Məhkəmə qərarları › İş №1(039)-14/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-14/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-14/2022 01.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs Yunis oğlunun iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Yevlax rayonu, Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, barəsində 28 oktyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı zor tətbiq olunması və zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə saat 10 radələrində işlədiyi Yevlax rayonunun Gülövşə kəndi ərazisində yerləşən "xxxx" MMC-nin kərpic istehsalat zavodunun ərazisində həmin MMC-nin icraçı direktoru vəzifəsində işləyən Şahid1 ilə əsassız olaraq mübahisə edərək onu fəhlə işindən azad edərək zavoda briqadir vəzifəsinə təyin etməsini tələb etmiş, Şahid1 onun bu əsassız tələbinin mümkün olmadığını ona bildirdiyi zaman o, heç bir əsaslı səbəb olmadan MMC-nin inzibati binasının yaxınlığında orada olan digər şəxslərin yanında Şahid1la mübahisəsini uca səslə davam etdirərək həmin vaxtı ora yaxınlaşaraq onu nizam intizama riayət etməyə və müəssisəsinin iş qaydalarını pozmamağa dəvət edən "xxxx" MMC-nin mühafizə rəisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ünvanına heç bir əsaslı səbəb olmadan uca səslə nalayiq ifadələr işlədərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəsdən hərəkətlər etməklə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən əlləri ilə tutub sıxmış, daha sonra yumruqla onun sinəsindən üç dəfə qəsdən vuraraq ona sağlamlığa yüngül zərər vuran sağ körpücükaltı nahiyənin qançırı, sağ gicgah-ənsə nahiyəsinin dərialtı hematoması, boyunun sağ yan səthinin aşağı 1/3-nin sıyrığı xəsarətlərini yetirmiş, daha sonra ona mane olacağı təqdirdə Zərərçəkmiş şəxs yenidən xəsarət yetirəcəyi ilə sonuncunu hədələyib "xxxx" MMCnin kərpic zavodunun iş rejimini təxminən 35 dəqiqə ərzində pozaraq qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı zor tətbiq olunması və zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Yevlax rayon Gülövşə kəndində ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, 2002-ci ildən 30.07.2021-ci il tarixədək Yevlax rayonu, Gülövşə kəndində yerləşən "xxxx" MMC-də işləmişdir. 22.07.2021-ci il tarixədək həmin MMC-də briqadr işləmiş, lakin 22.07.2021-ci il tarixdə MMC-nin direktoru Şahid1 onu briqadirlikdən çıxartdığı üçün MMC-də fəhlə kimi işləməyə davam etmişdir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində istehsalat sahəsində işləyən zaman Şahid1 onun işlədiyi yerə gəlmiş və ona gün ərzində 60 araba daşımalı olduğunu demişdir. Lakin o, Şahid1 ilə razılaşmamış və ona 48 araba daşıya biləcəyini demişdir. Bu səbəbdən Şahid1 onu, qardaşı Kənanı, atası Dağları və anası Sevdanı işdən çıxardacağını demişdir. Bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə dəvət etdikləri üçün onlar polis şöbəsinə gələrək izahat vermişdirlər. Həmin hadisə 29 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax rayonu, Gülövşə kəndində yerləşən "xxxx" MMC-nin istehsalat ərazisində baş vermişdir. Əvvəllər Şahid1 və Zərərçəkmiş şəxs ilə onun arasında münaqişə olmamış və münasibətləri yaxşı olmuşdur. Onunla Şahid1 arasında sözlü mübahisə olmuş, 10-15 dəqiqə davam etmiş və dava-dalaş baş verməmişdir. Həmin yerə 60-70 nəfər adam toplaşmışdır. Həmin yer istehsalat sahəsi olduğu üçün orda çoxlu adam işlədiyindən mübahisəni eşidən hər kəs ora toplaşmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs sinəsindən itələmiş, lakin onu vurmamışdır. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, hazırda zərərçəkmiş şəxslə barışdığını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində qanunda nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Yunis oğlu ifadəsində göstərdi ki, 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində MMC-də işləyən Təqsirləndirilən şəxs, onun qardaşı Kənan Səfərov müdir Şahid1la mübahisə etmişlər və onlar getdikcə aqressivləşərək müdirin ünvanına nalayiq ifadələr işlətmiş və ona xəsarət yetirməklə onu hədələmişlər. O, onları sakitləşdirmək, aralaşdırmaq və müdiri otağına aparmaq məqsədi ilə onların aralarına girən zaman Fəqan anidən, səbəbsiz olaraq onun ünvanına təhqiredici sözlər işlədərək ona tərəf gəlmiş və ona çatan kimi onun boğazından sağ əli ilə tutaraq sol əli ilə sinəsinə üç dəfə yumruqla vurmuşdur. Bu zaman orda olan digər işçilər Fəqanı ondan aralaşdırmışlar. Lakin buna baxmayaraq Fəqan sakitləşmək bilmədən onun üstümə hücum etmiş və ona “mənə mane olsan səni yenə vuracam” demişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxsla barışdığını, hazırda ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Yevlax rayon Gülövşə kəndində yaşayır və Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMCdə mühafizəçi işləyir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində xidməti təhvil götürməyə hazırlaşmışdır. Həmin vaxt mühafizəçi Şahid7 ilə yeməkxanadan çıxan zaman ofisin yanındakı bisetkanın yanında çoxlu sayda işçinin toplaşdığını görmüşdür. Onlar ora yaxınlaşan zaman Təqsirləndirilən şəxs ilə Şahid1 mübahisə etdiyini, Kənan Səfərovun və Təqsirləndirilən şəxs Şahid1 ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar münaqişəni sakitləşdirməyə və işçiləri aralaşdırmağa çalışsalar da münaqişəni dayandıra bilməmiş və həmin yerə mühafizə xidmətinin rəisi Zərərçəkmiş şəxs gəlmişdir. Nəsib ora gəldikdən sonra onlar Şahid1 otağına aparmaq istəmişlər. Nəsib orada olan zaman Təqsirləndirilən şəxs əsassız olaraq Nəsibin ünvanına təhqiredici sözlər işlətmişdir. Təqsirləndirilən şəxs Nəsibin boğaz nahiyəsindən tutduğunu görmüş, lakin vurduğun görməmişdir. Digər işçilər onları aralaşdırmış, onlar isə Şəmsəddin müəllimi otağına aparmışlar. Bununla da münaqişə və dava-dalaş sona çatmışdır. Həmin hadisə 29 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMC-nin istehsalat ərazisində baş vermişdir. Həmin münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə yerinə təxminən 50-60 nəfər adam toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, Yevlax rayon Gülövşə kəndində yaşayır və Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMCdə mühafizəçi işləyir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində MMC-nin giriş qapısında xidmətdə olmuşdur. MMC-nin ərazisində, yəni istehsalat sahəsindən səs-küy gəldiyini eşitdiyi üçün həmin yerə getmişdir. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs ilə Şahid1 arasında sözlü münaqişə olduğunu görmüşdür. Münaqişə zamanı Fəqan Şəmsəddin müəllimin ünvanına nalayiq ifadələr işlətmiş və onu müxtəlif sözlərlə hədələmişdir. Bundan sonra həmin yerə Fəqanın qardaşı Kənan və atası Dağlar gəlmişdir. Kənan da Fəqana qoşularaq münaqişə etmiş və nalayiq ifadələr işlətmişdir. Onlar Şəmsəddin müəllimi həmin yerdən uzaqlaşdırmağa və ofisə aparmağa çalışsalar da Fəqan ilə Kənan da onlarla birlikdə ofis istiqamətində gəldiyi üçün münaqişə sakitləşməmişdir. Orda işləyən işçilər Fəqan ilə Kənanı sakitləşdirməyə çalışsalar da, onlar sakitləşməmişlər. Mübahisə ofisin qarşısında davam edən zaman ora digər mühafizəçilər və daha sonra mühafizə xidmətinin rəisi Zərərçəkmiş şəxs gəlmişdir. Zərərçəkmiş şəxs ora gələn zaman Təqsirləndirilən şəxs onun ünvanına söyüşlər söymüş və onun üstünə tərəf getmişdir. Fəqan Nəsibə yaxınlaşan zaman əli ilə onun boğazından tutmuşdur. Bu zaman orada olan işçilər onları aralaşdırmaq üçün onların ətrafına toplaşmış və onları aralaşdırmışdırlar. Lakin buna baxmayaraq Fəqan sakitləşməmiş və yenidən Nəsibin üstünə hücum etmək istəmiş, həmçinin həmin vaxt nalayiq və hədələyici sözlər işlətmişdir. Bu zaman digər işçilər onları aralaşdırmış və onlar Şəmsəddin müəllimi otağına aparmışdırlar. Bununla da münaqişə və dava-dalaş sona çatmışdır. Bundan başqa o, həmin günü saat 17 radələrində MMC-nin giriş qapısında xidmətdə olarkən Təqsirləndirilən şəxs, Kənan Səfərov və ataları Dağlar Səfərov MMC-nin qapısına yaxınlaşaraq içəri keçmək istəmişdirlər. Lakin o, onları içəri buraxmamışdır. Bu zaman Fəqan ilə Kənan MMC-nin hasarından keçərək bisetkada oturan Şahid1 ilə Vahid Məmmədovun yanına tərəf getmişdirlər. O, onların yanına gedən zaman Dağlar Səfərov MMC-nin qapısından içəri keçərək həmin yerə gəlmişdir. Bu zaman həmin yerdə münaqişə baş vermiş və onlar Şəməsddin Muradovu və Vahid Məmmədovu sözlə hədələmişlər. Onlar yenidən onları aralaşdıraraq MMC-nin həyətindən çıxartmışlar. Həmin hadisə 29 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMC-nin istehsalat ərazisində baş vermişdir. Əvvəllər Təqsirləndirilən şəxs Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə və münaqişə etdiyini görməmişdir. Həmin münaqişə təxminən gördüyü qədəri ilə 25-30 dəqiqə davam etmişdir. Hadisə yerinə təxminən 55-60 nəfər adam toplaşmışdır. Təqsirləndirilən şəxs Nəsib müəllimi vurmağın görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında yaşayır və Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMC-də anbardar işləyir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində anbarda işləyən zaman istehsalat sahəsindən səs-küy gəldiyini gördüyü üçün həmin yerə getmişdir. Paralel tikililərin arasında Təqsirləndirilən şəxs, Kənan Səfərov və Şahid1 arasında münaqişə olduğunu görmüşdür. Həmin vaxt Fəqan ilə Kənan Şahid1 ünvanına nalayiq ifadələr işlətmişlər. Münaqişə davam edə-edə onlar ofisin yanına gəlib çıxmışlar. Belə ki, Şəmsəddin müəllimi işçilər ordan uzaqlaşdıraraq ofisə aparmaq istədikləri üçün Şəmsəddin müəllim ofisə tərəf getdikcə Fəqan ilə Kənan da həmin istiqamətdə gedərək münaqişəni davam etdirmişlər. Mmüxtəlif sözlərlə Şahid1 hədələmiş və sakitləşmək bilməmişdirlər. Bundan sonra ofisin yanına mühafizəçilər və daha sonra mühafizə xidmətinin rəisi Zərərçəkmiş şəxs gəlmişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üstünə yerirərək əli ilə onun boğaz nahiyəsindən tutmuşdur. Bu zaman orda olan şəxslər onları aralaşdırmışdırlar. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğun görməmişəm. Hadisə 29 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax rayonu, Gülövşə kəndində yerləşən "xxxx" MMCnin istehsalat ərazisində baş vermişdir. Əvvəllər Təqsirləndirilən şəxs Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə və münaqişə etdiyini görməmişdir. Münaqişə təxminən gördüyü qədəri ilə 10-15 dəqiqə davam etmişdir. Hadisə yerinə təxminən 50-60 nəfər adam toplaşmışdır. Həmin yerdə çoxlu sayda adamlar olmuş və hər kəs bir-birinə qarışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Yevlax rayonu, Gülövşə kəndində yerləşən kərpic istehsalatı zavodu olan "xxxx" MMC-də baş qaynaqçı işləyir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində qaynaq sexində işləmişdir. İstehsalat sahəsində səs-küy olduğunu eşitdiyi üçün çölə çıxaraq baxdıqda çoxlu sayda insanların ora toplaşmış olduğunu görmüşdür. Ora yaxınlaşan zaman Təqsirləndirilən şəxs ucadan Zərərçəkmiş şəxs və Şəmsədin Muradovun ünvanına nalayiq sözlər işlətdiyini, Təqsirləndirilən şəxs ora toplaşan şəxslərin aralaşdıraraq aparmaq istədiklərini, lakin Fəqanın Zərərçəkmiş şəxs və Şahid1 ünvanına hədələyici sözlər və nalayiq ifadələr işlədərək onlarla dalşamaq üçün onu aralaşdırmağa çalışan şəxslərin əlindən çıxmaq istədiyini görmüşdür. Həmin vaxtda o da Şəmsəddin müəllimin qoluna girərək onu ərazidən uzaqlaşdırıb ofisinə getməyini xahiş etmişdir. Bundan sonra ora toplaşan işçilər Fəqanı aralaşdıraraq oradan aparmış və sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şəmsəddin müəllim ilə sözlü münaqişə edərək ona hədə-qorxu gəlmiş, onun ünvanına nalayiq sözlər işlətmiş və Zərərçəkmiş şəxs boğazından tutmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğun görməmişdir. Həmin hadisə 29 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax rayonu, Gülövşə kəndində yerləşən "xxxx" MMC-nin istehsalat ərazisində baş vermişdir. Həmin münaqişə təxminən 25-30 dəqiqə davam etmişdir. Hadisə yerinə təxminən 50-55 nəfər adam toplaşmışdır. Həmin hadisə nəticəsində MMC-nin ərazisində ictimai qayda və zavodun iş rejimi pozulmuşdur. İş üzrə Şahid4 məhkəməyə teleqrqm ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayon Gülövşə kəndində ailəsi ilə birlikdə yaşayır və Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində işdə olan zaman Təqsirləndirilən şəxs ilə Şəmsəddin müəllim arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Şəmsəddin müəllimin uca səslə üstünə qışqıraraq onu müxtəlif sözlərlə hədələmiş və onun ünvanına nalayiq sözlər işlətmişdir. Onun səsküyünə MMC-də işləyən digər şəxslər də toplaşmış, həmçinin Fəqanın qardaşı Kənan Səfərov və atası Dağlar Səfərov da orda olmuşdur. Təqsirləndirilən şəxs və qardaşı Kənan Səfərov uca səslə Şəmsəddin müəllimin və MMC sahibinin ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin səs-küyü eşidən çoxlu sayda işçi ora toplaşsa da onlar Fəqanı sakitləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs Şahid1 üzərinə yeriyən zaman bunu görən MMC-nin mühafizə rəisi, Zərərçəkmiş şəxs həmin yerə gəlib onları sakitləşdirmək istəsə də Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Nəsibin üzərinə hücum edərək sağ əli ilə onun boğazından tutmuş və yumruqla bir neçə dəfə onun bədən nahiyəsinə, sinəsinə vurmuşdur. Təqsirləndirilən şəxs onlar aralaşdıraraq aparmaq istəsələr də, lakin Fəqan sakitləşmək bilmədən Zərərçəkmiş şəxs və Şahid1 ünvanına hədələyici sözlər və nalayiq ifadələr işlətmiş və yenidən onlarla dalşamaq istəmişdir. Lakin onlar Təqsirləndirilən şəxs və qardaşı Kənan Səfərovu həmin yerdən uzaqlaşdırmış, münaqişə və dava-dalaş sona çatmışdır. Hətta o, həmin günün sabahısı işə gəldikdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Kənan Səfərov 29.07.2021-ci il tarixdə axşam saatlarında MMC-nin həyətinin hasarından aşaraq zavodun içərisinə daxil olaraq Şəmsəddin müəllimin ofisinin qarşısına gəlmiş və Şəmsəddin müəllimin ünvanına nalayiq sözlər işlədərək onu öldürməklə hədələmişdirlər. Belə ki, Fəqan ona “get balalarınla vidalaş səni axşam doğruyacam” demişdir. Həmin hadisə 29 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Yevlax rayonu, Gülövşə kəndində yerləşən "xxxx" MMC-nin istehsalat ərazisində baş vermişdir.Əvvəllər Təqsirləndirilən şəxs Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə və münaqişə etdiklərini görməmişdir. Onların arasında problem olmamışdır. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan münaqişə yaratmışdır. Həmin münaqişə təxminən 35-40 dəqiqə və dava-dalaş isə 5-6 dəqiqə davam etmişdir. Hadisə yerinə təxminən 60-70 nəfər adam toplaşmışdır. Həmin hadisə nəticəsində zavodun iş rejimi pozulmuşdur. Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələr işlətmiş və Təqsirləndirilən şəxs baş mühafizəçi Zərərçəkmiş şəxs döymüşdür. Təqsirləndirilən şəxsin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Yevlax rayon Gülövşə kəndində yerləşən "xxxx" MMC-də fəhlə işləyir. 29.07.2021-ci il tarixdə səhər saat 10 radələrində işdə olmuş və kərpic yükləməklə məşğul olmuşdur. İstehsalat sahəsində səs-küy olduğunu eşitdiyi üçün çölə çıxaraq baxdıqda çoxlu sayda insanların ora toplaşmış olduğunu görmüşdür. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan münaqişə zamanı Fəqanın Nəsibi əli ilə itələdiyini görmüşdür. Fəqanın Nəsibi boğaz nahiyəsindən tutub vurmağını görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının 29.07.2021-ci il tarixli 488 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Yunis oğlunun bədənində aşkar edilmiş xəsarət-sağ körpücükaltı nahiyənin qançırı, sağ gicgah-ənsə nahiyəsinin dərialtı hematoması, boyunun sağ yan səthinin aşağı 1/3-nin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 29.07.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 17.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15% dovlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra və Probasiya şöbəsinin 16.11.2021-ci il tarixli 263/2 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-34/2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15% dovlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işi cəzasını 12.11.2015-ci il tarixdə çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 02.08.2019-cu ildə "xxxx" MMC-nin icraçı direktoru Şahid1 ilə Zərərçəkmiş şəxs arasında əmək müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Zərərçəkmiş şəxs mühafizə rəisi vəzifəsini yerinə yetirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin 25.10.2021-ci il tarixli 02 nömrəli məktubundan görünür ki, MMC-nin mühafizə rəisi Zərərçəkmiş şəxs 2019-cu ildən MMC-də həmin vəzifədə çalışır və mühafizə rəisinin səlahiyyəti MMC-nin mühafizəsinin təşkili, işçilər tərəfindən MMC-nin ərazisində mövcud qaydalara uyğun olaraq nizam-intizama əməl edilməsinə nəzarət etmək və MMC-nin ərazisindən ictimai qaydanın qorunmasını təmin etməkdən ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHBnın Aşağı Bucaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü Ləman, 2011-ci il təvəllüdlü Aliyə və 2019-ci il təvəllüdlü Dağlar adlı üç azyaşlı uşağı var. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 221.2.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünu və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, himayəsində üç azyaşlı uşağının olmasını və əməlindən səmimi peşmançılığını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını iş yeri üzrə çəksin. X3 cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvəssini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar