Məhkəmə qərarları › İş №1(039)-136/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-136/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-136/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Yevlax şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq 0,363 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik maddə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq şəffaf sellofan bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Yevlax şəhəri, F.İsayev küçəsində saxlanılaraq Yevlax RPŞ-nə gətirilib 10 aprel 2023-cü il tarixdə saat 12:00 dəqiqədən saat 12:25 dəqiqəyədək olan müddət ərzində orada video çəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan şalvarın cibindən həmin narkotik vasitə olan heroin aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, ara sıra narkotik vasitələrdən istifadə edir. 09 aprel 2023-cü il tarixdə, yaşadığı Yevlax şəhəri, F.İsayev küçəsi ilə piyada gedərkən yerdə sellofan bükülü görmüş və həmin bükülünü yerdən götürərək açmışdır. Bükülünün içində heroin olduğunu görmüş və istifadəçisi olduğu üçün içində narkotik vasitə olan həmn bükülünü cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin gün tapdığı narkotik vasitənin bir hissəsindən istifadə etmiş, qalan hissəsini isə sonra istifadə etmək məqsədi ilə şalvarının cibinə qoyub saxlamışdır. 10 aprel 2023-cü il tarixdə, təxminən saat 10:00-da yaşadığı Yevlax şəhəri, F.İsayev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Buna etiraz etməmiş və onlarla birlikdə Yevlax RPŞ-nin inzibati binasına getmişdir. Orada, tədqiqatçının xidməti otağında ona müdafiəçi təqdim edilmiş və bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir. Şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarın sağ yan cibindən bir gün öncə tapdığı, içində narkotik vasitə olan 1 ədəd sellofan bükülü aşkar edilmişdir. Polis əməkdaşının sualına cavab olaraq etiraf etmişdir ki, bükülüdə olan narkotik vasitə heroindir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində işlədiyi zaman, 10 aprel 2023-cü il tarixdə, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Yevlax RPŞ rəhbərliyinə raportla müraciət etmiş və müvafiq əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri, Yevlax rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 ilə birlikdə həmin gün təxminən saat 11:20də Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, F.İsayev küçəsinə getmişlər. Bir müddət sonra onun həmin küçə ilə evlərinə doğru getdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona izah etmişlər ki, üzərində narkotik vasitə saxlaması barədə şübhələr var və bu səbəbdən o, Yevlax Rayon Polis Şöbəsinə dəvət edilir. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Yevlax RPŞ inzibati binasına getmişdir. Orada Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofandan bükülü aşkar edilmişdir. Bükülünü açdıqda isə içində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülülərdəki narkotik vasitə olan heroindir, həmin narkotik vasitəni bir gün öncə, 09 aprel 2023-cü il tarixdə Yevlax şəhəri, F.İsayev küçəsi ilə piyada gedərkən küçədən tapmış və istifadə etmək üçün üstündə saxlamışdır. Həmin kütlə tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şahid2 birldirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 10 aprel 2023-cü il tarixdə əməliyyat qrupunun üzvü kimi Yevlax şəhər sakini Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri ilə birlikdə Yevlax RPŞ-nin inzibati binasına sonuncuların dəvəti üzrə könüllü gəlmişdir. Ona müdafiəçi təqdim edilmiş və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən içində narkotik vasitə olan heroinə bənzər kütlə olan bükülü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə heroindir, bir gün öncə yerdən tapmış və şəxsi istifadəsi üçün cibində saxlamışdır. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən video yazıya baxış keçirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən içində narkotik vasitə olan heroinə bənzər kütlə olan sellofan bükülü aşkar olunduğu müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X2 11 aprel 2023-cü il tarixli 17/346 saylı ekspert rəyində qeyd olunur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, içərisində heroinə bənzər kütlənin olduğu bir ədəd ağ rəngli sellofan büküm.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0,363 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövj^yyəsı qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). (səh. 42) Məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli 1192 saylı rəyində qeyd olunur ki, narkotik vasitə olan herpindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(səh.101) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları habelə ilk dəfə az ağır cinayət törətməsini, bu əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şübhəli şəxs kimi saxlanıldığı müddət qanunvericiliyin tələblərinə uyğun hesablanaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X4 saxlanılan, qalıq 0,313 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 45 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesablanmaqla 04 gün müddət müəyyən edilməklə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Yevlax rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut – Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,313 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 45(qırx beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar