Məhkəmə qərarları › İş №1(039)-141/2025

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-141/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-141/2025 19.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X8 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən xx.xx.2026-cı il tarixdə cəzadan azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan metadonu əldə etmiş, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş, ümumilikdə 05 ədəd bozumtulqəhvəyi rəngli, dərman tabletlərinin tərkibində ümumilikdə 0,20 qram miqdarında narkotik vasitə olan metadon tabletlərini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək həmin metadon tabletlərindən 02 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş, ümumilikdə 02 ədəd bozumtul-qəhvəyi rəngli, dərman tabletlərinin tərkibində ümumilikdə 0,08 qram miqdarında narkotik vasitə olan metadon tabletlərini 27 may 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı Yevlax şəhəri, Ə.Firdovsi küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin qarşısında tanışı, Naftalan şəhər sakini Şahid3 100 manat pul müqabilində satmış, qalan 03 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş, ümumilikdə 03 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,12 qram miqdarında narkotik vasitə olan metadon tabletlərini isə qəsdən satış məqsədilə üzərində saxlamış, Naftalan rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid3 31 may 2025-ci il tarixdə saat 09:30 dəqiqədə Naftalan şəhəri, Habil Əliyev küçəsi, 7-də yerləşən çox mənzilli yaşayış binasının yaxınlığında Naftalan rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq o, Naftalan rayon polis şöbəsinə gətirilib həmin günü saat 13:36-dan saat 13:57-dək olan müddət ərzində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış nəticəsində onun əynində olan şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs pul müqabilində aldığı 02 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş, ümumilikdə 02 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,08 qram miqdarında narkotik vasitə olan metadon tabletləri aşkar edilərək götürülmüş, Naftalan rayon polis şöbəsinin və Yevlax rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2025-ci ildə saat 21:05-də Yevlax şəhəri, İnşaatçılar küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq o, həmin günü Yevlax RPŞ-nə gətirilib 03 iyun 2025-ci il tarixdə saat 01:08-dən 01:35-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində onun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədilə saxladığı 03 ədəd blister kəsiyində üzərlərində “F/M40” yazısı həkk olunmuş, ümumilikdə 03 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,12 qram miqdarında narkotik vasitə olan metadon tabletləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayından Naftalan şəhər sakini Şahid3 adlı şəxslə tanış olmuşdur. 27 may 2025-ci il tarixdə təxminən saat 14-15 radələrində Şahid3 ona zəng edərək, Qəbələ rayonuna gedəcəyini, ona tərkibində narkotik vasitə olan ağrıkəsici dərman lazım olduğunu demişdir. O, da Şahid3 yaşadığı evdə olduğunu evə gəlib dərmanı götürməsini demişdir. Danışıq zamanı Şahid3 ondan 2 ədəd metadon həb və qurudulmuş marixuana istəmişdir. Daha sonra o, ona verəcəyi narkotik vasitənin müqabilində ondan 100 manat istəmiş və istifadə etdiyi Kapital Bank-a məxsus 4169- 7388-6209-4137 saylı bank kartının rekvizitlərini Şahid3 göndərərək 100 manat köçürməsini istəmişdir. Şahid3 həmin gün, saat 17:21-də göstərilən karta 100 manat köçürmüşdür. Təxminən saat 20 radələrində Şahid3 **-CG-*** dövlət nömrə nişanlı “VAZ 21074” markalı nəqliyyat vasitəsi ilə ünvan 2 ünvanına gəlmişdir. O, həmin gün qurudulmuş marixuana əldə edə bilmədiyi üçün yalnız bir ədəd metadon həbini Şahid3 vermişdir. Şahid3 həmin dərmanı yerindəcə istifadə etdikdən sonra avtomobilə əyləşib oradan uzaqlaşmışdır. 28 may 2025-ci il tarixdə axşam saatlarında Şahid3 Qəbələdən qayıtdıqdan sonra onunla görüşmüş, ondan metadon həb istəmiş və bir ədəd həb ona təqdim etmişdir. 02 iyun 2025-ci il tarixində, saat 21 radələrində tanışı, taksi fəaliyyəti ilə məşğul olan Pərvin adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə şəxsi işi ilə gedərkən, “Kia” markalı avtomobilin onların avtomobilini işarə verib saxlatdığını və avtomaşından bir neçə şəxs düşüb onların avtomaşınına yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduğunu bilmişdir. Həmin vaxt əyləşdiyi avtomobilin sürücüsü Pərvinə tez avtomobili sürməsini demiş və polis əməkdaşlarını qorxutmaq məqsədilə üzərində olan bıçaqla ayaq hissəsinə xəsarət yetirmişdir. Onların qaçdığını görən polis əməkdaı avtomobilin təkərlərinə iki dəfə atəş açmışdır. Müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri video və foto çəkiliş vasitəsilə ona izah olunduqdan sonra, üzərində olan əşyaların, o cümlədən narkotik vasitələrin könüllü təqdim olunması təklif edilmişdir. O əynindəki tünd göy rəngli cins şalvarının sağ cibində yerləşən 3 ədəd metadon həbini masanın üzərinə təqdim etmişdir. Onun iştirakı ilə metadon həbləri elektron tərəzi ilə çəkilmiş və həblər ekspertizaya göndərilməsi üçün bir ədəd ağ rəngli kağız zərfin üzərləri imzalanmış və DİN 148 saylı möhürlə möhürlənmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq hissi keçirdiyini və müharibə iştirakçısı olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidən, qonşuluq münasibətləri əsasında tanıyır. Taksi fəaliyyəti ilə məşğul olur. 02 iyun 2025-ci il tarixdə, saat 20 radələrində özünə məxsus avtomobillə hərəkətdə olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona əl işarəsi ilə avtomobili saxlamağı bildirmiş və əgər şəhər istiqamətində gedirsə, onu da aparmasını xahiş etmiş və Təqsirləndirilən şəxs avtomobilə əyləşmişdir. Bir müddət hərəkət etdikdən sonra, Rasim dediyi küçəyə çatdıqda Rasimi düşürtmək üçün avtomobili saxlamışdır. Həmin vaxt markasını bilmədiyi bir avtomobil onların yanından yavaş sürətlə keçib getmişdir. Bu vaxt iki nəfər mülki geyimli şəxs onun avtomobilinə yaxınlaşmaq istəyən zaman Rasim ona avtomobli sürməsini demişdir. Rasimin həmin şəxslərlə dava-dalaş edəcəyini fikirləşib avtomobili hərəkətə gətirmişdir. Bir az getməmiş avtomobilinə arxadan iki dəfə atəş açılmışdır. Markasın bilmədiyi avtomobil onun avtomobilini yanlayaraq saxlamasını bildirkdə, qabaq sol oturacaqda əvvəllər tanıdığı polis əməkdaşı Teymurun olduğunu görmüşdür. Teymura artıq evlərinə çatdığnı və avtomobilini orada saxlayacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt özündə olan bıçaqla polis əməkdaşlarını qorxutmaq məqsədi ilə özünə xəsarət yetirəcəyini deyirdi. Lakin açılan atəşdən sonra qorxduğu üçün Rasimə fikir verməmişdir. Avtomobili saxladığqdan sonra polis əməkdaşları Rasimi apardılar və ona da, polis şöbəsinə gəlib izahat verməyini dedilər. Rasimin avtomaşına minərkən üzərində narkotik vasitə olduğunu bilməmişdir. Rasimi avtomaşına müştəri kimi mindirmişdir. Həmin vaxt Rasim ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili dindirilmiş Şahid2 Rəfail oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Naftalan RPŞ tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün kömək göstərilməsi xahiş olunmuşdur. Bu səbəbdən Naftalan RPŞ-nin əməkdaşları ilə birgə, Təqsirləndirilən şəxs saxlanılması istiqamətində tədbirlər görülməyə başlanılmışdır. Həmin gün əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs saxlanıllb və üzərinə baxış keçirilməsi məqsədi ilə Naftalan RPŞ-nin CAB-nin rəisi Şahid1 və KMQ-nin baş əməliyyat müvəkkili Vüqar Məmmədov ilə birlikdə Yevlax şəhəri, İnşaatçılar küçəsinə Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan Şahid4 məxsus “Opel Astra” markalı avtomobildə olduğunu bilmişlər. Həmin avtomobili müşayət edən zaman avtomobil dayanmış və onlar avtomobilə yaxınlaşan zaman “Opel Astra” markalı avtomobil hərəkətini davam etdirərək getmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmasını və sürücü Şahid4 həyatına real təhlükə yaradan cinayətin qarşısı almaq məqsədi üzərində olan tabel silahı ilə “Opel Astra” markalı avtomobilin təkərlərinə 02 dəfə atəş açmışdır. “Opel Astra”markalı avtomobili yanlayan zaman Rasimin əlinə blçaq özünə xəsarət yetirdiyini və sürücünü hədələdiyini görmüşdür. Yevlax şəhəri inşaatçılar küçəsində həmin avtomobili saxlamışlar və Rasimi tutmuşlar. Həmin vaxt Rasimin sağ ayağında xəsarətlər olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs saxlanılaraq əvvəlcə Yevlax RMX-ya, sonra isə Yevlax RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun əməkdaşı X1 hüquqlarını müdafiə etməsini istəmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Rasim əynində olan cins şalvarının sağ cibində saxladığı 3 ədəd qəhvəyi konvalyut kəsiyində metadon həbinə bənzəyən maddəni könüllü şəkildə çıxararaq təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hərdən narkotik vasitə istifadə etmişdir. Son zamanlar narkotik vasitəni tərgitmək istəmiş və ona məsləhət görmüşlər ki, tərkibində narkotik vasitə olan ağrıkəsici metodon dərmanı istifadə etsin. 2025-ci ilin yanvar ayında Yevlax rayon sakini Rasim adlı şəxslə tanış olmuş, Rasim lazım olarsa ona metodon dərmanı təşkil edəcəyini bildirmişdir. Rasim özünə məxsus ***-***-**-** nömrəli nömrəsində ona vermişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında özünə məxsus ***-***-**-** nömrəli telefonunun «Whatsap» proqramı ilə Rasimə məxsus ***-***-**-** nömrəli telefonuna zəng edib danışmış və Rasim ona olduğu ünvanı demiş o, ünvan 3 küçədə onunla görüşmüş və ondan 2 ədəd methadone 40 həbləri və bir büküm marixuana almışdır. Rasimə verməyə nəqd pulu olmadığına görə Rasim ona istifadə etdiyi 4169- 7388-6209-4137 nömrəli bank kartının nömrəsin vermiş o, da telefonunda olan «M10» proqramı ilə həmin kart nömrəsinə 100 manat pul göndərmiş və sonra çıxıb getmişdir. Marixuananı istifadə etmiş, metodon həbləri isə gələcəkdə istifadə etmək üçün üstündə gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o, Naftalan şəhəri, H.Əliyev küçəsində gedərkən onu Naftalan RPŞ-nin polis əməkdaşları saxlamış və onu polis şöbəsinə aparıb müdafiəçinin iştirakı ilə üstünə baxış keçirərkən Rasimdən aldığı 2 ədəd methadone 40 həbləri üzərindən aşkar edilərək götürülmüş və həmin həbləri pul müqabilində Yevlax şəhər sakini Rasim adlı şəxsdən aldığını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Naftalan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(052)-2/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2080 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 148” möhür əksi, “şübhəli olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” və.s yazılar adlar, soyadlar, imzalar olan kağız paketdəki 03 ədəd bister kəsiyində üzərindədə “FM40” yazısı hək olunmuş ümumilikdə 03 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,12 qram narkotik vasitə-metadon müəəyyən edilmişdir. Metadon tabletlərim xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Qeyd: Metadon 03 tablet, tədqiqata sərf edildi 02 tablet, qalıq 01 tablet. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılmasından ötrü icraata qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilməklə istintaqın davam etdirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış, istintaq aparılmasından ötrü icraata qəbul edilmiş və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməsi ibtidai istintaqın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-123/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 289376/2 nömrəli məktubundan görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)- 123/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, lakin elektron nəzarət vasitəsi çatışmamazlığından məhkuma elektron nəzarət vasitəsi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs cəzasından 07 ay 28 gününü çəkmiş, 01 il 03 ay 28 günü çəkilməmiş olaraq qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2026-cı il tarixli Amnistiya aktının tədqiq edilməsi barədə qərarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-ci bəndinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Yevlax şəhər İHB-nın 1 saylı İnzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1532 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Hal hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 118177 nömrəli vəsqiənin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Fizulinin və Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Fizulinin, Xocavəndin azad olunmasına görə və vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Yevlax rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 02 iyun 2025-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan bıçağı sərnişin qismində əyləşdiyi Opel Astra” markalı, **-OY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid4 tutaraq avtomobili sürməsini tələb etməsinə görə, Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmasını və Şahid4 həyatına real təhlükə yaradan cinayətin qarşısı almaq məqsədi ilə Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Rəfail oğlu üzərində olan “Makarov” markalı tabel silahı ilə “Opel Astra” markalı avtomobilin təkərlərinə 02 dəfə atəş açmış və avtomobili saxlatmışdır. Beləliklə, müəyyən olunmuşdur ki, Yevlax RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Rəfail oğlu hadisə vaxtı “Makarov” markalı tabel silahından şəxsin həyatına real təhlükə yaradan cinayətin qarşısı almaq məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə etmişdir. Eyni zamanda tərəfimdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Yevlax RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Rafail oğlu və digər polis əməkdaşları tərəfindən yaxalanan zaman öz üzərində olan bıçaqla polis əməkdaşlarını qorxutmaq məqsədi ilə özünün sağ diz nahiyəsinə vuraraq “Sol bud nahyəsinin deşilmiş yarası” ilə müşayiət olunan, dərəcəsi sağlamlığa Yüngül zərər vuranxəsarət yetirmişdir. Təqsirləndirilən şəxs intihar etmək məqsədi olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, məhkəməyədək və məhkəmə istintaq dövründə şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitə metadon həbi tabletlərini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 27-ci bəndinə əsasən, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarına əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə iştirakçısı olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(039)-123/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2026-cı il tarixli Amnistiya aktının tədqiq edilməsi barədə qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-ci bəndinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(039)-123/2024 saylı hökmü ilə təyin edilmiş cəza azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından, CM-in 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilə bilməz. Barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1532 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yevlax RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,12 qram narkotik vasitə 01 tablet metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 (üç) ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əasaən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 8 saat hüquqi yardıma görə Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 88 (səksən səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə digər maddi sübut 03 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Yevlax RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,12 qram narkotik vasitə 01 tablet metadon həbi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 8 (səkkiz) iş saatı üçün cəmi 88 (səksən səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar