Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-138/2021 05.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Yevlax rayonu, Duzdağ kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 29 iyun 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Duzdağ kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən 2021-ci ilin iyun ayının 14-də saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən “İslam” yanacaqdoldurma məntəqəsinin yanında olan ərzaq mağazasına mağazanın sahibi Zərərçəkmiş şəxs orada olmadığından istifadə edərək mağazanın arxasında yerləşən plastik qapının aşağı hissəsindəki plastik lövhələrdən ikisini sındıraraq içəriyə keçmək yolu ilə qanunsuz daxil olaraq stolun saxlanc yeri olan siyirməsindən Zərərçəkmiş şəxs məxsus 4000 (dörd min) manat nağd pul və 800 (səkkiz yüz) manat dəyərində “Azərcell” və “Bakcell”-ə aid olan ödəmə, danışıq kartlarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vuraraq saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Aralarında münasibət olmamışdır. 14 iyun 2021-ci il tarixdə yaşadığı Yevlax rayonu, Duzdağ kəndində yerləşən evində olarkən pulu olmadığına görə oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Haradan və necə oğurluq etməyi fikirləşən zaman Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən “İslam” yanacaqdoldurma məntəqəsinin yanında olan ərzaq mağazasında pul ola biləcəyini düşünmüşdür. 14.06.2021-ci il tarixdə gecə saat 04:00 radələrində kəndlərinə yaxın yerdə olan “İslam” yancaqdoldurma məntəqəsinin yanında olan ərzaq mağazasına getmiş, mağazanın bağlı olduğunu görüb əli ilə qapını qırmış və mağazaya daxil olmuşdur. Mağazaya daxil olan kimi pul axtarmağa başlamışdır. Kassanın yanında olan şkafda 600 (altı yüz) manat pul olduğunu görüb cibinə qoyduqdan sonra mağazadan tez çıxıb evə getmişdir. Zərərçəkmiş şəxs şikayət edəcəyini və polis əməkdaşlarının onu axtaracaqlarını bildiyi üçün bir neçə gün sonra yəni 27.06.2021-ci il tarixədək olan müddətdə evdə qalmamışdır. 27.06.2021-ci il tarixdə saat təxminən 21 radələrində“İslam” yanacaqdoldurma məntəqəsinin yanından keçərkən məntəqənin sahibi Zərərçəkmiş şəxs onu həmin yerdə saxlayaraq 102 Məlumat Mərkəzinə məlumat vermiş, daha sonra Yevlax RPŞ-nin əməkdaşları həmin yerə gələrək onu götürüb Yevlax RPŞ-yə gətirmişlər. Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından 4000 (dör min) manat deyil, 600 (altı yüz) manat oğurlamışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun Zərərçəkmiş şəxs Yevlax rayonu, Nərimanabad kəndində yerləşən “İslam” yanacaqdoldurma məntəqəsinin yanında olan ərzaq mağazasından 600 (altı yüz) manat oğurlaması məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Yevlax rayon Nərimanabad kəndində yerləşən “İslam” adlı yanacaqdoldurma məntəqəsi və məntəqəni yanında marketi mövcuddur. Sahibkardır. Yanacaqdoldurma məntəqəsi 24 saat fəaliyyət göstərsə də market səhər saat 09:00-da açılmaqla axşam saat 20:00-da bağlanır. Yanacaqdoldurma məntəqəsini onun işçiləri, marketi isə o özü işlədir. 13.06.2021-ci il tarixdə təxminən saat 02:00 radələrinədək yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə nəzarət etmək üçün məntəqənin yanında olmuş, həmin vaxt artıq məntəqəsinin yanında olan market bağlanmışdır. 13.06.2021-ci il tarixdə 02:00 radələrində yaşadığı Yevlax rayonu, Duzdağ kəndindəki evinə getmiş, sabahısı gün yəni 14.06.2021-ci il tarixdə saat təxminən 09:00 radələrində özü marketə gəlib marketin qabaq qapısını açarla açıb marketin içərinə daxil olmuşdur. Marketə daxil olan zaman əşyaların yerində dəyişiklik olduğunu görüb mağazaya hər-hansı bir şəxsin girdiyindən şübhələnmişdir. Bu zaman mağazanın arxa qapısına yaxınlaşmış və qapının qırıldığını görüb kassaya yaxınlaşan zaman kassada olan 4000 (dörd min) manat pulun və 800 (səkkiz yüz) manat dəyərində olan danışıq kartlarının oğurlandığını müəyyən etdikdən sonra Azərbaycan Respublikası DİN-nin 102 Məlumat Mərkəzinə məlumat vermişdir. Azərbaycan Respublikası DİN-nin 102 Məlumat Mərkəzinə məlumat verdikdən sonra o marketin daxilində quraşdırılmış kamera görüntülərinə baxmış və mağazanın daxilindən pulun və danışıq kartlarının Yevlax rayonu Duzdağ kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını görmüş və daha sonra Yevlax RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. 27.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yanacaqdoldurma məntəqəsinin yanında görüb onu saxlamış və bu barədə Azərbaycan Respublikası DİN-nin 102 Məlumat Mərkəzinə məlumat vermişdir. Məhkəmədən təqsirləndirilən şəxs X3 tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. O, Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Nemətabad kəndinin girişində yerləşən “İslam” yanacaqdoldurma məntəqəsində operator vəzifəsində işləyir. Həmin yanacaqdoldurma məntəqəsinin yanında Zərərçəkmiş şəxs məxsus ərzaq mağazası vardır. Həmin market saat 09:00-dan 20:00-dək fəaliyyət göstərir. Marketi Zərərçəkmiş şəxs özü işlədir. O, 13.06.2021-ci il tarixdə saat 09:00-dan 14.06.2021-ci il saat 09:00-dək “İslam” yanacaqdoldurma məntəqəsində növbədə olmuş, növbədə olduğu müddətdə həmişə olduğu kimi yoldan keçən müxtəlif avtomobillər yanacaqdoldurma məntəqəsinə yaxınlaşmış, yanacaq doldurduqdan sonra isə çıxıb getmişdir. Növbədə olduğu müddətdə hər hansı şübhəli halla həmçinin yad şəxslərin yanacaqdoldurma məntəqəsinə və ya yanacaqdoldurma məntəqəsinin yanında olan ərzaq mağazasına girdiyini və çıxdığını görməmişdir. 14.06.2021-ci il tarixdə saat 09:00 radələrində Zərərçəkmiş şəxs ərzaq mağazasını açmaq üçün və yanacaqdoldurma məntəqəsinə nəzarət etmək üçün həmin yerə gəlmişdir. Zərərçəkmiş şəxs ərzaq mağazasına daxil olduqdan sonra mağazadan 4000 (dörd min) manat pul və 800 (səkkiz yüz) manat məbləğində olan danışıq kartlarının naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş və o bu məlumatı eşitdikdən sonra ərzaq mağazasına getmişdir. Ərzaq mağazasında olan videokameraya Zərərçəkmiş şəxs iştirakı ilə baxan zaman Təqsirləndirilən şəxs gecə saatlarında ərzaq mağazasına mağazanın arxasında olan giriş qapısından daxil olaraq oğurluq etməsinin şahidi olmuşdur. Zərərçəkmiş şəxsla birlikdə kamera görüntülərinə baxdıqdan sonra sonuncu DİN-nin 102 məlumat mərkəzinə zəng edərək oğurluq hadisəsi olmasına dair məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 27 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 4(039)-83/2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki və Yevlax rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.2, 29,177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 24 aprel 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş cəza 03 (üç) il 06 (altı) aya endirilib. 21 mart 2020-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin 21 mart 2020-ci il tarixli qərarı ilə 02 (iki) ay 14 (on dörd) gün vaxtından əvvəl şərti azad olunmuşdur. 04 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, 45604/2 saylı məktubdan görünür ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 7(007)-189/2020 nömrəli, 21 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 14 (on dörd) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını 04 iyun 2020-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etiraf ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadəsi və işin digər materialları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus “İslam” yanacaqdoldurma məntəqəsinin yanında olan ərzaq mağazasından Təqsirləndirilən şəxs oğurluq etməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-138/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-138/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver