Məhkəmə qərarları › İş №1(039)-135/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-135/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-135/2021 21.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx xxxxx 2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 28 iyul 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, K.Sabitov küçəsi, 51-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, aralarında üç ildən çox yaş fərqi olan, xx xxxx 2005-ci il təvəllüdlü on altı yaşına çatmayan Yevlax şəhəri, Firdovsi küçəsi ev 111-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs 03 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 1 ünvanından evlənmək məqsədi ilə yaşadığı ünvan 2, 04 dekabr 2020-ci il tarixdə saat 23:30 radələrində yaşadığı həmin ünvanda Zərərçəkmiş şəxs ilə təbii yolla bir dəfə qəsdən cinsi əlaqədə olmuş, həmin vaxtdan başlayaraq 16 yaşına çatanadək, yəni 06 mart 2021ci il tarixədək Zərərçəkmiş şəxs ilə mütəmadi olaraq qəsdən cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, valideynləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Yevlax şəhəri, Firdovsi küçəsində yaşamış Zərərçəkmiş şəxs 2019-cu ilin sonlarında tanımışdır. Süsənlə tanış olduqdan sonra Süsəndən xoşu gəlmiş və Süsəni sevməyə başlamışdır. Süsən də onu sevmiş və xasiyyətləri uyğun gəldiyi üçün o, Süsənlə evlənmək qərarına gəlmişdir. Süsən də onunla evlənməyə razı olmuşdur. Lakin Süsən xx xxxx 2005-ci il təvəllüdlü olmaqla azyaşlı olduğunu və evlənmək yaşına çatmadığını bildirmişdir. Süsəni sevdiyini və Süsənlə ailə qurmaq istədiyini anası Aygünə demişdir. 2020-ci ilin yanvar ayında onun valideyinləri Süsənin yaşadığı evə elçiliyə getmişlər. Elçilikdən sonra anası Aygün ona Süsənin xx xxxx 2005-ci il təvəllüdlü olmaqla 18 yaşına çatmadığını, bu səbəbdən Süsənin valideyinlərinin Süsənin onunla ailə qurmasına yalnız Süsənin 18 yaşı tamam olduqdan sonra razı olacaqlarını demişdir. Təxminən üç gün sonra onun valideyinləri yenidən Süsənin yaşadığı evə elçiliyə getmişlər. Süsənin valideyinləri onun Süsənlə ailə qurmağına üç ildən sonra razı olacaqlarını demişlər. O, mobil telefon vasitəsi ilə tez-tez Süsənlə danışmışdır. 2020-ci ilin oktyabr ayında Süsən onunla evlənmək istədiyini və gəlib onu aparmasını demişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Süsən ona zəng edərək Yevlax şəhəri, R.Behbudov küçəsində babası İsaxın yaşadığı evdə olduğunu demişdir. Bundan sonra o, Süsəni əvvəlcə bibisi Günelin evinə, səhəri gün isə yaşadığı ünvan 3 ünvanına aparmışdır. Həmin vaxtdan başlayaraq Süsən onunla birlikdə yaşamışdır. 04 dekabr 2020-ci il tarixdə saat 23:30 radələrində o, Süsənin razılığı ilə Süsənlə bir dəfə cinsi əlaqədə olmuşdur. Həmin vaxt Süsənin bakirəliyi pozulmuş və Süsənin cinsi orqanından qan gəlmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Süsən hamilə olduğunu demişdir. Süsən hamilə olduqdan sonra həm onun, həm də Süsənin valideyinləri bu barədə bilmişlər. Hamiləliyinin həftələri yuxarı qalxdıqca Süsən özünü narahat hiss etmişdir. Bu səbəbdən 12 iyun 2021-ci il tarixdə Səadət Süsəni yaşadığı evə aparmışdır. Həmin gün X9 şəhər Ailə Sağlamlıq Mərkəzinə aparmış, həkim Süsəni müayinə edərək 21-22 həftəlik hamilə olduğunu demişdir. Zərərçəkmiş şəxs ilə ilk dəfə 04 dekabr 2020-ci il tarixdə saat 23:30 radələrində yaşadığı Yevlax şəhəri, K.Sabitov küçəsi ev 51 ünvanında təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. O, Süsənlə cinsi əlaqədə olan zaman Süsənin xx xxxx 2005-ci il təvəllüdlü olmaqla 16 yaşına çatmadığını bilmişdir. O, 04 dekabr 2020-ci il tarixdən başlayaraq 2021-ci ilin may ayının əvvəlinədək olan müddət ərzində Süsənlə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə ailə kimi bir yerdə yaşamalarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax şəhərində doğulmuş və valideyinləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Yevlax şəhəri, K.Sabitov ev 51-də yaşayan Təqsirləndirilən şəxs ilə 2019-cu ilin sonlarında tanış olmuşdur. Onun Mirəli ilə əvvəllər qohumluğu olmamışdır. Mirəli onunla tanış olduqdan sonra onu sevmişdir. O, da Mirəlini sevmişdir. Mirəli onunla evlənmək istədiyini demişdir. O, Mirəliyə xx xxxx 2005-ci il təvəllüdlü olmaqla azyaşlı olduğunu və evlənmək yaşına çatmadığını demişdir. Mirəli valideyinlərini onun yaşadığı ünvana elçiliyə göndərəcəyini demişdir. Mirəlinin onu sevdiyini və onunla ailə qurmaq istədiyini anası Səadətə demişdir. Anası Səadət ona azyaşlı olduğunu və evlənmək yaşına çatmadığını demişdir. 14 yanvar 2020-ci il tarixdə Mirəlinin anası Aygün, atası Tural və yaxın qohumları yaşadığı ünvana onun Mirəli ilə evlənməyinə valideyinlərinin razılığını almaq üçün elçiliyə gəlmişlər. Elçilik vaxtı Aygün və Tural onu valideyinlərindən oğlanları Mirəliyə istəmişlər. X7 valideyinlərinə xx xxxx 2005-ci il təvəllüdlü olmaqla azyaşlı olduğunu və evlənmək yaşına çatmadığını demişdir. Anası Səadət onun 18 yaşı tamam olduqdan sonra Mirəlinin onunla ailə qurmasına razılıq vermişdir. Həmin vaxtdan sonra Mirəlinin valideyinləri yaşadığı evə bir neçə dəfə onun elçiliyinə gəlmişlər. Anası Səadət əvvəlki fikrində qalmış və 18 yaşı tamam olmamışdan əvvəl Mirəlinin onunla ailə qurmasına razılıq verməmişdir. 2020-ci ilin yay fəslində o, valideyinləri ilə birlikdə babası İsaxa məxsus ünvan 4 ünvanında yaşamışlar. Mirəli mobil telefon vasitəsi ilə onunla mütəmadi olaraq danışmışdır. 2020-ci ilin oktyabr ayının əvvəlində Mirəli ona pandemiya ilə əlaqədar olaraq toy mərasimlərinin keçirilməsinə icazə verilmədiyini, üç il müddətin çox olduğunu və onun 18 yaşına çatmağını gözləməyin əhəmiyyətsiz olduğunu demişdir. Mirəli ona ailə qurub ər-arvad münasibətində yaşamalarını demişdir. 03 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Mirəli onu Yevlax şəhərində yaşamış bibisi Günelin evinə aparmışdır. O, həmin gecə Günelin evində qalmışdır. Səhəri gün Mirəli onu yaşadığı ünvan 2dır. Həmin gündən başlayaraq Mirəli ilə birlikdə həmin evdə yaşamışdır. Qayınanası Aygün toy mərasimlərinin keçirilməsinə icazə verildikdən sonra onun Mirəli ilə toyunun keçiriləcəyini demişdir. Toy mərasiminin keçiriləcəyi səbəbindən bir müddət Mirəli onunla cinsi əlaqədə olmamışdır. 04 dekabr 2020-ci il tarixdə Mirəli ilə birlikdə yaşadıqları evdə olmuşdur. Mirəli onunla cinsi əlaqədə olmaq istədiyini və həmin vaxtdan sonra onunla ər-arvad münasibətində yaşamaq istədiyini demişdir. O, Mirəlinin onunla cinsi əlaqədə olmasına razı olmuşdur. 04 dekabr 2020-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdə yataq otağında Mirəli onun razılığı ilə onunla bir dəfə cinsi əlaqədə olmuşdur. Onun qızlıq bəkarəti pozulmuş, cinsi orqanından qan gəlmişdir. Həmin vaxtdan başlayaraq yaşadıqları evdə Mirəli mütəmadi olaraq onunla cinsi əlaqədə olmuşdur. Mirəlinin onunla cinsi əlaqədə olduğunu qayınanası Aygün bilmiş və bu barədə onun anası Səadətə demişdir. 2021-ci ilin yanvar ayında hamiləlik testi ilə özünü yoxlamış və hamilə olduğu məlum olmuşdur. 2021-ci ilin may ayının əvvəlinədək Mirəli onunla cinsi əlaqədə olmuşdur. Həmin müddət ərzində nə Mirəli, nə də valideyinləri onu xəstəxanaya aparmamışlar. Belə ki, Aygün xəstəxanaya getdikdən sonra azyaşlı olduğu halda hamiləliyi ilə bağlı həkimlərin polis şöbəsinə məlumat verəcəyini, polislərin Mirəlini tutacağını demişdir. Hamiləliyi ilə əlaqədar olaraq o, müayinə olunmamış və bu səbəbdən onun səhhətində problemlər yaranmış, özünü pis hiss etmişdir. 2021-ci ilin may ayının sonlarında onun halı pisləşmişdir. Mirəlinin valideyinləri evdə olmadığı üçün o, bu barədə zəng edərək anası Səadətə məlumat vermişdir. Anası Səadət gələrək onu evinə aparmışdır. Aygün yenə də xəstəxanaya aparılmağına razı olmadığı üçün anası Səadət onu xəstəxanaya aparmamışdır. Lakin, 12 iyun 2021-ci il tarixdə anası Səadət onu Yevlax şəhər Ailə Sağlamlıq mərkəzinə aparmışdır. Həkim onu müayinə etmiş və 21-22 həftəlik hamilə olduğunu demişdir. Bundan sonra o, hamiləliyi ilə əlaqədar olaraq ev şəraitində müalicə olunmuşdur. Mirəlinin barəsində araşdırma aparıldıqdan sonra Aygün onun müalicəsinin və doğuşunun bütün xərclərini öz üzərlərinə götürmüşdür. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqdirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Zərərçəkmiş şəxs xx xxxx 2005-ci il tarixdə Yevlax şəhərində doğulmuş və onunla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs valideynlərini Yevlax şəhərində yaşadıqları üçün əvvəllər tanımışdır. Onun həmin şəxslərlə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. 2019-cu ilin sonlarında Mirəli ilə Süsən bir-birini görmüş və bir-birindən xoşları gəlmişdir. Mirəli Süsəni bəyəndiyi üçün evlənmək qərarına gəlmiş və bu barədə valideynlərinə demişdir. Süsən də Mirəli ilə tanış olduğunu ona demişdir. O, qızı Süsənə 15 yaşının olduğunu və evlənmək yaşına çatmadığını bildirmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Mirəlinin atası Tural, anası Aygün və digər qohumları onun yaşadığı evə Süsən üçün elçiliyə gəlmişlər. Elçilik zamanı Tural və Aygün Süsəni oğlanları Mirəli üçün istəmişlər. O, Tural və Aygünə Süsənin 15 yaşında olduğunu və evlənmək yaşına çatmadığını demişdir. Bu səbəbdən o, Süsənin Mirəli ilə ailə qurmasına etiraz etmiş və heç bir razılıq verməmişdir. Bundan sonra Aygün ona Süsənin “hə”sini verməyini, Süsənin Mirəli ilə “hə”li qalmasını, toy mərasiminin isə üç il sonra, Süsən 18 yaşına çatdıqdan sonra baş tutacağını demişdir. O, Süsənin 18 yaşı tamam olan zaman Mirəli ilə ailə qurmasına razılıq vermişdir. Həmin vaxtdan sonra Mirəlinin valideyinləri onun yaşadığı evə bir neçə dəfə Süsənin elçiliyinə gəlmişlər. Əvvəl olduğu kimi, yenə də Süsənin 18 yaşı tamam olmamışdan əvvəl Mirəli ilə ailə qurmasına razılıq verməmişdir. 2020-ci ilin yay fəslində ailə üzvləri ilə birlikdə atası İsaxa məxsus ünvan 4də yaşamışdır. 03 oktyabr 2020-ci il tarixdə saat 19 radələrində işdən evə gəlmişdir. Oğlu Elman ona saat 18 radələrində Süsənin qaçdığını, Süsəni tapa bilmədiyini demişdir. Süsəni Mirəlinin qaçıra biləcəyini hesab etmiş və Mirəlinin yaşadığı ünvana getmişdir. Aygünə Süsənin qaçırıldığını demiş və Süsəni Mirəlinin qaçırıb-qaçırmadığını soruşmuşdur. Aygün Mirəlinin evdə olmadığını və Süsəni Mirəlinin qaçırıb-qaçırmadığını bilmədiyini demişdir. Səhəri gün, Mirəli anası Aygünə zəng edərək Süsəni qaçırdığını demişdir. Aygün də onun yaşadığı ünvana gələrək Süsəni Mirəlinin qaçırdığını demişdir. O, mobil telefon vasitəsi ilə Süsənlə danışmışdır. Süsən ona Mirəlini sevdiyini, könüllü olaraq Mirəliyə qaçdığını, şikayət etməməyini demişdir. Süsən Mirəlini sevib ailə qurmaq məqsədi ilə getdiyi üçün polisə şikayət etməmişdir. Həmin vaxtdan sonra Süsən Yevlax şəhərində Mirəli ilə birlikdə, Mirəlinin valideyinlərinin evində yaşamışdır. Aygün Pandemiya ilə əlaqədar toy mərasimlərinin keçirilməsinə icazə verildikdən sonra Mirəli ilə Süsənin toyunu keçirəcəyini, həmin vaxta qədər Mirəliyə Süsənlə cinsi əlaqədə olmamasını tapşırdığını bildirmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Süsən ona ürəyinin bulandığını və başının fırlandığını demişdir. X4 cinsi əlaqədə olub-olmadığını soruşmuşdur. Aygün ona həmin ilin dekabr ayının əvvəlində yaşadığı evdə olmadığı vaxt Mirəlinin Süsənlə cinsi əlaqədə olduğunu demişdir. 2021-ci ilin yanvar ayında Süsən hamiləlik testi ilə özünü yoxlamış və hamilə olduğunu bildirmişdir. 2021-ci ilin may ayında hamiləliyi ilə əlaqədar olaraq Süsənin səhhəti yaxşı olmamışdır. Süsəni xəstəxanaya aparmağı və Süsənin həkim tərəfindən müayinə olunmasını qərara almışdır. Lakin, Aygün ona Süsəni xəstəxanaya apardıqdan sonra Süsənin azyaşlı olduğu halda hamilə olduğunu polislərin biləcəyini və Mirəlinin tutulacağını demişdir. Aygün Süsəni xəstəxanaya və ya hansısa bir həkimə aparmağına icazə verməmişdir. Getdikcə Süsənin səhhəti pisləşmişdir. 12 iyun 2021-ci il tarixdə o, Süsəni Yevlax şəhər Ailə Sağlamlıq mərkəzinə aparmışdır. Nəzakət həkim Süsəni müayinə etmiş, Süsənin 21-22 həftəlik hamilə olduğunu, Süsənin sağlamlıq vəziyyətinin yaxşı olmadığını, qan azlığının olduğunu bildirmişdir. Süsən ev şəraitində müalicə olunmuşdur. Əvvəllər Mirəlinin anası Aygün Süsənin müalicəsinə və doğuşuna kömək etməmişdir. Mirəlinin barəsində cinayət işi başlandıqdan sonra Aygün və Tural Süsənin müalicəsinin və doğuşunun bütün xərclərini öz üzərlərinə götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhəri, K.Sabitov küçəsi ev 51-də yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Mirəli xx xxxxx 2002-ci il tarixdə Yevlax şəhərində doğulmuş və onunla birlikdə yaşamışdır. Mirəli 2019-cu ilin sonlarında Yevlax şəhərində yaşamış Zərərçəkmiş şəxs ilə tanış olmuş və bir-birini sevmişlər. O, Süsənin anası Səadəti və atası Seymuru Yevlax şəhərində yaşadıqları üçün tanımışdır. Onun Süsənin valideyinləri ilə qohumluğu, ədavət və düşmənçiliyi olmamışdır. Mirəli Süsənlə tanış olduqdan sonra Süsəni sevmiş və Süsənlə ailə qurmaq istəmişdir. Mirəli ona Süsənin yaşadığı ünvana elçiliyə getməsini demişdir. 2020-ci ilin yanvar ayının əvvəlində o, əri Tural və yaxın qohumları ilə birlikdə Səadətin yaşadığı ünvana elçiliyə getmişlər. Elçilik zamanı o, Səadətə Mirəli ilə Süsənin bir-birini sevdiyini, Mirəlinin Süsənlə ailə qurmaq istədiyini və Süsənin Mirəli ilə ailə qurmasına razılıq verməsini demişdir. Səadət Süsənin 16 yaşının tamam olmadığını və evlənmək yaşına çatmadığını bildirərək Süsənin Mirəli ilə ailə qurmasına razı olmamışdır. O, Turalla bir neçə dəfə Səadətin evinə elçiliyə getmişdir. X5 18 yaşı tamam olduqdan sonra Mirəli ilə ailə qurmasına razı olduğunu bildirmişdir. Mirəli mobil telefon vasitəsi ilə mütəmadi olaraq Süsənlə danışmışlar. 2020-ci ilin oktyabr ayının əvvəlində o, ailə üzvləri ilə birlikdə evdə olmuş, lakin, Mirəli evdə olmamışdır. Saat 21 radələrində Səadət əri Seymurla birlikdə onun yaşadığı evə gələrək qızları Süsənin evdə olmadığını, Süsənin Mirəli ilə qoşulub getdiyini güman etdiklərini demişlər. O, Mirəlinin evdə olmadığını, lakin Mirəlinin Süsəni qaçırmasından məlumatının olmadığını demişdir. Həmin vaxt mobil telefonla Mirəlinin istifadə etdiyi telefona zəng etmiş, lakin, telefona zəng çatmamışdır. Həmin gecə Mirəli evə gəlməmiş, bu səbəbdən o, Süsənin Mirəliyə qoşulub getdiyini bilmişdir. Səhəri gün səhər saatlarında X6 şəhərində yaşamış baldızı Günelin evinə apardığını bilmişdir. Həmin gün o, ailə üzvləri ilə birlikdə Süsəni yaşadığı evə aparmışdır. Həmin vaxtdan başlayaraq Süsən onun evində yaşamışdır. Mirəli və Süsənə toy mərasimləri keçirilənədək cinsi əlaqədə olmamalarını tapşırmış və toydan sonra ər-arvad münasibətində yaşayacaqlarını demişdir. Bu səbəbdən bir müddət Mirəli Süsənlə cinsi əlaqədə olmamışdır. 2020-ci ilin dekabr ayının sonlarında Süsən ona həmin ayın əvvəlində Mirəlinin Süsənlə cinsi əlaqədə olduğunu demişdir. O, Mirəli və Süsənə “özbaşına iş tutmusunuz” demiş və irad bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəlində Süsən hamiləlik testi ilə özünü test etmiş və hamilə olduğunu demişdir. Süsən Mirəli ilə ər-arvad münasibətində yaşamağa davam etmişdir. Süsənin hamiləliyi normal keçmiş, Süsənin səhhətində hər hansı bir xəstəlik yaranmamışdır. 2021-ci ilin may ayının sonlarında o, yaşadığı evdə olmadığı vaxt Süsən anası Səadətə zəng edərək başının ağrıdığını demiş, Səadət gələrək Süsəni yaşadığı evə aparmışdır. O, Süsəni yaşadığı evə qaytarmaq üçün Səadətin evinə getmiş, lakin, Süsən onunla gəlməmiş, valideyinləri ilə birlikdə yaşayacağını demişdir. 12 iyun 2021-ci il tarixdə X9 şəhər Ailə Sağlamlıq mərkəzinə aparmış və həkimlər Süsəni müayinə etmişlər. Bundan sonra Səadət ona zəng edərək Süsənin 21-22 həftəlik hamilə olduğunu demişdir. Həmin vaxt həkimlər Süsənin hamilə olması barədə Yevlax rayon polis şöbəsinə məlumat vermiş və bu səbəbdən Mirəlinin barəsində araşdırma aparılmışdır. O, Süsənin müalicə olunmasının və doğuşunun xərclərini üzərinə götürmüşdür. Süsənin müalicəsinə təxminən 600-700 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Yevlax rayon şöbəsinin 02 iyul 2021-ci il tarixli 386 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Zərərçəkmiş şəxs qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs 27-28 həftəlik hamilədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutullan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzanı çəkmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tədbiq edilməsi və təyin edilmiş cəzanı şərti hesab olunmasını mümkün hesab edir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini alan vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar