Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-144/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1959-cu ildə Yevlax rayonu Tanrıqulular kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax rayonu Hürüuşağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 sentyabr 2023-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən gündə Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qəsdən qanunsuz olaraq 03 ədəd xeyli miqdarda əkilibbecərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkilərini əkib həmin vaxtdan xx.xx.2023cü il tarixədək aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 30 may 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə video çəkilişlə keçirilmiş baxış zamanı oradan 03 ədəd xeyli miqdarda əkərək kultivasiya etdiyi həmin tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qanunla qadağan edilmiş uzunluqları 10 sm, 15 sm və 25 sm, ümumi çəkiləri 4,50 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, O, 2023-cü ilin aprel ayının sonlarında dəqiq yadında qalmayan tarixdə yaşadığı evin həyətyanı sahəsində, evin arxasında üç ədəd narkotik tərkibli çətənə bitkisini əkmiş və həmin bitkilər bitdikdən sonra ona xüsusi qaydada qulluq göstərmişdir. O, narkotik vasitə olan marixuana istifadəçisi olduğu üçün öz istifadəsinə görə narkotik tərkibli çətənə kollarını əkib-becərmişdir. 30 may 2023-cü il tarixdə işdə olan zaman polis əməkdaşları tərəfindən yaşadığı evin həyətinə baxış keçirilmiş və baxış zamanı əkib becərdiyi ümumilikdə 03 (üç) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. O, həmin çətənə bitkilərinin toxumlarını 2023-cü ilin aprel ayının ortalarında yaşadığı kənddə yerdən kibrit qutusunun içərisində tapmışdır. Əkmiş olduğu çətənə bitkilərini vaxtı-vaxtında sulamış və diblərinin torpağını yumşaltmış və alaq otlarından təmizləmişdir. O, həmin yerdə narkotik tərkibli çətənə bitkiləri əkib-becərən zaman hər hansı bir şəxslə qabaqcadan əlbir olmamış və ona heç kim köməklik göstərməmişdir. Həmin yerdə narkotik tərkibli çətənə bitkisi əkib-becərməsini heç kim bilməmişdir. Bu barədə o, heç kimə məlumat verməmişdir. Onunla birlikdə yaşayan ailə üzvlərinin, qonşularının və qohumlarının onun həmin yerdə narkotik tərkibli çətənə bitkisi əkib-becərməsindən məlumatı olmamışdır. Onun həmin bitkilərdən əldə etdiyi narkotik vasitəni satmaq niyyəti olmamışdır. Həmçinin qeyd etdi ki, o, kənd məhsullarının satışı ilə məşqul olur, ona görədə əldə etdiyi kənd məhsullarını Mingəçevir şəhərinə apararaq orada satır. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını, əvvəllər məhkum olunmamasını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq ona həbslə əlaqədar olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib becərməsi barədə 30 may 2023-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Yevlax rayon polis şöbəsinin 30 may 2023-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Yevlax rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X2 iştirakı ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin günü polis əməkdaşları X5, Şahid1, X7 və aqronom X3 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı Yevlax rayon Hürüuşağı kəndində yerləşən evinə getmişlər. orada X13 Məmmədova qanunsuz olaraq həyətyanı sahədə narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, həyətə və həyətyanı sahəyə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, həyətə və həyətyanı sahəyə baxış keçirilməli olduğunu izah etmişdir. Baxışa başlamazdan əvvəl Rüstəm Həsənov Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirməyə icazə verib-vermədiyini soruşduqda Ədil heç bir etirazının olmadığını bildirmiş və daha sonra bu barədə ərizə yazmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışdırlar. Baxış keçirilən zaman evin arxasında hasarla evin arasında yerləşən, ensiz ərazinin 15 m/kv hissəsinin kol-kosdan təmizlənməsi, daha sonra həmin ərazidə çətənə bitkilərinə bənzər 03 (üç) ədəd kolun əkilib aqro texniki qaydada qulluq edilərək, diblərinin becərilməsi və sulanması, ərazidə çətənə bitkilərinə bənzər 03 (üç) ədəd kolların ayaq üstə olması aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin vaxt baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması soruşulduqda Təqsirləndirilən şəxs, həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu, təxminən bir ay əvvəl 2023-cü ilin aprel ayında özü əkdiyini, əldə olunacaq məhsuldan isə özü şəxsi istifadə üçün istifadə edəcəyini, əkib-becərdiyi çətənə bitkilərinin toxumlarını tapdığını, daha sonra isə həmin əraziyə gətirib əkdiyini, həmin kolları əkməsindən heç kimin məlumatının olmadığını, kolları tək əkdiyini, vaxtı-vaxtında həmin əraziyə gələrək qulluq etdiyini, başqa heç yerdə həmin kollardan olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxs qismində tutma protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 30 may 2023-cü il tarixli 17/428 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Yevlax rayon Hürüuşağı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş çətənə bitkisinə bənzər 03 ədəd bitki kolu.” yazısı olan zərfin içərisindəki, uzunluqları 10 sm, 15 sm və 25 sm, ümumi çəkiləri – 4,50 qram olan 03(üç) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom (mütəxəssis) Vüqar Mahmudovun 30 may 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: Çətənə bitkilərinin ümumi çəkisi–4,50 qr, cəmi tədqiqata sərf edildi–0,15 qr, (hər ob. 0,05 qr.) qalıq – 4,35 qr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Yevlax rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli PHŞ-3654/23 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində ACDİÜ. AR məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Apellyasiya məhkəməsinin kollegiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə cəzası 2 ilə endirilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə apelyasiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ləğv edilmiş, Apelyasiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Əzizbəyov rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İHB-nın Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 04 avqust 2023-cü il tarixli 1302 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aqranom (mütəxəssis) Vüqar Mahmudovun 30 may 2023-cü il tarixli rəyindən görünür ki, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayon Hürüuşağı kəndində Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə ona təqdim olunan 03 (üç) ədəd bitki kolları, çətənə kollarına oxşar bitki kollarıdır. Bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, yəni gövdə ətrafı torpaq yumşaldılmış, suvarılması üçün xüsusi qaydada düzəldilmişdir. Bitki kolları tünd yaşıl rəngli, spesifik iyə malikdir. Hər birinin hündürlüyü təxminən 10 sm-dən 25 sm-ə qədərdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Hürüuşağı bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı mütəmadi olaraq Mingəçevir şəhərinə gedir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında toplanmış sübutların toplusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, ona düzgün olaraq CM-nin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz 4.35 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməlidir, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 36 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu bir gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə saat 23-00-dan saat 08-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonunun və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli Yevlax rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan, Yevlax rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 4.35 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İşdə olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Yevlax rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №1(039)-144/2023
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-144/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver