Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-141/2023 27.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1980-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Yevlax şəhəri Q.Quliyev küçəsi ev7, mənzil 1-də qeydiyyatda olan yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 sentyabr 2023-cü il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,517 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib qanunsuz olaraq üzərində saxlamış, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə ünvan 1 ünvanında saxlanılaraq Yevlax RPŞ-nə gətirilib videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə etməklə saxladığı 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə, çəkisi 0,517 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri E.Məmmədov küçəsi ilə piyada gedərkən tapmış və həmin bükümü götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğunu, özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 20 may 2023-cü il tarixdə yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsində yol kənarında olarkən iki nəfər mülki geyimli geyimli polis əməkdaşı ona yaxınlaşaraq onun narkotik vasitəni üzərində saxlamasında şübhəli olduğunu və onlarla birlikdə Yevlax rayon polis şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Yevlax rayon polis şöbəsinin inzibati binasına gəmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən saxladığı bir ədəd kağız bükümdə olan narkotik vasitə heroini çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmişdir. Baxış zamanı bükümdə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra onun iştirakı ilə həmin bükümü elektron tərəzidə çəkmişlər, bükümün çəkisi 0,63 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq o, həmin narkotik vasitəni yerdən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmışdır. Protokol tərtib edilmiş ona ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o, həmin protokolu imza etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, hazırda ağır səstəlikdən əziyyət çəkdiyini və himayəsində 6 nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 Rəfael oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və istehlakı ilə məşğul olması barədə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məlumat daxil olmuşdur. O, həmin günü polis əməkdaşı olmuş mərhum Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsinə getmişdir. Onlar Təqsirləndirilən şəxs Yevlax şəhəri E.Məmmədov küçəsində görərək Siyasətə yaxınlaşmışlar və qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X5a təhvil vermişlər. Daha sonra Şahid2 və vəkil Sevda Bəkirovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirtmişdir. Şəxsi axtarış və götürmə Yevlax RPŞ-nin KTQ-nin ekspert-kriminalisti X6 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra üzərində narkotik vasitə və ya psixotrop maddə, həmçinin hər hansi bir qanunsuz əşya, predmetin olub-olmadığı soruşulmuş və olduğu halda təhvil verilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üstünə baxış zamanı başqa əşya aşkar edilməmiş və götürülməmişdir. X5 Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret kağıza bükülmüş bükülünün nə olduğunu soruşduqda o, həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə tapdığını, özünün də narkotik vasitədən istifadə etdiyini, bu məqsədlə həmin narkotik vasitəni üzərində saxladığını, satış məqsədinin olmadığını, bildirmişdir. Bundan sonra Şamil Xəlilov tərəfindən həmin kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,63 qram olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cinayəti törətməkdə şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(039)-63/2023 saylı qərarından görünür ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 17/411 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən aşkar edilmiş bir ədəd siqaret kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qaraağ rəngli kağız bükümdə təmiz çəkisi - 0,517 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 0,517 qr, tədqiqata sərf edildi – 0,050 qr, qalıq – 0,467 qr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən narkoloji ekspertizasının 01 avqust 2023-cü il tarixli 1282 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixdə Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,467 qram olan narkotik vasitə heroin maddi subut kimi tanınaraq saxlanılması üçün Yevlax RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Dağıstan Respublikası Lenin rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 3-cü hissəsinin a bəndi, 226-cı maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda qonşular arasında müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61- ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarxədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.467 qram heroin hökm qanuni qüvvəsi aldıqdan sonra məhv edilməli, hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 03 (üç) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 may 2023-cü il tarixdən 22 may 2023-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0.467 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi istintaq hərəkətinin aparılmasını əks etdirən kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 03 (üç) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 21 (iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-141/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-141/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver