Məhkəmə qərarları › İş №1(039)-142/2022

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-142/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-142/2022 30.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxx 1982-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 18 fevral 2022-ci il tarixdə «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yevlax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını qəsdən yandırmaqla məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs məxsus olmaqla ata mülkü hesab edilən Yevlax rayonunun Salahlı kəndində yerləşən yaşayış evinin bacısının mülkiyyətinə keçməsinə görə aralarında yaranmış mübahisə ilə əlaqədar həmin evi qəsdən yandırmaq qərarına gələrək bu niyyətini həyata keçirmək üçün bacısı Zərərçəkmiş şəxs həmin evdə olmadığını bilərək yaşadığı Mingəçevir şəhərindən 14 fevral 2022-ci il tarixdə saat 22 radələrində Yevlax rayonunun Salahlı kəndinə bacısı Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinin yaxınlığına gələrək hasardan aşmaq yolu ilə həyətə daxil olduqdan sonra Zərərçəkmiş şəxs evdə olmamasına əmin olduqdan sonra sonuncuya məxsus olan ümumi dəyəri 19584 (on doqquz min beş yüz səksən dörd) manat olan daşıyıcı divarları, mişar daşından və çay daşından tikilmiş tikinti sahəsi 163.2 kvadratmetr olan 5 otaqlı kürsülü fərdi yaşayış evini, içərisində olan əşylarla birlikdə qəsdən yandırmaq məqsədilə əlindəki közərmiş halda olan siqareti qəsdən pəncərənin açıq halda olan hissəsindən evin içərisində olan parça materialdan olan divanın üzərinə ataraq evdə qəsdən yanğın törədib Zərərçəkmiş şəxs məxsus olan ümumi dəyəri 19584 (on doqquz min beş yüz səksən dörd) manat olan daşıyıcı divarları, mişar daşından və çay daşından tikilmiş tikinti sahəsi 163.2 kvadratmetr olan 5 otaqlı kürsülü fərdi yaşayış evini və evin içərisində olmuş Zərərçəkmiş şəxs məxsus olan işlənməmiş vəziyyətdə 1100 manat dəyərində 10 ədəd döşəyi 120 kiloqram qoyun yunu ilə birlikdə, 700 manat dəyərində 10 ədəd yorqanı 40 kiloqram qoyun yunu ilə birlikdə, 350 manat dəyərində 9106 modelli “Evimsaray Artemiz” firmasına aid 7 ədəd qazan dəstini, 600 manat dəyərində 6872 modelli “Karaca” firmasına aid boşqab dəstini, 1000 manat dəyərində xurustal materialdan olan 3 ədəd qənd qabını və 3 ədəd meyvə qablarını, 200 manat dəyərində “Karaca” firmasına aid bahalı şüşədən su-sok içmək üçün dəstini, 150 manat dəyərində “Karaca” firmasına aid qaşıq-çəngəl, bıçaq dəstini, 100 manat dəyərində “Karaca” firmasına aid bıçaq dəstini, 1600 manat dəyərində “Samsunq RB37A5070B1/WT” markalı soyuducunu, 1000 manat dəyərində “Samsunq UE-43AU7140” markalı 109 ekranlı (43 düyüm) televizoru, 1000 manat dəyərində müxtəlif sayda əl, mətbəx, hamam dəsmallarını, yorqanı, döşək üzlərini, süfrələri, üç dəst yataq çarpayısının örtüklərini, işlənmiş vəziyyətdə ümumilikdə 200 manat dəyərində 6 ədəd çarpayını və 4000 manat dəyərində “Krasnodar” firmasına aid mebel dəstini yandırmaqla məhv edərək ümumlikdə Zərərçəkmiş şəxs 31584 (otuz bir min beş yüz səksən dörd) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin xeyli miqdarda əmlakını yandırmaqla məhv etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, atası Xudayarın Yevlax rayonu, Salahlı kəndində evi vardır. Atası öldükdən sonra bacısı Zərərçəkmiş şəxs evi öz adına keçirtmişdir. Bacısı ilə evin bölüşdürülməsi üstündə mübahisələri olsa da, bacısı evi atasının ona bağışladığını bildirmişdir. Ona görə həmin evin qaytarılması barədə mübahisədən əl çəkmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomaşınla atasının evinin qonşuluğunda qardaşı Adilin yaşayış olmayan evinə və atasının evinin həyətinə baş çəkərək Mingəçevir şəhərinə qayıtmışdır. Ona yandırmaq üçün odun lazım olmuşdur. Atasının evinin həyətində quru odun olduğunu gördüyü üçün həmin gün saat 21 radələrində Mingəçevir şəhərində tanımadığı «Opel» markalı taksi avtomaşını ilə Yevlax rayonu, Salahlı kəndinə getmişdir. Taksi sürücüsünün pulun vermiş və taksi sürücüsü getmişdir. Həyətdən odunu küçəyə yığıb kənddən başqa avtomaşın tapıb odunu Mingəçevir şəhərinə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə evin hasarından aşaraq həyətə keçmişdir. Saat 22 radələrində həyətdə siqaret çəkə-çəkə gəzərkən bacısı Aytəkinin ata evin öz adına keçirərək onu həmin evdə yaşamağa qoymaması təsir ona təsir etmişdir. Bundan əsəbləşərək çəkdiyi siqareti evin zalından pəncərənin qarşısındakı divanın üstünə atmışdır. Ev heç kimə qismət olmasın deyərək həyətdən odun götüməyib birbaşa yol maşını ilə Mingəçevir şəhərinə getmişdir. Həmin gün saat 23 radələrində evin yandığını eşitdiyi üçün Salahlı kəndinə qayıtmış və evin tamamilə yandığını görmüşdür. Məhkəmədən əməlini səmimi etiraf edib səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs məxsus olmaqla ata mülkü hesab edilən Yevlax rayonu, Salahlı kəndində yerləşən yaşayış evinin bacısının mülkiyyətinə keçməsinə görə aralarında yaranmış mübahisə ilə əlaqədar həmin evi qəsdən yandırmaq qərarına gələrək bu niyyətini həyata keçirmək üçün bacısı Zərərçəkmiş şəxs həmin evdə olmadığını bilərək yaşadığı Mingəçevir şəhərindən 14 fevral 2022-ci il tarixdə saat 22 radələrində Yevlax rayonu, Salahlı kəndinə bacısı Zərərçəkmiş şəxs məxsus olan yaşayış evinin yaxınlığına gələrək hasardan aşmaq yolu ilə həyətə daxil olmuş və Zərərçəkmiş şəxs evdə olmamasına əmin olduqdan sonra sonuncuya məxsus evi yandırmaqla məhv edərək ümumlikdə Zərərçəkmiş şəxs 31584 (otuz bir min beş yüz səksən dörd) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən özgənin xeyli miqdarda əmlakını yandırmaqla məhv etmişdir. Məhkəməyə ərizə təqdim edərək nümayəndəsi olduğu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin olmamasını, Təqsirləndirilən şəxs bağışladığını, ziyanla bağlı qarşılıqlı razılaşmalarını, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanı hissə-hissə ödəyəcəyini və bu səbəbdən mülki iddia ilə bağlı heç bir fikrinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs evi onun qonşuluğundadır. Aytəkingil qohumlarıdır. Aytəkin Bakı şəhərində yaşasada, kənddəki evi atası öldükdən sonra öz adına sənədləşdirmişdir. Bunun üstündə qardaşı Aqil ilə aralarında mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində kəndin mərkəzinə gedərkən Aqilin ata evinin qarşısında avtomaşını ilə dayandığını görüb onunla görüşmüşdür. Lakin oraya nəyə görə gəlməsini soruşmayaraq getmişdir. Həmin gün saat 22 radələrində Aytəkinin evin yandığını görmüşdür. Az sonra oraya yanğınsöndürən gəlsədə ev tamamilə yandığına görə evi söndürə bilməmişlər. Həmin vaxt evi Aqilin yandırdığını eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli 10\1971-10\2017 saylı rəyindən görünür ki, Yevlax rayonu Salahlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin zal otağının daxilində, döşəmə səviyyəsində olmuşdur. İş materiallarında olan məlumatları və qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir bərpa işlərinin hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 19584 manat məbləğində olduğu müəyyən olundu. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli 9\4107 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 04 adda malların istifadə olmaması nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4400,00 manat müəyyən olunur. Digər 16 adda mallar haqqında kifayət qədər məlumat (ölçülər, materialı, istismar müddəti, istesal yeri barədə məlumat) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(106)-85/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 326.2, 29,326.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 07 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 326.2, 29,326.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 05 il 05 ay 08 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2018-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında təqdimat təmin edilmiş, üzərində qəti olaraq 05 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Salyan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişib, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 326.2 və 29,326.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 4(039)-32/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 4(039)-34/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nın Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, ekspert rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, bu növ cinayətin ictimaət arasında rezonans doğurmamaqla ictimaətdə müzkirəyə səbəb olmasını, cinayəti öz doğma bacısına qarşı tərətməsini, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 9-cu bəndinə əsasən CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Həmin Qərarın 24-cü bəndinə əsasən CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab etməyərək onu Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilib azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 30 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 16 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, barəsində «həbs» qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclası zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 16 (on dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 30 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin, barəsində «həbs» qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 250 (iki yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar