Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-140/2022 27.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2 maddələri ilə, xx xxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, Təqsirləndirilən şəxs2 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının 29-da saat 12:00 radələrində "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax dəmir yol stansiyasının yük həyətinə gələrək orada yerləşən dəmiryolu xəttindən vahid niyyətlə 8 ədəd R-65 tipli yarım yararlı rels yanlığını və 9 ədəd R-65 tipli yarımyararlı calaq boltları oğurlamaq qərarına gələrək bu cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax dəmir yol stansiyasının yük həyətində yerləşən dəmiryolu xəttindən vahid niyyətlə 29 yanvar 2022-ci ildə saat 12:00 radələrində, 2022-ci ilin yanvar ayının 30-da saat 11:00 radələrində və 2022-ci ilin yanvar ayının 31-də saat 10:00 radələrində özləri ilə gətirdikləri dəmir qaz açarı adlanan təmir avadanlığı ilə açıb sökmək yolu ilə hər birinin qiyməti 31.28 manat, ümumilikdə 250,24 manat dəyərində olan 8 ədəd R-65 tipli yarım yararlı rels yanlıqlarını və hər birinin qiyməti 1.46 manat, ümumilikdə 13.14 manat dəyərində olan 9 ədəd R-65 tipli yarım-yararlı calaq boltları yerindən çıxardaraq gizli talamaqla zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Dəmir Yolları QSC”-yə, ümumilikdə vahid niyyətlə 263.38 manat dəyərində ziyan vurmaqla qəsdən dəmir yol xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, Təqsirləndirilən şəxs1 ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının 29-da saat 12:00 radələrində "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax dəmir yol stansiyasının yük həyətinə gələrək orada yerləşən dəmiryolu xəttindən vahid niyyətlə 8 ədəd R-65 tipli yarım yararlı rels yanlığını və 9 ədəd R-65 tipli yarımyararlı calaq boltları oğurlamaq qərarına gələrək bu cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 13 saylı Yevlax yol sahəsinin balansında olmaqla Yevlax şəhəri, Heydər Əliyev prospektində yerləşən Yevlax dəmir yol stansiyasının yük həyətində yerləşən dəmiryolu xəttindən vahid niyyətlə 29 yanvar 2022-ci ildə saat 12:00 radələrində, 2022-ci ilin yanvar ayının 30-da saat 11:00 radələrində və 2022-ci ilin yanvar ayının 31-də saat 10:00 radələrində özləri ilə gətirdikləri dəmir qaz açarı adlanan təmir avadanlığı ilə açıb sökmək yolu ilə hər birinin qiyməti 31.28 manat, ümumilikdə 250.24 manat dəyərində olan 8 ədəd R-65 tipli yarım yararlı rels yanlıqlarını və hər birinin qiyməti 1.46 manat, ümumilikdə 13.14 manat dəyərində olan 9 ədəd R-65 tipli yarım-yararlı calaq boltları yerindən çıxardaraq gizli talamaqla zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Dəmir Yolları QSC”-yə ümumilikdə vahid niyyətlə 263.38 manat dəyərində ziyan vurmaqla qəsdən dəmir yol xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, heç yerdə işləmir, maddi cəhətdən çətinlikləri vardır. 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında qohumları gilə gedərkən yolüstü olan yük həyətindən keçən dəmir yol xətləri tərəfdə rels yanlıqları görmüşdür. Oradan keçib getmiş və yolda qonşusu Təqsirləndirilən şəxs2la görüşmüşdür. Söhbət zamanı İlham da pula ehtiyacının olduğunu bildirmişdir. İlhama təklif etmişdir ki, birlikdə Yevlax dəmir yol stansiyasının yük həyətində olan rels yanlıqları və calaq-boltlar oğurlayıb sataraq pul əldə etsinlər. İlham da bu təkliflə razılaşmışdır. Saat təxminən 12:00-da evdən qaz açarı götürərək Təqsirləndirilən şəxs2la birlikdə yük həyətinə getmişdir. Orada 3 ədəd rels yanlığını sökmüş və İlhamla onları yaşadığı evin yaxınlığına gətirmişdir. Oradan rels yanlıqlarını taksi sürücüsü olan Talıb adlı şəxsin avtomobilinə qoyaraq metal qəbulu ilə məşğul olan Elnur adlı şəxsin işlədiyi yerə aparıb ona həmin yanlıqları 17 manata satmışdır. Əldə etdikləri puldan 2 manat Talıba vermiş, qalan 15 manat isə İlhamla birlikdə xatırlamadığı mağazalardan siqaret və ərzaq məhsulları almışdır. Növbəti gün saat təxminən 11:00-da yenə İlhamla görüşüb Yevlax dəmir yol stansiyasının yük həyətinə getmişlər. Bu dəfə də oradan 3 ədəd rels yanlığını söküb onun yaşadığı ünvana tərəf getmişlər. Yenə də Talıbın idarə etdiyi avtomobillə rels yanlıqlarını Elnurun işlədiyi yerə aparmışlar. Elnur bu dəfə rels yanlıqlarına görə onlara 20 manat pul vermişdir. Bu puldan 2 manat Talıba vermiş, qalan 18 manatı isə İlhamla bölmüşlər. 31 yanvar 2022-ci il tarixdə saat təxminən 10:00-da İlhamla görüşüb yenə Yevlax dəmir yol stansiyasının yük həyətinə getmişlər. Oradan 2 ədəd rels yanlığı və 9 ədəd calaq-boltu söküb kənara qoymuşlar. Onları aparmaq istəyərkən dəmir yol polisinin əməkdaşları oraya gəlib onları saxlamışlar. Rels yanlıqlarını avtomobili ilə aparan Talıb və rels yanlıqlarını onlardan alan Elnur həmin rels yanlıqarının oğurluq olduğunu bilməmişlər. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini, onkoloji xəstəlikdən əməliyyat olunduğunu qeyd edərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında qonşusu Təqsirləndirilən şəxs1la görüşmüşdür. Vüsalla söhbət zamanı ona maddi cəhətdən çətinlik çəkdiyini söyləmişdir. Vüsal təklif etmişdir ki, birlikdə Yevlax dəmir yol stansiyasının yük həyətinə gedib rels yanlıqlarını oğurlayıb satsınlar və pul əldə etsinlər. Onunla razılaşmış və təxminən saat 12:00 radələrində Vüsalın dediyi yerə getmişlər. Vüsal evdən götürdüyü qaz açarı ilə 3 ədəd rels yanlığını sökmüşdür. Həmin rels yanlıqlarını birlikdə Vüsalın yaşadığı evin yanına gətirmişlər. Orada Talıb adlı şəxsdən xahiş etmişlər ki, onları metal qəbul edən Elnur adlı şəxsin işlədiyi yerə aparsın. Talıb onları aparmış və onlar Elnurla razılaşıb 3 ədəd rels yanlığını ona 17 manata satmışlar. Puldan 2 manatı taksi sürücüsü olan Talıba vermiş, qalan 15 manatına isə Vüsalla birlikdə mağazadan siqaret və ərzaq məhsulları almışlar. 30 yanvar 2022-ci il tarixdə saat təxminən 11:00-da Vüsalla görüşərək birlikdə həmin yerə, yəni Yevlax dəmir yol stansiyasının yük həyətinə getmişlər. Yenə də 3 ədəd rels yanlığını sökmüş və Vüsalın yaşadığı evin yanına aparmışlar. Taksi sürücüsü olan Talıbın avtomobili ilə həmin yanlıqları aparıb Elnura satmış və bu dəfə Elnurdan 20 manat almışlar. Bu puldan 2 manat Talıba vermiş, qalan 18 manatı isə Vüsalla bölmüşlər. Növbəti gün 31 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Vüsalla birlikdə yenə həmin yerə getmişlər. Bu dəfə 2 ədəd rels yanlığı və 9 ədəd calaq-boltu açıb çıxarmışlar. Bu zaman dəmir yol polisinin əməkdaşları gələrək onları saxlamışlar. Taksi sürücüsü Talıb və rels yanlıqları alan Elnurun həmin yanlıqların oğurluq olduğunu barədə məlumatları olmamışdır. Əməlindən peşman olduğunu, vurulmuş zərəri tam olaraq ödədiyini, mütəmadi müalicə aldığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi X1 ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış əmlaklar "xxxx" QSC-yə qaytarılmışdır. Onlara qarşı heç bir iddiaları, tələbləri və şikayətləri yoxdur. Cəzanın təyin edilməsi hissəsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etməklə onların iştirakı olmadan baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Şahid2 ifadəsində bildirmişdir ki, taksi sürücüsü kimi fərdi əməklə məşğudur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə ildir tanıyır. 29 yanvar 2022-ci il tarixdə günorta saatlarında Dəmir yolu vağzalı tərəfdə Vüsal və İlham ona yaxınlaşaraq, yüklərinin olduğunu bildirmiş və onları metal qəbulu yerinə aparmağı xahiş etmişlər. Onların yükünü avtomobilə qoymuş və onları metal qəbulu ilə məşğul olan Elnur adlı şəxsin evinə aparmışdır. Onlar öz dəmir yüklərini avtomobildən endirərək Elnurun evinə aparmışlar. Daha sonra qayıdıb ona 2 manat taksi pulu vermişlər. Növbəti gün yenə də Vüsalla İlham günortaya yaxın ona yaxınlaşaraq yüklərinin olduğunu bildirmiş və onları həmin yerə aparmağı xahiş etmişlər. Onları yenə Elnur adlı şəxsin evinə aparmışdır. Vüsalla İlham avtomobildə olan yükü aparıb Elnur adlı şəxsə vermiş və daha sonra ona 2 manat pul vermişlər. Həmin yükün rels yanlıqları olduğunu, oğurluq olduğunu bilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 aprel 2022 -ci il tarixli 9/2004 saylı rəyində qeyd olunur ki, “Azərbaycan Dəmir Yolları QSC”-nin İnfrastruktur Departamentinin144824 nömrəli tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışından istifadə edilməklə, ekspertiza təyini haqqında göstərilən malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 263.38 manat müəyyən edilir. (səh. 76) Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 386 nömrəli rəydə qeyd olunur ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən anlaqlı olmuşdur, əməli Cinayət Məcəlləsinin 21.1 maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Mövcud sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamda qeyd edilən cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmələri, özlərinin qarşılıqlı etirafedici ifadələri, şahid ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir və bu səbəbdən onlara qeyd edilən maddələrin sanksiyası haddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, onkoloji xəstə olmasını, vurulmuş zərəri tam olaraq ödəməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, habelə törətdiyi əməldə peşman olmasını, onun xəstəliyini, vurulmuş zərəri tam olaraq ödəməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və ona, müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Cinayət Məcəlləsinin 52-1.2 maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlər qoyulmalıdır. Maddi sübutlar, Yevlax stansiyası X3 saxlanılan 08 ədəd rels yanlığı və 09 ədəd calaq bolt "xxxx" QSC-ə təhvil verilməli, bir ədəd qaz açarı məhv edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyərinin 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdikləri hüquqi yardıma görə hər birinə 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablansın. Maddi sübut - Yevlax stansiyası X3 saxlanılan 08 ədəd rels yanlığı və 09 ədəd calaq bolt "xxxx" QSC-ə təhvil verilsin, bir ədəd qaz açarı məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az.MEM VÖİN ********** АЗ34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h АЗ41 NABZ 013601 **********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi1 və 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi2 ödənilsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən : Toğrul Əliyev
Məhkəmə qərarları › İş №1(039)-140/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-140/2022
27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver