Məhkəmə qərarları › İş №1(039)-137/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-137/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-137/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1987-ci il tarixdə, Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham aktında qeyd edilir ki, o, qəsdən etibardan sui-istifadə etmə və aldatma ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, 2020-ci ilin noyabr ayının əvvəlində istintaqla müəyyən edilməyən gündə Yevlax rayonunun Nərimankənd kəndinin girişində olan adsız çayxanada əvvəllər tanıdığı Zərərçəkmiş şəxs 01 fevral 2021-ci il tarixədək ünvanlı sosial yardım düzəldəcəyini vəd edərək 10 noyabr 2020-ci il tarixdə saat radələrində Yevlax şəhəri, H.Əliyev prospekti, 51 saylı binada yerləşən “Fujifilm” foto adlanan yerin qarşısında onun 750 manat pulunu aldadıb alıb, lakin vədinə əməl etməməklə Zərərçəkmiş şəxs həmin məbləğdə pulunu ələ keçirib qəsdən dələduzluq işdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək söyləmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərində, Yevlax rayonu, Nərimankənd kəndində, tanışları Pərviz və Rəşadla adınıı bilmədiyi çayxanada görüşüb söhbət edərkən Rəşada ünvanlı ssial yardım düzəldə biləcəyini bildirmişdir. Rəşada bildirmişdir ki, onun 5 uşağı olduğuna görə ona ayda 400 manat sosial yardım düşür. İlk olaraq ondan bu işin həlli üçün 1,000 manat pul istəmiş, daha sonra isə 750 manata razılaşmışlar. 10 noyabr 2020-ci il tarixdə, axşam saatlarında Rəşadla Yevlax H.Əliyev, prospektində yerləşən “Fujifilm” foto evi adlanan yerin qarşısında görüşmüş və ondan 750 manat pul və ünvanlı sosial yardım almaq üçün sənədlər götürmüşdür. 01.02.2021-ci il tarixə onlara sosial yardımı düzəldəcəyini bildirsə də, bunu edə bilməmiş, bu məqsədlə Rəşaddan aldığı pulu da xərclədiyi üçün onun pulunu qaytara bilməmişdir. Artıq Rəşadla razılıq əldə etmiş və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, 2020-ci ilin noyabr ayının əvvəllərində tanışları Babək və Pərvizlə Yevlax rayonu, Nərimankənd kəndinin girişində yerləşən çayxanada olarkən, Babək ona bildirmişdir ki, 6 uşağı olduğu üçün özünə ünvanlı sosial yardım düzəltmiş və hər ay sosial yardım alır. Eyni zamanda Babək bildirmişdir ki, digər şəxslərə də ünvanlı sosial yardım düzəltdirmişdir. Babəkə söyləmişdir ki, 5 uşağı var, lakin adına torpaq sahəsi olduğuna görə ünvanlı sosial yardım ala bilmir. Babək isə bunun problem olmadığını, 900 manat müqabilində ona da ünvanlı sosial yerdım düzəldə biləcəyini söyləmişdir. 750 manat razılaşdıqdan sonra Babək həmin pulu öncədən ona verməli olduğunu söyləmişdir. Təxminən 2 gün sonra Yevlax şəhərində Babəklə görüşüb ona 750 manat pul və sosial yardım almaq üçün tələb edilən sənədləri vermişdir. Babək ona 01.02.2021-ci il tarixədək ünvanlı sosial yardım alacağını demişdir. Babəkin dediyi müddət keçmiş o, Babək bir neçə dəfə zəng etmiş, Babək telefonu açmamış və yaşadığı ünvana getsə də onun yaşadığı ünvandan köçdüyünü bilmişdir. O və Pərpviz Babək tərəfindən aldadıldığını bildiyi üçün polis şöbəsinə gəlib şikayət etmişdir. Zərər çəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə, yəni etibardan sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmədə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb vurulmuş zərəri ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə dövrü üçün göstərilmiş hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X2 dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Göstərilən hüquqi yardıma görə 150 (bir yüz əlli) manat tutularaq Yevlax şəhər Hüquq Bürosunun vəkili X2 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar