Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-134/2023 25.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli talamaq məqsədi ilə 02 aprel 2023-ci il tarixdə saat 19 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığından istifadə edib evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub həyətdə olan yaşayış sahəsi hesab edilən evin otağından 30 manat dəyərində “İonic” markalı saç quruducu cihazı, 300 manat dəyərində “Super Max” markalı, “SM 5000 SLZ” modelli elektrik qidalandırıcısını və 120 manat dəyərində işlənmiş vəziyyətdə olan “Viktor” markalı, “ZDU- 850GR” modelli dreli qəsdən gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 450 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, daimi iş yeri yoxdur, arasıra fəhləlik edib pul qazanır. Heç vaxt oğurluq etməmişdir. 02 aprel 2023-cü il tarixdə, axşam saatlarında Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşadıqları küçə ilə gedərkən qohumu, həm də qonşusu olan Zərərçəkmiş şəxs yaşadığı evin darvazasında qıfıl olduğunu görmüş və anlamışdır ki, evdə heç kim yoxdur. İçkili olduğundan belə qərara gəlmişdir ki, evə daxil olub oğurluq etsin. Evin yerləşdiyi həyətin daşdan olan hasarından aşıb həyətə keçmişdir. Daha sonra isə evin giriş qapısının açıq olduğunu görüb otağa daxil olmuşdur. Otaqdan saç quruducu cihazı, elektrik qidalandırıcısını və işlənmiş vəziyyətdə olan dreli götürüb həyətə girdiyi qaydada həyətdən çıxmış və bir başa yaşadığı evə getmişdir. Oğurladığı əşyaları yaşadığı evin həyətində gizlətmişdir. İki gün sonra, 04 aprel 2023-cü il tarixdə qidalandırıcının içərisindəki misi sökmüş və misi kəndin girişində Vaz- 2106 markalı avtomobili ilə dayanan, mis qəbulu ilə məşğul olan tanımadığı şəxsə özünün olduğunu qeyd edərək satmışdır. Digər əşyaları da sonradan tanımadığı şəxs satmışdır. Qidalandırıcının qutusunu isə yaşadığı evin həyətində gizlətmişdir. Sonradan polis əməkdaşları onun Sabirənin evindən oğurluq etdiyini bilmiş və o, elektirik qidaladırıcısının metaldan olan qutunu polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyi qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclası zamanı yol uzaq olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, bu barədə ərizə təqdim edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, yaşadıqları evdə əri Şamil və oğlu Amil ilə birlikdə yaşayır. 23 mart 2023-cü il tarixdən Şamil ilə oğlu Amil ev təmir etmək üçün Qəbələ rayonunda ev təmiri işləri gördükləri üçün orada qalıb işləmişlər. O isə, hər gün səhər saat 08 radələrində işə getmiş, saat 21 radələrində isə evə qayıtmışdır. Evin qapısının kilidini bağlamasa da, küçə qapısını kilidlə kilidləmişdir. 07 aprel 2023-cü il tarixdə səhər saatlarında saçını qurutmaq üçün elektrik saç qurudanı axtarsa da tapa bilməmişdir. Evi axtararkən kondisioneri işlətmək üçün 300 manata aldığı yeni “Super Max” markalı “SM 5000 SLZ” model elektrik qidalandırıcısı, 120 manata aldığı “ZDU-850GR” model drelin və “İonic” markalı saç quruducu cihazının oğurlandığını anlamışdır. Evindən oğurluq edəni axtarsa da, tapa bilmədiyi üçün polis şöbəsinə şikayət etmişdir. Sonradan bilmişdir evindən oğurluğu qonşusu, həmdə qohumu olan Təqsirləndirilən şəxs etmişdir. O, “Super Max” markalı, “SM 5000 SLZ” model elektrik qidalandırıcısının qutusunu polis əməkdaşlarına təqdim etmişdir. "xxxx" MMC tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli ƏQ-283/2023 saylı mütəxəssis rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış mallarının qiyməti aşağıdakı kimidir: 1 ədəd “İonic” markalı saç quruducu cihaz 30 manat, 1 ədəd “Super Max” markalı “SM 5000 SLZ” model elektrik qidalandırıcısı 300 manat, 1 ədəd “Viktor” markalı, “ZDU-850GR” model drel isə 120 manat olmaqla ümumilikdə cəmi 450 manat təşkil etmişdir. (səh.86-95) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə, yəni yaşayış sahəsinə daxil olmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, mütəxəssis rəyi ilə tam sübuta yetirilmiş və ona qeyd edilən maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, bu cinayət işi üzrə müəyyən edilmiş zərəri tam ödəməsini, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Onun 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunan cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut olan Yevlax RPŞ-də saxlanılan “Super Max” markalı, “SM 5000 SLZ” modelli elektrik qidalandırıcısının metaldan olan qutusu Zərərçəkmiş şəxs qaytarılmalıdır. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 06 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan “Super Max” markalı, “SM 5000 SLZ” modelli elektrik qidalandırıcısının metaldan olan qutusu Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №1(039)-134/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-134/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver