Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-143/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X10 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Yevlax rayonu Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax rayonu Gülövşə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 sentyabr 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən gündə Yevlax rayonunun Gülövşə kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağda qəsdən qanunsuz olaraq 11 ədəd xeyli miqdarda əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkilərini əkib həmin vaxtdan xx.xx.2023-cü il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 02 iyun 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Gülövşə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan bağa video çəkilişlə keçirilmiş baxış zamanı oradan Təqsirləndirilən şəxs 11 ədəd xeyli miqdarda əkərək kultivasiya etdiyi həmin tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qanunla qadağan edilmiş uzunluqları 120 sm-dən 160 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 1325 qram olan 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində, yəni bağda 11 ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş və bitdikdən sonra onlara xüsusi qaydada qulluq göstərmişdir. Narkotik vasitə olan marixuana istifadəçisi olduğu üçün öz istifadəsinə görə narkotik tərkibli çətənə kollarını əkib-becərmişdir. 02 iyun 2023-cü il tarixdə o, işdə olan zaman polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə, baxış keçirilmiş və baxış zamanı onun əkib becərdiyi ümumilikdə 11 (on bir) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Həmin çətənə bitkilərinin toxumlarını 2022-ci ilin yay aylarında Mingəçevir şəhəri ərazisində yerdən bir ədəd sellofan bükümdə taparaq götürdükdən sonra narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün onun toxumlarını tanımış və həmin toxumları əkərək onları vaxtı-vaxtında sulamış, diblərinin torpağını yumşaltmış, alaq otlarından təmizləmiş və ona kübrə kimi qurumuş peyin vermişdir. O, həmin yerdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış və ona heç kim köməklik göstərməmişdir. Onun həmin yerdə narkotik tərkibli çətənə bitkisi əkib-becərməyini heç kim bilməmişdir. Bu barədə o, heç kimə məlumat verməmişdir. Həmçinin həmin bitkilərdən əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmamışdır. Eyni zamanda kənd məhsullarının satışı ilə məşqul olur, ona görədə əldə etdiyi kənd məhsullarını Mingəçevir şəhərinə apararaq orada satır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, ağ ciyər xəstəliyindən əziyyət çəkdiyini, ikinci qrup əlil olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi ilə məşğul olması barədə 02 iyun 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü Yevlax RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2, Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X4, Yevlax RPŞ-nin KTQ-nin baş inispektor kriminalisti, polis mayoru X14 və aqronom X8 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Gülövşə kəndinə getmişdir. X5 Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş qapısına yaxınlaşaraq Təqsirləndirilən şəxs səsləyərək evdən çölə çağırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs evdən çölə çıxmışdır. Bu zaman X1 Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu və çətənə bitkilərinin əkildiyi əraziyə baxış keçirilməli olduğunu bildirmişdir. O və digər iştirakçılar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünün istifadəsində olan həyətyanı torpaq sahəsində çətənə bitkilərini əkib-becərdiyini etiraf etmişdir. Bundan sonra X11 Mirzəzadəyə onları həmin yerə, yəni narkotik tərkibli çətənə bitkiləri əkmiş olduğu yerə aparmasını bildirmişdir. Baxış Yevlax RPŞ-nin KTQ-nin baş inispektoru, polis mayoru X14 tərəfindən videoyazı vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs onları yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkiləri olan yerə aparmışdır. X1 həmin əraziyə baxış keçirmiş və Təqsirləndirilən şəxs həyətyanı sahəsinin daxilində olan çəpərin dibində, meyvə ağacının altından bir neçə ədəd uzunluğu 120 smdən 165 sm-dək olan narkotik tərkibli çətənə bitkilətinə bənzər bitkilər aşkar edilmişdir. X5 Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması barədə sual verdikdə Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onları özünün əkdiyini, onlara xüsusi qulluq etdiyini və suladığını, həmin çətənə kollarını təxminən 2 ay əvvəl əkdiyini, toxumları tapdığını, həmin çətənə kollarını xəstə olduğu üçün özü istifadə etmək məqsədilə əkib-becərdiyini, əkib-becərmə işlərində isə heç kimin bu barədə məlumatı olmadığını qeyd etmişdir. Bundan sonra X5 baxışda iştirak edən aqronom Vüqar Mahmudovdan həmin bitkilər barəsində məlumat verməsini xahiş etmiş, aqronom Vüqar Mahmudov bildirmişdir ki, həmin çətənə kollarına bənzər kolların hər birinə aqrotexniki qaydada qulluq edilmişdir. Bundan sonra həmin çətənə kollarına bənzər 11 (on bir) ədəd bitkilər maddi sübut əhəmiyyət kəsb etdiyindən kökündən çıxarılmış və X5 tərəfindən ekspertizaya göndərilməsi üçün ağ rəngli kisədə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 iyun 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” X17 xx.xx.2023-cü il tarixli PHŞ- 3654/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Mingəçevir şəhər X16 Dispanserinin 07 iyun 2023-cü il tarixli, 425 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdən “Nevrastemiya hiperstenik forma” diaqnozu ilə Mingəçevir şəhər X16 Dispanserində psixiatrik müşahidədədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-1 maddəsinin 1-ci hissəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə islah işləri 20% cəzasına məhkum edilmişdir. Bundan başqa Goranboy rayon Xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin 1-ci hissəsinə əsasən təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Mingəçevir şəhər məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 3 saylı X18 filialın 20 iyun 2023-cü il tarixli, 3-17-1/2-139914/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 3 saylı X18 filialından İİ qrup əlil kimi sosial müavinət alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Aşağı Bucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Gəncə regional anbulator şöbəsinin 11 iyul 2023-cü il tarixli 406 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən NEVRASTENİYAXBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F48.0 xəstəliyi keçirmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs NEVRASTENİYAXBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F48.0 xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik əlamətləri az ifadəli və nevrotik səviyyədə olduğundan o, hazırda öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığını istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır, yəni öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir. O, hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 04 avqust 2023-cü il tarixli 1303 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 03 iyun 2023-cü il tarixli 17/436 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə kolları.” yazısı olan sintetik kisənin içərisindəki, uzunluqları 120 sm-dən 160 smdək, yaş vəziyyətdə ümumi çəkiləri – 1325,0 qram olan 11(on bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom (mütəxəssis) Vüqar Mahmudovun 02 iyun 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: Çətənə bitkilərinin ümumi çəkisi–1325,0 qr. cəmi tədqiqata sərf edildi–1,10 qr. (hər ob. 0,10 qr), qalıq – 1323,90 qr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aqronom Vüqar Mahmudov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Yevlax rayonu Gülövşə kəndində Təqsirləndirilən şəxs məxsus evin həyət yanı sahəsində ona təqdim olunan 11(on bir) ədəd bitki kolları, çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kolları tünd-yaşıl rəngli, spesifik iyə malikdir. Bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, yəni gövdə ətrafı torpaq yumşaldılmış, suvarılması üçün xüsusi qayda da düzəldilmişdir və bitkilərin inkişafı üçün peyindən istifadə edilmişdir. Həmin bitkilərin hər birinin hündürlüyü təxminən 120-160 sm-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, əlillik haqqında 055291 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) qrup əlillik dərəcəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Aşağı Bucaq bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı mütəmadi olaraq Mingəçevir şəhərinə gedir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, təqsirləndirilən şəxsin İİ qrup əlil olmasını, onun ağ ciyər xəstəliyindən əziyyət çəkməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 1323.90 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 36 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 1323.90 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-143/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-143/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver