Məhkəmə qərarları › İş №1(039)-14/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-14/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-14/2023 26.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən saxlanc yerinə daxil olmaqla özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, 07 okytabr 2021-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 53 ünvnanında yerləşən "xxxx" ASC-dəki Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasında Ramil Qədirovun kassa aparatının olduğu yerdən uzaqlaşıb digər müştəriyə mal verdiyini görüb mağazanın saxlanc yeri hesab edilən kassa aparatının içərisindəki pulun saxlanıldığı xəzinəsinin siyirməsindən ayrı-ayrılıqda 100, 50, 20, 10, 5 və 1 manatlıq əskinaslardan ibarət olmaqla cəmi 610 (altı yüz on) manat nəqd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 610 (altı yüz on) manat məbləğində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən qəsdən yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli talamaq məqsədi ilə 11 yanvar 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə istintaqla müəyyən edilməyən ayrı-ayrı günlərdə günorta saatlarında Yevlax rayonu Aran qəsəbəsində yaşayan qohumu Zərərçəkmiş şəxs1 yaşadığı evin otağının pəncərəsini zor tətbiq etməklə çıxarıb kənara qoyaraq evin otağına daxil olub oradan 550 manat dəyərində «BekoWTV 8636 XS» markalı paltaryuyan aparatını, 650 manat dəyərində «BekoRCNK 400» markalı soyuducunu, həmin otaqdan daxil olmaq mümkün olmadığından evin giriş qapısının kilidini sındırmaqla digər otaqdan 80 manat dəyərində radiator sobasını, 40 manat dəyərində «Beko» markalı ütünü, 100 manat dəyərində 8 litir su tutan somavarı, evin həyətində olan 250 manat dəyərində 28 nömrəli velosipedi, 70 manat dəyərində üç təkərli 052121-167261 kodlu velosipedi və 30 manat dəyərində əl arabasını qəsdən vahid niyyətlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1770 (min yeddi yüz yetmiş) manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2021-ci ilin oktyabr ayının 7-də saat 10 radələrində Mingəçevir şəhəri Mərkəzi Bazarda mağazaları gəzən zaman Ramilin mağazasına daxil olmuş, mağazada kimsənin olmadığını, kənardan heç kimin gəlmədiyini müşahidə etdikdən sonra kassa aparatına yaxınlaşmış, oradakı siyirtmədən pulları götürərək mağazadan çıxmış, yol ilə keçən avtobusa minmiş və sonra götürdüyü pulu sayarkən 610 manat məbləğində pul olmasını görmüşdür. Həmin pulları isə xərcləmişdir. Sonradan bilmişdir ki, pulu götürərkən müşahidə kamerasına düşmüşdür. Bundan başqa 2021-ci ilin axırlarında əmisi qızı Zərərçəkmiş şəxs1gil ailəlikcə Bakı şəhərinə köçərək yaşamağa başlamışlar. İlk vaxtlar evə nəzarəti ona tapşırsalarda, sonradan Aynur özü arada gəlib evlərinə nəzarət etmişlər. Onun pulu olmadığına görə oğurluq edib pul qazanmaq qərarına gəlmiş və bu məqsədlə xx.xx.2022-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda əmisi qızı Aynurun evinə müxtəlif yollarla yəni pəncərəni zor tətbiq edib çıxartmaqla və qapının kilidini qırmaqla daxil olmuş və oğurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən başlayaraq 22 aprel 2022-ci il tarixədək olan müddətdə günorta saatlarında həmin evdə heç kəsin olmamasından istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus evin otağının pəncərəsini zor tətbiq etməklə çıxarıb kənara qoyaraq evin otağına daxil olub oradan bir ədəd paltaryuyan aparatı, bir ədəd soyuducunu, daha sonra həmin otaqdan daxil olmaq mümkün olmadığından evin giriş qapısının kilidini sındırmaqla digər otaqdan bir ədəd radyator sobasını, bir ədəd ütünü, bir ədəd 8 litir su tutan somavarı, evin həyətində olan bir ədəd 28-lik velosipedi, bir ədəd üç təkərli velosipedi və bir ədəd əl arabasını oğurlamışdır. 1 ədəd “Beko” markalı paltaryuyan aparatı oğurlayaraq Mingəçevir şəhərində yerləşən “Orxan” bazarında Nurlan adlı şəxsə özünə məxsus olduğunu bildirərək 50 manata satmış, 1 ədəd “Beko” markalı soyuducunu oğurlayıb, Mingəçevir şəhərində Şəfəq adlı qadına 200 manata satmış, bundan sonra evin həyətindən velosipedləri oğurlayaraq Mingəçevir şəhərində adını Nizami bildiyi şəxsə hədiyyə etmiş, bundan sonra həmin evdən oğurladığı qazla işləyən sobanı və əl arabasını birlikdə satmaq üçün Aran qəsəbəsində metal qəbul edən Şahid2n evinə aparmış, soba ilə arabanı Əliyə satmaq istəsə də Əli həmin əşyaları almamışdır. O, həmin əşyaları evə qaytararkən küçədə tanımadığı şəxsə sobanı satmış, arabını isə tanıdığı Yusif adlı şəxsə özünün olduğunu deyərək 20 manata satmışdır. Daha sonra həmin evdən 1 ədəd ütü, 1 ədəd somavar və 1 ədəd üç təkərli velosipedi oğurlayaraq Mingəçevir şəhərinə aparıb tanımadığı şəxsə 80 manata satmışdır. Hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyə bilmədiyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyan hal-hazırda ödənilmədiyini, habelə hər hansı bir hissəsinin qaytarılmadığını, ziyan ödəniləcəyi təqdirdə şikayətinin olmadığını, habelə məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 2021-ci ilin axırlarında ailəlikcə Bakı şəhərinə köçüb orada yaşasalar da arada Aran qəsəbəsindəki evlərinə qayıdıb bir neçə gün qaldıqdan sonra Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərində olarkən evlərində əmisi oğlu Təqsirləndirilən şəxs qalıb nəzarət etmişdir. Cehun evdən əvvəllər bəzi əşyaların oğurlasa da ondan heç bir yerə şikayət etməyərək evin açarını ondan almış və Cehuna demişdir ki, evdən oğurluq etsən şikayət edəcəkdir. xx.xx.2022-ci il tarixdə birdəfəlik olaraq yaşamaq üçün Bakı şəhəri Nizami rayonu Q.Qarayev küçəsi ev 116, mənzil 16-ya köçüb orada yaşamağa başlamışlar. Düşəndə arada evə baxmağa gəlmişlər. xx.xx.2022-ci il tarixdə o, qardaşı Sənanla birlikdə Aran qəsəbəsində olan evlərinə gəlmiş və görmüşdür ki, evin qapısının qıfılı yerində yoxdu, həyətə doğru otağın pəncərəsi yerindən çıxarılıb və evdə ona məxsus Türkiyə Respublikasında istesal olunmuş 1000 manat dəyərində «BekoWTV 8636 XS» markalı paltaryuyan aparat, 1200 manat dəyərində «BekoRCNK 400» markalı soyuducu, 90 manat dəyərində «Beko» markalı ütü, RF-da istesal olunmuş 80 manat dəyərində radyator qaz sobası, 250 manat dəyərində 28-lik velosiped, 70 manat dəyərində üç təkərli 052121-167261 kodlu velosiped, 100 manat dəyərində 8 litir tutan somavar və 30 manat dəyərində narıncı rəngli əl arabası oğurlanıb. O, bilmişdir ki, evdən oğurluğu Cehun etmişdir. Cehunla əlaqə saxlayaraq oğurladığı əşyalarını qaytarmasını desədə Cehun yalandan ona əşyaları qaytaracağın bildirsədə, qaytarmamış, ona görə o, şikayət etmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 53 ünvanında yerləşən Mərkəzi bazarda ərzaq mağazası vardır. 07 iyul 2021-ci il tarixdə saat 07 radələrində mağazaya gəlib, alver etməyə başlamışdır. Saat 10 radələrində kassada 100, 50, 20, 10, 5 və 1 manatlıq əskinaslardan ibarət olan cəmi 610 manat pul və 30-35 manat qəpikdən ibarət əskinaslar olmuşdur. Saat 11 radələrində o, mağazada vitrina mal düzərkən bir nəfər müştəri ondan 13.50 manatlıq alver edərək ona 100 manat vermiş, o, pulun qalığın kassadan götürüb qaytarmaq istəyəndə kassada olan 610 manat pulun yerində olmadığını bilmişdir. Bundan sonra mağazanın kamera görüntülərinə nəzarət edərkən mağazanın kassasından bir nəfər oğlanın kassaya yaxınlaşıb sürməsini açaraq oradan 610 manat pul götürdüyünü görmüş. O, mağazadan küçəyə çıxmış həmin şəxsi tapa bilmədiyinə görə polis şöbəsinə gedib şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, təxminən 2022-ci ilin fevral ayında Cehun əlində narıncı rəngli əl arabası ilə küçələrindən keçərkən əl arabasının özünün olduğunu və pul lazım olduğu üçün 20 manata satdığını bildirmişdir. O, da arabaya baxmış və razılaşaraq 20 manata arabanı ondan almışdır. Arabanı isə işlətdiyi üçün araba xarab olmuş və arabanı atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin fevral ayında Cehun əlində narıncı rəngli əl arabası, arabanın içərisində isə radyator adlanan qaz sobası gətirərək satmaq istədiyini ona demiş, o, da həmin əşyalara baxmış və həmin əşyaları qəbul etmədiyini deyərək almamış, Cehun isə əşyaları götürüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Mingəçevir şəhərində Cehun ondan 50 manat borc almış, əvəzində isə ona «Beko» markalı paltar yuyan aparat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (iş vər.01); “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 baxışın keçirildiyi yer Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyaların yerlərini yəni 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd sobanın, 1 ədəd somavar, 1 ədəd velosipedin oğurlandığı yeri göstərmişdir (iş vər.08-15); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur (iş vər.30); xx.xx.2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (iş vər. 51-52); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 63); “zərərçəkmiş şəsin ifadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən, Təqsirləndirilən şəxs həyətə açılan yerdə olan 3 gözlü pəncərəni göstərərək Cehun həmin yerdən evin otağına daxil olaraq evdən əşyaların bi hissəsini oradan oğruladığını, digər əşyalarını isə evin zalına olan qapısından çıxararaq oğruladığını bildirmişdir. ( iş vər. 74-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. ( iş vər.77); “zərərçəkmiş şəsin baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan Mingəçevir şəhəri H.Əliyev prospekti 53 ünvanında yerləşən "xxxx" ASC-də oğruluq baş vermiş və həmin gün saat 09 radələrində naməlum şəxs mağazının kassa aparatının siyirtməsindən 610 manat məbləğində pulu oğlulayarkən müşahidə kamerasına düşmüşdür. ( iş vər.92- 97); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur (iş vər.138); “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( iş vər. 163-164); “təqsirləndirlən şəxsin ifadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş DVD diskindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrinə həmin binada yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya daxil olub mağazanın sahib olmasından istifadə edərək ətrafı müşahidə etdikdən sonra mağazanın mərkəzindəki kassa aparatının siyirtməsindən nağd pul oğurlamasını, sonra isə mağazanı tərk etməsini oğurladığı pulları da maddi ehtiyacların sərf etməsini bildirmişdir. ( iş vər. 163-164); “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraatda olan 22040099 saylı cinayət işinə birləşdirilməsi qərara alınmışdır. ( iş vər. 163-164); məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4351 №li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus «BekoWTV 8636 XS» markalı paltaryuyan aparat 550 manat, «BekoRCNK 400» markalı soyuducu 650 manat, «Beko» markalı ütü 40 manat və əl arabası isə 30 manat olmaqla ümumilikdə 1270 manat təşkil etmişdir. Qərarda göstərilən 4 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin malların qiyymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır ( iş vər. 80-82); “maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1ə Xəqani qızının yaşadığı evindən aşkar olaraq götürülmüş 1 ədəd “Beko” markalı paltar yuyan aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (iş vər.203-210); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsləri ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2023-cü il tarixdən hesablanmalı (CPM- 158.2.1,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Beko” markalı paltaryuyan aparatı sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, kompakt disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM- 198.1.), müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək, 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 4 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Beko” markalı paltaryuyan aparatı sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 6 (altı) saat müddətində hüquqi yardımın dəyərinin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar