Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-134/2025 13.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X17 Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və nümayəndəsi (vəkili) X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs guya əvvəllər onun barəsində xoşagəlməz sözlər deməsini özüözlüyündə bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yaşadığı evdən özü ilə təsərrüfatda istifadə edilən yaba götürərək Zərərçəkmiş şəxs ticarətlə məşğul olduğu, Bakı-Zaqatala-Balakən magistral avtomobil yolunun kənarında, Yevlax rayonu, Yuxarı Salamabad kəndin ərazisində yerləşən “Fəqan” ərzaq məhsulları marketinin qarşısına gəlib marketin açıq halda olan qapsından içəri daxil olaraq öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai yer hesab edilən marketdə ticarət edən müştərinin yanında əlində olan, silah qismində istifadə etdiyi yaba ilə marketdə olan müştəri ilə söhbət edən və Təqsirləndirilən şəxs marketə daxil olduğunu görə bilməyən, oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya heç nə demədən və heç bir əsas olmadan xuliqanlıq niyyəti ilə yabanın dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən üç dəfə qəsdən zərbə vuraraq sonuncuya təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüyünün sümüküstüaltı çatı xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirmiş və daha sonra zərərçəkmiş şəxsin marketində olan piştaxtanın üzərindəki satış üçün nəzərdə tutulmuş hər birinin ayrı-ayrılıqda qiyməti 4 manat olmaqla ümumilikdə 28 manat olan "xxxx" şirniyyat MMC-yə məxsus 7 ədəd 0,5 kq-lıq şəki halvasını, hər birinin ayrıayrılıqda qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat olan "xxxx" şirniyyat MMC-yə məxsus 10 ədəd 0,3 kq-lıq “şəki şirniyyatı”nı, hər birinin ayrı-ayrılıqda qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat olan "xxxx" şirniyyat MMC-yə məxsus 10 ədəd 0,4 kq-lıq “bamiyə” şirniyyatını, bir kiloqramının qiyməti 3,5 manat olmaqla ümumilikdə 14 manat dəyərində 4 kq banan meyvəsini əlində olan, silah qismində istifadə etdiyi yaba ilə vuraraq məhv etməklə və zədələməklə ümumilikdə Zərərçəkmiş şəxs 102 (yüz iki) manat ziyan vuraraq ictimai qaydanı kobud surətdə pozub, etmiş olduğu qərəzli xuliqanlıq hərəkətlərini aşkar şəkildə kənar şəxslərin də görməsi və onun hərəkətlərindən məlumatlı olmaları üçün öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməklə ictimai yer hesab edilən marketin qarşısındakı küçədə Zərərçəkmiş şəxs ünvanına və habelə ünvansız olaraq uca səslə nalayiq ifadələr deyərək qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş və qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə və habelə Zərərçəkmiş şəxs əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir tanıyır. Əvvəllər Zərərçəkmiş şəxsla yanaşı mağaza işlətmiş və münasibətləri yaxşı olmuş və aralarında narazılıqları olmamışdır. Təxminən 1 il 6 ay öncə Zərərçəkmiş şəxs qardaşı Şahid3la onun arasında torpaq üstündə münaqişə baş vermişdir. Baş verən münaqişə zamanı Şahid3 onu bıçaq zərbəsi ilə vuraraq xəsarət yetirmişdir. Həmin hadisə ilə bağlı onun şikayəti ilə Şahid3 barəsində cinayət işi başlanmışdır. Həmçinin 2025-ci ilin may ayında o, Zərərçəkmiş şəxs Yevlax rayonu, Xaldan kəndində yerləşən digər mağazasının qarşısında olarkən Zərərçəkmiş şəxsla aralarında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Zərərçəkmiş şəxs onun arvadının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Həmin vaxt o da qarşılıqlı olaraq Zərərçəkmiş şəxs təhqir etmişdir. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs qarşı nifrəti yaranmış və ondan qisas almaq fikri olmuşdur. Sonradan Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmək qərarına gəlmiş və 12 iyul 2025-ci il tarixdə axşam saatlarında yaşadığı evin həyətində olan təsərrüfatda istifadə etdiyi bir ədəd yabanı özü ilə götürərək Zərərçəkmiş şəxs məxsus olan “Fəqan” . Marketə daxil olduqdan sonra əlindəki yabanın dəmirdən olan hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən 3 dəfə var gücü ilə zərbə vurmuşdur. Marketdən çıxdıqda marketdə olan adını bilmədiyi müştəri də onunla birlikdə marketdən çıxmışdır. Lakin həmin müştərinin hara getdiyini bilməmişdir. Marketdən çıxdıqdan sonra yaşadığı evə getmişdir Məhkəmədən əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərcəkmış şəxsdən dəfələrlə üzr istəməsini nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Aşağı Salamabad kəndində yaşayır. Bakı şəhəri Nəsimi rayonu, 240 saylı tam orta məktəbin hərbi rəhbəri işlədiyindən iş günlərində Bakı şəhərində qalır və orada işə gedir. İşdə olmadığı günlərdə və məzuniyyətdə olduğu zamanlarda özünə məxsus olan Yevlax rayonu, Yuxarı Salamabad kənd ərazisində, Bakı-Zaqatala-Balakən magistral avtomobil yolunun kənarında yerləşən “Fəqan” marketi işlədir. Təqsirləndirilən şəxs onunla qonşu kənddə, yəni Yevlax rayonu, Xaldan kəndində yaşayır. Həmçinin 2025-ci ilin may ayında o, mağazasının qarşısında olarkən Zamiq onun arvadının ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Həmin vaxt o da qarşılıqlı olaraq cavab Təqsirləndirilən şəxslə onun qardaşı Şahid3 arasında əvvəllər münaqişə baş vermiş həmin münaqişə ilə bağlı cinayət işinin istintaqı aparılmışdır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan “Fəqan” marketdə olan zaman Yevlax rayonu, Quşçu kənd sakini Şahid2 müştəri qismində onun marketinə daxil olmuş və marketdə olan banan meyvəsinə baxaraq banan almaq istədiyini bildirmişdir. Həmin şəxs banan meyvəsinə baxarkən o, marketin kassasında oturuqlu vəziyyətdə həmin şəxslə söhbət etmişdir. Bu zaman başından kəskin ağrılar hiss etmiş və başını qaldırıb baxdıqda Təqsirləndirilən şəxs əlindəki yaba ilə onun baş nahiyəsindən bir neçə dəfə zərbə vurduğunu və əlindəki yaba ilə marketdə olan "xxxx" şirniyyat MMC-yə məxsus olan 7 ədəd 0,5 kq-lıq şəki havasını, "xxxx" şirniyyat MMC-yə məxsus olan 10 ədəd 0,3 kq-lıq “şəki şirniyyatı”nı, "xxxx" şirniyyat MMC-yə məxsus olan 10 ədəd 0,4 kq-lıq “bamiyə” şirniyyatını və 4 kq banan meyvəsini vuraraq zədələməklə yararsız hala salmış, əlində olan yabanın dəmirdən olan uc hissəsini ona soxmaq istəmişdir. Lakin o, geri çəkildiyindən yaba ona girməmişdir. Təqsirləndirilən şəxs onu əlində olan yaba ilə vuraraq xəsarət yetirdikdən sonra uca səslə onun ünvanına və ünvansız olaraq nalayiq ifadələr işlədərək əlindəki yaba ilə birlikdə marketdən çıxaraq uzaqlaşmışdır. Zamiq marketdən çıxdıqda marketdə müştəri qismində olan Quşçu kənd sakini Xosrov da marketdən çıxaraq getmişdir. Zamiq marketdən çıxdıqdan sonra da uca səslə ünvansız küçə söyüşləri söyərək və onun ünvanına nəlayiq söyüşlər söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs onu vurduqdan sonra yolun əks tərəfində yerləşən mağazaların və avtobus dayanacağının qarşısında da uca səslə nalyiq ifadələr işlədərək ünvanlı və ünvansız küçə söyüşləri söyərək qışqır-bağır salmağa başlamışdır. Təqsirləndirilən şəxs onu vurduqdan sonra o, marketin qarşısına çıxmış və bundan sonra münaqişə baş verdiyini bilən, onun marketi ilə üzbəüz olaraq yolun əks tərəfində market işlədən qardaşı Real və Ərəş şadlıq evinin qarovulçusu Cavanşir adlı şəxs onun yanına yaxınlaşmışlar. Münaqişə baş verən zaman Təqsirləndirilən şəxs əlində olan yaba ilə küçəyə çıxaraq səs-küy salmış və uca səslə nalayiq ifadələr işlətdiyi üçün hadisə yerinə təxminən 20-30 nəfər şəxs yığışmışdır. Yaralı olduğu üçün dəqiq olaraq hadisə yerində kimlərin olduğunu xatırlamır. Münaqişədən sonra qardaşı Real Cavid adlı taksi sürücü ilə onu Yevlax ŞMX-na yola salmışdır. Bundan əlavə onun Zamiq tərəfindən vurulmasının sifarişçisi həmkəndliləri Fəxrəddin adlı şəxs olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onunla barışmaq niyyəti yoxdur. Məhkəmə icasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zamiq və Anarı tanıyır. Xaldan kəndində yerləşən Ərəş restoranında mühafizəçi işləyir. 12 iyul 2025-ci il tarixdə işlədəyi “Ərəş” şadlıq evinin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs mağazasından səs-küy gəldiyini eşidərək həmin mağazaya tərəf baxmışdır. Bu zaman əvvəllər tanıdığı, Yevlax rayonu, Xaldan kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs mağazasından əlində tutduğu yaba yolun əks istiqmətində yerləşən mağazalara tərəf hərəkət etdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs qanlar içərisində mağazadan çıxdığını görüb dərhal Zərərçəkmiş şəxs yanına getmişdir. Zərərçəkmiş şəxs yanına çatdıqda Zərərçəkmiş şəxs başının yarıldığını və Anarın başından qan gəldiyini görərək mağazadan götürdüyü parça ilə Zərərçəkmiş şəxs başından axan qanı dayandırmağa çalışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs köməklik göstərərək Zərərçəkmiş şəxs taksi sürücüsü Cavidlə Yevlax xəstavanasına aparmışdır. Yolda gedən zaman Anar Zamiqin onu vurduğunu demiş və münaqişənin söyüş üstündə baş verdiyini bilmişdir. Oraya 15-20 nəfər şəxs yığışmışdır. Anarın vurulmağın görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Anarı tanıyır və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zamiqi isə əvvəllər tanımamışdır. Avtomobil ustası işləyir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində özünə məxsus olan “VAZ 2107” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iş yerindən ən çıxaraq yaşadığı Quşçu kəndinə gedərəkən banan meyvəsi almaq üçün Yevlax rayonu, Xaladan kəndində yerləşən Real adlı şəxsin ərzaq mağazasının qarşısında avtomobilini saxlayaraq Realın mağazasına daxil olmuşdur. Realda banan meyvəsi olmadığından Real qardaşı Anarda banan meyvəsi olduğunu deyərək ondan Anarın mağazasına getməsini istəmişdir. Banan meyvəsi almaq üçün yolun əks tərəfində yerləşən Anar adlı şəxsin marketinə daxil olmuş və marketdə olan banan meyvələrinə baxmışdır. Banan meyvəsinə baxan zaman əvvəllər tanımadığı sonradan adının Zamiq olduğunu bildiyi şəxs marketə girən zaman o, marketdən çıxmışdır. Marketə girən şəxsin əlində nəsə olmuşdur, lakin səhhətində ciddi problemləri olduğundan və mütamadi olarq iynə, dərman qəbul etdiyindən yadında heçnə qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax rayonu Xaldan kəndində qardaşı Zərərçəkmiş şəxs mağazası ilə üzbəüz yerləşən ərzaq mağazasını işlədir. 12 iyul 2025-ci il tarixdə Yevlax rayonu, Yuxarı Salamabad kəndində, Bakı-Zaqatala-Balakən yolunda yerləşən qardaşı Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında baş verən münaqişə zamanı yolun əks istiqamətində özünə məxsus olan mağazanın qarşısında olmuşdur. Həmin gün saat 21 radələrində qardaşı Zərərçəkmiş şəxs mağazasından səs-küy və dava-dalaş səsləri gəldiyini eşidərək həmin mağazaya tərəf baxmışdır. Bu zaman əvvəllər tanıdığı, Yevlax rayonu, Xaldan kənd sakini olduğunu bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin qardaşı Zərərçəkmiş şəxs mağazasının içərisində əlində olan yaba ilə vurduğunu görmüşdür. Həyəcanlı vəziyyətdə Zərərçəkmiş şəxs mağazasına tərəf baxdıqda Təqsirləndirilən şəxs əlində tutduğu yaba ilə uca səslə ünvanlı və ünvansız nalayiq küçə söyüşlər söymüş və sonra Bakı-Zaqatala-Balakən yolunda uca səslə nalayiq söyşlərini davam edərək yolun əks istiqmətində yerləşən mağazalara tərəf hərəkət edib orada da uca səslə nalayiq küçə söyüşləri söyərək qışqır-bağır salmağa başlamışdır. Hadisədən sonra yolu keçərək qardaşı Zərərçəkmiş şəxs yanına getmiş və Anarın yanına çatdıqda başının yarıldığını və başından qan gəldiyini görərək ətrafdakı şəxslərdən Anarı xəstəxanaya aparmalarını xahiş etmişdir. Bundan sonra mağazaları bağlayaraq xəstəxanaya qardaşı Zərərçəkmiş şəxs yanına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Zamiq və Anarı həmkəndliləri kimi tanımışdır. 12 iyul 2025-ci il tarixdə Yevlax rayonu, Yuxarı Salamabad kəndində, Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasında baş verən münaqişə zamanı orada olmamışdır. Zamiqin Anarın başından yaba ilə vurmasını və Zamiqin mağazaya girib-çıxmasını görməmişdir. Hadisə baş verən yerə sonradan gəlmişdir. Oraya gələn zaman Anarın başından qan axdığını görüb, Anara kömək etmək məqsədilə onun başına buz qoymuşdur. Sonra tanışı X13 xəstəxanaya aparmışlar. Zamiqin Anarı vurmasını sonradan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli olraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşu həmkəndliləri kimi tanımışdır. Özü taksi fəaliyyəti ilə məşğul olur və Qarabağ müharibəsi iştirakçısıdır. Mən heçnə görməmişəm. Belə ki, kimin-kimi vurmağını və söyməyini görməmişəm. Dava-dalaş barədə sonradan digər şəxslərin ağızlarından eşitmişəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Xaldan kəndinə yaşayır. Zamiq və Anarı əvvəllər tanımışdır. 12 iyul 2025-ci il tarixdə saat 21 radələrində özünə məxsus avtomobili ilə Yevlax rayonu, Xaldan dairəsi adlanan əraziyə gəlmiş ku zaman həmin ərazidə market işlədən Real adlı şəxs qaçaraq onun avtomobilinə yaxınlaşmış və qardaşı Anarın xəsarət aldığını, Anarı xəstəxanaya aparmasını xahiş etmişdir. Anar ətrafdakı şəxslərin köməkliyi ilə onun avtomobilinin ön oturacağına əyləşdirilmişdir. Anar onun avtomobilinə əyləşdikdə başından qan gəldiyini və üst-başının qan olduğunu görmüşdür. Sonra avtomobili sürərək Anarı Yevlax xəstəxanaya aparmışdır. Hadisəni bilavasitə görməmişdir. Yolda bilmişdir ki, Anarı Zamiq vurub. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təşşəbbüsü ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Anar мə Zamiqi tanıyır, hər ikisi kəndçiləridir, onlarla heç biri ilə ədavət və düşmənçiliyi olmamışdır. Əvvəllər yəni təxminən bir il bundan əvvəl Zamiqlə Anarın arasında mübahisləri olmuşdur. Həmin mübahisə zamanı o da orada olmuşdur. Anar Zamiqin və onun ünvanına dəfələrlə nalayiq söyüşlər söyərək təhqir etmişdir. Anarla Zamiqin arasında baş verən sonuncu dava-dalaşı görməmiş və həmin vaxt orada olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ilə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Xaldan kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanıyır. xx.xx.2025-ci il tarixdə axşam vaxtlarında övladı ona zəng edərək işdən çıxacağını və gəlib onu işdən götürməsini demişdir. Özünə məxsus olan avtomobil ilə Xaldan qəsəbəsinə gəlmişdir. Xaldanda “kruqu” nun yaxınlığında camaatın yığışdığını görmüşdür. Avtomobili saxlamışdır ki, görsün nə baş verib. Məlum oldu ki, dava düşüb və söyüşmə səsləri gəlir. Həmin vaxt Zamiq yolun əks tərəfində olmuşdur. X19rdaşı Real gəlimiş və ona Anarı xəstəxanaya aparmasını demişdir. Reala uşağını işdən götürəcəyini və bu səbəbdən Anarı xəstəxanaya apara bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təşşəbbüsü ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zamiq və Anar onun qonşu həmkəndliləridir. Anarı Zamiqdən qabaq tanımış və Anar ona daha yaxın olmuşdur. Baş vermiş hadisədən təxminən bir ay qabaq Yevlax rayonu, Xaldan kəndi ərazisində çayxanada oturub domino oynayan zaman ətrafdan ucadan səs-küy gəldiyini eşitmişdir. Çayxanadan çıxdıqda Anarla Zamiqin arasında dava-dalaş olduğunu görmüş və Zamiqi qucaqlayıb çayxanaya otağa gətirmişdir. Zamiq əlindən həmin vaxt qan axdığını görmüşdür. Zamiq əsəbləşib əlini şüşəyə vurmuşdur. Anar Zamiqin arvadının ünvanına nalayiq söyüş söymüşdür. Hətta həmin vaxt Zamiq ona Anarın ona söydüyü söyüşə görə ya özünü yada ki, Anarı öldürmək istədiyini bildirmişdir. Anarla Zamiqin arasında baş verən sonuncu davadalaş zamanı orada olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təşşəbbüsü ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Xaldan kəndində yaşayır. Zamiq və Anarla həmkəndlidirlər. Onların heç biri düşmənçiliyi və ədavəti olmamışdır. Sonuncu hadisədən təxminən bir ay əvvəl çayxanada çöldə oturan zaman səs-küy eşitmişdir. Bu zaman görmüşdür ki, Zamiqlə Anarın arasında baş verən mübahisə zamanı Anar Zamiqin arvadının ünvanına nalayiq söyüşlər söymüş və sonra Anar Zamiqə “sənin arvadın elədir, belədir və arvadın bilir mən necə kişiyəm” demişdir. Anar Zamiqin arvadının ünvanına dəfələrlə söymüşdür. Bu söyüşləri şəxsən özü eşitmişdir. Anarın Zamiqi nə üçün söydüyünü bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təşşəbbüsü ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Xaldan kəndində yaşayır və təssərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanıyır. Anar və Zamiqlə münasdibətləri yaxşı olmuşdur. Bir neçə ildir ki, Anarla Zamiqin münasibtləri gərgin olaraq qalır. Anarla Zamiqin arasında baş verən sonuncu davadalaşdan təxminən bir ay əvvəl çayxanada oturan zaman səs-küy gəldi. Qalxdıq ayağa və gördük ki, Anarla Zamiq dalaşırlar. Həmin vaxt Anar Zamiqin arvadının ünvanına nalayiq söyüşlər söymüşdür. Hətta Anar bir dəfə deyil dəfələrlə Zamiqin arvadının ünvanına nalayiq pis-pis ifadələr işlətmişdir. X21 əlin şüşə kəsmiş və onu Yevlax rayonuna aparmışıq əlinə tikiş qoymuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işi başlanması və icraata götürmək haqqında qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başalnılmış və icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(039)-94/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” X15 Yevlax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 367 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs alın təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüyünün sümüküstüaltı çatı vardır. Bu xəsarət bərk küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən küt alətlə zərbə naticəsidə əmələ gələ bilər. Qeyd edilən xəsarət sağlamlığın uzun müddət pozulmasına sobəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mingəçevir şəhər "xxxx" MMC-dən alınmış 13 sentyabr 2025-ci il tarixli 87 saylı mütəxəssis rəyində göstərilmişdir ki, 2025-ci il iyul ayının 12-nə "xxxx" şirniyyat MMC-yə məxsus olan 7 ədəd 0,5 kq-lıq şəki havasının hər birinin ayrı-ayrılıqda qiyməti 4 manat olmaqla ümumilikdə 28 manat, "xxxx" şirniyyat MMC-yə məxsus olan 10 ədəd 0,3 kq-lıq “şəki şirniyyatı”nın hər birinin ayrı-ayrılıqda qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat, "xxxx" şirniyyat MMC-yə məxsus olan 10 ədəd 0,4 kq-lıq “bamiyə” şirniyyatının hər birinin ayrı-ayrılıqda qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat və 4 kq banan meyvəsinin bir kiloqramının qiyməti 3,5 manat olmaqla ümumilikdə 14 manat dəyərində qiymətləndirilir. Ümumi məbləğ 102 (bir yüz iki) manatdır Yevlax şəhər İHB-nın Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yevlax şəhər İHB-nın Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Aliyə və 2010-cu il təvəllüdlü Cəmilə adlı iki yetkinlik yaşına çatmayan uşağı var. xx.xx.2025-ci il tarixli iş üzrə əməlin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 127.2.3 və 221.3-cü maddələrinə tövsüf edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək o, CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Hadisə yerində olan videgörüntünü əks etdirən CD diskə baxış keçirilmiş və hadisənin baş vermə anı izlənilmişdir. Sübutların qiymətləndirilməsi və təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsi haqqında 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru X7 icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ibtidai istintaqı aparılan təqsirləndirilən şəxs Şahid3 cinayət işinə CM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 6(5-102)-12/2026 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin baş müstəntiqi X11 tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi və təqsirləndirlən şəxsin barəsində cinayət təqibinə xitam verilməsi haqqında 12 avqust 2025-ci il tarixli ləğv edilmiş və yenidən araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinə göndərilmişdir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəlişəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır”(maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yol verilməzdir (maddə 33.4). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında (Ali Məhkəmənin İcmalı 2) müəyyən edilmişdir ki, bir sıra hallarda xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilir. Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il 15 №-li qərarının 58-ci bəndinə əsasən bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs az ağır dərəcəli bədən xəsarəti yetirilməsi ekspertiza rəyi ilə təsdiqini tapsa da, onun tərəfindən xuliqanlıq cinayətinin əsas əlaməti olan ictimai qaydanı kobud surətdə pozan qərəzli hərəkətlərin edilməsi və cəmiyyətə açıqca hörmətsizlik etməsi əmlakın məhv edilməsi sübuta yetirilmir. Məhkəmə təqsirləndiirilən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə münasibətdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs əməllərinin qəsdən sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirir lakin həmin əməli xuliqanlıq niyyəti ilə törətməsi nəticəsinə gəlmir. Yəni başqa sözlə desək təqsirləndirilən şəxsin müvafiq cinayət əməlinin təqsirli bilindiyi cinayət-hüquq normasının (AR CM 127.2.3) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs təsvir edilən hərəkətləri, yəni qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasının hər hansı ağırlaşdırıcı əlamətlə və yaxud xuliqanlıq cinayəti ilə müşayiət olunmaması təqsirləndirilən şəxsin hərəkətlərinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 12 iyul 2025-ci il tarixdə, saat 21:00 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin zərərçəkmiş və şahidlərin hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşı Şahid3la torpaq mübahisələri olmuş, həmin fakt üzrə cinayət işi başlanmışdır. Daha sonra hadisədən bir müddət əvvəl tərəflər arasında söyüş, mübahisə baş vermiş, bir birilərini qarşılıqlı təhqir etmişlər, bu fakt təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifafələri ilə təsdiq olunur. Eyni zamanda ibtidai orqan ittihamı verərəkən sübutların qiymətləndirilməsi haqqında qərarda tərəflərin arasında olan ədavətə istinad etmişdir. Bundan başqa, hadisənin baş vermə anını özündə əks etdirən videogörüntüdən görsənir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus mağazaya daxil olaraq sonuncuya yaba ilə bir neçə dəfə zərbə endirir, mağazada əmlaklar zərbə yetirilən anda məhv olur, daha sonra əmlakların dağıdılması müşahidə olunmur. Bundan başqa hadisə zamanı mağazada bir şəxs olmuş və videogörüntüdən də görünür ki, baş vermiş hadisədən qorxaraq hadisə baş verən anda deyil, hadisədən sonra təqsirləndirilən şəxslə birgə tərk edir. Daha sonra Zərərçəkmiş şəxs mağazanın qarşısına çıxır və orada ətrafda şəxslərin yığılması müşahidə olunmur və bir müddət sonra ona iki nəfər şəxsin yaxınlaşması müşahidə olunur. Bundan əlavə hadisə zamanı iaşə obyektinin fəaliyyəti dayanmır. Hər hansı bir insan kütləsinin toplaşmaması müşahidə olunmur. hazırkı tədqiq edilən iş materiallarında təqsirləndirilən şəxsin etdiyi cinayət əməlini məhz xuliqanlıq motivi ilə törətməsi müəyyən edilməmişdir gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan şəxsi münasibətləri zəmnində baş vermişdir, hazırki işdə isə məhkum cinayətkar əməlinin (yuxarıda verilmiş təsvirdən çıxış edərək) xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. İbtidai istintaq orqanının məhkum hərəkətlərini “heç bir əsaslı səbəb olmadan” törədilən əməl kimi qiymətləndirməsi isə aşkar surətdə faktlara subyektiv mülahizə kimi çıxış edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin əməlində 221.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilməli, təqsirləndirildiyi CM-nin 127.2.3-cü maddəsinə dair hissədə dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Maddə 21. cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 42.1.2. Məhkəmə baxışı nəticəsində əməldə cinayət tərkibi olmadıqda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə 42.1.4. məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Maddə. 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Maddə 145.1. hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 145.3. ittihamın subut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni hesab edilir. Maddə 350.1. məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Maddə 350.2. bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət qanunvericiliyin istinad edilən CM-nin 221.3-cü maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü CM-in 127.2.3-cü maddəsi ilə deyil, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yevlax rayon Məhkəməsinin xx.xx.2026-cı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona qarşı irəli sürülən ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə maddi sübut Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd yaba məhv edilməli, digər maddi sübut 01 ədəd DVD formatlı kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-134/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-134/2025
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver