Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-136/2021 29.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 10 iyun 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 12-də qeydiyyatda olan, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 27-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə-metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,270 qram miqdarında psixotrop maddə-metamfetamin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 08 iyun 2021-ci il tarixdə saat 11:30 radələrində, Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Dədə Qorqud” parkında saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 12:05 dəqiqədən saat 12:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,270 qram miqdarında psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Ailəsini dolandırmaq üçün kənd təsərrüfatı sahələrində fəhlə işləyir. Təxminən iki ay olardı ki, “şüşə” adı ilə tanıdığı psixotrop maddəmetamfetamindən istifadə etmişdir. Halsız, yorğun və əzgin olduğu üçün metamfetamin istifadə etmişdir. Metamfetamin istifadə etdikdə halsızlıqdan qurtulmuş və bədəninə müsbət enerji gəlmişdir. Hər gün ən azı iki dəfə metamfetamin istifadə etmişdir. 07 iyun 2021-ci il tarixdə axşam saatlarında o, Yevlax şəhərində yerləşən “Dədə Qorqud” adlı parkda piyada gəzmişdir. Həmin vaxt yolun kənarında yerdə gördüyü bir ədəd kağız büküm onun diqqətini cəlb etmişdir. O, həmin bükümü götürüb açmış və içərisində təxminən 0,3 qram miqdarında psixotrop maddə-metamfetaminin olduğunu görmüşdür. Həmin metamfetamini istifadə etmək üçün götürüb əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Evdə yanmayan kağız olmadığı üçün metamfetamini istifadə edə bilməmiş və saxlamışdır. Səhəri gün, yəni 08 iyun 2021-ci il tarixdə saat 11 radələrində mağazaya gedib yanmayan kağız almağı və metamfetamini istifadə etməyi qərara almışdır. Yaşadığı evdən çıxıb piyada olaraq mağazaların yerləşdiyi istiqamətdə getmişdir. Saat 11:30 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Dədə Qorqud” adlı parkla gedərkən Yevlax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışar. Polis əməkdaşları ona qanunsuz olaraq psixotrop maddə-metamfetamin istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının üzərində şəxsi axtarış aparmasına etiraz etməmişdir. Polis əməkdaşları onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirib onu tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Hüseyn Abbasovu özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyi təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibində olmuş bir ədəd gümüşü rəngli bükümdəki metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bükümün içərisindəki maddənin metamfetamin olduğunu, metamfetamini yerdən tapıb əldə etdiyini və istifadə etmək üçün üzərində saxladığını demişdir. Həmin vaxt əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli bükümdə 0,270 qram miqdarında psixotrop maddə- metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş həmin metamfetamin ona məxsus olmuşdur. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X3 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir. Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə- metamfetamin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 08 iyun 2021-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlamış, Zaurun xx xxxxxxx 1990-cı ildə Yevlax şəhərində doğulduğunu, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 12-də qeydiyyatda olmaqla İ.Dəmirov küçəsi ev 27-də yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsun cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsun barəsində əməliyyat tədbirlərinin keçirilməsi və üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 08 iyun 2021ci il tarixli Ə324-195-21 saylı əmri ilə onun, polis nəfəri Şahid2, təhqiqatçı X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Cinayət axtarış bölməsinin rəisi X7 həmin qrupun rəhbəri təyin edilmişdir. Əmrin icrasına nəzarət əməliyyat işi üzrə rəis müavini X5 həvalə edilmişdir. Saat 11 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən “Dədə Qorqud” parkına getmişdir. Saat 11:30 radələrində Zaurun həmin parkda olduğunu görmüşlər və Zaura yaxınlaşmışlar. O, Zaura qanunsuz olaraq psixotrop maddə-metamfetamin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Zaurun saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş və üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Zaur üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Zaurun üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sərxanla birlikdə Zauru Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X6a təhvil vermişdir. Mehman Əsədov onun tərtib etdiyi sənədlər əsasında Zauru şübhəli şəxs qismində tutmuşdur. Zaur Yevlax şəhər Vəkil Bürosunun vəkili Hüseyn Abbasov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X11 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mehman Əsədov onun, Şahid2 və Hüseyn Abbasovun iştirakı ilə Zaurun üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Zaur əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X6 kağız bükümü açmış və içərisində psixotrop maddə-metamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu, metamfetamini bir gün əvvəl, yəni 07 iyun 2021-ci il tarixdə Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkında yerdən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 0,270 qram miqdarında metamfetamini istifadə etmək üçün əldə etmiş və üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Şahid3 ifadəsində göstərdi ki, Yevlax şəhəri, C.Kərimov küçəsi ev 12-də qeydiyyatda olmaqla İ.Dəmirov küçəsi, ev 27-də yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə- metamfetamin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 08 iyun 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat müvəkkili X8 Qarayevin barəsində qərar qəbul etmişdir. Həmin gün saat 11:30 radələrində polis əməkdaşları Faiq Allahverdiyev və Şahid2 Təqsirləndirilən şəxs Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən “Dədə Qorqud” parkında saxlayıb Yevlax rayon polis şöbəsinə gətirmiş və X6a təhvil vermişlər. Mehman Əsədov ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda vəkili Hüseyn Abbasov, polis əməkdaşları Faiq Allahverdiyev və Şahid2 iştirak etmişdir. Şəxsi axtarış zamanı Zaur əynindəki şalvarının sağ yan cibindən bir ədəd kağız büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X6 kağız bükümü açmış və içərisində psixotrop maddəmetamfetaminə bənzər maddənin olduğu məlum olmuşdur. Zaur həmin maddənin metamfetamin olduğunu, metamfetamini bir gün əvvəl Yevlax şəhərində yerləşən “Dədə Qorqud” parkında yerdən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, axtarış aparılarkən Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamini və əynindəki cins şalvarın sağ yan cibindən çıxarıb özü könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 08 iyun 2021-ci il tarixli 17/408 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,270 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra №27) daxil olan-metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,270 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,220 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 10 avqust 2021-ci il tarixli 938 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2016-cı il təvəllüdlü Gülay, 2018-ci il təvəllüdlü Ramal və Kamal adlı üç azyaşlı uşağ var. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də işdə cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,220 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 27 nömrəli evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kobinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 27 nömrəli evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,220 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-136/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-136/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver