Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-139/2022 26.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi X2 Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1980-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində 28 mart 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Qasım qızına məxsus Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşən yaşayış olmayan evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq oradan evin otaqlarına qanunsuz daxil olaraq evin otaqlarının divarı ilə çəklimiş bir metrinin qiyməti 0,70 manat olmaqla ümumilikdə 560 metr uzunluğunda 392 manat dəyərində olan elektrik naqillərini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 392 (üç yüz doxsan iki) manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz olaraq daxil omaqla qəsdən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,206 qram narkotik vasitə olan heroini 25 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, H.Aslanov küçəsində 20 manat pul verərək X5 alaraq əldə edib üzərində saxlamış, 26 mart 2022-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Yevlax rayonu, Aşağı Qarxun kəndində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 17:00-dan saat 17:25-dək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ arxa cibindən bir ədəd kağız bükümdə olan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 25 mart 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri, H.Aslanov küçəsində 20 manat pul verərək X5 alaraq əldə edib üzərində saxladığı 0,206 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yevlax rayonu Aşağı Qarxun kəndində ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 26 mart 2022-ci il tarixdə saat 16 radələrində Yevlax rayonu, Aşağı Qarxun kəndində piyada gəzərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxladıb ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu Yevlax rayon polis şöbəsinə dəvət etmişlər. Həmin günü, yəni 26 mart 2022-ci il tarixdə saat 17:00-dan saat 17:25-dək olan müddət ərzində Yevlax RPŞ-də vəkili X6 iştirakı və videoçəkilişlə onun üzərimə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarının sağ arxa cibindən 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş və büküm ilə birlikdə ümumi çəkisi 0,38 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroin özünə məxsus olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə-heroini istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-heroini 25 mart 2022-ci il tarixdə axşam saat 19 radələrində Yevlax şəhəri, H.Aslanov küçəsində yaşayan X5 almışdır. O, Rəsulun yaşadığı evin qarşısında sonuncuya 20 manat pul verərək Rəsuldan dörd büküm narkotik vasitə olan heroin almışdır. Rəsul ona bir büküm narkotik vasitə heroini 5 manata satmışdır. Belə ki, o, Rəsula bir ədəd 10 manatlıq və iki ədəd də 5 manatlıq olmaqla ümumilikdə 20 manat pul vermiş və Rəsul ona qarşılığında 4 büküm narkotik vasitə olan heroin vermişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında Rəsuldan almış olduğu narkotik vasitə olan heroinin iki bükümünü də istifadə etmiş və qalan bir bükümünü istifadə etmək üçün şalvarının cibinə qoyaraq saxlamışdır. Rəsulun narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmiş və əvvəllər dəfələrlə Rəsuldan narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən tanıdığı Zərərçəkmiş şəxs məxsus yeni tikilən, lakin hələki yaşayış olmayan evdən elektrik naqillərini sökərək oğurlamışdır. Belə ki, narkotik vasitə istifdə etmək üçün pulu olmadığı üçün etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Yevlax rayonu, Yuxarı Qarxun kəndində piyada hətəkətdə olan zaman Zərərçəkmiş şəxs məxsus yeni tikilmiş evi görmüş və oradan oğurluq edə biləcəyini görmüşdür. Evin həyətini əhatə edən hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Daxil olduqdan sonra evə keçmiş və evi axtarmağa başlamışdır. Lakin ev yeni tikildiyi üçün evin içərisində hər hansı bir əşya olmamışdır. Divarla çəkilmiş elektrik naqillərini görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Onları sökmüş və oradan tapmış olduğu sellofan torbaya yığaraq oradan uzaqlaşmışdır. Dəmir yolunun kənarında həmin naqilləri yandırmış və içərisinin misini götürmüşdür. Həmin günün sabahısı, yəni 15 mart 2022-ci il tarixdə səhər saatlarında avtomobil ilə dəmir yığan tanımadığı şəxsə həmin misi 18 manata satmışdır. Misi satdığı şəxsə həmin misin onun özünə məxsus olduğunu demişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşman oımasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı yaxın vaxtlarda ödəyəcəyini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Qasım qızı ifadəsində göstərdi ki, ona məxsus olan Yevlax rayonu, Yuxaru Qarxun kəndində yerləşən yeni tikilimiş evdən oğurluq hadisəsi baş vermişdir. Həmin ev ətrafı divarla və dəmirlə hasarlanmış həyətin içərisində yerləşir. Evin divarları hörülüb və üstünü bağlanıb elektrik naqilləri çəkilmişdir. Həmin evdə başqa bir iş görə bilməmişdir. 15 mart 2022-ci il tarixdə baxmaq üçün həmin evə gedən zaman evin içərisində olan elektrik naqillərinin sökülərək oğurlanmış olduğunu aşkar etmişdir. Evindən həmin oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Belə ki, polis əməkdaşları ona evdən oğurluğun Seymurun etməsini dedikdən sonra Seymur bir neçə dəfə onun qapısına gələrək ona vurmuş olduğu maddi ziyanı ödəyəcəyini demişdir. Lakin Seymur ona dəymiş maddi ziyanı ödəməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Ona məxsus olan Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən evdən yalnız elektrik naqilləri oğurlanmışdır. Evdən ümumilikdə 560 metr uzunluğunda, 0,25 sm qalınlığında elektrik naqili oğurlanmışdır. Həmin elektrik naqilinin bir metrinin qiyməti 0,70 qəpikdir. Naqillərin oğurlanması nəticəsində ümumilikdə ona 600 manat məbləğində maddi ziyan vermişdir. Naqilləri 392 manata alsada 208 manatda əlavə xərc çəkərək həmin naqilləri evə çəkdirmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvvəkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 26 mart 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin 26 mart 2022-ci il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin günü polis əməkdaşı Şahid2 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax rayonu, Aşağı Qarxun kəndinə getmişlər. X15 kəndində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmış və özlərini təqdim etmişlər. O, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, saxlanılıb üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin yerdə onu tanıdıqlarını, tutulduğunu həmin şəxslərin görəcəyini, üzərinə baxışı həmin yerdə keçirməmələrini xahiş etmişdir. Seymurun xahişini nəzərə alaraq Seymuru Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X7a təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru X9 tərəfindən videoyazı vasitəsilə qeydə alınmışdır. Seymurdan saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın arxa cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. X7 Təqsirləndirilən şəxs həmin bükülüdə nə olmasını soruşduqda, sonuncu həmin bükülünün içərisində narkotik vasitə-heroin olduğunu bildirmişdir. Həmin kütlə bükülü olduğu kağızla birlikdə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,38 qram olmuşdur. Həmin müddət ərzində Səddam Əsgərov və daha sonra vəkil Sevda Bəkirova tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hardan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 25 mart 2022-ci il tarixdə axşam saat 19 radələrində Yevlax şəhəri, H.Aslanov küçəsində yaşayan “Rəsul Həsən oğlu” adlı şəxsdən almış olduğunu, həmin gün “Rəsul Həsən oğlu”na 20 manat verərək 4 büküm narkotik vasitə aldığını, həmin bükümlərdəki narkotik vasitələrin 3 bükümünü istifadə etdiyini, bir bükümünü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan heroini əynindəki boz rəngli cins şalvarın arxa cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 10 may 2022-ci il tarixli 9/2445 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 560 metr uzunluğunda, 0,25 sm qalınlığında, içərisi mis materialdan olan elektrik naqilinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə qaydada təxminən 392,00 (560 x 0,70 man) manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/273 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar olunaraq 1 (bir) ədəd” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,206 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi-0,206 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,156 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 01 iyun 2022-ci il tarixli 902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(039)-99/2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə 01 il, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplnmaqla üzərində qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 26 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən 28 mart 2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdla Məryəm və 2013-cü il təvəllüdlü Zəhra adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla və özgənin əmlakını qəsdən saxlanc yerinə daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə oğurluq etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1.1-ci maddəsinə əsasən təhlükəli residiv kimi qiymətləndirilməli və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 26 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 119 (bir yüz on doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,156 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 26 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, 0,156 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 119 (bir yüz on doqquz) manat 10 (on) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-139/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-139/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver