Məhkəmə qərarları › İş №1(039)-138/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-138/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-138/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bərdə rayonu, Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Zümürxan kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, 08 noyabr 2021ci il tarixdə, saat 11:30 radələrində idarə etdiyi VAZ 21074 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 302-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərərə vurmamalı, sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləciyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri yerinə yetirməli, avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin etməli olduğu halda, bunu etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə Bakı şəhər istiqamətində yolun sol hərəkət zolağı ilə hərəkətdə olan zaman avtomobil üzərində idarəetməni itirmiş, avtomobil sağa doğru istiqamətlənib avtmobilin qabaq sağ hissəsi ilə, sürücü Zərərçəkmiş şəxs 70 km/saat sürətlə həmin istiqamətin sağ hərəkət zolağı ilə idarə etdiyi VAZ 21074 markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə Bakı şəhər istiqamətində olan yolun sağ hərəkət zolağında sağdan yol çiyninin başlandığı yerdən sola doğru 4 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək söyləmişdir ki, 08 noyabr 2021-ci il tarixdə idarə etdiyi VAZ 21074 minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən yaşadığı Bərdə rayonu Zümürxan kəndi istiqamətdə hərəkətdə olan zaman, saat təxminən 11:30-də, Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayon ərazisindən keçən 302-ci kilometrliyində, yolun sağ hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olan VAZ 21074 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili soldan ötüb keçmək istəyərkən bir anda idarəetməni itirmiş və əyləcə basıb avtomobil dayandırmaq istəmişdir. Lakin, bu zaman idarə etdiyi avtomobili artıq tam nəzarətdən çıxdığından ötmək istədiyi avtomobilin sol yan hissəsindən dəymişdir. Toqquşduğu avtomobil yolun sağına doğru istiqamətlənib aşmışdır. Toqquşduğu avtomobilin sürücüsü, avtomobildə olan bir qadın və bir oğlan xəsarət almışlar, onları hadisə yerindən təcili tibbi yardımla Yevlax rayon xəstəxanasına aparmışlar. Özünü Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə təqsirli bilərək, zərər çəkmiş şəxslə barışdığını nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, 08 noyabr 2021-ci il tarixdə idarə etdiyi "VAZ 21074" markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə arvadı Saygül və oğlu Araz ilə yaşadıqları Goranboy rayonundan qızı Fatimənin yaşadığı Bakı şəhərinə getmək üçün yola çıxmışlar. Təxminən saat 11:30-da, idarə etdiyi avtomobillə 70 km/saat sürətlə Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu ərazisindən keçən 302-ci kilometrliyində yolun sağ hərəkət zolağı ilə Bakı şəhər istiqamətinə hərəkət olan zaman, arxada onunla eyni istiqamətdə sol zolaqda hərəkət edən, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı qeydiyyat nişanlı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən onun idarə etdiyi avtomobilin qabaq sol qapısından dəyərək toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobil bir neçə dəfə aşaraq yolun sağ kənarında olan enişli sahəyə aşmışdır. Toqquşma nəticəsində o, arvadı Saygül və oğlu Şahid2 xəsarət almışlar. Hadisə yerinə təcilli tibbi yardım avtomobili gəlmiş onları Yevlax rayon xəstəxanasına aparmışdır. Artıq təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Yevlax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, T117/202 №-li rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədənində L1 fəqərəsinin yuxarı limbinin sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci ildə avtomobillərin toqquşması zamanı yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (səh. 86-89) Təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 451 №-li rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs İ bel fəqərəsinin yuxarı qütbündə çökmə xarakterli sınıq xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi xx.xx.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda tibb müəssisələrinə müraciəti İ bel fəqərəsinin sınığı və onurğa sütununda aşkarlanmış yırtıqla əlaqədar olmuşdur. (səh. 134-140) Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2020-ci il tarixli 8/148 saylı rəyində qeyd olunur ki, VAZ 21074 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (səh.131-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Təqsirləndirilən şəxs, habelə zərər çəkmiş şəxs ƏlZərərçəkmiş şəxs ona qarşı iddia tələbinin olmadığını qeyd etməklə ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Prosessual Məcəllə: Maddə 39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs ƏlZərərçəkmiş şəxslə barışdığından və vurulmuş ziyanı tam ödədiyindən məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma 6 saat üçün hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə, təqsirləndirlən şəxs zərər çəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, xitam verilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar