Məhkəmə qərarları › İş №1(039)-144/2021

Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-144/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-144/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1974-cü il tarixdə ünvan 3lax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində 12 iyul 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, ünvan 3lax şəhəri, Y.Misirov küçəsi, ev 60-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 3lax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəheroini və narkotik vasitə-qurudulmuş marixuananı əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq 0,312 qram miqdarında narkotik vasitəheroin və 1,33 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək əynindəki şalvarının sağ yan cibində iki ədəd sellofan bükümdə saxlamış, ünvan 3lax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 10 iyul 2021-ci il tarixdə saat 12:30 radələrində, ünvan 3lax şəhəri, Y.Misirov küçəsində, yaşadığı evin qarşısında saxlanılıb ünvan 3lax rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 13:10 dəqiqədən saat 13:30 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,312 qram miqdarında narkotik vasitə-heroin və 1,33 qram miqdarında narkotik vasitə-qurudulmuş marixuana, 10 iyul 2021-ci il tarixdə saat 14:30 dəqiqədən saat 14:50 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına onun razılığı, özünün və müdafiəçisinin iştirakı ilə, videoçəkilişlə keçirilmiş baxış zamanı yaşadığı otaqdakı masanın üstündən üzərində cüzi miqdarda narkotik vasitə-heroin hissəcikləri olan dörd ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs X3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 20 il olar ki, narkotik vasitə heroin və qurudulmuş mariuxuana istifadə etmişdir. 10 iyul 2021-ci il tarixdə səhər saatlarında ünvan 3lax şəhəri, Y.Misirov küçəsində, yaşadığı evin yaxınlığında yolun kənarında olarkən yerdə iki ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin bükümləri götürüb açmış və bir ədəd bükümdə təxminən 0,3-0,4 qram miqdarında heroin və təxminən 1-2 qram miqdarında qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin heroin və qurudulmuş marixuananı götürüb əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Saat 12:30 radələrində Y.Misirov küçəsində olarkən ünvan 3lax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu, üzərində həmin vasitələrdən saxlamağı barədə məlumat aldıqlarını, üzərində şəxsi axtarış aparılmalı olduğunu demişlər. O, polis əməkdaşlarının onu polis şöbəsinə aparmasına və polis şöbəsində üzərində şəxsi axtarış aparmasına heç bir etiraz etməmişdir. Təhqiqatçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olduğumu bildirib onu tutmuşdur. O, ünvan 3lax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub Müdafiəçi özünə vəkil seçmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərindəki qanunsuz əşyaları çıxarıb təqdim etməyini təklif etmişdir. Həmin vaxt o, əynindəki şalvarının sağ yan cibində olmuş iki ədəd sellofan bükümdəki heroin və qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bükümlərin birinin içərisindəki maddənin heroin, digərində isə qurudulmuş marixuana olduğunu, həmin maddələri yerdən tapıb əldə etdiyini və üzərində saxladığını demişdir. Polis əməkdaşları bükümlərin içərisindəki maddəyə baxaraq heroin və qurudulmuş marixuanaya bənzədiyini demişlər. Təhqiqatçı heroini və qurudulmuş marixuananı bükümləri ilə birlikdə iki ədəd ağ rəngli zərfdə qablaşdırmışdır. O və müdafiəçisi Müdafiəçi zərflərin üzərinə imza çəkmişlər. Bundan sonra ünvan 3lax rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana baxış keçirmişlər. O, baxışın keçirilməsinə razı olmağı barədə ərizə yazmışdır. Polis əməkdaşları evdən ona məxsus dörd ədəd elektron tərəzini götürmüşlər. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, ona qanunda nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən ünvan 3lax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ünvan 3lax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvvəkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. ünvan 3lax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə 10 iyul 2021ci il tarixdə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxxxxx 1974-cü ildə ünvan 3lax şəhərində doğulduğunu, ünvan 1-da qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. Daxil olmuş məlumatı həmin gün raportla ünvan 3lax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Müşviqin barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması, yaşadığı evə baxış keçirilməsi barədə qərar qəbul etmişdir. ünvan 3lax rayon polis şöbəsinin 10 iyul 2021-ci il tarixli əmri ilə onun, əməliyyat müvəkkili Şahid2, X4un iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Saat 12 radələrində o, polis əməkdaşı Şahid2lə birlikdə polis şöbəsindən çıxıb ünvan 3lax şəhəri, Y.Misirov küçəsinə getmişdir. Saat 12:30 radələrində Müşviqin həmin küçədə yaşadığı evin qarşısında olduğunu görmüşlər və Müşviqə yaxınlaşmışlar. O, Müşviqə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, saxlanılıb üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvana baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demişdir. Müşviq şəxsi axtarış aparılmasına və yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Müşviqin üzərində şəxsi axtarış aparılması məqsədi ilə o, İsmayılla birlikdə Müşviqi ünvan 3lax rayon polis şöbəsinin inzibati binasına gətirib X4a təhvil vermişdir. Müşviqin gətirilməsi barədə raport yazmış, Səddam Əsgərov onun tərtib etdiyi sənədlər əsasında Müşviqi şübhəli şəxs qismində tutmuşdur. Müşviq ünvan 3lax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra Müdafiəçi ünvan 3lax rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahid2 və Müdafiəçi iştirakı ilə Müşviqin üzərində şəxsi axtarış aparmışdır. ünvan 3lax rayon polis şöbəsinin baş inspektoru Şahid3 “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. X7 hüquq və vəzifələrini izah etmişdir. O və digər iştirakçılar özlərini təqdim etmişlər. Şəxsi axtarış zamanı Müşviq əynindəki şalvarının sağ yan cibindən böyük ölçüdə bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşı İsmayıl Müşviqin üzərini yoxlamış, Müşviqin əynindəki şalvarın sağ yan cibindən kiçik ölçüdə bir ədəd sellofan büküm aşkar edilmişdir. X4 böyük ölçüdə olan sellofan bükümü açmış və içərisində narkotik vasitə-qurudulmuş marixuanaya bənzər maddənin, kiçik ölçüdə olan sellofan bükümdə isə narkotik vasitə-heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Müşviq böyük ölçüdə olan sellofan bükümdəki maddənin qurudulmuş marixuana, kiçik ölçüdə olan sellofan bükümdəki maddənin heroin olduğunu, həmin maddələri həmin gün səhər saatlarında yaşadığı evin yerləşdiyi küçədə yerdən tapıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Səddam Əsgərov qurudulmuş marixuanaya və heroinə bənzər maddələri sellofan bükümləri ilə birlikdə iki ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra Müşviqin üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Bundan sonra o, polis əməkdaşları Səddam Əsgərov, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi və alim-aqronum Vüqar Mahmudovla birlikdə ünvan 3lax şəhəri, Y.Misirov küçəsi 60 nömrəli ev ünvanına getmişlər. Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadığını bildirmişdir. Baxış zamanı evin otaqlarının birindən dörd ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin tərəzilər iş üçün əhəmiyyət kəsb etdiyindən X4 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Səddam Əsgərov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Müşviq narkotik vasitə heroinin və marixuananın satışı ilə məşğul olmuşdur və Müşviq narkotik vasitələri satarkən miqdarını müəyyən etmək üçün elektron tərəzilərdən istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ünvan 3lax RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 ifadəsində göstərdi ki, ünvan 3lax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. ünvan 1-da qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istehlakı və satışı ilə məşğul olması, eləcə də yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etməsi barədə 10 iyul 2021-ci il tarixdə ünvan 3lax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 12:30 radələrində polis əməkdaşları Şahid1 və Şahid2 Müşviqi tutaraq ünvan 3lax rayon polis şöbəsinə gətirmişlər. X4 Müşviqin üzərində şəxsi axtarış aparacağını, yaşadığı ünvana baxış keçirəcəyini, həmin istintaq hərəkətlərini kamera vasitəsi ilə video çəkilişlə qeydə almağını bildirmişdir. X4 əvvəlcə Müşviqin üzərində şəxsi axtarışa başlamışdır. O, istifadəsində olmuş “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Şəxsi axtarış zamanı Müşviq əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. İsmayıl Müşviqin üzərini yoxlamış, Müşviqin əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar etmişdir. Sellofan bükümlərin birində narkotik vasitə-qurudulmuş marixuanaya, digərində isə heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Müşviq marixuana və heroini həmin gün səhər saatlarında yaşadığı evin yerləşdiyi küçədə yerdən tapıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Səddam Əsgərov qurudulmuş marixuanaya və heroinə bənzər maddələri sellofan bükümləri ilə birlikdə iki ədəd zərfdə qablaşdırmış, möhürləmiş və tərkibinin müəyyən olunması məqsədi ilə ekspertiza tədqiqatına təqdim olunacağını bildirmişdir. Bundan sonra Müşviqin üzərində keçirilmiş şəxsi axtarış başa çatmışdır. Bundan sonra o, polis əməkdaşları Səddam Əsgərov, Şahid1, Şahid2, Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi və alim-aqronom Vüqar Mahmudovla birlikdə ünvan 3lax şəhəri, Y.Misirov küçəsi 60 nömrəli ev ünvanına getmişlər. Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadığını bildirmişdir. O, “Panasonic” markalı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Baxış zamanı evin otaqlarının birindən dörd ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin tərəzilər iş üçün əhəmiyyət kəsb etdiyindən X4 tərəfindən bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı o, “Panasonic” markalı kamera vasitəsi ilə çəkdiyi 28 dəqiqə 10 saniyə müddətində olan videoçəkilişi bir ədəd diskə və baxış zamanı çəkdiyi 08 dəqiqə 10 saniyə müddətində olan videoçəkilişi bir ədəd diskə köçürüb Səddam Əsgərova təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs iki ədəd sellofan bükümdəki narkotik vasitə olan qurudulmuş marixuana və heroini əynindəki şalvarının sağ yan cibində özü çıxarıb könüllü olaraq təqdim etmişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi və maddi sübutların götürülməsi barədə protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3lax şəhəri, Y.Misirov küçəsi, 60 saylı evə baxış zamanı evin otağında olan masanın üzərindən dörd ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə bioloji ekspertizasının 10 iyul 2021-ci il tarixli 17/500 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,312 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-1,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi-0,312 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,262 qram. Marixuananın təmiz çəkisi-1,33 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-1,31 qram. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin X5 07 sentyabr 2021-ci il tarixli 17/655 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 4 (dörd) ədəd elektron tərəzi” sözləri yazılmış zərfin içərisindəki 04 (dörd) ədəd elektron tərəzilərin hər birinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş, 04 (dörd) ədəd elektron tərəzilərin üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlər ilə təqdim edilmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 1049 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və ünvan 3lax rayon Məhkəməsinin 05 iyun 2012-ci il tarixli 1(039)-75/2012 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə, CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qimən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 23 sentyabr 2015-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 10 (on) ay 22 (iyirmi iki) gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 3lax rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli 4(039)-90/2021 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 3lax rayon Narkoloji kabinetinin 17 iyul 2021-ci il tarixli 1353 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2010-cu ildən ünvan 3lax rayon Narkoloji Kabinetdə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 3lax rayon İHBnın 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri, şəxsi axtarış protokolu və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kobinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ünvan 3lax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,262 qram heroin və çəkisi 1,31 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 179 (bir yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 10 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kobinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ünvan 3lax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0,262 qram heroin və çəkisi 1,31 qram olan qurudukmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 179 (bir yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd zərfdə qablaşdırılmış dörd ədəd elektron tərəzi dəyəri olmadığı üçün məhv edilsin və iki ədəd disk cinayət işi materialında saxlanılsın. Təqsirləndirilən şəxs ünvan 3lax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq ünvan 3lax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən 20 gün müddətində ünvan 3lax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlı̇ k edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar