Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-141/2020 11.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qəbələ rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində xx xxxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 113-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 01 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 yaşadığı Yevlax şəhəri Bakıxanov küçəsi 26 saylı evin həyətinə hasardan keçməklə qanunsuz olaraq daxil olub həyətdəki yardımçı tikilidən 1 ədəd 250 manat dəyərində 15 litr su tutan və 1 ədəd 100 manat dəyərində 7 litr su tutan samovarları gizli olaraq talayaraq zərərçəkmiş şəxs Tamaşa Əmirovaya cəmi 350 (üç yüz əlli) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrar xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində özgənin əmlakını gizli talamaq məqsədilə digər şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 yaşadığı Yevlax şəhəri Q.Nəbi küçəsi 46 saylı evin həyətinə hasarından keçməklə qanunsuz olaraq daxil olub həyətdəki hamamdan 150 manat dəyərində «Elite» markalı paltar yuyan aparatı gizli olaraq talayaraq zərərçəkmiş şəxs Rəşad Qazıyevə cəmi 150 (yüz əlli) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş, 2019-cu ilin may ayında azadlığıa buraxılmışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 00 radələrində bacısı oğlu X8 ilə birlikdə evdə olub söhbət edərkən, pulları olmadığına görə oğurluq edib pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə evdən çıxaraq qonşu küçə olan Bakıxanov döngəsindən Bakıxanov küçəsinə adlayaraq küçə ilə gedərkən təxminən saat 01 radələrində həmin küçədə yaşayan Tamaşa xalagilin evlərinin işığının yanmadığını görüb, evdə olmadıqlarını guman edərək evdən oğurluq etmək qərarına gəlmişlər. Evin küçə qapısının bağlı olduğunu görüb evin hasarından həyətə girərək həyəti gəzərkən həyətdəki əl damına daxil olmuşlar. Əl damında 1 ədəd samovarı görüb götürərək həyətə girdikləri qaydada həyətdən çıxaraq evə getmişlər. Səhəri gün təxminən saat 12 radələrində somavarı götürərək tanışı İlqargilə getmişdir. Karantinlə əlaqədər iş tapa bilmədiyi üçün evdə ərzaq olmadığını deyib həmin samovarı satıb ərzaq alacağını bildirmişdir. İlqar işlənmiş vəziyyətdə olmuş samovarı 105 manata ala biləcəyin demiş o, da razı olaraq həmin somovarı İlqara satmış və sonra evə qayıtmışdır. Evdə əşyaları satdığını Orxana deyərək pulun yarsını Orxana vermişdir. Həmin pulu xərclədikdən sonra yenə pulları qurtarmış və oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində Orxanla birlikdə yaşadıqları evdən çıxaraq küçələrlə gedərkən saat təxminən 23.50 radələrində Yevlax şəhəri, Q.Nəbi küçəsi, 46 saylı evin küçə qapısının bağlı olduğunu görüb evin hasarından həyətə adlayıb baxarkən həyətdəki hamamda üzərinə «Elite» sözü yazılmış paltaryuyanı görüb birlikdə paltaryuyanı hamamdan çıxararaq küçə darvazasına aparmışlar. Küçə darvazasın açaraq paltar yuyanı oradan çıxararaq yaşadıqları evə aparmışlar. Səhəri gün xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yuxudan durduqdan sonra Orxan şəhərə çıxaraq taksi maşını çağırmış və paltar yuyanı avtomaşının yük yerinə qoyaraq satmaq üçün müştəri axtarmışlar. Sürücüyə isə paltaryuyanın özlərinin olduğunu, evdə ərzaq olmadığına görə satıb evə ərzaq alacaqlarını demişlər. Yevlax şəhəri, Q.B.Zakir küçəsinə getmişlər və həmin küçədə yaşayan Zeynəb adlı qadına işlənmiş vəziyyətdə olan paltaryuyan aparatını göstərərək evdə ərzaq olmadığına görə satıb evə ərzaq alacaqlarını demişdir. Zeynəb adlı qadın paltar yuyan maşina 80 manat pul verə biləcəyin demişdir. Onlar razı olaraq paltar yuyanı Zeynəbə sataraq çıxıb getmişlər. Zeynəb xala paltar yuyan aparatın oğurluq olduğunu bilməmişdir. O, pulu Orxanla bölüb xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə onu polis əməkdaşları polis şöbəsinə dəvət etmişlər. Onlardan qeyd edilən oğurluqları etdiklərini soruşmuşlar o, da etdikləri oğurluqları etiraf edərək əlavə olaraq göstərmişdir ki, Tamaşa xalagilin evindən 2 ədəd deyil, bir ədəd somavar oğurlamışlar. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun Zərərçəkmiş şəxs1 evindən 2 ədəd deyil, 1 ədəd samovar oğurlaması məzmununda ifadə verməsi özünü müdafiə xarakterlidir, cinayət məsuliyyətinə cəlb olunmaq və cəza çəkməkdən boyun qaçırmaq məqsədi ilə edilmişdir. Onun törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış dəlillərlə tam sübuta yetirilir. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində yaşadığı evin həyətindəki əl damından biri 7 litir su tutan, digəri isə 15 litir su tutan iki ədəd samovarlarının oğurlandığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Yevlax şəhər MX-da xadiməçi işləyir. xx xxxx 2020-ci il tarixdə qızının ad günü olmuşdur. Oğlu Vüqarda işlədiyi hərbi hissədən evə gəlmişdir. Ad günün qeyd etdikdən sonra təxminən 23 radələrində oğlu küçə qapısını bağlayıb evə gəlmiş və yatmışlar. Səhəri gün saat 05 radələrində oğlu yuxudan durub həyətə düşmüş və küçə qapısının açıq olduğunu görmüşdür. Onda bilmişlər ki, gecə həyətə oğru girmişdir. Həyətdəki əl damına baxarkən biri 7 litir su tutan, digəri isə 15 litir su tutan samovarların yerində olmadığını görmüşlər. 15 litir su tutan somavarı iki ay qabaq 2000 manata alan olsada o, samovarı satmamışdır. Ona görə polis şöbəsinə gedərək şikayət etmişdir. Sonradan bilmişdir ki, evindən samovarları qonşu küçədə yaşayan Çingizin oğlu və nəvəsi oğurlamışdır. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməmişdir. Belə ki, böyük samovar tapılaraq RPŞ-nə təhvil verilmişdir. Lakin samovarım misdən olan dəmkeşi yoxdur. Digər samovar isə ona qaytarılmamışdır. X7 şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs X6 tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənildiyini, X7 heç bir şikayət və tələbinin olmamasını, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. xx xxxx 2020-ci il tarixdə gecə küçə darvazasın arxadan bağlayaraq evə gedib yatmışdır. Səhər saat 05 radələrində yuxudan durmuş və həyətə düşmüşdür. Həyətə düşən zaman həyətdəki hamamın qapısının açıq olduğunu görmüşdür. Hamama baxarkən orada olan 2014-cü ildə 800 manata aldığı 6 kq paltar tutumu olan «Elite» markalı paltar yuyanın maşının oğurlandığını görmüşdür. O, bu barədə polis şöbəsinə şikayət etmişdir. Sonradan bilmişdir ki, evindən oğurluğu qonşu küçədə yaşayan Çingizin oğlu və nəvəsi oğurlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Mahmudgilin evində usta işləmiş və münasibətləri yaxşı olmuşdur. 29 iyul 20-ci il tarixdə təxminən saat 12 radələrində evdə olarkən Mahmud bizə gəlmiş və bildirmişdir ki, karantinlə bağlı pul qazana bilmir evdə yeməyə ərzaqları yoxdur. Satmaq üçün bir ədəd samovarı olduğunu demişdir. O, samovara baxaraq 105 manata samovarı ala biləcəyini demişdir. Mahmud razı olaraq həmin samovarı ona satıb getmişdir. Vaxtı ilə Mahmudgilin evində usta işlədiyinə görə Mahmuddan samovarın oğurluq olmadığını guman edərək almışdır. xx xxxxxx 2020-ci il tarixdə onlara polis əməkdaşları gəlmiş və Mahmudun ona samovar satdığını soruşmuşlar. O, Mahmuddan samovar aldığını demiş və samovarı onlara təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9\4009 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş Tamaşa Əmirovaya məxsus 15 litir su tutan samovar 250 manat, 7 litir su tutan samovar isə 100 manat, Rəşad Qazıyevə məxsus 6 kq-lıq «Elite» markalı paltar yuyan maşın isə 150 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(039)-52/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Qəbələ rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli qanuna əsasən Qaradağ rayon Məhkəməsini9n xx xxxxx 2019-cu il tarixli qərarı ilə cəzası 03 (üç) il 03 (üç) ay müddətə endirilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə toplanmış və əldə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf ifadəsi, zərərçəkmiş şəxslərin, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı qismən ödəyərək zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, cəzasını çəkib qurtarmadan və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinin tələbinə görə cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, bir ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə maddi sübut olan Elite markalı paltar yuyanın qəbz əsasında Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, X2 məxsus bir ədəd samovar hökm qanuni qüvvəsini aldıqdan sonra Tamaşa Əmirovaya qayatarılsın. İş üzrə maddi sübutun qaytarılması hissəsində hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 (on yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 102 (bir yüz iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 60 (altmış) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-141/2020
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-141/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver