Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-144/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-59/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, barəsində 23 aprel 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, Yevlax şəhəri, F.İsayev küçəsi, ev 101-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan torbada 396,38 qram şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 23 fevral 2022-ci il tarixdə saat 15:45 radələrində Yevlax şəhəri, F.Əmirov küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək saat 16:30 radələrində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 396,38 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədilə 22 aprel 2022-ci il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub evin taxtadan olan giriş qapısını zor tətbiq etməklə kilidini sındırıb açmaq yolu ilə evə qanunsuz daxil olub, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 60 manat dəyərində işlənmiş vəziyyətdə «GEEPAS» markalı tozsoranı, 2 ədəd hər birinin dəyəri 35 manat olmaqla cəmi 70 manat dəyərində işlənmiş vəziyyətdə «MARQUS» markalı «MKP62-3» model, H38-5 m, 370 W su matorlarını, 1 ədəd 30 manat dəyərində işlənmiş vəziyyətdə «CROWN» markalı ventilyatoru, 2 ədəd böyük ölçülü hər birinin dəyəri 15 manat olmaqla cəmi 30 manat dəyərində işlənmiş vəziyyətdə alminium ləyənləri və 1 ədəd kiçik ölçülü 10 manat dəyərində işlənmiş vəziyyətdə alminium ləyəni qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 200 manat dəyərində maddi ziyan vuraraq qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə isə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yevlax şəhərinin Kür çayının sahilində yerdən 1 ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Həmin sellofan torbada olan marixuananı özü istifadə etmək üçün saxlamışdır. Bundan başqa «Ədiş» ləqəbli Ədalət adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək özü istifadə etmək üçün narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Həmin vaxt pulu olmadığı üçün 30 manat dəyərində, özünə məxsus televizor altını aparıb Ədalətə vermiş və Ədalət əvəzində ona yarım qram heroin vermişdir. Həmin heroindən çoxunu istifadə etmiş, qalanını isə özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:30 radələrində Yevlax şəhəri, F.Əmirov küçəsi ilə yaşadığı evə gedərkən yanında avtomaşın saxlamış, avtomaşından 2 nəfər düşüb ona yaxınlaşıb özlərini təqdim etdərək polis əməkdaşları olduqlarını, narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu deyərək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşları onu polis şöbəsinə gətirdikdən sonra üzərində şəxsi axtarış keçirmişdir. Həmin vaxt o, əynindəki gödəkçənin alt hissəsində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı və əynindəki şalvarın sağ yan cibində olan 1 ədəd göy-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Torbadakının narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, marixuananı Kür çayının sahilində yerdən tapdığını, heroini isə «Ədiş» ləqəbli Ədalətdən 30 manat dəyərində olan televizor altının verərək aldığını bildirmişdir. Qapı bağlı olduğu üçün çiyin nahiyəsi ilə qapıya vuraraq qapının kilidini sındırmış və içəri daxil olmuşdur. Evin ikinci mərtəbəsindəki otaqdan 2 ədəd su matorunu, 1 ədəd tozsoranı və 1 ədəd ventilyatoru götürərək həyətə düşürmüş və həmin əşyaları bir bir hasardan öz məhləsinə tullamışdır. Daha sonra o, 2 ədəd su matorunu, 1 ədəd tozsoranı və 1 ədəd sərinkeşi yaşadığı evin birinci mərtəbəsində olan otaqlardan birinə yığmış, 3 ədəd alminum ləyənləri isə götürüb Yevlax şəhərində metal qəbulu yerinə aparmış və 3 ədəd ləyəni 16 manata satmışdır. Həmin gün axşam tərəfi qonşuları Kamilə onlara gələrək yaşadığı evdən onun oğurluq etdiyini anasına bildirmiş, anasıda evin birinci mərtəbəsindəki otaqlara baxmış və onun oğurladığı 2 ədəd su matorunu, 1 ədəd tozsoranı və 1 ədəd vetilyatoru orada tapmış və Kamiləyə qaytarmışdır. Oğurluğu tək etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olduğunu, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbin olmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulan daha yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zəzrərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, hazırda ondan heç bir şikayət və tələbinin olmamasını və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhərində fəhləliklə məşğul olduğu üçün Yevlax şəhərində yerləşən evini Şahid1 kirayə vermişdir. xx.xx.2022-ci il tarixdə Şahid1 ona zəng edərək evdə olmayan zaman qonşuları Rahibin evə daxil olaraq oradan ev əşyalarını oğurladığını və bu barədə polis şöbəsinə gedərək şikayət ərizəsi verdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə 23 fevral 2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 15:45 radələrində o, polis əməkdaşı Şahid6la birlikdə Yevlax şəhəri, F.Əmirov küçəsində olarkən Rahibin yolun kənarı ilə getdiyini görüb ona yaxınlaşmışlar. Rahibə qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu və üzərinə baxış keçirilməli olduğunu izah etmişdir. Rahib üzərinə baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşı Şahid6la birlikdə Rahibi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirərək təhqiqatçı Faiq Cəfərova təhvil vermişlər. Rahib Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Xidməti iş otağında Faiq Cəfərov onun, Şahid6 və Müdafiəçi iştirakı ilə Rahibin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Rahib əynindəki gödəkcənin alt hissəsindən bir ədəd sellofan torbanı və əynindəki şalvarın sağ yan cibindən isə 1 ədəd siqaret kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmiş və həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuananı 2-3 ay əvvəl Yevlax şəhəri ərazisindən keçən Kür çayının sahilində yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını, 1 ədəd siqaret kağızına bükülmüş bükülüdə isə narkotik vasitə olan heroin olduğunu, həmin heroini isə 2 gün əvvəl Yevlax şəhər sakini Ədalətdən 30 manatlıq televizor altı verərək aldığını bildirmişdir. Faiq Cəfərov həmin kütləni sellofan torba ilə birlikdə elektiron tərəzidə çəkmiş, çəkisi 420 qram, siqaret kağızına bükülmüş kütlənin çəkisi isə 0,23 qram olmuşdur. Rahibin üzərindən aşkar edilmiş 420 qram miqdarında qurudulmuş marixuananı hər hansı bir şəxsdən alması, narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri Şahid6 iş üzrə şahid X2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Rahib narkotik istifadəçisidir. Rahib yaşadıqları evdə olan bütün əşyaları sataraq əldə etdiyi pula narkotik vasitə alıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam tərəfi qonşuluqda kirayədə yaşayan Kamilə onlara gələrək oğlu Rahibin onun evindən ev əşyaları oğurladığını, həmin əşyaları özünün yaşadığı evə gətirdiyini bildirmişdir. Həmin vaxt o, evin həyətini və birinci mərtəbəsindəki otaqları axtarmış, evin birinci mərtəbəsindəki otaqdan Rahibin oğurladığı 2 ədəd su matorunu, 1 ədəd tozsoranı və 1 ədəd sərinkeşi tapıb Kamiləyə vermiş, Kamilə də həmin əşyaları götürüb aparmışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki gödəkcənin alt hissəsindən, içərisində heroin olan 1 ədəd siqaret kağızına bükülmüş bükülünü isə əynindəki şalvarın sağ yan cibindən çıxardıb könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2022-ci il tarixli 9/3677 nömrəli rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 200.00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 24 fevral 2022-ci il tarixli 17/178 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi-396,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-396,38 qram, təhqiqata səfr edildi 0,05 qram, qalıq 396,33 qram. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,082 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi-0,082 qram, tədqiqata sərf edildi-0,020 qram, qalıq 0,062 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmənarkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 894 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifdə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(039)-59/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən Yevlax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(039)-88/2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın 1 saylı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Rafiq və 2015-ci il təvəllüdlü Dəniz adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla və özgənin əmlakını qəsdən saxlanc yerinə daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə oğurluq etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü-azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 396,33 qram qurudulmuş marixuana və 0,062 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 153 (bir yüz əlli üç) manat 65 (altmış) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. İş üzrə maddi sübut, 2 ədəd su motoru, 1 ədəd tozsoran və 1 ədəd sərinləşdiricinin Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət onun cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 22 aprel 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut, Yevlax rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan, 396,33 qram qurudulmuş marixuana və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə keçirilsin. İş üzrə maddi sübut, 2 ədəd su motoru, 1 ədəd tozsoran və 1 ədəd sərinləşdiricinin Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-144/2022
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-144/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver