Məhkəmə qərarları › İş №1(039)-137/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-137/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-137/2023 04.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Ağstafa rayonu Qırılı kəndinə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağstafa rayonu Qırılı kəndinə qeydiyyatda olan və yaşayan, barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 02 may 2023-cü il tarixdə saat 01:25 radələrində idarə etdiyi X6 yük markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd avtomobil yolunun Yevlax rayonu Aran kəndi ərazisindən keçən 305-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, 70-75 km/saat sürətlə Qazax rayonu istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman, onunla eyni istiqamətdə sağ zolaqda nasaz olan “VAZ 2106” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol hissəsindən itələyən piyada X2 Qazax istiqamətinin sağ zolağında soldan ağ qırıq xətdən sağa doğru 1,6 metr məsafədə vurmuş və eyni zamanda “VAZ 2106” minik markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur, nəticədə o, ehtiyatsızlıqdan piyada X1 aldığı xəsarətlərdən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli hesab edərək söyləmişdir ki, 02 may 2023-cü il tarixdə, gecə saat təxminən 01:30-da etibarnamə əsasında idarə etdiyi X6 yük markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qazax rayonu istiqamətində, təxminən saatda 70-75 kilometr surətlər yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Yevlax rayonu, Aran kəndi ərazisindən keçərkən anidən, təxminən 5- 10 metr qarşıda, onunla eyni istiqamətdə sağ zolaqda “VAZ 2106” minik markalı avtomobilini bir neçə şəxsin qarşıya doğru itələdiyini görmüşdür, idarə etdiyi avtomobilin əyləcinə basaraq toqquşmamaq üçün sükanını sola doğru çəksə də, artıq gec olduğundan avtomobilin qabaq sağ hissəsi ilə “VAZ 2106” minik markalı avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Dərhal idarə etdiyi yük avtomobilini qarşıda sağda saxlamış və avtomobildən enərək “VAZ 2106” minik markalı avtomobilə yaxınlaşmışdır. İlk olaraq hadisədən həyəcana düşdüyündən yalnız “VAZ 2106” markalı avtomobillə toqquşduğunu güman etmişdir. Lakin, həmin avtomobilə yaxınlaşdıqda bir şəxsin yerə yıxıldığını görmüşdür. “VAZ 2106” markalı avtomobilin sükanı arxasında olan bir kişi və həmin zaman avtomobili itələyən digər kişi ilə birlikdə yerə yıxılan, adını sonradan bildiyi X3 yaxınlaşmış və ona yardım etməyə çalışmışlar. Hadisə zamanı “VAZ 2106” markalı avtomobildə iki kişidən başqa, bir qadın, iki uşaq da olmuşdur. Dərhal təcili tibbi yardın stansiyasına və polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Lakin, təcili tibbi yarım avtomobilin gec gələcəyini anlayıb Məhərrəm Qurbanzadəni yoldan keçən bir avtomobilə qoyaraq Gəncə şəhərinə, xəstəxanaya yola salmıdır. Özü isə hadisə yerində qalaraq polis əməkdaşlarını gözləmişdir. Bir müddət sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Sonradan ona məlumat vermişlər ki, Məhərrəm Qurbanzadə vəfat etmişdir. Əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi Esmira Qurbanzadə ilə razılıq əldə etdiyi, yeni ailə qurduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Esmira Qurbanzadə əvvəlki məhkəmə iclası zamanı bildirmişdir ki, X4 onun əri olmuşdur. 01 may 2023-cü il tarixdə axşam saatlarında əri Məhərrəm ona söyləmişdir ki, dostu, eyni zamanda iş yoldaşı Elməddin ailəsi ilə birlikdə Bərdə rayonundadır və sonuncunun xahişi ilə dostu İmranın avtomobil ilə gedib onu və ailəsini Bərdədən gətirəcəklər. Artıq 02 may 2023-cü il tarixdə, gecə saat təxminən 01:30-da Məhərəmin dostu Elməddin ona zəng edib bildirmişdir ki, Məhərrəmi Yevlax rayonu ərazisində bir avtomobil vurub və onu Gəncə şəhərinə, 3 nömrəli xəstəxanaya aparmışlar. Dərhal xəstəxanaya getmiş və orada məlum olmuşdur ki, Məhərrəm artıq aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisə yerində olmadığına görə yol-nəqliyyat hadisəsinin hansı şəraitdə baş verdiyini bilməmişdir. Mərhumun yas mərasiminə Təqsirləndirilən şəxs yaxınları gələrək müəyyən xərclərdə köməklik göstərmişlər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini anladığından Təqsirləndirilən şəxsdən şikayəti və hər hansı tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi Esmira Qurbanzadə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayətinin olmadığını qeyd etmişdir. Şahid1 bildirmişdir ki, X4 ilə dost, eyni zamanda iş yoldaşı olmuşdur. 01 may 2023-cü il tarixdə axşam saatlarında Məhərrəm ona zəng edərək bildirmişdir ki, dostu Elməddin ailəsi ilə birlikdə Bərdə rayonundadır və ondan xahiş etmişdir ki, onun avtomobili ilə gedib onları gətirsinlər. Buna etiraz etməmiş və özünün idarə etdiyi “VAZ 2106” minik markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedim Məhərrəmi götürərək Bərdə rayonuna getmişlər. Oradan Elməddini, onun arvadını və iki övladını götürərək geri qayıtmışlar. Artıq 02 may 2023-cü il tarixdə, saat təxminən 01:25 radələrində, Bakı-Qazax yolunda Yevlax rayonu Aran qəsəbəsi ərazisində yolun sağ zolağı ilə hərəkətdə olan zaman avtomobilin yanacağı bitmiş və avtomobil dayanmışdır. Belə qərara gəlmişlər ki, yolun sağ kənarı ilə avtomobili itələyib bir qədər qarşıda yerləşən yanacaqdoldurma məntəqəsinə çatdırsınlar. O özü sükan arxasında qalmış, Məhərrəmlə Elməddin isə avtomobildən enərək Məhərrəm avtomobilin bir qədər sol, yolun hərəkət istiqaməti tərəfindən, Elməddin isə avtomobilin sağ tərəfi hissəsindən avtomobili itələməyə başlamışlar. Qısa bir müddət sonra arxadan gələn, markasını və qeydiyyat nişanını sonradan bildiyi X6 yük markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilk olaraq Məhərrəmi, sonra isə avtomobilin sol hissəsini vuraraq bir qədər qarşıda saxlamışdır. Dərhal avtomobildən enmiş və Məhərrəmin yerə yıxıldığını görmüşdür. Yük avtomobilin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs da yük avtomobilindən enərək onlara yaxnlaşmışdır. Onlar birlikdə Məhərrəmə yaxınlaşmış və onun artıq vəfat etdiyini anlamışlar. Tərxan təcili yardıma və polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Buna baxmayaraq yolla gedən, xatırlamadığı avtomobili saxlayaraq Məhərrəmi Gəncə şəhərinə xəstəxanaya aparmışdır. Lakin, orada Məhərrəmin artıq vəfat etdiyini bildirmişlər. Elməddin digər yol avtomobili ilə ailəsi ilə birlikdə Gəncə şəhərinə getmişdir. Tərxan isə hadisə yerində qalmışdır. Şahidlər Şahid2 və Şahid3 oxşar məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin 13 may 2023-cü il tarixli 16 №-li rəyində qeyd olunur ki, X1 meyitində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının qançırı və divar aralağında küt travması, V- Vİ-Vİİ qabırğanın sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qanitirmənin olması, daxili üzvlərin azqanlığı, sağ saidin və sağ əlin arxa səthinin sıyrıqları, sağ budun geniş ölçülü sıyrığı , bərk küt alətin (lərin) təsiri nəticəsində eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. (səh. 33-37) “Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası”-nın 25 iyun 2023-cü il tarixli 8/1757 saylı rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən X6” yük markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (səh. 56-59). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları İ. Yol hərəkətinin iştirakçıları: 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini, yəni yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmasında təqsirliliyi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin istintaq zamanı toplanmış digər obyektiv və təkzibedilməz materiallarla tam sübuta yetirilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona istinad edilən maddədə nəzərdə tutulmuş həddə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 128 manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət büdcəsi xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış avtomobillər sahiblərinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ41NABZ 013601**********3944 S.W.İ.F.T. BİK: CTREAZ 22 hesaba köçürülsün. Maddi sübut kimi tanınmış X6 yük markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 2106” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə təhvil verilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev Düzdür Məhkəmənin hakimi Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar