Məhkəmə qərarları › İş №1(039)-140/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-140/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-140/2021 13.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Bərhəm oğlunun və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Yevlax Rayon Məhkəməsinin 12.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarı ilə 07 ay 06 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Yevlax şəhəri T.Məmmədov küçəsi ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 2021-ci il iyun ayının 12-dən 13-nə keçən gecə saat 04 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 3A, mənzil 177-də yerləşən evin dəhlizinin qapısını itələyib açmaq yolu ilə saxlanc yeri sayılan dəhlizə daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd işlənmiş vəziyyətdə 26-lıq ötürücü qutusu olan 170.00 manat dəyərində velosipedi qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 170.00 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 2021-ci il iyun ayının 16-dan 17-nə keçən gecə saat 02 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsi 1 saylı binanın birinci mərtəbəsində yerləşən zirzəmiyə doğru olan pilləkanların girişində olan qapı üçün nəzərdə tutulmuş dəmir məhəccərin üzərindəki dəmir qıfılı sındırmaq yolu ilə saxlanc yeri sayılan zirzəmiyə daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd işlənmiş vəziyyətdə Stel Sport markalı 29-luq ötürücü qutusu olan 190.00 manat dəyərində velosipedi qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 190.00 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 2021-ci iliyun ayının 22-dən 23-nə keçən gecə saat 03 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsi, 10A saylı binanın həyətində yerləşən Şahid1 məxsus saxlanc yeri sayılan qeyri yaşayış sahəsi olan avtomobil qarajının dəmir qıfılını sındırmaq yolu ilə qaraja daxil olmaqla orada saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd işlənmiş vəziyyətdə 28-lik ötürücü qutusu olan 210.00 manat dəyərində velosipedi qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 210.00 manat dəyərində maddi ziyan vuraraq qəsdən saxlanc yerinə daxil olmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, hər hansı gəlir yeri olmadığından maddi ehtiyacı olmuşdur. Bu səbəbdən belə qərara gəlmişdir ki, velosiped oğurlayıb sataraq gəlir əldə etsin. Zərər çəkmiş şəxsləri əvvəllər tanımamışdır. 13 iyun 2021-ci il tarixdə, saat təxminən 04:00-da Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən köhnə yataqxana binansının dəhlizinə daxil olduqda orada bir velosipedin olduğunu görüb onu oğurlamışdır. Həmin gün, saat təxminən 10:00-da həmin velosipedi Nizami prospektində iki mərtəbə binalarda yaşayan tanışı Turala velosipedin özünə məxsus olduğunu bildirib ona 70 manata satmışdır. 17 iyun 2021-ci il tarixdə gecə saat təxminən 02:00-da Q.Quliyev küçəsində yerləşən “Al market” adlı dükanla üzbəüz olan 5 mərtəbəli binanın girişində, pilləkənin altında yerləşən dəmir məhəccər olan yerin qıfılını sındıraraq oradan 1 ədəd velosiped oğurlamışdır. Həmin gün saat təxminən 09:00-da həmin velosipedlə şəhərdə bir qədər gəzəndən sonra Kür küçəsində tanıdığı İlqar adlı şəxslə qarşılaşmış, ona velosipedin özünə məxsus olduğunu bildirib satmaq istədiyini bildirmişdir. İlqarla razılaşaraq velosipedi ona 120 manata satmışdır. 22 iyun 2021-ci il tarixdə, axşam saatlarında Yevlax şəhəri, Q.Quliyev küçəsində yerləşən binaların qarşısından keçən zaman bir şəxsin velosipedi binanın həyətində olan qaraja qoyub qarajın qapısını qıfılla bağladığını görmüşdür. Belə qərara gəlmişdir ki, həmin velosipedi oğurlasın. Artıq 23 iyun 2021-ci il tarixə, saat təxminən 03:00-da qarajın qarşısına getmiş, özü ilə apardığı dəmir parçası ilə qarajıq qapısında olan qıfılı sındırıb qaraja daxil olmuş və qarajda olan velosipedi götürərək çıxmışdır. Velosipedi şəhərdə kolluqda gizlədib yaşadığı evə çıxıb getmişdir. Saat təxminən 09:00-da, oğurladığı velosipedi gizlətdiyi yerdən götürüb sürərək şəhərdə bir qədər gəzmiş, daha sonra bir nəfər tanımadığı şəxslə yaxınlaşaraq velosipedi göstərib özünə məxsus olduğunu, maddi vəziyyəti ilə əlaqədar 60 manata satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona 60 manat pul vermiş, o da velosipedi ona verib çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 məxsus Stel Sport markalı velosiped aşkar edilmişdir. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş zərəri qismən ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı isə yaxın zamanlarda valideynləri ödəyəcəkdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2021-ci ilin may ayında oğlu üçün 270 manata Stel Sport markalı, 29-luq ötrücü qutusu olan velosiped almışdır. Həmin velosipedi saxlamaq üçün yaşadıqları binanın zirzəmisinə bir tərəfdən məhəccərlə əhatə olunan, qapısı isə dəmir barmaqlıqdan olan saxlanc yeri düzəltdirmişdir. Gecə saatlarında velosipedi oraya qoyaraq qapısını qıfılla bağlamışdır. 17.06.2021 -ci il tarixdə səhər saatlarında binanın zirzəmisinə düşən zaman veolsipedin yerində olmadığını görmüşdür. 26.06.2021-ci il tarixdə polis şöbəsinə gedərək ona məxsus velosipedin oğurlanması barədə ərizə təqdim etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, ona məxsus velosipedi Yevlax şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Ona məxsus velosiped polis əməkdaşları tərəfindən artıq aşkar edildiyindən Təqsirləndirilən şəxs hər hansı bir tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, nəvəsinə təxminən 250 manata aldığı Stel Sport markalı, 29-luq ötürücü qutusu olan velosipedi hər gün axşam saatlarında yaşadığı evin dəhlizində divardan asmışdır. 12.06.2021-ci il tarixdə də velosipedi həmişəki yerindən asmışdır. Lakin, 13.06.2021-ci il tarixdə səhər saatlarında dəhlizə çıxan zaman velosipedin yerində olmadığını görmüşdür. Bir neçə gün velosipedi axtarsalar da, tapa bilməmişdir. 24.08.2021-ci il tarixdə polis əməkdaşları bir nəfəri, sonradan adını soyadını bildiyi Təqsirləndirilən şəxs onların yaşadığı binaya gətirmiş və orada Adəm etiraf etmişdir ki, onun nəvəsinə məxsus velosipedi dəhlizdən o özü oğurlamışdır. Bu səbəbdən 25.08.2021-ci il tarixdə polis şöbəsinə gedərək velosipedin oğurlanması barədə ərizə təqdim etmişdir. Vurulmuş zərər ona ödənilmədiyindən Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, oğlu üçün kreditlə 300 manata 28-lik ötürücü qutusu olan velosiped almışdır. Onun özünün qarajı olmadığı üçün həmin velosipedi aldığı gündən onlarla eyni binada yaşayan Vasif adlı qonşusunun qarajında saxlamışdır. Onun oğlu velosipedi sürdükdən sonra aparıb Vasifin qarajına qoymuş, Vasif də qarajın qapısını dəmir qıfılla bağlamışdır. 23.06.2021-ci il tarixdə saat təxminən 08:00da Vasif ona zəng edərək qarajın qapısının qıfılının sındırıldığını və ona məxsus velosipedin oğurlandığını bildirmişdir. Vasif həmçinin ona oğurluq olması barədə 102 xidmətinə də zəng edərək məlumat verdiyini bildirmişdir. Qaraja gedib baxmış və həqiqətən qarajın qapısının qıfılının sındırılaraq velosipedin oğurlandığının şahidi olmuşdur. Bu barədə elə həmin gün polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonra ona məlum olmuşdur ki, velosipedi oğurlayan şəxs Yevlax şəhər sakini Təqsirləndirilən şəxsdir. Adəmin valideynləri ona dəymiş zərəri qismən ödəmişlər, belə ki, cəmi 175 manat pul vermişlər ona. Buna baxmayaraq Adəmdən hər hansı bir tələbi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/6116 saylı rəyində qeyd olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən əvvəllər istifadədə olmuş üç ədəd velosipedlərin hazırki istifadə olunmuş vəziyyətdə, 2021-ci ilin iyun ayına, respublikanın daxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir, bir ədəd Zərərçəkmiş şəxs1 məxsus işlənmiş vəziyyətdə, təqdim edilmiş üç 3d foto görüntüləri nəzərə alaraq “Stel Sport” 29-luq ötürücü qutusu olan velosiped 190.00 manat, bir ədəd Zərərçəkmiş şəxs2 məxsus işlənmiş vəziyyətdə 28lik ötürücü qutusu olan velosiped 210.00 manat və bir ədəd Zərərçəkmiş şəxs3 məxsus işlənmiş vəziyyətdə “Stel Sport” markalı 26-lıq ötürücü qutusu olan velosiped 170.00 manat. (səh. 160-163). Yevlax Rayon Məhkəməsinin 12.07.2017-ci il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.12.2019-cu il tarixli qərarının surətindən və DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs 07 ay 06 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsi: Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Maddə 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.3 maddələri ilə, yəni yaşayış sahəsinə daxil olmaqla, o cümlədən təkrarən, üz manatdan yuxarı məbləğdə ziyan vurmaqla oğurluq etməsi özünün etirafı, zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilmiş və ona cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi əməldə peşman olmasını, vurulmuş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X1 saxlanılan 1 ədəd Stel Sport markalı velosiped sahibi Zərərçəkmiş şəxs1 verilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi məhkəmə dövrü üçün 96 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 29 iyun 2021-ci il tarixdən hesablansın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Maddi sübut - Yevlax Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd “Stel Sport” markalı velosiped zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilsin. Göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 96 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Hüquq Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar