Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-138/2023 17.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və “həbs” qətimkan təbriri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 oktyabr 2023-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə yumruqla vuraraq onun sağ əlinin birinci barmağını dişləyərək Zərərçəkmiş şəxs ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10%) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vuran dörd dişin travmatik itirilməsi, hər iki dodağın selikli qişasının əzilmiş yarası, sağ əlin İ barmağının dırnaq falanqasının arxa səthinin sıyrığı xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, O, xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan qardaşı Vilayət Əsədovun evindən çıxaraq öz evinə gəlmişdir. O, evin həyətinin qapısından həyətə daxil olan zaman yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə Şahid1 dayanmış olduqlarını görmüşdür. Bu zaman o, həmin şəxslərə onun həyətinə nə üçün gəldiklərini soruşmuş və onun evinin həyətindən çıxmalarını dedikdə Afət getməmiş və onun ünvanına təhqiredici söz işlədərək yaxşı elədiyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Afət yumruqla onun sifət nahiyəsindən bir dəfə vurmuşdur. Afət onu yumruqla vurduğu üçün o da sol əli ilə Afətin ağız nahiyəsindən vurmuşdur. Məhkəmədən əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasının oğludur. Onların qohum olmasına baxmayaraq son 2-3 ildir ki, aralarında münaqişə olduğu üçün hər hansı bir münasibətləri olmamış və onlar bir-birilərini danışdırmamışlar. Ağdaş rayonunda olan xalası Şahid2 xx.xx.2023-cü il tarixdə Yevlax rayonuna qonaq gəlmiş və həmin günü axşam saatlarında xalası Günəş Ramilin qardaşı Yadigarın evində olan zaman o, Yadigarın evinə gedərək şam yeməyinə onların evinə gəlməsi və birlikdə şam etmələri üçün xalası Günəşi çağırmışdır. Bu zaman xalası onunla birlikdə getmək üçün evdən həyətə çıxan zaman o, küçədən içəriyə Təqsirləndirilən şəxs daxil olmuş və onu həyətdə görüb üzərinə gəlmiş və ağız nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra onlar dalaşmışlar. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə şahidlər Şahid1 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisinin oğludur, Zərərçəkmiş şəxs onun digər bibisinin oğludur. Onun Ağdaş şəhərində yaşayan bibisi Şahid2 13 fevral 2023-cü il tarixdə Ramilgilə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində yaşadığı evin qarşısında olarkən bibisi oğlu Zərərçəkmiş şəxs küçədən keçərkən Afətlə salamlaşmış və Afət ona Ramilgildən bibisi Günəşi götürüb öz evinə aparmaq üçün getdiyini, ona birlikdə gedib-gəlməsini bildirmişdir. O, da Afətlə birlikdə Ramilin evinə getmiş və evin həyətinin giriş qapısından evin həyətinə keçmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs Şahid2 çağıraraq gəlməsini demişdir. Bu zaman çöldən evin həyətinə Ramil daxil olmuş və Ramil həyətə daxil olan zaman Afətə onun evinin həyətində nə işi olduğunu soruşan zaman onlar dalaşmağa başlamışlar. Həmin vaxt o, Afət və Ramili aralaşdırmış və Afəti evin həyətindən çölə çıxartmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, Ağdaş rayonunun Maşad kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun Telnaz bacısının oğludur, Zərərçəkmiş şəxs onun Gülnaz bacısının oğludur. O,Ramil və Afətin xalasıdır. Ağdaş şəhərində yaşayır və 13 fevral 2023-cü il tarixdə Telnazgilə, yəni Ramilgilə qonaq gəlmişdir. Bacısı Gülnaz onun ölmüş bacısı Telnazın evinə qonaq gəldiyini eşitmiş və bu səbəbdən evində yemək hazırlayaraq Afəti onu bacısı Gülnaz gilin evinə çağırıb aparması üçün Ramilgilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs evin həyətinə çağıraraq onu aparması üçün gəldiyini demişdir. O, evdəki əşyalarını götürüb evin həyətinə çıxan zaman Ramilin yumruqla Afətin sifət nahiyəsinə vurduğunu görmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - dörd dişin travmatik itirilməsi, hər iki dodağın selikli qişasının əzilmiş yarası, sağ əlin İ barmağının dırnaq falanqasının arxa səthinin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlməsi xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10%) itirilməsinə səbəb olduğu üçün dərəcəsi sağlamlığa Az Ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublik0ası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Psixo-Nevroloji Kabinetinin 25 may 2023-cü il tarixli PHŞ-3363/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Psixo-Nevroloji Kabinetinin 25 may 2023-cü il tarixli PHŞ-3365/23 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.20236-cü il tarixli 1(039)-138/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilkərək, “həbs” qətmkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon Polis Şöbəsindən verilmiş, xx.xx.2023-cü il tarixli 3-13-117/2-16851/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Yevlax RPŞ-nin növbətçi hissəsinə təqdim edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə rəsmi qaydada ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. (CPM-nin 193.2) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-138/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-138/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver