Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-141/2021 05.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə 02 noyabr 1965-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində 18 iyun 2021-ci il tarixdə “polin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2021-ci ilin aprel ayının ortalarında həmin toxumları qəsdən Yevlax rayonu, Xaldan kəndində istifadəsində olan həyətyanı torpaq sahəsində içərisi torpaqla doldurulmuş dörd ədəd dəmir qablarda qanunsuz olaraq əkib dörd ədəd çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, 16 iyun 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkibbecərməsi barədə daxil olmuş məlumat əsasında onun razılığı və iştirakı ilə, video çəkilişlə həmin tarixdə saat 16:05 dəqiqədən saat 16:35 dəqiqəyədək olan müddət ərzində həmin həyətyanı sahəyə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq kultivasiya etdiyi tərkibində narkotik maddələr olan hündürlükləri 105 sm-dən 115 sm-dək, 285,00 qram miqdarında dörd ədəd xeyli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Xaldan kəndində yaşayır. Ailəsini dolandırmaq üçün özünə məxsus “MTZ-80” markalı 61T-081 dövlət qeydiyyat nişanlı traktorla kənd təsərrüfatı sahələrində ot biçməklə məşğul olur. Təxminən iki ildir “nəşə” adı ilə tanıdığı narkotik vasitə-qurudulmuş marixuanadan istifadə edir. Marixuana istifadə etdikdən sonra əhvalı yüksəlmiş, yorğunluq hissi aradan qalxmış və özünü daha sağlam hiss etmişdir. İstifadə etmək üçün marixuana əldə edə bilmədiyi üçün 2021-ci ilin aprel ayında yaşadığı evin yerləşdiyi həyətin qarşı tərəfində yerləşən həmkəndlisi Amanət adlı yaşlı qadına məxsus boş həyətdə narkotik tərkibli çətənə bitkisi əkməyi, həmin bitkiləri becərib gələcəkdə marixuana əldə etməyi, əldə edəcəyi marixuananı isə az-az istifadə etməyi qərara almışdır. O, həmin həyəti Amanətdən 2021-ci ilin mart ayında şifahi razılaşma əsasında bir il müddətində heyvanlarını otarmaq məqsədi ilə almışdır. Həyətin kənarları böyürtkən kolu ilə əhatələnmiş, həyətdə təbii ot bitmişdir. Bir neçə il əvvəl yabanı halda bitmiş çətənə bitkisindən dörd ədəd toxum yığıb əldə etmişdir. 2021-ci ilin aprel ayının ortalarında yaşadığı evin həyətində olmuş təxminən üç litr su tutumu olan dörd ədəd dəmir boya qabını götürüb Amanətə məxsus, faktiki olaraq onun istifadəsində olmuş həyətə aparmışdır. Həmin qabların içərisini münbit torpaqla doldurmuş və həmçinin, peyin də əlavə etmişdir. Bundan sonra hər qaba bir ədəd olmaqla dörd ədəd dəmir qabda cəmi dörd ədəd çətənə bitkisi əkmişdir. Həmin toxumların cücərib bitməsi üçün qaba su tökmüşdür. Bir-iki gündən bir olaraq dörd ədəd qabda əkdiyi toxumların üstünə su tökmüşdür. Qabları bir-birindən təxminən iki metr aralı məsafədə qoymuşdur. Təxminən 7- 8 gün sonra hər qabda bir ədəd olmaqla cəmi dörd ədəd çətənə bitkisi cücərmişdir. O, həmin bitkilərə hər gün su tökmüş, torpaq quruduqda isə bitkilərin dibini ağac parçası ilə boşaltmış, alaq otlarından təmizləmişdir. Bitkilərə 16 iyun 2021-ci il tarixdək aqrotexniki qaydada qulluq etmişdir. Dörd ədəd çətənə bitkisinin hündürlüyü təxminən bir metrdən hündür olmuşdur. 16 iyun 2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanda olarkən Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək yaşadığı evin yaxınlığında yerləşən həyətin kimə məxsus olduğunu soruşmuşlar. O, həyətin həmkəndlisi Amanət adlı qadına məxsus olduğunu, lakin, həyətin faktiki olaraq onun istifadəsində olduğunu demişdir. Polis əməkdaşları həmin həyətdə narkotik tərkibli bitkilər əkib-becərməyi barədə polis şöbəsinə məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılması üçün həyətə baxış keçirmək üçün gəldiklərini demişlər. Polis əməkdaşlarının faktiki olaraq istifadəsində olmuş həyətə baxış keçirmələrinə razı olmuş və heç bir etirazınının olmadığını demişdir. O, bu barədə Yevlax rayon polis şöbəsinə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları həyətə baxış keçirməyə başlamışlar. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Baxış zamanı dörd ədəd dəmir qabda əkib-becərdiyi çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilmişdir. O, narkotik tərkibli dörd ədəd çətənə bitkisini əkibbecərdiyini etiraf etmişdir. Baxışda iştirak etmiş aqronom-mütəxəssis dörd ədəd çətənə bitkilərinə baxaraq bitkilərin xüsusi qaydada əkilib-becərildiyini və aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Polis əməkdaşları bitkiləri kökündən çıxarmış və dörd ədəd bitkini kisəyə yığmışlar. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayonu, Xaldan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərməsi barədə 16 iyun 2021-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq 02 noyabr 1965-ci ildə Yevlax rayonu, Xaldan kəndində doğulduğunu, həmin kənddə qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Azərin cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Azərin barəsində əməliyyat tədbirlərinin keçirilməsi, Xaldan kəndində yerləşən istifadəsindəki həyətyanı torpaq sahəsinə baxış keçirilməsi barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 16 iyun 2021-ci il tarixli Ə347-195-21 saylı əmri ilə onun, sahə polis nəfəri Şahid2, X5un iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 15:30 radələrində o, polis əməkdaşları Şahid2, Elnur Cəlilov, Sirac Fərəcov və aqronom-mütəxəssis Şahid3la birlikdə Yevlax rayonu, Xaldan kəndinə Azərin yaşadığı ünvana getmişlər. X5 Azərə daxil olmuş məlumat, bununla bağlı tərtib edilmiş sənədlər barədə məlumat vermişdir. Bundan sonra Azərin yaşadığı evin yaxınlığında yerləşən faktiki olaraq istifadəsində olmuş həyətyanı torpaq sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baş inspektor Sirac Fərəcov “Samsung” markalı kamera cihazı vasitəsi ilə video çəkiliş aparmışdır. X5 Azərdən torpaq sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşdur. Azər baxışa etirazının olmadığını demişdir. Azər baxış keçirilmiş həyətin istifadəsində olduğunu, həyətdən başqa şəxsin istifadə etmədiyini demişdir. Həmin həyətin kənarları çəpərlənmiş, giriş hissədə dəmir darvaza olmuşdur. X5 baxışda iştirak etmiş şəxslər barədə məlumat vermiş, Azər iştirakçılara heç bir etirazının olmadığını demişdir. Bundan sonra onlar darvazadan keçib həyətə daxil olmuşlar. Həyətin kənarları əkilmiş böyürtkən kolu, çinar və digər ağaclarla tam əhatələnmiş, mərkəzi hissəsi boş olmaqla otlaq sahədən ibarət olmuşdur. Baxış zamanı həyətin sol kənarında yerləşən böyürtkən kolunun yaxınlığında içərisi torpaqla doldurulmuş dörd ədəd qabda hər birində bir ədəd olmaqla cəmi dörd ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilərin kökü torpaqda olmaqla şaquli vəziyyətdə əkilmiş, canlı vəziyyətdə, yarpaqları yaşıl rəngli olmuşdur. Azər narkotik tərkibli dörd ədəd çətənə (kannabis) bitkilərini 2021-ci ilin aprel ayında əkdiyini, mütəmadi olaraq bitkilərə su verib becərdiyini, çətənə bitkilərindən qurudulmuş marixuana əldə edib istifadə etmək məqsədinin olduğunu bildirmişdir. Aqronom-mütəxəssis Şahid3 bitkilərə baxaraq xüsusi qaydada qablarda əkildiyini, bitkilərə insan əməyinin sərf edilib aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid2 həmin dörd ədəd çətənə bitkilərini kökündən çıxarmış, həmin bitkilər bir ədəd sintetik kisəyə yerləşdirilmişdir. X5 içərisində dörd ədəd çətənə bitkisinin olduğu bir ədəd sintetik kisəni götürmüş və tərkibinin müəyyən olunması üçün məhkəməbioloji ekspertizasına göndərəcəyini demişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ifadəsində göstərmişdir ki, 14 may 2002-ci il tarixdən Yevlax rayon Bitki Mühafizəsi mərkəzinin rəisi işləyir. O, bitki sahəsində xüsusi bilik, bacarığına malik olmuş və onun geniş təcrübəsi olmuşdur. Bitkilərin növünü, cinsini, inkişaf xarakterini, yaşını, xəstəliklərini və digər xüsusiyyətlərini dərindən bilir. 16 iyun 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş qərarla o, mütəxəssis qismində təyin edilmiş və Yevlax rayon polis şöbəsinə dəvət olunmuşdur. Təhqiqatçı mütəxəssis təyin edilməsi haqqında qərarla onu tanış etmiş, cinayətprosessual məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişdir. O, qərarla tanış olarkən Yevlax rayonu, Xaldan kəndində yerləşən Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkməsi ilə bağlı həmin həyətə baxış keçiriləcəyini bilmişdir. Bundan sonra o, X5 və Yevlax rayon polis şöbəsinin digər əməkdaşları ilə birlikdə Xaldan kəndinə Azərin yaşadığı ünvana getmişdir. X5 Azərə narkotik tərkibli bitki əkməsi barədə daxil olmuş məlumatı elan etmişdir. Bundan sonra Azərin yaşadığı evin yaxınlığında yerləşən istifadə etdiyi həyətyanı torpaq sahəsinə baxış keçirilməyə başlanılmışdır. Polis əməkdaşı Sirac Fərəcov kamera cihazı vasitəsi ilə video çəkiliş aparmışdır. X5 Azərdən torpaq sahəsinə baxış keçirilməsinə etirazının olubolmadığını soruşmuşdur. Azər baxışın keçirilməsinə etirazının olmadığını demişdir. Azər həyətyanı torpaq sahəsinin istifadəsində olduğunu demişdir. X5 baxışda iştirak etmiş şəxslər barədə məlumat vermişdir. Bundan sonra onlar həyətə daxil olmuşlar. Həyətin kənarları böyürtkən kolu, çinar və digər ağaclarla tam əhatələnmiş, mərkəzi hissəsi isə otlaq sahədən ibarət olmuşdur. Baxış zamanı həyətin sol kənarında yerləşən böyürtkən kolunun kənarında içərisi torpaqla doldurulmuş bir-birindən bir neçə metr məsafə aralı olan dörd ədəd qabda hər birində bir ədəd olmaqla cəmi dörd ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilərin kökü torpaqda olmaqla şaquli vəziyyətdə böyümüş, yaxşı inkişaf etmiş və yetişmiş vəziyyətə çatmışdır. Çətənə bitkiləri qablarda xüsusi qaydada əkilmiş, su verilmiş və insan tərəfindən qulluq edilmişdir. Çətənə bitkiləri tünd yaşıl rəngli olmaqla spesifik iyə malik olmuşdur. Bitkilərin hər birinin hündürlüyü 105 sm-dən 115 sm-dək olmuşdur. Bu səbəbdən o, çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Azər narkotik tərkibli dörd ədəd çətənə (kannabis) bitkilərini 2021-ci ilin aprel ayında əkdiyini, mütəmadi olaraq bitkilərə su verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarından biri həmin dörd ədəd çətənə bitkilərini kökündən çıxarmışdır. Dörd ədəd çətənə bitkiləri bir ədəd sintetik kisədə qablaşdırılmışdır. Elnur Cəlilov içərisində dörd ədəd çətənə bitkisinin olduğu bir ədəd sintetik kisəni götürmüş və tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərəcəyini demişdir. Bundan sonra Azərin istifadəsindəki həyətyanı torpaq sahəsinə keçirilmiş baxış başa çatmışdır. Baxışdan sonra o, mütəxəssis rəyi tərtib edərək Elnur Cəlilova təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan Yevlax rayonu, Xaldan kəndində yerləşən torpaq sahəsinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, həyətin sol kənarında yerləşən böyürtkən kolunun kənarında içərisi torpaqla doldurulmuş bir-birindən bir neçə metr məsafə aralı olan dörd ədəd qabda hər birində bir ədəd olmaqla cəmi dörd ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkilər aşkar edilərək kökündən torpaqdan çıxarılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2021-ci il tarixli 17/439 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs tərəfindən əkilibbecərilmiş 4 ədəd çətənə kolları” sözləri və imzalar yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 105 sm-dən 115 sm-dək, ümumi təmiz çəkiləri-285,00 qram olan 04 (dörd) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid3 16 iyun 2021-ci il tarixli rəyinə əsasən 04 (dörd) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətənə bitkilərinin ümumi təmiz çəkisi-285,00 qram, tədqiqata sərf edildi-0,20 qram, (hər bitkidən 0,05 qram), qalıq-284,80 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 16.06.2021-ci il tarixli aqronom-mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Xaldan kəndində yerləşən faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsinədən Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq ona təqdim edilən dörd ədəd dipçəkdə əkilmiş bitki çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kollarına arqotexniki qaydada qulluq edilmişdir. Bitki kolları tünd-yaşıl rəngli, spesifik iyə malikdir. Hər birinin hündürlüyü 105 sm-dən 115 sm-dir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 10 avqust 2021-ci il tarixli, 937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 Xaldan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 iyun 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 284,80 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kobinetdə proflaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayon ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Xaldan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulmalı, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dör) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir gün iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kobinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Yevlax rayonu ərazisini, eləcə də saat 23:00-dan saat 07:00-dək yaşayış yeri olan Yevlax rayonu, Xaldan kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 284.80 qram çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlı̇ k edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-141/2021
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-141/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver