Məhkəmə qərarları › İş №1(039)-142/2023

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-142/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-142/2023 22.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələri üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax Rayon Məhkəməsinin 1(039)-53/2023 saylı, 16 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 7(039)-63/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə qeyd edilən hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 07 (yeddi) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, hazırkı iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 1, mənzil 39-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki, o, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd sellofan bükümlərdə ümumi çəkisi 1.969 qram narkotik vasitə olan heroini və üç ədəd sellofan bükümlərdə ümumi çəkisi 1.944 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda əldə edərək üzərində saxlamış, 06 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Q.Quliyev küçəsində Yevlax st. X8 polis əməkdaşları tərəfindən saxlanılaraq həmin gün saat 20:40-dan 20:58-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilərkən yataq otağındakı şkafın üstündən üç ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı ayrı-ayrılıqda çəkiləri 0.688 qram, 0.548 qram, 0.733 qram olmaqla ümumi çəkisi 1.969 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və üç ədəd sellofan bükümdə olan qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı ayrı-ayrılıqda çəkiləri 0.670 qram, 0.634 qram, 0.640 qram olmaqla ümumi çəkisi 1.944 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək söyləmişdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2023-cü ilin aprel ayında Yevlax şəhərində yerləşən “Həmdəm” restoranının yanından keçərkən yolun kənarında bir ədəd sellofan bükülü görüb götürmüşdür. Bükülünü açdıqda içində 3 ədəd bükümdə “şüşə” deyilən psixotrop maddə olan metamfetamin və 3 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu görmüş və onlardan daha sonra istifadə etmək üçün cibinə qoyub yaşadığı Yevlax şəhəri, Q.Quliyev küçəsi, 1 saylı binanın 39 saylı mənzilinə aparmışdır. Həmin sellofanı yataq otağında olan dolabın üstündə gizlətmiş və onlardan az miqdarda istifadə etmişdir. 06 iyun 2023-cü il tarixdə, axşam saatlarında Yevlax şəhəri, Q.Quliyev küçəsində olarkən ona bir neçə mülki geyimdə şəxs yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu DYNPİ-nin Yevlax st. X9 dəvət etmişlər. Həmin şöbədə ona müdafiəçi təqdim edilmiş, video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, onları yaşadığı evdə saxlayır. Polis əməkdaşlarının təklifi üzrə həmin maddələri təqdim etməyə razı olduğunu söyləmiş və onlarla birlikdə yaşadığı mənzilə gedərək tapdığı metamfetamini və heroini təqdim etmiş, həmin kütlələri satış məqsədilə saxlamadığını bildirmişdir. Bundan başqa polis əməkdaşlarını sualına cavab olaraq bildirmişdir ki, Toğrul Məmmədov adlı şəxsi tanısa da, nə ona, nə digər şəxsə heç vaxt metamfetamin və ya heroin satmamışdır. Aşkar olunmuş metamfetamin və heroin tərəzidə çəkilmiş, sonra bu barədə protokol tərtib edilmiş, özü də protokola imza etmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid1 bildirmişdir ki, DYNPİ-nin Yevlax st. X8 CAQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyun 2023-cü il tarixdə səhər saatlarında, ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 3aşayan X1 üstündə narkotik vasitə olan heroin olması, onun həmin zaman Yevlax şəhəri Dəmir yol vağzalının ərazisində olduğu barədə məlumat daxil olmuş və həmin məlumat barədə rəhbərliyə məruzə edilmişdir. Əməliyyat qrupunun yaradılması və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə əmr qəbul olunduqdan sonra şöbənin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə dəmir yol stansıyasının ərazisinə getmişlər. Məlumatda qeyd edilən zahiri əlamətlərinə görə bənzər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməyi xahiş etmişlər. Həmin şəxs bildirmişdi ki, X2r. Ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Yevlax st. X8 inzibati binasına dəvət etmişlər. Toğrul Məmmədov buna etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərində axtarış keçirmişlər. Baxış zamanı Toğrul Məmmədov bir ədəd bükülü təqdim etmiş və həmin bükülüdə narkotik vasitə olan heroin olduğunu, bir gün öncə həmin heroini tanıdığı Fərid adlı şəxsdən 40 manata aldığını söyləmişdir. Toğrul Məmmədovun bu məlumatı əsasında heroin satan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin gün saat təxminən 18:30-da sonuncunun yaşadığı Yevlax şəhəri, Q. Quliyev küçəsinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlanılaraq polisə şöbəsinə dəvət edilmiş və o, buna etiraz etməyərək onlarla birlikdə şöbənin inzibati binasına getmişdir. Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və video çəkilişlə üzərində axtarış aparılmışdır. Bu zaman onun üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmadığını, ancaq istifadə etmək üçün yaşadığı mənzildə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxladığını və həmin heroini və metamfetamini evə gedib təqdim edə biləcəyin bildirmişdir. Ona görə Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə yaşadığı evə getmişlər. Fərid yataq otağında saxladığı 3 bükümdə heroini və 3 bükümdə metamfetamini könüllü olaraq təqdim etmişdir. Bu zaman ona hər hansı şəxs tərəfindən təzyiq göstərilməmiş, hədələr olmamışdır Şahid2 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zamanı veridyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham tərəfinin vəsatəti üzrə məhkəmə iclası zamanı ifadə verən şahid X3 bildirmişdir ki, narkotik vasitələrdən hərdən istifadə edir. 05 iyun 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı Yevlax şəhəri, R. Balakişiyev küçəsi ilə gedərkən yolun kənarında bükülü tapmış və bükülünü yerdən götürüb içinə baxdıqda içində “kokos” adlanan narkotik vasitənin olduğunu görüb onu sonra istifadə etmək üçün bükülünü cibinə qoyub saxlamışdır. Növbəti gün, səhər saatlarında polis əməkdaşları onu saxlayıb Yevlax st. X8 inzibati binasına dəvət etmişlər. Orada onun üzərinə baxış keçirilən zamanı bir gün öncə tapdığı narkotik vasitəni aşkar etmişlər. Həbs olunmaqdan qorxduğu üçün polis əməkdaşlarına bildirmişdir ki, həmin narkotik vasitəni 40 manata tanışı Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu barədə məlumatlı olmuş və onun artıq heç bir məsuliyyətə cəlb olunmayacağını, polis əməkdaşlarının onu axtarmayacağını düşünüb belə söyləmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə iclası zamanı 06 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitəni və psixotrop maddəni təqdim etməsini özündə əks etdirən video yazıya baxış keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin X4 06 iyun 2023-cü il tarixli 17/439 aylı ekspert rəyində qeyd olunur ki, “Şübhəli şəxs T.T.Məmmədov” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi – 0,055 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qalıq 0.035. (səh. 37) Məhkəmə Ekspertizası Mərkəzinin X4 07 iyun 2023-cü il tarixli 17/443 aylı ekspert rəyində qeyd olunur ki, “Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs Müdafiəçi /imza/ M E.Abbasov. İştirakçılar 1 /imza/ Şahid1...” imzalar və adlar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0.688 qr., 0.548 qr. və 0.733 qr., ümumi çəkiləri – 1.969 qram olan maddələr kustar üsulla -hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs Müdafiəçi /imza/ M.E.Abbasov. İştirakçılar 1/imza/ Şahid1...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0.670 qr., 0.634 qr. və 0.640 qr., ümumi çəkiləri – 1.944 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs /imza/ Təqsirləndirilən şəxs Müdafiəçi /imza/ M.E.Abbasov. İştirakçılar 1/imza/ Şahid1...” imzalar və adlar yazılmış zərfin içərisindəki 03 (üç) ədəd sellofan bükümlərdə olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eyni olub, üzərində “Ekspert rəyi. №17/439. Verildiyi tarix: 06 iyun 2023-cü il. HK-1/35. DNYPİ-nin Yevlax st. XPŞ 01 (bir) ədəd sellofan bükümdə heroin. X5. Ekspert./imza/ Ə.Əsədullayev.” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroindən xarici əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə fərqlənirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli-Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı) (səh.78-79) Məhkəmə-narkoloji ekspertizasının 07 avqust 2023-cü il tarixli 1313 saylı rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddələrdən olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. (səh. 184) Yevlax Rayon Məhkəməsinin 1(039)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (səh. 127-132) Yevlax Rayon Məhkəməsinin 7(039)-63/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 07 (yeddi) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.(səh.123-126) Məhkəmə, işin hallarını və iş üzrə toplanmış sübutları tam tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamada təqsirli olması özünün etirafı, şahidlərin ifadəsi, video çəkilişlə, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir və buna görə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, əməlindən səmimi olaraq peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına kifayət etməyəcək, buna görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yevlax Rayon Məhkəməsinin 7(039)-63/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 07 (yeddi) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı cəzaya Cinayət Məcəlləsinin 67.1 maddəsinə uyğun olaraq qismən birləşdirilərək üzərində qəti cəza müəyyən edilməlidir. Cinayət Məcəlləsi: Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cəzasının əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarı ilə müəyyən edilmiş, faktiki olaraq saxlanıldığı 06 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X6 saxlanılan 1.819 qram olan narkotik vasitə olan heroin və çəkisi 1.794 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 138.20 manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müdafiəçi dövlət vəsaiti hesabına göstərdiyi hüquqi yardıma məhkəmə zamanı 5 saat hesablanmaqla hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-nin 193.2ci maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M Е T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 7(039)-63/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən müəyyən edilmiş 07 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə qəti olaraq üzərində 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli faktiki saxlanıldığı gündən, yəni 06 iyun 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəllənin 93.1.2-ci maddəsinə əsasən cəzasını çəkdiyi müddət ərzində barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Maddi sübut - X6 saxlanılan 1.819 qram narkotik vasitə olan heroin və çəkisi 1.794 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba köçürülsün. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar