Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-136/2025 13.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, kənd təsərrüfatı ilə məşğul olan, məhkum olunmuş məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan 3 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş və qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda eldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilən şəxs 2025-ci ilin istintaqla müəyyən edilməyən günündə və saatda Yevlax rayonunun Gülövşə kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağda ayrı-ayrı 3 ədəd dibçəklərdə qəsdən qanunsuz olaraq 3 ədəd xeyli miqdarda əkilib-becərilməsi qadağan edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib xx.xx.2025-ci il tarixədək olan müddətdə aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 22 iyul 2025-ci il tarixdə saat 11:43 dəqiqədən saat 12:08 dəqiqəyədək olan müddətdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Gülövşə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda video çəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs hər biri ayrı-ayrı olmaqla cəmi 3 ədəd dibçəklərdə olan qəsdən xeyli miqdarda kultivasiya etdiyi həmin tərkibində narkotik maddələr olan ümumi təmiz çəkiləri-1035,0 qram, hündürlükləri 130 sm və 135 sm olan yaş vəziyyətdə 02 ədəd əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 01 ədəd hündürlüyü 58 sm, yaş vəziyyətdə çəkisi 530,0 qram olan əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kökü ilə birlikdə gövdə hissəsi aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs Yevlax rayonunun Gülövşə kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsi olan bağda kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrindən istintaqla müəyyən edilməyən vaxtda və saatda toplayaraq qurutmaqla qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 24,07 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı Yevlax rayonunun Gülövşə kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə saxlamış, 22 iyul 2025-ci il tarixdə saat 11:43 dəqiqədən saat 12:08 dəqiqəyədək olan müddətdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Gülövşə kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə video çəkilişlə keçirilmiş baxış zamanı həmin tikilidən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı kultivasiya etdiyi narkotik tərkibli çətənə bitkiləri ilə eyni tərkibli olan 24,07 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2025-ci ilin aprel ayında yaşadığı kənd ərazisindəki sahəlikdən çətənə kolunun toxumlarını tapmış, görən kimi çətənə kollarının toxumları olduğunu bilmiş və 2025-ci ilin aprel ayında evində dibçəklərin içərisində 3 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarını əkmiş və həmin toxumlar bitdikdən sonra onlara qulluq edərək böyütmüşdür. Onun əkdiyi və qulluq etdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkilərindən biri daha tez məhsuldarlıq verdiyindən o, həmin çətənə bitkisinin üzərində olan yarpaqlarını və məhsullarını yığaraq qurutmuş və sonra həmin qurudulmuş marixuananı sellofan torbaya yığaraq yaşadığı evin həyətində yerləşən anbar kimi istifadə etdiyi yardımçı tikilidə gizlədərək həmin narkotik vasitə olan qurudulmuş marixuanadan vaxtaşırı istifadə etmişdir. 22 iyul 2025-ci il tarixdə təxminən 11-12 radələrində polis əməkdaşları evinə gələrək özlərini təqdim etmiş və ona yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkilərini əkib-bercərməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə məlumat əldə etdiklərini, evinin həyətinə və bağa bununla bağlı baxış keçirməli olduqlarını demişdirlər. O, əməlini etiraf etmiş və evinin həyətinə, həyətyanı sahəsinə baxış keçirlməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onun evinin həyətyanı sahəsinə baxış keçirilən zaman bağda əkib-becərdiyi cəmi 3 (üç) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Həmçinin onun əkdiyi markotik tərkibli çətənə bitkisinin məhsullarından yığaraq qurutduğu narkotik vasitə olan qurudulmuş marixuana yaşadığı evin həyətində yerləşən anbar kimi istifadə etdiyi yardımçı tikilidən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun həmin bitkilərdən əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmamış, heç kimə verməmişdir. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağın olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması, istifadə etməsi və yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi barədə 22 iyul 2025-ci il tarixdə Yevlax rayon polis şöbəsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkilli polis beş leytenantı Şahid3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Onlar həmin gün Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Gülövşə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, evin həyətyanı sahəsinə keçirilən baxış zamanı 3 ədəd ayrı-ayrı plastik dibçəklərin içərisində cəmi 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş və həmin bitkilərə aqronom Vüqar Mahmudov tərəfindən keçirilən baxış zamanı həqiqətən də narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq gösətərildiyi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə məlumat da olduğunu bildirdikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə narkotik tərkibi çətənə kollarından yığaraq qurudub əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini bildirmişdir. 3 ədəd narkotik tərkibli çətənə bitkisi və qurudulmuş marixuana götürülüb qablaşdırılaraq, DİN-in zərflər üçün olan möhürü ilə möhürlənmişdir. Daha sonra tərəfindən protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkül vəzifəsində işləyən işləyən Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlaması, daşıması, istifadə etməsi və yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi barədə 22 iyul 2025-ci il tarixdə Yevlax rayon polis şöbəsinə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun, Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkilli polis beş leytenantı Şahid3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Onlar həmin gün Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonu Gülövşə kəndində yerləşən fərdi yaşayış evinin qarşısına getmiş, evin həyətyanı sahəsinə keçirilən baxış zamanı 3 ədəd ayrı-ayrı plastik dibçəklərin içərisində cəmi 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş və həmin bitkilərə aqronom Vüqar Mahmudov tərəfindən keçirilən baxış zamanı həqiqətən də narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq gösətərildiyi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə məlumat da olduğunu bildirdikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə narkotik tərkibi çətənə kollarından yığaraq qurudub əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyini bildirmişdir. 3 ədəd narkotik tərkibli çətənə bitkisi və qurudulmuş marixuana qablaşdırılaraq, DİN-in zərflər üçün olan möhürü ilə möhürlənmiş, daha sonra tərəfindən protokollar tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə ********* №-li cinayət işi başlanılması və icraatına qəbul edilməsi qərara alınmışdır (iş vər.01); “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Gülövşə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı 3 ədəd dipçəkdə, onlardan 2 ədədinin boyu təminən 130-135 sm aralığında, 1 ədəd isə təxminən 40 sm-dək uzunluqda narkotik tərkibli bitkilərə bənzər bitki kolları aşkar edilmiş, bundan başqa Təqsirləndirilən şəxs həyətyanı sahəsində yerləşən yarım tikiliyə baxış keçirən orada şəffaf rəngli sellofan torbada olan ümumi çəkisi 28.47 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. (müvafiq CD disk əlavə olunub)( i.v.10-12); “Diskdə olan videoyazıya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 22 iyul 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v.13); Yevlax rayonu Bitki Mühafizəsi və fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzinin rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən, Yevlax rayonu Gülövşə kəndində Təqsirləndirilən şəxs həyətyanı sahəsində ona təqdim olunan üç bitki kolları çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kolları tünd-yaşlı rəngli, spesifik iyə malik və hər birinin hündürlüyü onlardan 02 ədədinin boyu təminən 130-135 sm aralığında, 01 ədəd isə təxminən 40 sm-dək uzunluqda təxminən bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, yəni gövdə ətrafı torpaq yumşaldılmış, suvarılması üçün xüsusi qaydada düzəldilmişdir və bitkilərin ətrafı alaq otlarından təmizlənmişdir.(iş vər.14); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evində aşkar edilmiş 3 ədəd əkibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kollarının, davamı olaraq evin həyətyanı sahəsində olan köməkçi tikilidə bir ədəd şəffaf rəngli sellofan bükülüdə marixuanaya bənzər kütlə aşkar olunmuşdur(müvafiq DVD disk əlavə olunub).(iş vər.23-24); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:10-da şübhəli şəxs qismində tutulmuş, azadlığı faktiki olaraq həmin gün saat 11:43-də məhdudlaşdırılmışdır(iş vər.33-34); “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış zamanı hər hansı əşya və ya predmet aşkar edilməmişdir (müvafiq DVD disk əlavə olunub).(iş vər. 41-48); Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 17/541 nömrəli rəyindən görünür ki, üzərində üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 3 ədəd...çətənə kolları..." yazısı, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, 02 (iki) ədəd, hündürlükləri 130 sm və 135 sm, yaş vəziyyətdə ümumi təmiz çəkiləri -1035,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin sintetik kisənin içərisindəki 01 (bir) ədəd, hündürlüyü 58 sm, yaş vəziyyətdə təmiz çəkisi -530,0 qram olan bitki hissəsi əkilib-becerilməsi qadağan olunmuş narkotik tərkibli çətən (kannabis) bitkisinin hissəsidir. X7 22 iyul 2025-ci il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və çətənə (kannabis) bitkisinin hissəsinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində köməkçi tikilidə aşkar olunaraq götürülmüş narkotik......" yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir ədəd sellofan torbada, təmiz çəkisi-24,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd çətənə bitkiləri və 01(bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin hissəsinin üzərində yarpaqları olmadığından həmin obyektlə təqdim edilmiş qurudulmuş marixuananın müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. a) Çətənə bitkilərinin ümumi təmiz çəkisi- 1035,0 qram, tədqiqata sərf edildi-0,10 qram. (bitkinin hər birindən-0,05 qram) qalıq - 1034.9 qram, b) Çətənə bitkisi hissəsinin təmiz çəkisi- 530,0 qram tədqiqata sərf edildi- 0,05 qram, qalıq 529.95 qram, Marixuananın təmiz çəkisi 24.07 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq-24,02 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır (iş vər. 55-59); Məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 3 ədəd...çətənə kolları..." yazısı adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, 01(bir) ədəd, hündürlüyü 58 sm, təmiz çəkisi-510,0 qram, yaş vəziyyətdə olmaqla, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kökü ilə birlikdə gövdə hissəsidir. X7 22 iyul 2025-ci il tarixli rəyinə əsasən teqdim edilmiş çətənə (kannabis) bitkisinin kökü ilə birlikdə gövdə hissəsinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd çətənə (kannabis) bitkiləri ilə 01 (bir) ədəd çətənə(kannabis) bitkisinin kökü ilə birlikdə gövdə hissəsi tərkiblərinə görə eynidirlər. a) Çətənə bitkilərinin ümumi təmiz çəkisi- 965,0 qram, tədqiqata sərf edildi - 0,10 qram. (bitkinin hər birindən-0,05 qram.) qalıq-964,95 qram. b) Çətənə bitkisinin kökü ilə birlikdə gövdə hissəsinin təmiz çəkisi- 510,0 qram, (tədqiqata sərf edildi -0,05 qram,) qalıq- 509,95 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 manatdır (iş vər. 94- 97); Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (iş vər.124-130); “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 02 (iki) ədəd, hündürlükləri 130 sm və 135 sm olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ümumi olaraq 0,10 qramı ekspertiza tədqiqatına sərf edilmiş – 01(bir) ədəd, hündürlüyü 58 sm olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kökü ilə birlikdə gövdə hissəsi və ekspertiza tədqiqatına sərf edilmiş 24,02 qram qalmış narkotik vasitə- qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vər.135-137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(iş vər.141) Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vər.143-149); Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(039)-200/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının çəkib qurtarmışdır (iş vər.150); Yevlax rayonu Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hiamyəsində xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı övladları vardır (iş vər.143-149); Məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur (iş vər.190); Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqsirləndirilən şəxsə üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt təqsirləndirilən şəxs 02 (iki) ədəd, hündürlükləri 130 sm və 135 sm olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 01(bir) ədəd, hündürlüyü 58 sm olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin kökü ilə birlikdə gövdə hissəsi və 24,02 qram qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxsin yaşadığı yaşayış evində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu təqdim etdiyi çətənə bitkisi və kütlənin narkotik vasitəyə bənzər qurudulmuş marixuana olduğunu bildirir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilməsi, qablaşdırılması, möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müəyyən olur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən qurudulmuş halda təmiz çəkisi 5 qramdan 500 qramadək olan narkotik vasitə marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağın olmasını (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl cəmiyyət tərəfindən mənfi qarşılanır və belə şəxslərin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur. Şəxsin təqsirləndirildiyi maddəllərin sanksiyasında nəzərdə tutulan digər alternativ cəzalara münasibətdə isə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hazırkı işin hallarına əsasən Təqsirləndirilən şəxs yalnız maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər ki, bununla da Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunan cəzanın məqsədinə çatmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməliə mlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həmdə hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (səmimi peşmançılığı) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilməli, cəza təyin olunarkən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəza saxlanılmalı (CM-66.2), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1. 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan Yevlax rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1035 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 964,95 qram 2 ədəd çətənə bitkisi və təmiz çəkisi 530,0 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 509,95 qram olan 1 ədəd çətənə bitkisinin kökü ilə birlikdə gövdə hissəsi, ilkin təmiz çəkisi 24,07 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 24,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə protokollara əlavə edilmiş 3 ədəd kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat olmaqla, ümumilikdə 77 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş, təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 1035 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 964,95 qram 2 ədəd çətənə bitkisi və təmiz çəkisi 530,0 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 509,95 qram olan 1 ədəd çətənə bitkisinin kökü ilə birlikdə gövdə hissəsi, ilkin təmiz çəkisi 24,07 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 24,02 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, İş materiallarında olan protokollara əlavə edilmiş 3 ədəd kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ34CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №1(039)-136/2025
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-136/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver