Məhkəmə qərarları › İş №1(039)-14/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-14/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-14/2025 03.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidməti üzrə 2557/Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrlə Texniki Xidmət və X2 hissəsinin rəisi vəzifəsində daxili xidmət polkovnik-leytenantı rütbəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon X5 hissəsinin manqa komandiri vəzifəsində işləmiş 2023-cü ilin ortalarında öz xahişi ilə işdən azad olunmuş oğlu Şahid1 təkrar həmin xidmətə bərpa edilməsində köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə cinayətdən xəbərsiz tanışı Şahid3 vasitəsi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon X5 hissəsinə işə bərpa olunmasının təmin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qeyd edilən ərəfədə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti yaxınlığında quraşdırılmış «MilliÖN» ödəniş terminalı vasitəsi ilə cinayətdən xəbərsiz Şahid3 tərəfindən tanışı cinayətdən xəbərsiz Şahid2 məxsus olmaqla özünün istifadəsində olan ****64438892 nömrəli «Leobank»a aid plastik kart hesabına 1500 (bir min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə 3500 (üç min beş yüz) manat, eyni niyyətlə əlavə xərclər adı ilə xx.xx.2023-cü il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə özünə məxsus 5***********8572 nömrəli «Azərbaycan Beynəlxalq Bankı»na məxsus bank kartına 200 (iki yüz) manat, eyni niyyətlə oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon X5 hissəsinə işə bərpa olunmasının təmin edilməsi üçün zəruri tədbirləri görməsinə görə əlavə olaraq birbaşa yolla özü vasitəsilə 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, «H.Aslanov» metro stansiyası yaxınlığında yerləşən kafedə görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2023-cü il tarixdə Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə özünə məxsus 5***********8572 nömrəli «Azərbaycan Beynəlxalq Bankı»na məxsus bank kartına 3 dəfəyə cəmi 5000 (beş min) manat, cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon X5 hissəsinə işə bərpa olunması, tibbi komissiyadan və mandatdan keçməsi üçün əlavə olaraq zəruri tədbirləri görməsinə görə əlavə olaraq birbaşa yolla özü vasitəsilə 3000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışığı zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə özünə məxsus 5***********8572 nömrəli «Azərbaycan Beynəlxalq Bankı»na məxsus bank kartına xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 1000 manat olmaqla cəmi 3.000 (üç min) manat olmaqla vahid niyyətlə ümumilikdə 13.200 (on üç min iki yüz) manat məbləğində pul vəsaitinin göstərilən kart hesablarına Şahid3 və Zərərçəkmiş şəxs tərəfindən köçürülməsinə nail olub həmin ərəfədə qeyd edilən kart hesablarından Bakı şəhəri ərazisində nağdsız qaydada ödənişlər edib şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 13200 (on üç min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildən Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Texniki Xidmət və X2 hissəsinin rəisi vəzifəsində, daxili xidmət polkovnik-leytenantı rütbəsində xidmətini davam etmişdir. Zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsi uzun müddət tanıdığı Şahid3 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs oğlunun işə bərpa olunması üçün zərərçəkmiş şəxsdən ayrı-ayrı vaxtlarda ümumiilikdə 13200 manat almışdır. Aldığı pul ilə özünün tələbatlarını ödəmiş və hansısa mötəbər şəxsdən zərərçəkmiş şəxsin oğlunun işə bərpa olunmasını xahiş etmək niyyətində olmuşdur. Şahid2 isə onun (təqsirləndirilən şəxsin) işçisi olmuşdur. Özünə məxsus kart olmadığından Şahid2 kartını alaraq, ona məxsus kartdan pulun köçürülməsində istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Himayəsində yetkinlik yaşına çatmyn və azyaşlı uşaqları vardır. Maddi imkanı olmadığından cinayət məsuliyyətindən azad oluması üçün dövlət hesabına ödəməli olduğu 25 faiz məbləği ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, oğlu Şahid1 əvvəllər Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon X5 Hissəsində manqa komandiri vəzifəsində işləmiş, 2023-cü ilin iyul ayında ailəsi ilə birlikdə Türkiyə Respublikasına köçüb yaşamaq fikrinə düşdüyü üçün öz ərizəsi ilə işdən ayrılmış, lakin Türkiyə Respublikasına köçmək fikrindən daşındığı üçün işsiz qalmışdır. Bu səbəbdən də onu təkrar xidmətə bərpa etdirmək istədiyi üçün əlaqəli şəxs axtarmağa başlamışdır. Həmin ərəfələrdə oğlu Yevlax və Goranboy rayonunda taxıl biçimi zaman Şahid3 adlı şəxslə tanış olduğunu və sonuncunun Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətində işləyən əvvəllər qonşusu olmuş Təqsirləndirilən şəxs köməkliyi ilə işə bərpa olunmasının mümkün olduğunu bildirmişdir. Bu məqsədlə də, Şahid3la görüşmüş, sonuncu ona Təqsirləndirilən şəxsla danışdığını, sonuncu tərəfindən oğlunu öz əlaqələrindən istifadə etməklə 5000 manat müqabilində xidmətə bərpa etdirəcəyinə dair vəd verdiyini bildirmişdir. O, Əşrəfin təklifi ilə razılaşmış, həmin vaxt özü ilə gətirdiyi 1500 manat pul vəsaitini Əşrəfə çatdırması üçün Rasimə vermiş, digər məbləği isə rayona qayıtmaqla kartına göndərəcəyini bildirmişdir. Bundan sonra Yevlax rayonuna qayıdıb Əşrəfin ona oğlu vasitəsi ilə göndərdiyi «Leobank»a məxsus kart hesabına 3500 manat pulu Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Daha sonra Əşrəflə mobil telefonla işlə bağlı danışdığı zaman sonuncu oğlu vasitəsi ilə özünə məxsus «ABB»-yə məxsus nömrəsinin sonu 8572 ilə bitən bank kartının şifrəsini göndərərək həmin karta əlavə 200 manat pulu xırda xərclər üçün göndərməyi bildirdiyi üçün, o sonuncu ilə razılaşıb həmin məbləği eyni qaydada və eyni ünvanda yəni, Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə Əşrəfə göndərmiş, sonuncu da, ona oğlu Əfsəlin xidmətə bərpa olunması ilə bağlı əlaqələrini işə saldığını bildirməklə onu inandırmışdır. xx.xx.2023-cü il tarixdə Əşrəf oğlu ilə birlikdə Bakı şəhərinə gəlməyini bildirdiyi üçün onunla Bakı şəhəri Xətai rayonu «H.Aslanov» metro stansiyası yaxınlığında adını xatırlamadığı kafedə görüşmüşdür. Görüş zamanı Əşrəf oğlu Əfsəlin xidmətə bərpa olunmasında çətinliklər yarandığını, vəd verdiyi məbləğdən artıq xərc çıxacağını bildirərək əlavə olaraq 5000 manat pul tələb etmişdir. O, Əşrəfə inanıb sonuncunun təklifi ilə razılaşaraq rayona qayıtmış və eyni qaydada, eyni ünvanda ödəmə terminalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Əşrəfin «ABB»-yə məxsus nömrəsinin sonu 8572 ilə bitən bank kartına hissə-hissə ümumilikdə 5000 manat pul vəsaitini göndərmişdir. Bir müddət sonra Əşrəf ona əlavə olaraq tibbi komissiyadan, mandatdan keçməsi və işinin tezləşməsi adı ilə 3000 manat pul verməli olduğunu demişdir. O, Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi müxtəlif vaxtlarda cəmi 3000 manat məbləğində pul vəsaitini Əşrəfin adına olan «ABB»-yə məxsus nömrəsinin sonu 8572 ilə bitən bank kart hesabına göndərmişdir. Bunda sonra Əşrəf oğlunu rəhbərliyin qəbuluna salacağı adı ilə Bakı şəhərinə çağırmış, bu məqsədlə də, 2023-cü ilin dekabr ayının əvvəlində bir neçə dəfə oğlu Bakı şəhərinə gedib gəlsə də hər hansı bir vəzifəli şəxsin qəbuluna çağırılmamışdır. Daha sonra Təqsirləndirilən şəxs verdiyi vədi yerinə yetirmədiyini görüb ona verdiyi pul vəsaitlərini geri qaytarmasını tələb etməyə başlamış, sonuncu ona və oğluna müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırdığı üçün barəsində Baş Prokurorluğun «Qaynar» xətt əlaqə mərkəzinə şikayət etmiş və araşdırma zamanı Əşrəf tərəfindən ələ keçirilmiş 13200 manat pul vəsaitindən cəmi 9000 manat olan hissəsi qaytarılmış, 4.200 manat olan hissəsinin qaytarılacağına söz verilsə də, sonuncu tərəfindən qaytarılmamışdır. İşə məhkəmədə baxıldığı müddətdə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ona ödənilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Fövqəladə Hallar Nazirliyinin Yevlax X5 Hissəsində manqa komandiri vəzifəsində işləmiş, 2023-cü ilin iyul ayında ailəsi ilə birlikdə Türkiyə Respublikasına köçüb yaşamaq fikrinə düşdüyü üçün öz müraciəti əsasında xidmətdən tərxis olunmuşdur. Daha sonra ailə vəziyyəti ilə əlaqədar olaraq Türkiyə Respublikasına getmək fikrindən daşındığı üçün işsiz qalmışdır. Həmin ərəfələrdə iş tapa bilmədiyindən təkrar FHN-nə yəni keçmiş iş yerinə bərpa olmaq fikrinə düşmüşdür. Bu məqsədlə də, FHN-də rəhbərliyə yaxın əlaqəli şəxs axtarmağa başlamışdır. Həmin ərəfələrdə əvvəllər xidmət etdiyi müddətdə Yevlax və Goranboy rayonuna taxıl biçimi zamanı nümayəndə kimi gəlib-gedən Şahid3 adlı şəxslə tanış olduğundan, sonuncuya səhv edərək işdən ayrıldığını və peşman olduğunu bildirərək təkrar işə bərpa olmaq istədiyini və bu işdə ona köməklik edə biləcək şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Rasim ona əvvəllər qonşusu olmuş Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Texniki Xidmət və X3 hissəsinin rəisi Təqsirləndirilən şəxs adlı şəxslə əvvəllər qonşu olmaqla yaxın münasibətdə olduğunu, sonuncu ilə maraqlanacağını, müsbət halda ona xəbər edəcəyini bildirmişdir. Bir müddət sonra Rasim ona zəng edərək Əşrəflə danışdığını, sonuncu tərəfindən onun işə bərpa olunmasına köməklik ediləcəyini bildirmiş və onu atası ilə Bakı şəhərinə çağırmışdır. O, atası Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhərində, Nizami rayonu Q.Qarayev prospekti yaxınlığında Şahid3la görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs onlarla görüşə bilməsə də, mobil telefon vasitəsi ilə atasına öz əlaqələrindən istifadə etməklə onu xidmətə bərpa etdirəcəyinə vəd vermişdir. Əşrəf onu 5000 manat müqabilində xidmətə bərpa etdirəcəyinə söz vermişdir. Onun atası Əşrəfin təklifi ilə razılaşmış, həmin vaxt özündə gətirdiyi 1500 manat pulu Əşrəfə çatdırması üçün Rasimə təqdim etmiş, digər məbləği isə Yevlax rayonuna qayıtdıqdan sonra kart hesabına göndərəcəyini bildirmişdir. Bundan sonra Əşrəfin ona göndərdiyi «Leobank»a məxsus kart hesabına atası 3500 manat pulu Yevlax rayonunun Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E-Manat» ödəniş terminalı vasitəsi ilə göndərmişdir. Daha sonra atası Əşrəflə mobil telefonla işlə bağlı danışdığı zaman ona göndərdiyi özünə məxsus «ABB»-yə məxsus bank kartına atası əlavə 200 manat pulu xırda xərclər üçün göndərmişdir. Əşrəf ona və atasına işə bərpa olunması ilə bağlı əlaqələrini işə saldığını bildirsə də, hər hansı bir vəzifəli şəxsin adını çəkməmişdir. Bir müddət sonra atası ilə Bakı şəhərinə gedərək Əşrəflə «H.Aslanov» metro stansiyası yaxınlığında adını xatırlamadığı kafedə görüşmüşlər. Orada Əşrəf onun xidmətə bərpa olunmasında çətinliklər yarandığı, vəd verdiyi məbləğdən artıq xərc çıxacağını bildirərək əlavə olaraq 5000 manat pul tələb etmişdir. Onun atası Əşrəfin təklifi ilə razılaşaraq rayona qayıdaraq Əşrəfin «ABB»-yə məxsus bank kartına ümumilikdə 5000 manat pul göndərmişdir. Daha sonra əlavə olaraq tibbi komissiyadan və mandatdan keçməyi, işinin tezləşməsi adı ilə əlavə olaraq atası ümumilikdə 3.000 manat pul vəsaitini eyni qaydada, Malbinəsi kəndində fəaliyyət göstərən «Oba» marketə quraşdırılmış «E- Manat» ödəniş terminalı vasitəsi ilə Əşrəfin istifadəsində olan kart hesabına göndərmişdir. Bunda sonra Əşrəf onu rəhbərliyin qəbuluna salacağı adı ilə Bakı şəhərinə çağırsa da, hər hansı bir qəbula salmamışdır. Bundan bir müddət sonra onu hər hansı bir qəbula salmadığını, tibbi komisiyadan keçirilmədiyini görüb aldadıldıqlarını düşündükləri üçün atası Əşrəfdən verdiyi pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Bununla bağlı Prokurorluğa şikayət etmiş və araşdırma zamanı Əşrəf atasından aldığı 13200 manat puldan 9000 manat olan hissəsini qaytarmış, geri qalan hissəsini qaytaracağına dair söz versə də həmin vaxt qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildən hazıradək Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Texniki Xidmət və X2 hissəsində mühəndis vəzifəsində işləmiş, 2019-cu ildən hazıradək həmin hissənin rəis müavini vəzifəsində işləyir. 2019-cu ilin noyabr ayında hissəyə rəis vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmiş, elə həmin vaxtdan hazıradək onunla bir yerdə işləyir, münasibətləri normal olmuşdur. Onun istifadəsində **********438892 nömrəli Leobanka məxsus bank kartı olmuşdur. Təxminən 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs öz kartını rayonda unutduğundan ona pul vəsaiti göndəriləcəyi üçün ondan bir neçə günlük bank kartı istəmiş, o, da nömrəsini qeyd etdiyi Leobanka məxsus bank kartını müvəqqəti istifadə üçün sonuncuya vermişdir. Mobil telefonunda Leobanka məxsus mobil tətbiqində xx.xx.2023-cü il tarixdə 1.500 manat, xx.xx.2023-cü il tarixdə isə 3.500 manat pulun mədaxil olması və nağdsız qaydada ödəmələr aparılması barədə məlumatlar olmuş və həmin məlumatları, yəni hesabdan çıxarışı Təqsirləndirilən şəxs xahişi ilə sonuncuya təqdim etmişdir. Həmin məbləğlər Əşrəf tərəfindən istifadə olunduqdan sonra kart hesabı sıfırlanaraq sonuncu tərəfindən geri qaytarılmışdır. Şahid1 adlı şəxsi əvvəllər tanımamış, Əşrəfin onu xidmətə bərpa etdirəcəyinə vəd verməsindən, kart hesabına köçürülmüş məbləğlərin kimlər tərəfindən və hansı məqsədlə köçürülməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə xidmətə bərpa edilməsi ilə bağlı sonuncuların xahişi ilə Təqsirləndirilən şəxs müraciət etmiş, sonuncu Şahid1 xidmətə bərpa etdirəcəyinə vəd vermişdir. O, Əşrəfin Zərərçəkmiş şəxs aldadacağından məlumatsız olmuş, ilkin olaraq Zərərçəkmiş şəxs təqdim etdiyi 1.500 manat pul vəsaitini Əşrəfin göndərdiyi “Leobank”a məxsus kart hesabına ödəniş terminalı vasitəsi ilə göndərmiş, Əşrəfin sonradan Zərərçəkmiş şəxs əlavə pul vəsaitləri alaraq verdiyi vədə əməl etmədiyini öyrənmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2557/Ş nömrəli, xx.xx.2019-cu il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin Texniki xidmət və X2 hissəsinin rəisi vəzifəsinə daxili xidmət mayoru rütbəsi verilməklə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-18-4/2-2414/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs hərbi qulluqçu statusunda olmamışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Texniki xidmət və təchizat dəstəsinin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş və şahidlərin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Nuray və xx.xx.2014-cü il təvəllüdlü Tamerlan adlı uşaqları vardır. İşdə olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir”. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi “eManat” terminalına məxsus 8 ədəd qəbz, «WhatsApp» mobil tədbiqi vasitəsi ilə aparılmış danışıqlarla bağlı səs yazıları qeydə alınmış 1 ədəd CD disk, Təqsirləndirilən şəxs özünə məxsus təqdim etdiyi «Azərbaycan Beynəlxalq Bankı»na məxsus 5***********8572 nömrəli bank kart hesabından və istifadəsində olmuş Şahid2 adına olan «Leobank»a məxsus son 8 rəqəmi 64438892 nömrəli bank kart hesabından edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Səxavə oğlunun barəsində seçilmiş başqa yeri getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə dövrü üçün göstərilən 20 iyirmi) saat hüquqi yardıma görə (xx.xx.2024xx.xx.2025-ci il tarixədək 17 saat üçün 102 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək 3 saat üçün 33 manat hesablanmaqla) cəmi 135 (bir yüz otuz beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi “eManat” terminalına məxsus 8 ədəd qəbz, «WhatsApp» mobil tədbiqi vasitəsi ilə aparılmış danışıqlarla bağlı səs yazıları qeydə alınmış 1 ədəd CD disk, Təqsirləndirilən şəxs özünə məxsus təqdim etdiyi «Azərbaycan Beynəlxalq Bankı»na məxsus 5***********8572 nömrəli bank kart hesabından və istifadəsində olmuş Şahid2 adına olan «Leobank»a məxsus son 8 rəqəmi 64438892 nömrəli bank kart hesabından edilmiş çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə dövrü üçün göstərilən 20 iyirmi) saat hüquqi yardıma görə (xx.xx.2024xx.xx.2025-ci il tarixədək 17 saat üçün 102 manat, xx.xx.2025-xx.xx.2025-ci il tarixədək 3 saat üçün 33 manat hesablanmaqla) cəmi 135 (bir yüz otuz beş) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar