəti üzrə nişanlı olmuşdur. Aralarında münasibətlər yaxşı olmuşdur. 02 mart 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1lə birlikdə Yevlax rayonu, Tanrıqullar kəndində yerlşən qəbrstanlığa getmişlər. Valeh anasının qəbrini ziyarət etdikdən sonra Valehin İdarə etdiyi VAZ 2106 markalı avtomobillə birlikdə Valehin yaşadığı evə getmişlər. Bu zaman bacısı qızı Nargilə və Vüsalə avtomobildə oturmuşlar. Valeh yaşadığı evin qarşısında avtomobili saxlayraq həyətə daxil olub gödəkcəsini çıxarıb pilləkanın tutacağından asaraq tualetə getmşidir. Valehin cibində pul olduğunu bildiyindən yaxınlaşıb Valehin gödəkcəsinin cibindən 500 manat pul götürüb öz cibinə qoymuşdur. Bundan sonra onlar Valehlə Mingəçevir şəhərinə getmişlər. Oradan isə o, öz evinə getmişdir. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. 02 mart 2022-ci il tarixdə Tanrıqullar kəndində olarkən Valeh özünə məxsus 1,100 manat pulunu itirdiyini aşkar etmişdir. İki gün sonra Valeh ondan ona məxsus 1,100 manat pulu oğurlayıb-oğurlamamağını soruşmuş o isə, pulu oğurlamadığını, ümumiyyətlə onun pulunu görmədiyini bildirmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini, gözündən 3-cü qrup əlil olmaqla mütəmadi müalicə aldığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı bildirmişdir ki, 02 mart 2022-ci il tarixdə oğlu Əlinin nişanlısı Nargilə, sonuncunun dayısı Yadigar və digər oğlunun nişanlısı Vüsalə ilə birlikdə Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən qəbrstanlıqda anasının qəbrini ziyarət etmişlər. Bundan sonra onlarla birlikdə həmin kənddə yerləşən evlərinə qayıtmışlar. Evlərinin qarşısında avtomobilini saxlamış və həyətə daxil olaraq tualetə getmişdir. Bu zaman əynindəki gödəkcəni çıxararaq evin pilləkəninin tutacağından asmışdır. Gödəkcəsinin cibində cəmi 3,100 manat pul olmuşdur. Tualetdən qayıtdıqdan sonra əli ilə cibini yoxlamış və pulun yerində olduğunu müəyyən etmişdir. Lakin, pulu çıxarıb saymamışdır. Həmin anda həyətdə yalnız Yadigar olmuşdur. Bundan sonra hamısı birlikdə Mingəçevir şəhhərinə getmişlər. Axşam evə döndükdən sonra cibində olan pulu çıxarıb saydıqda 3,100 manat puldan 1,100 manatının əskik olduğunu aşkar etmişdir. Həmin zaman yalnız Yadıgar həyətdə olduğundan ondan pulu götürüb götürmədiyini soruşmuş, lakin Yadigar bildirmişdir ki, pulu götürməyib. Lakin, ona məlumdur ki, pulu Yadigar götürüb. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək ona dəymiş ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Yevlax Rayon Polis Şöbəsinin 01 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü qismən olaraq təqsirli bilsə də, onun Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə, yəni özgənin əmlakını gizli olaraq talaması özünün qismən etirafı, zərər çəkmiş şəxsin ifadəsi ilə tam olaraq sübuta yetirilmişdir. Bu səbəbdən ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, onun 3-cü qrup əlil olmasını, xəstəliyini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş zərəri tam olaraq ödəməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. X1 məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdikləri hüquqi yardıma görə hər birinə 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 24 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət və 01 noyabr 2022-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 2 (iki) ay 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili X4 ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar