Məhkəmə qərarları › İş №1(039)-142/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-142/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-142/2021 28.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli 1(039)-05/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 19 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində 08 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, Şəki Tayı küçəsi, ev 16-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə-heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 0,358 qram miqdarında narkotik vasitə-heroin əldə edərək əynindəki şalvarının sağ yan cibində bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 06 iyul 2021-ci il tarixdə saat 11:30 radələrində, Yevlax şəhəri, Pişəvəri küçəsi köhnə “İstisu” mehmanxanasının qarşısında saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 11:55 dəqiqədən saat 12:20 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,358 qram miqdarında narkotik vasitə-heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Təxminən bir il olardı ki, narkotik vasitə-heroindən istifadə etmişdir. Bədənində ağrılar olduğu üçün heroin istifadə etməyə məcbur olmuşdur. Hər gün ən azı iki dəfə heroin istifadə etmişdir. 06 iyul 2021-ci il tarixdə səhər saatlarında Yevlax şəhəri, Pişəvəri küçəsində olmuşdur. Həmin vaxt yolun kənarında yerdə bir ədəd gümüşü rəngli kağız bükümün olduğunu görmüşdür. Həmin bükümü götürüb açmış və içərisində təxminən 0,3- 0,4 qram miqdarında heroin olduğunu görmüşdür. Həmin heroini istifadə etmək üçün götürüb əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 11:30 radələrində Pişəvəri küçəsində köhnə “istisu” mehmanxanasının yaxınlığında olarkən, Yevlax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə-heroin istifadəsi ilə məşğul olduğunu, üzərində həmin maddədən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının onu polis şöbəsinə getməkdən və polis şöbəsində üzərində şəxsi axtarış aparılmasına heç bir etiraz etməmişdir. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğunu bildirib onu tutmuşdur. Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Zaur Bərxudarovu özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Zauru Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş, üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibində olmuş bir ədəd gümüşü rəngli bükümdəki heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, bükümün içərisindəki maddənin heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və özü istifadə etmək üçün üzərində saxladığını demişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 06 iyul 2021-ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxxxxx 1998-ci ildə Yevlax şəhərində doğulduğunu, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunduğunu, Yevlax şəhəri, Şəki Tayı küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Orxanın cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Orxanın barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması barədə qərar qəbul etmişdir. Yevlax rayon polis şöbəsinin 06 iyul 2021-ci il tarixli Ə384-195-21 saylı əmri ilə onun, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı X3 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 11 radələrində o, polis əməkdaşı Şahid2la birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri Pişəvəri küçəsinə getmişdir. Saat 11:30 radələrində Orxanın həmin küçədə köhnə “İstisu” mehmanxanasının qaşısında olduğunu görmüşlər və Orxana yaxınlaşmışlar. O, Orxana qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Orxanın saxlanılıb üzərində şəxsi axtarış aparılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini və üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Orxan üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Orxanın üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, Nuğayla birlikdə Orxanı Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X4a təhvil vermişlər. O, Orxanın gətirilməsi barədə raport yazmışdır. Mehman Əsədov onun tərtib etdiyi sənədlər əsasında Orxanı şübhəli şəxs qismində tutmuşdur. Orxan Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X5 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Mehman Əsədov onun, Şahid2 və Zaur Bərxudarovun iştirakı ilə Orxanın üzərində şəxsi axtarış aparmışdır. Yevlax rayon polis şöbəsinin baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. X7 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Şəxsi axtarış zamanı Orxan əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdəki heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X4 bir ədəd kağız bükümü açmış, bükümün içərisində narkotik vasitə-heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Orxan həmin maddənin heroin olduğunu, heroini həmin gün Yevlax şəhəri ərazisində küçədə yerdən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Orxanın üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Təqsirləndirilən şəxs 0,358 qram miqdarında heroini istifadə etmək üçün əldə etmiş və üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. Yevlax şəhəri, Şəki Tayı küçəsi, ev 16-da qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etməsi, saxlaması və istehlakı ilə məşğul olması barədə 06 iyul 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində qərar qəbul etmişdir. Həmin gün saat 11:30 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs Yevlax şəhəri Pişəvəri küçəsində köhnə “İstisu” mehmanxanasının qaşısında saxlayıb Yevlax rayon polis şöbəsinə gətirmiş və X4a təhvil vermişlər. Mehman Əsədov ona Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacağını, kamera vasitəsi ilə video çəkiliş aparmağını demişdir. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışda vəkili Zaur Bərxudarov, polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişdir. Şəxsi axtarış zamanı Orxan əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdəki heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. X4 bir ədəd kağız bükümü açmış, bükümün içərisində narkotik vasitəheroinə bənzər maddənin olduğu məlum olmuşdur. Orxan həmin maddənin heroin olduğunu, heroini həmin gün səhər saatlarında Yevlax şəhəri ərazisində küçədə yerdən tapıb əldə etdiyini, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Mehman Əsədov heroinə bənzər maddəni bükümü ilə birlikdə bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra Orxanın üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Mehman Əsədov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 11 dəqiqə 29 saniyə müddətində olan videoçəkilişi bir ədəd diskə köçürüb Mehman Əsədova təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan gümüşü-ağ rəngli kağız bükümü əynindəki şalvarının sağ yan cibindən çıxardaraq könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2021-ci il tarixli, 17/490nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi–0,358 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi- 0,358 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,308 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 1048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 1(039)-114/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 (üç) il 02 (iki) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 14 may 2014-cü il tarixdən 03 sentyabr 2014-cü il tarixə həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə təyin edilən 02 (iki) il 10 (on) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli 1(039)-05/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 may 2016-cı il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Yevlax rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməklə dəyişdirilmişdir. 19 mart 2021-ci il tarixdə cəzasının sonu ilə asad olunmuşdur. İş materiallarında göründüyü kimi Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmişdir. Lakin o, cinayət törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər cəza təyini zamanı nəzərə alınmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 4(039)-86/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 06 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 0,308 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 06 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,308 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 (on bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar