Məhkəmə qərarları › İş №1(039)-140/2024

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-140/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-140/2024 24.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şosesi, ev 150-də qeydiyyatda olan, Yevlax şəhəri, E.Ağayev küçəsi, ev 86-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inizbati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümdə, cəmi çəkisi 18,86 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda əldə etməklə saxlamış, həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Yevlax rayonu Yuxarı Qarxun kəndinin ərazisində küçədə tanışı Şahid1 180 manat pul müqabilində satmış, Şahid1 əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananın 5,11 qram olan hissəsini 01 ədəd kağız bükümdə qablaşdıraraq özündə saxlamış, 02 ədəd kiçik şəffaf bükümlərdə 2,6 qram, 3,78 qram, 02 ədəd gümüşü ağ rəngli kağız bükümdə 0,92 qram, 1,78 qram, cəmi çəkisi 8,54 qram olan hissəsini tanışı Şahid3 Amin oğluna vermiş, 01 ədəd sellofan bükümdə 5,21 qram olan hissəsinin tanışı Şahid2 vermiş, Şahid1, Şahid3 və Şahid2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərinə görə xx.xx.2023-cü il tarixdə Zərdab şəhəri ərazisində Zərdab rayon polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Zərdab rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 22:55-dən saat 23:04dək olan müddət ərzində Zərdab rayon Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid1 əynindəki qara rəngli gödəkçənin sol cibindən 01 ədəd kağız bükümdə 5,11 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin gün saat 23:15-dən saat 23:15-dək olan müddət ərzində Zərdab rayon Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid3 əynindəki qara rəngli gödəkçənin sağ cibindən 04 ədəd bükümlərdə cəmi çəkisi 8,54 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmin gün saat 23:40dan saat 23:55-dək olan müddət ərzində Zərdab rayon Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində Şahid2 əynindəki qara rəngli gödəkçənin sol cibindən 01 ədəd sellofan bükümdə 5,21 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, 06 fevral 2023-cü il tarixdə yaşadığı Yevax rayonunda qulağından müalicə almış və başı bərk ağrımışdır. Bakıda olan dostu Turan ona Yevlağa gələcəyini və xəstə olduğu üçün ona baş çəkəcəyini demişdir. Turanla futbol oynadıqları zaman tanış olmuşdur. Təxminən yarım saat sonra Turan ona zəng edərək Yevlağa gəldiyini və onunla görüşmək istədiyini demişdir. O, Yevlax şəhəri H.Əliyev parkının yaxınlığında Turanı gözləmişdir. Turan tanımadığı avtomobildən düşmüş və həmin avtomobildə əlavə olaraq tanımadığı üç nəfər də şəxs olmuşdur. O, Turanla və həmin şəxslərlə salamlaşmış, sonra isə Turanı çay içməyə və yemək yeməyə dəvət etmişdr. Turan ona getməli olduqlarını bildirərək, cibində 180 manat pul olduğunu və həmin pulun müqabilində ondan nəşə tapa biləcəyini soruşmuşdur. Bu zaman Babo ləqəbli şəxs ona yaxınlaşaraq 180 manat pul müqabilində qonaqları üçün nəşə tapa biləcəyini, Babo ona nəşənin 1 paketinin 5 qram olduğunu bildirərək, 3 paket üçün 150 manat, 4 paket üçün 200 manat verməli oduğunu demişdir. Bundan sonra o, Babo ilə razılaşmış və öz cibindən 20 manat pul əlavə edərək ümumilikdə 4 paket nəşə almaq üçün 200 manat verəcəyini demişdir. Babo ilə necə əlaqə qurmalı olduğunu soruşduqda, Babo ona telefon işlətmədiyini və 15-20 dəqiqə sonra “priezd” adlanan ərazidə görüşə biləcəyini bildirmişdir. Daha sonra Babo oradan uzaqlaşmış və təxminən 15-20 dəqiqə sonra onlar Turanın gəldiyi avtomobillə Babo dediyi yerə getmişlər. Həmin vaxt avtomobildə 5 nəfər olsalar da o, avtomobildən tək düşərək Babo ilə görüşüb 200 manatı ona verib 4 paket nəşəni götürmüşdür. Sonra həmin nəşədən bir başını avtomobildə çəkmişlər və bir çəkimlikdə özünə götürmüşdür. Özü üçün götürdüyü nəşəni səhəri gün istifadə etmişdir. Sonra eşitmişdir ki, Turangil Zərdab rayonu ərazisində hərəkətdə olarkən, sürücü avtomobli saxlayıb su almağa düşmüş və həmin vaxt polis əməkdaşları onları tutmuşdur. O, Turangilə nəşə satmamışdır. Turanın yanında olan şəxslərdə görmüşdür ki o, pulu Baboya vermişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda bir daha ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını, onun barəsində özünü təqsirli bildiyi CM-nın məhz 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmasını, özünün əvvələr polis əməkdaşı olmasını, əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə olaraq az ağır cinayət törətməsini və yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, bir neçə gündür ki rayonlara narkotik vasitə axtarıcına çıxmıdırlar. 06 fevral 2023-cü il tarixdə tanışları Natiq və Ədalətlə birlikdə Rüstəm adlı dostunun xəstələndiyini, və Yevlağa onunla görüşməyə getmişlər. Yevlaxda Rüstəmlə görüşərkən digər iki dostu Natiq və Ədalət maşında əyləşmiş, Turan isə maşından çıxaraq Rüstəmlə görüşmüşdür. Görüşən zaman narkotik vasitə axtardığını Rüstəmə bildirmişdir. Sonra onların kənardan söhbətinə təsadüfən qulaq asan bir nəfər Rüstəmi yanına çağırarax onlara narkotik vasitə verə biləcəklərini bildirmişdir. Rüstəm Turana qayıdaraq həmin adamın söylədiklərini Turana çatdırmış,və o adamı tanımadığını bildirsədə, Turan israrla narkotik vasitəni almaq istədiyini bildirmişdir. Bundan sonra Rüstəm öz cibindən 20 manat pul əlavə edərək ümumilikdə 4 paket nəşə almaq üçün 200 manat pulu götürüb, Qarxun kəndində “priezd” adlanan əraziyə Turangilin 200 manatı ona verib 4 paket nəşəni götürmüşdür. X16 rayonu ərazisində hərəkətdə olarkən, polis əməkdaşları onları tutmuşdur. Rüstəm, Turangilə nəşə satmamışdır. Turanın yanında olan şəxslərdə görmüşdür ki o, pulu başqa adama vermişdir. İbtidai istintaq dövründə ki ifadəsini narkotik vasitənin təsiri altında olduğu üçün həmin ifadəni təsdiq etmir, məhkəmə iclasında verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şəxsən tanımır, Yusifov Turan vasitəsi ilə tanıyır.Gününü tam xatırlamadığı vaxtı X10 Rüstəmin xəstələndiyini, və oraya onunla görüşmək üçün, o, Yusifov Turan və Şahid3 ilə birlikdə Yevlağa getmişlər. Yevlaxda Nizami parkının yaxınlığında Turan avtomobildən düşərək Rüstəmlə görüşmüş və qayıdıb birlikdə avtomobilə əyləşmiş, və Rüstəm vasitəsi ilə narkotik vasitə almalı olduqqlarını və öz aralarında 180 manat pul topluyub narkotik vasitə aldıqlarını, həmin pulun üzərinədə sonra Rüstəm özüdə 20 manat əlavə edərək ümumilikdə 200 manat dəyərində narkotik vasitə almaq üçün Qarxun kənd ərazisində priezd adlanan əraziyə yollanmışdırlar. Orada Rüstəmin avtomobildən enib 5-6 metr aralıda bir nəfərə yaxınlaşıb pulu verib, narkotik vasitəni götürüb, maşına qayıtmışdır. Sonra Rüstəmi şəhərdə düşürtdükdən sonra Zərdaba qayıtmışlar. Şəhərin girişində Zərdab RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq Zərdab RPŞ-nə dəvət etmişlər.Özünün ibtidai istintaq dövründə verdiyi ifadəni yox, məhz məhkəmə iclasında verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 X5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədiqi edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs yeri müəyyən edilənədək cinayət işinin ibtidai istintaqının dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli ittiham elan edilmiş şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbirinin şərtlərni pozduğu üçün həmin tarixdə saat 19.30-da tulmuşdur. xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin təsdiq edilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin təsdiq edilməsi qərara alınmış və Təqsirləndirilən şəxs Zərdab RPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli itidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay-05 ayadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək uzadılmşdır. xx.xx.2023-cü il tarixli cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsilə Yevlax RPŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.45-də şübhəli şəxs qismində tutumuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin cinayət məcəlləsinin digər maddəsinə tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli ittiham elan edilməli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 17.30-da məhdudlaşdırılmışdır. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(039)-63/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlğı qətimkn tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 01 (bir) ay 04 (dörd) gün həddində müəyyən edilmiş və əvvəli xx.xx.2024-cü il taixdən hesablanmışdır. Məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/156 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərində keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş yaşıl rəngli, spesifik iyli narkotik vasitəyə bənzər bitki mənşəli kütlələri” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 ədəd siqaret qutusunun içərisində olan 01 ədəd kağız bükümdə, təmiz çəkisi -5,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid3 Amin oğlunun üzərindən götürülmüş bitkin tərkibli, spesifik iyli kütlələr” sözlərəri, adlar və imzalar yazılmış zərfin içərisində 02 (iki) ədəd şəffaf sellofan paketdə və 02 (iki) ədəd gümüşü ağ rəngli kağız bükümdə, müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-2,06 qram, 3,78 qram, 0,92 qram və 1,78 qram, ümumi çəkiləri -8,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Natiq Mütəllimovun üzərindən aşkar edilmiş sellofondan marixuanaya bənzər bitki kütlələri” sözləri, adlar və imzalar yazılmış zərfin içərisində 01 ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi -5,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim X12, X6 və Şahid2 aşkar edilərək götürülmüş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd : Marixuananın təmiz çəkisi 5,11 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,06 qram. Marixuanaların təmiz çəkisi 8,54 qram, cəmi tədqiqata sərf edildi 0,20 qram (hr ob. 0,05 qram), qalıq 8,34 qram. Marixuananın təmiz çəkisi 5,21 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,16 qram. Məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2024-cü il tarixli 1171 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Yevlax şəhər İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, E.Ağayev küçəsi, 86 saylı evdə qeydiyyatdadır. “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixonevroloji kabinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(035)-46/2023 nömrəli hökmündən görünür ki, İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid3 Amin oğlundan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,34 qram narkotik vasitə olan marixuana və Şahid2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi nəzərdə tutulmuşdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(035)-12/2024 nömrəli hökmündən görünür ki, İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,06 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi nəzərdə tutulmuşdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pulun ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid3 Amin oğlu və Şahid2 müştərək qaydada tutulması nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyib, cinayət işindəki sənədləri araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndiriəln şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada təzahür edir. Başqa sözlə, şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə, yəni maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması və mənfəət əldə etməsində özünü büruzə verməlidir. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi narkotik vasitələrin və psixotrop maddələrin miqdarı deyil, həmin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və satma çıxış edir. Yəni şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrini Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satırsa, CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə ittiham elan olunan CM-nın 234.2-ci maddəsində nəzərdə tutulmuş obyektiv cəhətinin zəruri elementi olan “satış məqsədi” işin halları ilə, xüsusi ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışına yönələn hərəkətlərinin (narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olmaması,şəxsi maraq məqsədi ilə yaymaması bu barədə əvvəlcədən hər hansı şəxs və ya şəxslərlə sövdələşməməsi, yaxud faktiki olaraq buna cəhd etməməsi və ya satmaması, narkotik vasitə və psixotrop maddələrin miqdarının şəxsi istehlak miqdarına yaxın həddə olması, onların hazırlanması üçün avadanlığın olmaması, yəni təqsirləndirilən şəxsdən və ya yaşadığı ünvandan aşkar edilməməsi və sair) olmaması ilə, təqsirləndirilən Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şahid ifadələri və cinayət işinə əlavə edilmiş istintaq hərəkətləri və digər sənəndlərlə öz təsdiqini tapmamışdır . Beləliklə də müəyyən olunur ki Təqsirləndirilən şəxs narkotik vasitəni saış niyyəti olmadan birlikdə qrup halında pul toplayaraq Turan Yusifovun xahişi əsasinda özüdə istifadə etmək məqsədilə narkotik vasitəni digər şəxsdən əldə etməklə daşımış nəticədə Cinayət Məccəlləsinin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini torətmisdir. Belə olan halda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri satmaya dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Belə ki, hazırki işdə bir neçə şəxs əvəlcədən satış məqsədi güdmədən birlikdə pul yığaraq narkotik vasitənin əldə edilməsi barədə razılığa gəlirlər, narkotik vasitəni bilavasitə əldə etmiş qrupun üzvünün Rüstəmin hadisənin sonrakı gedişatında narkotik vasitəni gətirib (daşıyaraq) qrupun digər üzvünə (üzvlərinə) verməsi narkotik vasitənin qrupun həmin üzvü (üzvləri) tərəfindən əldə edilməsi, eynilə narkotik vasitənin onu bilavasitə əldə edən tərəfindən həmin şəxslərə satılması kimi qiymətləndirilə bilməz. Çünki, əks halda narkotik vasitəni artıq qrupun tərkibində olmaqla əldə etmiş şəxs (sahib) yenidən (ikinci dəfə), həm də hüquqi anlamda özü-özündən narkotik vasitəni əldə etmiş şəxs kimi qiymətləndirilmiş olacaqdır. Bu səbəbdən də, narkotik vasitənin bilavasitə əldə edilməsində iştirak etməyən qrupun üzvünün narkotiki ona gətirib verən qrupun digər üzvünə (faktiki əldə edənə) hər hansı məbləğdə pul, başqa maddi neməti verməsi, cinayət-hüquqi məna kəsb etməyərək, qrupun üzvünün xidmətinin qiymətləndirilməsi, oynadığı rola görə mükafatlandırılması kimi çıxış edir və bütöv qrup tərəfindən narkotik vasitənin əldə edilməsi hadisəsini süni şəkildə parçalayıb narkotik vasitəni qrup adından əldə edərək digər üzvə çatdıranı – narkotik vasitəni satan kimi, narkotik vasitəni ondan götürən qrupun üzvünü isə narkotik vasitəni həmin şəxsdən əldə edən kimi qiymətləndirməyə əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli Plenumunun qərarına əsasən Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik, vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq’ dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllə' törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Yalnız CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1 -ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçüm və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satar şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanların qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək ittiham hökmü çıxarılır Bundan əlavə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni satması halı yalnız ehtimallara əsaslanmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən həmin halı təsdiq edə biləcək hər hansı bir sübut iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayətinin tərkibinin olması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Onun hərəkətində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, özünün əvvəllər polis əməkdaşı olduğunu, gənc olaraq ilk dəfə az ağır cinayət törətməsini və yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarını cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq 3 gün saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutulub hesablanmaqla, təyin olunan cəzadan çıxılaraq, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Yevlax rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(035)-46/2023 nömrəli hökmündəki İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid3 Amin oğlundan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,34 qram narkotik vasitə olan marixuana və Şahid2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, və Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(035)-12/2024 nömrəli hökmündəki İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,06 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi ilə bağlı hissələri nəzərə alınmalı, iş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(035)-46/2023 nömrəli hökmündəki İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməsi və Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(035)-12/2024 nömrəli hökmündəki İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pulun ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid3 Amin oğlu və Şahid2 müştərək qaydada tutulması hissələri nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oktay oğluna məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oktay oğluna göstərdiyi cəmi 6 (altı) saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 (otuz) altı manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 03 (üç) gün və 02 ay 29 gün ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 6 (altı) ay 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilsin. Başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Yevlax şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsində yerləşən 86 nömrəli evini tərk etməmək, Yevlax rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(035)-46/2023 nömrəli hökmündəki İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid3 Amin oğlundan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 8,34 qram narkotik vasitə olan marixuana və Şahid2 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi, və Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(035)-12/2024 nömrəli hökmündəki İş üzrə maddi sübut kimi tanınan və Zərdab rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Şahid1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 5,06 qram narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi ilə bağlı hissələri nəzərə alınsın. İş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Həmçinin Zərdab rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(035)-46/2023 nömrəli hökmündəki İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət mədaxilinə ödənilməsi və Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(035)-12/2024 nömrəli hökmündəki İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,50 manat məbləğində pulun ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid3 Amin oğlu və Şahid2 müştərək qaydada tutulması hissələri nəzərə alınsın. Təqsirləndirilən şəxs X4 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası X2 yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar