Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-135/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 3, mənzil 32 ünavnında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 0,945 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq ağ rəngli sellafon bükümdə olmaqla üzərində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə Yevlax şəhəri ərazisində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib 16 aprel 2023-cü il tarixdə saat 14:50 dəqiqədən saat 15:20 dəqiqəyədək olan müddət ərzində orada video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən həmin psixotrop maddə olan metafetamin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara sıra psixotrop maddə olan metamfetamindən istifadə edir. 16 aprel 2023-cü il tarixdə, saat təxminən 13:00-da Yevlax şəhəri, Yeni Yevlax küçəsi ilə piyada gedərkən yolun kənarından yerdə 1 ədəd ağ rəngli sellofan bükülü görüb götürmüşdür. Bükülünü açıb baxdıqda içində “şüşə” adlanan psixotrop maddə olduğunu görmüşdür. Həmin maddəni sonradan istifadə etmək məqsədi ilə bükülünü cibinə qoyub saxlamışdır. Bundan təxminən bir saat sonra həmin küçədə olan zaman ona tanımadığı şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu Yevlax RPŞ-nin inzibati binasına dəvət etmişlər. Səbəbini onunla izah etmişlər ki, üzərində narkotik vasitə olması barədə şübhələr var. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Şöbədə ona müdafiəşi təqdim edilmiş və bildirilmişdir ki, video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəkdir. Buna etiraz etməmiş və şəxsi axtarış aparılan zaman cibindən içində “şüşə” adlandırılan maddə olan bükülü aşkar edilmişdir. Etiraf etmişdir ki, həmin maddəni bir saat öncə yerdən tapmış və öz istifadəsi üçün saxlamışdır. Həmin maddə tərəzidə çəkilib götürülmüşdür. Əməlindən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çaymayan övladının olduğunu bildirərək ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlaması, daşıması barədə 16 aprel 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmiş və rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq əmr qəbul edilmiş ,əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı, mərhum Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal edilən Yevlax şəhəri, Yeni Yevlax küçəsinə getmişlər və onun həmin küçədə olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu bildirərək onu Yevlax RPŞ-nin inzibati binasına dəvət etmilər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlarla birlikdə RPŞ-nə getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş və tədqiqatçının xidməti otağında video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükülü çıxararaq təqdim etmişdir. Bükülünün içinə baxdıqda içində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, bu kütlə metamfetamindir, bir müddət öncə yerdən tapmış v əöz istifadəsi üçün cibində saxlamışdır. Həmin psixotrop maddə tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli sellofan bükülü aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X1 17 aprel 2023-cü il tarixli 1/807 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər 1 ədəd ağ rəngli büküm." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkis- 0,945 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsı qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qalıq 0.895. (səh. 43) Məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli 1191 saylı rəyində qeyd olunur ki, pixotrop maddələdərdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (səh.105) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, törətdiyi əməldən peşman olmasını, məcburi müalicəyə ehtiyacının olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 16 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində, habelə 21 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 29 (iyirmi doqquz) gün qanunvericiliyin tələblərinə uyğun hesablanaq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X2 saxlanılan, qalıq 0.895 qram psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 24 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində, habelə 21 sentyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 29 (iyirmi doqquz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə uyğun olaraq 01 günə 02 gün hesablanmaqla 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas alından dərhal həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0.895 qram psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-135/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-135/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver