Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-135/2022 01.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 il sınaq müddəti tətbiq edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, və 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 mart 2022-ci il tarixdə saat təxminən 02 radələrində saxlanc yeri hesab olunan Yevlax Rayon Polis Şöbəsinin duracağına hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq orada saxlanılan Yevlax rayonu Aran qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla salon hissəsindən bir ədəd 160 manat dəyərində 7950 modelli, “Pioneer” markalı maqnitafon, ümumi dəyəri 150 manat olan 06 ədəd “Pioneer” markalı səs kalonkaları, 35 manat dəyərində 60-lıq turbo markalı akkumulyator, 30 manat dəyərində bir ədəd dirsək altı kimi istifadə olunan əşya qutusu, 1 manat dəyərində AUX kabeli qəsdən gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 376 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs VAZ-21074 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən oğurluq etdikdən sonra Yevlax rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ-2106 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili də görərək həmin avtomobildən qəsdən təkrarən oğurluq etmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 22 mart 2022-ci il tarixdə saat təxminən 02 radələrindən sonra saxlanc yeri hesab olunan Yevlax Rayon Polis Şöbəsinin duracağında saxlanılan Tərtər rayonu, Hacıqərvənd kənd sakini Zərərçəkmiş şəxs2 məxsus VAZ-2106 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla salon hissəsindən bir ədəd 170 manat dəyərində 9450 moddelli “Pioneer” markalı maqnitafon, 200 manat dəyərində 01 ədəd “Pioneer” S-DJ60X markalı səsgücləndirici qurğu, 100 manat dəyərində 04 ədəd 4250 moddelli “Pioneer” markalı səs kalonkalarını qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 470 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 2022-ci ilin yanvar ayında çayxanada olan zaman Nurlan Baxışlı adlı şəxslə çayxanada tanış olmuşdur. Aralarında olan söhbət zamanı Nurlan bildirmişdir ki, avtomobil üçün səsgücləndirici almaq istəyir. 21 mart 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin X1rşısından keçərkən Bölmənin yaxınlığında ola mühafizə olunan duracaqda əzilmiş avtomobillərin olduğunu görmüşdür. Belə qərara gəlmişdir ki, gecə saatlarında həmin yerə girib avtomobillərdən səsgücləndirici oğurlayıb Nurlana satsın. Artıq 22 mart 2022-ci il tarixdə, gecə saatlarında həmin yerə gedib, orada mühafizəçinin olmadığından əmin olduqdan sonra hasardan aşaraq içəri daxil olmuşdur. İlk olaraq VAZ 21074 markalı avtomobilin qapısını açaraq salonuna daxil olmuş, avtomobilin salonundan maqnitafonu, səs gücləndiriciləri, akumlyatoru çıxararaq özü ilə gətirdiyi torbaya qoymuşdur. Bundan sonra qərara gəlmişdir ki, yaxınlıqda olan ağ rəngli VAZ-2106 markalı avtomobilin qapısını açaraq salonuna daxil olmuş, salondan bir ədəd maqnitafon, səs gücləndiriciləri çıxarıb özü ilə apardığı həmin torbaya yığaraq duracaqdan daxil olduğu kimi də çıxmışdır. Biraz oradan aralandıqdan sonra taksi fəaliyyəti ilə məşğul olan tanışə Tanrıverdiyə zəng edərək onu həmin yerə çağırmışdır. Tanrıverdi idarə etdiyi avtomobillə oraya gəlmiş və o, oğurladığı əşyaları avtomobilin arxa yük yerinə yığaraq Tanrıverdidən xahiş etmişdir ki, onu yaşadığı evə aparsın. Tanrıverdiyə bildirmişdir ki, gündüzdən söküntü avtomobil almış və həmin avtomobildən sökdüyü hissələri evə aparır. Növbəti gün səhər saatlarında yenə Tanrıverdiyə zəng edib onu çağırmışdır. Oğurladığı səs gücləndiricilərdən iksini götürərək Tanrıverdi ilə birlikdə Nurlangilə getmişdir. Səs gücləndiriciləri Nurlana göstərmişdir. Nurlan səs gücləndiriləri bəyənmiş, buna görə ona 20 manat təklif etmiş və o, razılaşmışdır. Nurlan ona 5 manat pul vermiş qalan pulu isə tezliklə verəcəyin demişdir. Onunla razılaşmış və pulu götürmüşdür. Tanrıverdi ilə şəhərə qayıdarkən polis əməkdaşları Tanrıverdinin avtomobilini saxladaraq onları polis şöbəsinə aparmışlar. Şöbədə etiraf etmişdir ki, duracaqdan avtomobillərdən oğurluq etmişdir. Daha sonra isə oğurladığı əşyaların hamısını polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyi qeyd edərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, VAZ-21074 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyindədir. 19 mart 2022-ci il tarixdə həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən həmin avtomobil əzilmiş vəziyyətdə Yevlax RPŞ-nin DYPB-nin duracağında saxlanılmışdır. 22 mart 2022-ci il tarixdə səhər saatlarında avtomobilə baxmaq üçün duracağa getmiş və avtomobilin salonuna baxarkən salonda olan 150 manat dəyərində 7950 modelli “Pioneer” markalı maqnitafonun, 200 manat dəyərində 06 ədəd “Pioneer” markalı səs gücləndiricilərin, 100 manat dəyərində 60-lıq Turbo markalı akumulyatorun, 80 manat dəyərində bir ədəd dirsək altı kimi istifadə olunan əşya qutusunun, 10 manat dəyərində AUX kabelin oğurlandığını görmüşdür. Bu barədə polis şöbəsinə şikayət etmiş və sonradan bilmişdir ki, oğurluğu Elvin adlı şəxs törətmişdir. Hadisədən sonra Elvin oğurlanmış əşyaları təqdim etmişdir. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbinin olmadığını bildirmişdir. Cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Belə ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, VAZ-2106 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətdiyi üçün Yevlax RPŞ-nin DYPB-nin dayanacağında saxlanılır. 22 mart 2022-ci il tarixdə saat 09 radələrində avtomobilə baxmaq üçün duracağa getmiş və avtomobilin salonuna baxarkən salonda avtomobilin üzərində olan 300 manat dəyərində 9450 moddelli “Pioneer” markalı maqnitafonun, 300 manat dəyərində 01 ədəd Pioneer S-DJ60X markalı səsgücləndirici qurğunun, 160 manat dəyərində 04 ədəd 4250 modelli “Pioneer” markalı səs gücləndiricilərin oğurlandığını görmüşdür. O, bu barədə polis şöbəsinə şikayət etmiş və sonradan bilmişdir ki, oğurluğu Elvin adlı şəxs törətmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli 9/2446 saylı rəyində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarla və xx.xx.2022-ci il tarixli məktubda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 846.00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları nəzəri qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (səh. 131-134). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 il sınaq müddəti tətbiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə, yəni saxlanc yerinə təkrarən daxil olub oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi ilə tam olaraq sübuta yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona cinayət qanunvericiliyin tələblərinə uyğun olaraq həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bu zaman onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş sınaq müddətində yeni cinayət törətməsi nəzərə alınmalı və şərti məhkum etmə ləğv edilməklə həmin hökmlə təyin edilmiş cəza hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Maddə 71.5. Şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərin ondan tələbinin olmadığını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61.1.1 maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəza təyin edilməklə əvvəlki hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməlidir. Şübhəli şəxs kimi saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 48 manat haqq dövlət büdcəsindən ödənilməlidir. (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdən 24 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökm üzrə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti olaraq 3 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 01 dekabr 2022-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 48 (qırx səkkiz) manat və dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-135/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-135/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver