Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-141/2024 04.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, açıq məhkəmə iclasında Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 03:05 radələrində idarə etdiyi “Mercedes-Benz Viano” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Yevlax rayonu Aran qəsəbəsi ərazisindən keçən 303-cü kilometrliyində, Qazax rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman “X9" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni o yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına maneə yaratmamalı olduğu halda bunu bunu etməyərək, avtomobilin qabaq hissəsi ilə qarşıda yolun sol hissəsində dayanmış 2 baş iribuynuzlu heyvanı yolun mərkəzi hissəsindən keçən ağ qırıq-qırıq xətdən sola doğru 3.8 metr məsafədə vuraraq avtomobilin idarəetməsini itirib avtomobili yolun sağ hərəkət zolağının kənarında yerləşən meşəsalma zolağında olan ağaclara vurmuş, nəticədə o, ehtiyyatsızlıqdan sərnişini Zərərçəkmiş şəxs alın sümüyünün qəlpəli sınığı, sol bud başının sınığı-çıxığı, başın əzilmiş yarası xəsarəti ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı idarə etdiyi “Mercedes-Benz Viano” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin avtomobillə yaşadığı Ağstafa rayonundan Bakı şəhərinə sərnişin daşımaqla ailəsini dolandırmışdır. xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində idarə etdiyi “Mercedes-Benz Viano” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolu ilə Qazax rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman yolun Yevlax rayonu Aran qəsəbəsi ərazisndən keçən hissəsində qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan dövlət qeydiyyat nişanını xatırlamadığı “Kamaz” markalı yük avtomobilini ötərkən yolun sol hissəsində 3 baş iribuynuzlu heyvanın dayandığını görmüşdür. Avtomobili sağa çəkmək istəmiş, lakin “Kamaz” markalı yük avtomobili ilə toqquşacağını görüb yenidən avtomobili sola doğru çəkmişdir. Bu zaman heyvanlardan yayına bilməmiş, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə heyvanlardan 2 başını vurmuş, zərbənin təsirindən avtomobili istiqamətini sağa doğru dəyişmiş və yolun sağ hərəkət hissəsinin kənarında yolun dərəsində ağaclara dəymişdir. Onu və sərnişinlərini Mingəçevir RMX-na aparmışlar. Avtomobilində ağır xəsarət almış Zərərçəkmiş şəxs tərəfindən yardım göstərilmiş, müalicə xərcləri qarşılanmışdır. Sonda ondan barışıq ərizəsi almışdır. Barəsində olan material bəraetverməyən əsaslarla xitam olunmuşdur. Sonradan Misir ondan əlavə pul istəmiş, lakin özü də hadisə nəticəsində xəsarət aldığına və maddi imkanı olmadığına görə onun tələb etdiyi pulu verə bilməmişdir. Nəticədə Misir ondan şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ziyanı tam ödəmişdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzəzrə alınaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Bakı Beynəlxalq Avtovağzalına gəlmişdir. Avtovağzalın yaxınlığında “X12” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəmkir rayonuna getdiyini öyrənib həmin avtomobilin qabaq sərnişin yerinə əyləşmişdir. Sürücü başqa bir neçə nəfər sərnişin də götürüb yola çıxmışdır. Bakı-Qazax-Gürcüstan yolu ilə Şəmkir rayonu istiqamətində hərəkətə başlamışlar. Yorğun olduğu üçün yuxulamışdır. Onlar hərəkətdə olarkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi sürücü Yevlax rayonu Aran qəsəbəsindən keçən hissədə yolda olan iri buynuzlu heyvanı vurub yoldan çıxaraq yolun kənarındakı meşə zolağına düşmüşdür. Qəza baş verəndə ayılmışdır. X13 avtomobili Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Oradan onu Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Ağır xəsarətər aldığına görə cərrahiyə əməliyyatları keçirtmişdir. Həmin ərəfədə Xəyalın onunla münasibətləri yaxşı olmuşdur, ona əməliyyat xərclərini ödəmək üçün maddi yardım göstərmişdir. İlkin araşdırma zamanı Xəyaldan şikayətçi olmamış, notarial qaydada ərizə vermişdir. Xəyal ona davamlı olaraq maddi yardım göstərəcəyinə əlavə xərclərini də ödəyəcəyinə söz vermişdir. Lakin hadisədən 2 ay keçəndən sonra Xəyaldan pul istədikdə, ona pul verməmişdir. Məcbur olub şikayət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır və fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə o və ailə üzvləri, yəni əri Şahid2, qızları Şahid3, Şahid4 və kürəkəni X5 ilə birlikdə Bakı şəhərində keçirilən bacısı övladının toy mərasimində iştirak etmək üçün Bakı şəhərinə getmişdirlər. Həmin gün toy mərasimində iştirak etdikdən sonra gecə, yəni xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhəri Beynəlxalq Avtovağzalına gəlmişlər və yaşadığı Tovuz rayonuna getmək üçün avtovağzalın yaxınlığından “Mercedes-Benz Viano” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yola düşmüşdürlər. Həmin gecə saat 03:05 radələrində “Mercedes-Benz Viano” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobillə Bakı-Qazax-Gürcüstan yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən yolun Yevlax rayonu ərazisindən keçən hissəsində yolda olan 2 (iki) baş iribuynuzlu heyvanları vurub idarəetmədən çıxıb yol kənarında olan meşəsalma zolağına düşmüş, hadisə zamanı o və ailə üzvləri xəsarət almışdırlar. Hazırda isə onun və ailə üzvlərinin səhhəti yaxşıdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2, Şahid3, Şahid4 və X5 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişdirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş 15.10. 2023-cü il tarixli, 622 №-li rəydən görünür ki, Şahid1 aşkar edilmiş xəsarət-sağ baldırın iri ölçülü dərialtı hemotoması, qançırı və əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozuntusna səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 623 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-alın sümüyünün qəlpəli sınığı, sol bud başının sınığı-çıxığı, başın əzilmiş yarası küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində tprənməsi istisna edilmir. Qeyd edilən xəsarətlər törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 624 №-li rəydən görünür ki, Şahid2 aşkar edilmiş xəsarət-aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiət olunan sol diz oynağının şişkinliyi, sol baldırın iri ölçülü dərialtı hematoması, qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 625 №-li rəydən görünür ki, Şahid4 aşkar edilmiş xəsarət-hər iki gözün ağlı qişasına qansızma ilə müşaiət olunan hər iki gözaltı nahiyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində tprənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 626 №-li rəydən görünür ki, X3 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır,sıyrıq,şişkinlik və.s) aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 627 №-li rəydən gprünür ki, Şahid3 bədənində aşkar edilmiş xəsarət-sifətin sol yarısının şişkinliyi və qançırı, sol gözün ağlı yayılmış qişasına küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 628 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarət-sağ bud sümüyünün sınığı bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7 noyabr 2023-cü il tarixli HK-1/1162 saylı rəydən görünür ki, “X12” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023cü il tarixli, 1578 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ Tovuz RQİTBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AE 315160 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşdə olan xx.xx.2022-ci il tarixli, ƏN-VİN 084385 saylı etibarnamənin surətindən görünür ki, «X12» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X8 11 mart 2025-ci il tarixədək idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. İşdə olan DİN-in BDYPİ-nin QİS-in 16 noyabr 2023-cü il tarixli 3-13-16-3/7921/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-cixx.xx.2017-ci ildə AE serialı 432083 nömrəli “BC” kateqoriyalı sürücil tarixdə AE 315160 saylı «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və Təqsirləndirilən şəxs Sulduz oğlunun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini, onun ərizəsində göstərdiyi halları, eləcə də zərərçəkmiş şəxsin ərizəsini və digər iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən (20 oktyabr 2017-ci il tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2017-ci il, № 247) ilə 263-cü maddənin “Qeyd” hissəsinə yeni məzmunda 2-ci bənd əlavə edilmişdir) bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan “X12» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. X1 məhkəmə zamanı dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma 4 saat üçün hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “X12» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasına hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesaba köçürülsün. Dövlət hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 24 manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunu vəkili X4 ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-141/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-141/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver