Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-136/2024 19.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 44-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 02 (iki) ədəd sellofan bükümlərdə xeyli miqdarda müvafiq olaraq ayrı-ayrılıqda çəkisi 0,179 qram və çəkisi 0,722 qram olmaqla ümumi çəkisi 0,901 qram narkotik vasitə olan heroini və 1 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 0,210 qram olan psixotrop maddə-metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, 20 aprel 2024-cü il tarixdə saat 16:50 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri Q.B.Zakir küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib həmin günü saat 17:35-dən 18:00-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə orada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə əynində olan şalvarın sağ yan cibindəki kibrit qutusunun içərisində saxladığı xeyli miqdarda çəkisi 0,179 qram və çəkisi 0,722 qram olmaqla ümumi çəkisi 0,901 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 0,210 qram olan psixotrop maddə-metamfetaminin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadə etməmiş və istintaq orqanının iddia etdiyi narkotik vasitə onun üzərindən aşkar olunmamışdır. Belə ki, o, cinayət işinin materialında qeyd edilən kimi xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində polis əməkdaşları tərəfindən Yevlax şəhəri, Q.B.Zakir küçəsində saxlanılmamış, həmin gün Yevlax şəhəri, Q.B.Zakir küçəsində yerləşən yaşadığı evin hasarından aşaraq həyətə daxil olan polis əməkdaşları tərəfindən evinin hamamından çıxan zaman yaşadığı evindən polis şöbəsinə aparılmışdır. O, saxlanılan zaman və polis şöbəsinə aparılan zaman onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu rayon polis şöbəsinə gətirdikdən sonra Teymur adlı və digər polis əməkdaşları ona təzyiq göstərərək üç ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini onun cibinə qoymuşdur. Hazırda təqsirli olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 16 radələrində Yevlax şəhəri Q.B.Zakir küçəsi 44 saylı evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Q.B.Zakir küçəsində narkotik vasitənin satışı ilə məşğul olması, küçədə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin satması barədə məlumat daxil olmuş və həmin məlumatı rəhbərliyə məruzə edilib icazə alındıqdan sonra şöbənin CAB-nin əməliyyat müvəkkili Hikmət Yusifov ilə birlikdə Yevlax şəhəri Q.B.Zakir küçəsinə getmişlər. Şükürün küçədə durduğunu görmüşlər. Şükürə yaxınlaşıb özlərini təqdim etmiş, Şükür özünü şübhəli apardığına görə ona polis şöbəsinə getməyi təklif etmişlər. Şükür bununla razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə Şükürün üstünə baxış keçirmişlər. Baxış zamanı Şükür əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrt qutusunun içərisindən 02 ədəd bükümdə heroin və 1 bükümdə isə metamfetamini təqdim etmişdir. Sorğu-sual zamanı o, bükümdəkinin 02 ədədi narkotik vastə olan heroin və 1 ədəd bükümdə isə psixotrop maddə olan metamfetamin olduğunu, özü istifadə etmək üçün cibində gəzdirdiyini və həmin gün səhər saatlarında Kür çayının sahilində yerləşən «Sahil» parkında təkcə gəzərkən tapdığını etiraf etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, sonra kütlələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolla tanış olub onu imzalamışdır. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxladıqları və baxış keçirdikləri zamanı Təqsirləndirilən şəxs təzyiq və ya hər hansı zorakılıq göstərilməmişdir. Narkotik vasitənin və metamfetaminin guya Təqsirləndirilən şəxs cibinə polis əməkdaşları tərəfindən qoyulması və Təqsirləndirilən şəxs evindən polis şöbəsinə aparılması və habelə əməliyyat tədbirində Teymur adlı polis əməkdaşının iştirak etməsi barədə təqsirləndirilən şəxsin dedikləri yalan və özünü müdafiə xarakterlidir. Sözügedən məliyyat tədbirində X5 ilə birgə iştirak etmişlər, polis şöbəsində təqsirləndirilən şəxs vəkilinin yanında video çəkiliş zamanı üzərində olan 1 ədəd kibrt qutusunun içərisində 02 ədəd bükümdə heroini və 1 bükümdə isə metamfetamini özü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş X5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən vəsatət təqdim edərək, şahid qismində Şahid3 və X3 məhkəmə iclasında şahid qismində dəvət olunmasını bildirmiş, Şahid3 məhkəmə iclasında şahid qismində ifadə verməkdən imtina etdiyini, digər şahid olan aravadı X3 isə məhkəməyə gəlməyəcəyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır, Təqsirləndirilən şəxs heç bir vaxt narkotik vasitə almamışdır, ona heç bir SMS yazmamışdır, qeyd olunan ***-***-**-** saylı mobil nömrəsi onun adına olsa da, həmin nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Sözügedən nömrəni Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayında həbsdən azad olduqdan sonra özü alaraq Şükürə hədiyyə etmişdir, digər mobil nömrə isə yəni ***-***- **-** mobil nömrə ona məxsus deyildir, kimin istifadəsində olmasından məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır.(iş vər.01); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də şübhəli şəxs qismində tutulmuşdur.(iş vər.22-23); Şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisindən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,179 qram və 0,722 qram olmaqla ümumi çəkisi 0,901 qram narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə çəkisi 0,210 qram pisxotrop maddə olan metamfetamin bənzər kütlə aşkar olunaraq götürülmüşdür.(müvafiq DVD disk əlavə olunub).(iş vər. 26-34); Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/379 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üstündən aşkar edilib götürülmüş 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,179 qram və 0,722 qram olmaqla ümumi çəkisi 0,901 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 1 ədəd sellofan bükümdə çəkisi 0,210 qram olan kustar üsulla hazırlanmış pisxotrop maddə olan metamfetamindir. 1) Heroinin təmiz çəkisi-0,179 qram tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,129 qram, 2) Heroinin təmiz çəkisi-0,722 qram tədqiqata sərf edildi-0,672 qram 3) Metamfetaminin təmiz çəkisi-0,210 qram tədqiqata sərf edildi-0,050 qram qalıq-0,160 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manatdır.(iş vər.43-47); Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış olan cinayət işi üzrə əməl CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır.(iş vər.58); Təqsirləndirilən şəx qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır.(iş vər.60-61); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır.(iş vər.78.82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 69.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən hökmü dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi vaxtından əvvəl şərti azad edimişdir.(iş vər.102-103); Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(iş vər.105- 108); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 960 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış norkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(iş vər.117); Diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifdə etdiyi ***-***-**-** saylı mobil nömrənin sahibinin şəxsiyyəti, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrəninin sahiblərinin şəxsiyyəti, yaşayış yeri, göndərilən, daxil olan SMS-lər və anten dairəsi barədə məlumatların DİN-nin İnformasiya və Kominikasiyya idarəsindən götürülməsi barədə Yevlax rayon məhkəməsindən qərar alınaraq DİN-nin İnformasiya və Kominikasiyya idarəsinə göndərilmişdir. DİN-nin İnformasiya və Kominikasiya idarəsindən daxil olmuş diskə baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 19:16 radələrində Şahid4 məxsus 99***-***-**-** mobil nömrəsindən “Sukur telfonu niye acmirsan pulu yada mali bug?n getirmiyenin her seyini s…m» məzmunlu mesaj göndərilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqindən sonra qalan çəkisi 0,129 qram, çəkisi 0,672 qram narkotik vasitə olan heroin və çəkisi 0,160 qram psixotrop maddə olan metamfetamin və “axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt disk iş üzrə maddi sübut kimi tanınmış, çəkisi 0,129 qram, çəkisi 0,672 qram narkotik vasitə olan heroin və çəkisi 0,160 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Yevlax rayon polis şöbəsinə təhvil verilmiş, kompakt disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vər.124-130); Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 523/6 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-778/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 27 gün hissəsini çəkilmədən şərti olaraq vaxtından əvvəl azad edilmiş və ona təyin olunmuş cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtarmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahsının 118-ci qrafasına əsasən psixotrop maddə sayılan təmiz halda 0,15 qram metamfetamin xeyli miqdarından artıq miqdar hesab olunur. Eyni zamanda həmin “Siyahının” İ siyahsının 83-cü qrafasına əsasən narkotik vasitə sayılan təmiz halda 0,15 qram heroin xeyli miqdarından artıq miqdar hesab olunur.Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrı-ayrılıqda çəkisi 0,179 qram və çəkisi 0,722 qram olmaqla ümumi çəkisi 0,901 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd sellofan bükümdə xeyli miqdarda çəkisi 0,210 qram olan psixotrop maddə-metamfetamin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməməsi, habelə ittihamda qeyd olunan formada saxlanılmaması və narkotik satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 20 aprel 2024-cü il tarixli protokoldan və həmin əməliyyat tədbirinin videoçəkilişindən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisindən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,179 qram və 0,722 qram olmaqla ümumi çəkisi 0,901 qram narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə çəkisi 0,210 qram pisxotrop maddə olan metamfetamin könüllü olaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, könüllü təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisindən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda narkotik vasitə olan heroin və 1 ədəd sellofan bükümdə pisxotrop maddə olan metamfetamindir. O, həmin heroini və pisxotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə təxminən 10:00 radələrində Yevlax şəhərində Kür çayının sahilində yerləşən Sahil parkında gəzərkən kibrit qutusu görüb götürdüyünü, açıb içərisində baxarkən içərisində 2 bükümdə heroin və 1 bükümdə metamfetmin tapdığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir; - İstintaq zamanı Təqsirləndirilən şəxs qismən etirafedici ifadə vermişdir. Həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilsədə CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Hərdən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. ***-***-**-** saylı telefon nömrəsi ona məxsus olmuş və həmin nömrədən istifadə etmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2-ci, 234.2-ci maddələri məhkum olunmuş və sonuncu dəfə Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Azadlığa çıxandan sonrada düşəndə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində Kür çayının sahilində yerləşən «Sahil» parkında təkcə gəzərkən yerdə kibrit qutusu görüb götürmüş açıb içərisinə baxarkən içərisində 2 bükümdə heroin və 1 bükümdə isə metamfetamin olduğunu görmüş və özü heroin və metamfetamin istifadə etdiyi üçün tanıdığından gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. Bir qədər oralarda gəzdikdən sonra yaşadığı evə qayıtmışdır. Evdə işlərini gördükdən sonra həmin gün saat 16 radələrində təkcə yaşadığı küçəyə çıxmış və küçədə gedib-gələnlərə baxmağa başlamışdır. Az sonra oraya bir neçə nəfər mülki formada cavan oğlan gəlmiş, o, onları tanımış və onlar Yevlax RPŞ-nin polis əməkdaşları olmuşdur. Polis əməkdaşları özlərin təqdim etmiş, onun üzərimdə narkotik vasitə olduğuna görə həyacanlamış ona görə onu polis şöbəsinə aparacaqların bildirmişlər. O, da onlarla razılaşıb polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində vəkilin iştirakı ilə onun üzərimdə video çəkiliş istifadə edilməklə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibində olan kibrit qutusunun içərisində saxladığı 2 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetami təqdim etmişdir. Polis əməkdaşları həmin kütlələri elektron tərəzidə çəkmişlər, sonra həmin kütlə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilməsi üçün götürülmüş, sonra protokol tərtib edilmiş, digər iştirakçılar kimi o, da protokolla tanış olub onu imzalamışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X2 məcburi-narkoloji tibbi yoxlama haqqında 01 iyun 2024-cü il tarixli, 460 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış norkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahidlərdən təqsirləndirilən şəxsin qardaşı Şahid3 və onun arvadı X4 ifadə verməkdən imtina etmişlər. - Müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs heç bir vaxt narkotik vasitə almadığını, ona heç bir SMS yazmadığını bildirsə də, özünün adına olsa da qeyd olunan ***-***-**-** saylı mobil nömrənin 2023-cü ildən Təqsirləndirilən şəxs istifadəsində olduğunu təsdiq etmişdir.(narkotik satışına dəlalət edən sms məhz həmin nömrəyə göndərilmişdir). CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında öz təsdiqini tapması nəticəsinə gəlir və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasını, üzərindən məhkumluğunun götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi (CM-61.1.1) nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən (mövcud deyil) və ağırlaşdıran (cinayətin residivi) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzaya münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (mövcud deyil) və ağırlaşdıran hallar (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2024-cü il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalan heroinin və psixotrop maddə olan metamfetaminin qalığı məhv edilməli, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis şöbəsində saxlanılan 0,129 qram və 0,672 qram heroin və 0,160 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. “Axtarış və götürmə istintaq hərəkətini” əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 13 (on üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(039)-136/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-136/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver