Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-142/2024 20.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxs Müdafiəçi Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1986-ci ildə Ağdaş rayonunun Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvandan yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 20 avqust 2024-cü il tarixdə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Yevlax şəhəri R.Məmmədov küçəsi ev 13 ünvanında yerləşən yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında ailə münasibətləri zəminində mübahisə yaranmış, mübahisə zamanı sonuncu alkoqol sərxoşluğu vəziyyətində əli və evdəki əşyalarla vuraraq Zərərçəkmiş şəxs aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiyət olunan sol mil-bilək oynağının şişkinliyi və qançırı, sol əlin, sol mil-bilək oynağının, sol bazunun aşağı 1/3-nin yan səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin, alt dodağın selikli qişasının qançırı, boyunun aşağı 1/3-nin sol yan səthinin sıyrıqları ilə müşaiyət olunun və dərəcəsinə görə sağlamlığa Yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində yaşadığı evə gəlmiş və onu gözləməyib xəstəxanadan çıxdıqları üçün həyat yoldaşı Şaxvalla mübahisə etməyə başlamış. Həmin vaxt Şaxval onun cavabını qaytardığı üçün 1-2 dəfə əli ilə onun baş nahiyəsinə vurmuş. Sonra o, yatmağa getmiş. Bir müddət sonra o, evlərində yatan zaman polis əməkdaşları onlara gəlmişlər və o, həmin vaxt bilmiş ki, həyat yoldaşı Şaxval polis şöbəsinə ondan şikayət etmişdir. Lakin sonradan o, etdiyi əməldən peşiman olmuşdur. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını ona vurduğu ziyanı ödədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 00.00 radələrində Əhməd sərxoş vəziyyətdə evlərinə gəlmiş və onu gözləməyib xəstəxanadan çıxdıqları üçün onunla mübahisə etməyə başlamış, yumruqla onu döymüş, evdəki maqnitafonu götürüb başına vurdu, sonra da stəkanla da başına vurmuş. Daha sonra Əhməd yatmış, o, da bundan istifadə edərək polis şöbəsinə gəlmiş və Əhməddən şikayət etmişdir. Məhkəmə iclasına Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını göstərmişdir. Materiala əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 420 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - “aktiv və passiv hərəkətin məhdudluğu ilə müşaiyət olunan sol mil-bilək oynağının şişkinliyi və qançırı, sol əlin, sol mil-bilək oynağının, sol bazunun aşağı 1/3-nin yan səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin, alt dodağın selikli qişasının qançırı, boyunun aşağı 1/3-nin sol yan səthinin sıyrıqları” küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Materialda olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Məhkəmə iclasının qərarından 20 gün müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-142/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-142/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver