Məhkəmə qərarları › İş №1(039)-138/2020

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-138/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-138/2020 19.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,487 qram miqdarında psixotrop maddə olan metafetamini əldə edib özündə saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 20:40 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Yevlax rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçi-vəkil və video çəkiliş ilə onun üzərinə keçirilən şəxsi-axtarış nəticəsində əynindəki köynəyin sol döş cibində sellofan bükülüdə əldə edib saxladığı həmin psixotrop maddə- metafetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, son vaxtlar narkotikdən istifadə etməyə başlamışdır. 2020-ci il iyulun 17-də günorta saatlarında yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsi ilə yaşadığı evə gedərkən yerdə bir ədəd sellofan parçasına bükülmüş bükülü görmüş, o, həmin bükülünü götürüb içərisinə baxmış və içərisində “şüsə” psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin sellofan bükülüdəki metafetamini özü istifadə etmək üçün götürüb əynindəki köynəyin sol döş cibinə qoyaraq saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 20:30 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsi ilə yaşadığı evə gedərkən Yevlax rayon Polis Şöbəsinin polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı və video çəkilişlə üzərində şəxsi axtarış aparmışlar və o, əynindəki köynəyin cibində saxladığı metafetamini polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdə istifadə etməsi və üzərində saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı raportla polis şöbəsinin rəhbərliyinə məruzə etdiyini, rəhbərlik tərəfindən Xəyalın barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildiyini demişdir. Şahid1 Xəyalın barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyala keçirilməsi barədə qərar qəbul etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20:40 radələrində o, polis əməkdaşı Şahid1la birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsində yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. Şahid1 Xəyala qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon Polis Şöbəsinə məlumat daxil oİduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Xəyal üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Xəyalı Yevlax rayon Polis Şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Şahin Fətullayevə təhvil vermişlər. Xəyal Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Fərhad Məmmədov polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şahin Fətullayev onun, Şahid1 və Fərhad Məmmədovun iştirakı ilə Xəyalın üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Xəyal əynindəki köynəyin sol döş cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Xəyal bir ədəd bükülünun içərisində psixotrop maddə olan “şüşə”-metafetamin olduğunu, metamfetamini yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə xx xxxx 2020-ci il tarixdə polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı rəhbərliyə məruzə etmiş xx xxxx 2020-ci il tarixli əmri ilə onun, polis şöbəsinin inspektoru polis kapitanı Şahid2 və polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X1 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Yevlax rayon polis şöbəsinin əməliyyat müvəkkili polis mayoru X4 həmin qrupun rəhbəri təyin edilmişdir. Həmin gün saat 20:40 radələrində o, polis əməkdaşı Şahid2lə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsində olarkən Xəyalın yolun kənarı ilə getdiyini görmüşlər və ona yaxınlaşmışlar. O, Xəyala qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılaraq üzərinə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini, üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Xəyal üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Fəridlə birlikdə Xəyalı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Şahin Fətullayevə təhvil vermişlər. O. Xəyalın gətirilməsi barədə raport yazmışdır. Şahin Fətullayev onun tərtib etdiyi sənədlər əsasında Xəyalı şübhəli şəxs qismində tutmuşdur. Xəyal Yevlax şəhər Vəkil Bürosunun vəkili Fərhad Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan sonra Fərhad Məmmədov polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Şahin Fətullayev onun, Şahid2 və Fərhad Məmmədovun iştirakı ilə Xəyalın üzərində şəxsi axtarış aparmışdır. Polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspekloru işləmiş X6 "Panasonic" markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Xəyal əynindəki köynəyin sol döş cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülünü çıxardaraq masanın üzərinə qoymuşdur. Xəyal bükülünün içərisində psixotrop maddə olan metafetamin olduğunu, melafetamini yaşadığı Yevlax şəhəri H.Aslanov küçəsində yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40-də şübhəli şəxs qismində tutulmuşdur. (iş vər. 18-19); “şəxsi axtarış və götürmə” haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli qısaqol köynəyin sol döş cibindəki 1 ədəd sellofan bükülünün içərisindən psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (iş vər. 25-32); məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 16/488 nömrəli rəyindən görünür ki, üzərində “xx.xx.2020-il tarixdə və Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zamanı onun üzərindən götürülmüş bir ədəd şəffaf rəngli sellofan torbada içərisində olan...maddə” sözləri yazılmış kağız paketdəki, 1(bir) ədəd polietilen bükümündə təmiz çəkisi 0,487 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetaminin təmiz çəkisi -0,487 qram, tədqiqata sərf edildi – 0,05 qram, 0,437 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 manatdır. (iş vər. 38-40); “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vər. 59); məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 700 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( iş vər.86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.79); maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş tədqiqatdan sonra qalan təmiz çəkisi 0,437 qram metafetamin maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Yevlax rayon Polis Şöbəsinə təhvil verilmişdir. (iş vər.61); Yevlax Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay 15(on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. (iş vər. 84-85); Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 776/6 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs, ona Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanı xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əvvəlki cinayət əməlinə görə məhkumluğu ödənilsə də, islah olunmayaraq yenidən cinayət əməli törətməsini şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edirki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Həsənov X7 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM- 158.2.1,158.6),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli,Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan metafetaminin qalığı məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax rayon Polis şöbəsində saxlanılan 0,437 qram miqdarında psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun ibtidai istintaqda göstərdiyi 50 (əlli) saat, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna, 90 (doxsan) manat isə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar