Azərbaycan Respublikası adından HÖKM Yevlax Rayou İş № 1(039)-144/2024 26.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Xidməti Göygöl Milli Parkının nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Yevlax rayonu Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə saat 11 radələrində "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmış ov etmək üçün rəsmi icazəsi olmadığı halda icazəsiz olaraq ov etmək qərarına gələrək həmin məqsədlə mərhum babasından qalmış, istifadə etdiyi, rəsmi sənədi olmayan 01 ədəd zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmaqlı 98552-61 nömrəli, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngini götürərək Yevlax rayonunun Salahlı kəndi ərazisində Kür çayının kənarında yerləşən Göygöl Milli Parkının idarəetməsində olan “X8”nın ərazisinə gələrək qəsdən həmin ov tüfəngindən istifadə etməklə atəş açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilmiş Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədi hesab edilən “Azərbaycan Respublikasının Qırmızı kitab”ında adı nadir növ hesab edilən, ovlanması tamamilə qadağan edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 176 nömrəli qərarına əsasən 01 ədədinin qiyməti 330 (üç yüz otuz) manat olan, lakin həmin qərara əsasən dövlət ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovlandığı üçün dəyəri ikiqat ölçüdə hesablanan 03 ədəd turac quşlarını ovlamaqla təbiətə xeyli miqdarda, cəmi 1980 (bir min doqquz yüz səksən ) manat ziyan vurmuş, 04 noyabr 2023-cü il tarixdə Göygöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən reyd zamanı Təqsirləndirilən şəxs “X8”nın ərazisində saxlanılaraq ondan icazəsiz olaraq ovladığı 03 ədəd turac quşları və 01 ədəd qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, 98552-61 nömrəli, yivsiz odlu ov tüfəngi, 06 ədəd yivsiz odlu ov tüfəngində istifadə edilməsi üçün nəzərdə tutulmuş patron və 05 ədəd boş giliz aşkar olunaraq, qanunamüvafiq qaydada sənədləşdirilib, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, ova olan marağıyla əlaqədar əvvəllər ovçuluqla məşğul olmuşdur. Lakin ovçuluq təsərrüfatına üzv olmağı ilə bağlı ovçuluq bileti yoxdur. Ov etmək üçün rəsmi icazə (lisenziya) almamışdır. Bundan başqa, mərhum babasından qalma rəsmi sənədləri olmayan qoşalüləli 20 kalibrli 98552-61 nömrəli ov tüfəngi vardır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin etmiş olduğu müraciətlə tanış olmuşdur. 04 noyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində ov etmək məqsədilə mərhum babasından qalma rəsmi sənədləri olmayan qoşalüləli 20 kalibrli 98552-61 nömrəli ov tüfəngini də götürərək Yevlax rayonu Salahlı kəndinin ərazisində Kürün qırağı deyilən yerə getmişdir. Ov tüfəngindən istifadə etməklə qabağına çıxan 3 quşu ovlamışdır. Daha sonra həmin quşlara yaxınlaşıb yaxından baxdıqda həmin quşların turac quşu olmasını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin Göygöl Milli Parkının əməkdaşları qeyd etdiyi yerə gələrək ovladığı 3 (üç) ədəd turac quşunun Göygöl Milli Parkının tabeçiliyində fəaliyyət göstərən X3rmızı kitaba salınaraq ovlanmasının qadağan olduğunu ona bildirmişlər. Daha sonra Göygöl Milli Parkının sahə müfəttişi işləyən Səbuhi adlı əməkdaşı onun izahatını almış və qanunsuz 3 (üç) ədəd turac quşu ovlamağı ilə bağlı digər əməkdaşların və onun iştirakı ilə birlikdə akt tərtib olunmuşdur. Bundan sonra Göygöl Milli Parkının əməkdaşları ona qanunsuz 3 (üç) ədəd turac quşu ovlamağı ilə bağlı təbiətə 1980 (bir min doqquz yüz səksən) manat məbləğində maddi ziyan dəyməsini demişlər. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Maddi imkanı olmadığından vurduğu ziyanı ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Xidməti Göygöl Milli Parkının nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin Göygöl Milli Parkının X5 sahə müfəttişi vəzifəsində çalışır. 04 noyabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lisenziya verilmiş vətəndaşlara X5 ov etmələrinə təlimata nəzarət-baxış tədbiri keçirilərkən bir nəfər tanımadığı vətəndaşın əlində olan ov silahı ilə birlikdə təsərrüfatın ərazisində olmasını görmüşdür. O, özü şəxsən həmin vətəndaşa yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşdan üzərində olan silahın sənədlərini və ov etmək üçün lisenziyasının olub-olmamasını soruşmuşdur. Həmin vətəndaş sənədlərini təqdim etdikdən sonra onun Şahid2 olmasını öyrənmişdir. O, Şahid2 ov silahının sənədlərini və ov etmək üçün lisenziyasını yoxladıqdan sonra bütün sənədlərinin qaydasında olmasını aşkar etmişdir. Bu zaman sənədləri yoxlayarkən təxminən 150 metr məsafədə yerləşən kanalın üstündə bir nəfər əlində silahı olan şəxsin kanalın üstü ilə getməsini görmüşdür. O, həmin şəxsə təxminən 50 (əlli) metr məsafə qaldıqdan sonra həmin tanımadığı şəxs qaçmağa başlamışdır. O, da onu qovaraq saxlamış və əvvəl gəldiyi yerə qayıtmışdır. Həmin şəxs ona Vasif adlı şəxs olduğunu demişdir. Həmin vaxt Vasifin çiynindən çanta asılmışdır. O, özü şəxsən Vasifə yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşdan üzərində olan silahın sənədlərini və ov etmək üçün lisenziyasının olub-olmamasını soruşmuşdur. Vasif əvvəlcə silahının sənədlərinin olduğunu desə də, o, silahın sənədlərinin olmadığını dəqiqləşdirmişdir. Daha sonra o, Vasifə çiynində asılmış çantanı açmasını və çantanı ona təqdim etməsini bildirmişdir. Vasif çantanı açıb təqdim etdikdən sonra çantanın içərisinə baxış keçirtmiş və çantadan 3 (üç) ədəd ovlanmış vəziyyətdə adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşu aşkar olunmuşdur. Həmin vaxtı istifadəsində olan mobil telefonda olan videokamera vasitəsilə videoçəkiliş aparılmışdır və 1 ədəd kompakt CD disk şəklində istintaqa təqdim olunmuşdur. Daha sonra bu barədə qanuni sənədləşdirmə aparmaq üçün Vasifi Varvara kəndində yeger dayaq məntəqəsinə dəvət etmiş və bundan sonra mühafizə yegeri Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində müvafiq sənədləşmə işləri aparılaraq qanuni tədbir görülməsi üçün Xidmətin rəhbərliyi tərəfindən aidiyyəti üzrə Göygöl Rayon Polis Şöbəsinə göndərilmişdir. 04 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 3 (üç) ədəd ovlanmış vəziyyətdə adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşu maddi sübut qismində saxlanması üçün tərəfindən akt tərtib edilərək götürülmüş və saxlanılması üçün Göygöl Milli Parkının nəzdində olan soyuducuya yerləşdirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd ov silahı isə qanuni tədbir görülməsi üçün sənədləşdirilərək Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs 3 (üç) ədəd adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşunu qanunsuz ovlaması nəticəsində təbiətə 1980 (min doqquz yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin ziyan ödənilməmişdir. Həmin ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin Göygöl Milli Parkının X5 mühafizə yegeri vəzifəsində çalışır. Ölkədə ov mövsümü müvafiq olaraq hər il sentyabr ayından başlayaraq növbəti il fevral ayının sonuna kimi davam edir. Bu müddət ərzində müvafiq qaydada ov etmək üçün lisenziya (icazə) almış şəxslər hər həftənin altıncı və bazar günləri Göygöl Milli X1la ovlanması qadağan olunmamış və adı “Qırmızı Kitaba” düşməmiş quş və balıq növlərini ovlayırlar. O və X6 sahə müfəttişi Zərərçəkmiş şəxs ilə tərəfindən hər həftənin altıncı və bazar günləri təlimata uyğun olaraq təsərrüfatın ərazisində nəzarət-baxış tədbiri keçirilir. 04 noyabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lisenziya verilmiş vətəndaşlara X5 ov etmələrinə təlimata nəzarət-baxış tədbiri keçirilərkən ərazidə silah atəş səsləri eşitmişlər. Daha sonra Səbuhi ondan qabaqda getdiyi üçün bir nəfər tanımadığı vətəndaşın əlində olan ov silahı ilə birlikdə təsərrüfatın ərazisində olmasını görməsini demişdir. Səbuhi özü şəxsən həmin vətəndaşa yaxınlaşıb sənədlərini yoxlamaq üçün getmişdir. O, bir az sonra onların yanına çatmışdır. Sahə müfəttişi Zərərçəkmiş şəxs ona həmin vətəndaşın silahının sənədlərini yoxlamasını dedikdən sonra onun Şahid2 olmasını öyrənmişdir. O, Şahid2 ovçu kimi tanıyır, belə ki, müxtəlif dövrlərdə qanuni icazə alaraq həftə sonları ərazidə ov edir. O, Şahid2 ov silahının sənədlərini və ov etmək üçün lisenziyasını yoxladıqdan sonra bütün sənədlərinin qaydasında olmasını aşkar etmişdir. Bu zaman o, sənədləri yoxlayarkən Səbuhi təxminən 150 metr məsafədə kanalın üstündə bir nəfər əlində silahı olan şəxsin kanalın üstü ilə getməsini gördüyünü demişdir. Səbuhi həmin adamın arxasıyca qaçaraq həmin şəxsi saxlayaraq və onun olduğu yerə gətirmişdir. Daha sonra həmin şəxs özünü onlara təqdim edərək Vasif adlı şəxs olduğunu demişdir. Vasifin çiynindən çanta asılmışdı. Səbuhi özü şəxsən Vasifə yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşdan üzərində olan silahın sənədlərini və ov etmək üçün lisenziyasının olub-olmamasını soruşmuşdur. Vasif əvvəlcə silahının sənədlərinin olduğunu desə də, Səbuhi silahın sənədlərinin olmadığını dəqiqləşdirmişdir. Daha sonra o, Vasifə çiynində asılmış çantanı açmasını və çantanı ona təqdim etməsini bildirmişdir. Vasif çantanı açıb təqdim etdikdən sonra çantanın içərisinə baxış keçirtmiş və çantadan 3(üç) ədəd ovlanmış vəziyyətdə adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşu aşkar olunmuşdur. Həmin vaxtı Şahid2 da onların yanında olmuşdur. Daha sonra bu barədə qanuni sənədləşdirmə aparmaq üçün Vasifi Varvara kəndində yeger dayaq məntəqəsinə dəvət etmişlər və bundan sonra sahə müfəttişi vəzifəsində çalışan Zərərçəkmiş şəxs və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində müvafiq sənədləşmə işləri aparılaraq qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə Göygöl Rayon Polis Şöbəsinə göndərilmişdir. 04 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 3(üç) ədəd ovlanmış vəziyyətdə adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşu maddi sübut qismində saxlanması üçün akt tərtib edilərək götürülmüş və saxlanılması üçün Göygöl Milli Parkının nəzdində olan soyuducuya yerləşdirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd ov silahı qanuni tədbir görülməsi üçün sənədləşdirilərək Yevlax Rayon Polis Şöbəsinə göndərilmişdir. Şahid1 ifadəsini davam etdirərək bildirmişdir ki, o, 04 noyabr 2024-cü il tarixdə X6 ərazisində nəzarət-baxış tədbiri apararkən silahdan açılmış atəş səsləri eşitmiş, lakin özü şəxsən 04 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 03 (üç) ədəd adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşunu vurmağını şəxsən görməmiş, lakin Vasifin çantasını yoxladıqdan sonra 03 ədəd ovlanmış vəziyyətdə turac quşu aşkar olunmuş və Vasif özü həmin quşları ovlamasını etiraf etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ova olan marağı ilə əlaqədar Yevlax rayonu Varvara kəndində yerləşən X6 ərazisinə gedir. Belə ki, ov etmək üçün ona 30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 0443 nömrəli ovçuluq bileti verilmişdir. Özünə məxsus rəsmi sənədləri olan 12 kalibrli, qoşalüləli 012265 nömrəli ov tüfəngi vardır. Bundan başqa o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ov etmək üçün rəsmi şəkildə AA seriyalı 020395 nömrəli lisenziya almışdır. 04 noyabr 2024-cü il tarixdə səhər saat təxminən 10 radələrində özünə məxsus rəsmi sənədləri olan 12 kalibrli, qoşalüləli 012265 nömrəli ov tüfəngini də götürüb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ov etmək üçün Yevlax rayonu Varvara kəndində yerləşən X6 ərazisinə getmişdir. 04 noyabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən lisenziya verilmiş vətəndaşlara X5 ov etmələrinə təlimata nəzarət-baxış tədbiri keçirilərkən sahə müfəttişi Zərərçəkmiş şəxs özü şəxsən ona yaxınlaşıb sənədlərini yoxlamağa başlamışdır. O, sahə müfəttişi Zərərçəkmiş şəxs 30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 0443 nömrəli ovçuluq bileti olmasını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ov etmək üçün rəsmi şəkildə AA seriyalı 020395 nömrəli lisenziya almağını deyərək qeyd olunan sənədləri təqdim etmişdir. Sahə müfəttişi Zərərçəkmiş şəxs ov silahının sənədlərini və ov etmək üçün olan lisenziyanı yoxladıqdan sonra bütün sənədlərinin qaydasında olmasını aşkar etmişdir. Bu zaman Səbuhi sənədləri yoxlayarkən təxminən 150 metr məsafədə kanalın üstündə bir nəfər əlində silahı olan şəxsin kanalın üstü ilə getməsini görmüşlər. Səbuhi həmin adamın arxasıyca qaçaraq həmin şəxsi saxlayaraq onun olduğu yerə gətirmişdir. Daha sonra həmin şəxs özünü onlara Vasif adlı şəxs olduğunu demişdir. Səbuhi özü şəxsən Vasifə yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşdan üzərində olan silahın sənədlərini və ov etmək üçün lisenziyasının olub-olmamasını soruşmuşdur. Vasif əvvəlcə silahının sənədlərinin olduğunu desə də, Zərərçəkmiş şəxs silahın sənədlərinin olmadığını dəqiqləşdirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Vasifə çiynində asılmış çantanı açmasını və çantanı təqdim etməsini bildirmişdir. Vasif çantanı açıb təqdim etdikdən sonra çantanın içərisinə baxış keçirilmiş və çantadan 3(üç) ədəd ovlanmış vəziyyətdə adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşu aşkar olunmuşdur. Həmin vaxtı o, şəxsən onların yanında olmuş və bütün bu baş verənləri özü görmüşdür. Daha sonra bu barədə qanuni sənədləşdirmə aparmaq üçün Vasifi Varvara kəndində yeger dayaq məntəqəsinə dəvət etmişlər və bundan sonra sahə müfəttişi vəzifəsində çalışan Zərərçəkmiş şəxs və mənim iştirakı ilə Təqsirləndirilən şəxs barəsində müvafiq sənədləşmə işləri aparılaraq qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə Göygöl Rayon Polis Şöbəsinə göndərilmişdir. 04 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 3(üç) ədəd ovlanmış vəziyyətdə adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşu maddi sübut qismində saxlanması üçün akt tərtib edilərək götürülmüş və saxlanılması üçün Göygöl Milli Parkının nəzdində olan soyuducuya yerləşdirilmişdir. İşdə olan Göygöl Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Salahlı kənd sakini Təqsirləndirilən şəxs maddi sübut kimi götürülmüş 3 baş turac quşu istintaq işi başlanana qədər soyuducuda dondurularaq saxlanılması üçün X6 sahə müfəttişi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 3 (üç) ədəd ovlanmış vəziyyətdə dondurulmuş turac quşu iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş təbiətə dəymiş ziyanın hesablanması haqqında xx.xx.2023-cü il tarixli cədvəldən görünür ki, Göygöl Milli Parkı ərazisində Yevlax rayonu Salahlı kənd sakini Təqsirləndirilən şəxs 3 (üç) ədəd turac quşunun ovlanması nəticəsində təbiətə 1980 (bir min doqquz yüz səksən) manat məbləğində ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 01 iyul 2024-cü il tarixli 74/1162 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd 98552-61 nömrəli silah zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmağlı, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngidir. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar, gilizləri zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, daxili komponentləri sonradan kustar üsulla doldurulmuş 20 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş ov sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 05 ədəd gilizlər, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuşdur, 20 kalibrli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir-boş atılmış gilizlərdir, hal-hazırda atəş üçün yararsızdırlar (Qeyd tədqiqata təqdim edilmiş 06 ədəd 20 kalibrli ov patronlarından 02 ədədi eksperimental atəşlər zamanı isitifadə olunmuşdur). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 10 iyul 2024-cü il tarixli 9/4429 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cədvəldə Göygöl Milli X1suz olaraq ovlanması tamamilə qadağan edilmiş adı “Qırmızı Kitab”a düşmüş 03 ədəd turac quşunun ovlanması nəticəsində təbiətə dəymiş ziyanın mənləği AR-nın Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli qərarına əsasən 1980 manat müəyyən edilmişdir. İşdə olan 19 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmaqlı, 98552-61 nömrəli, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngi, 04 ədəd yivsiz odlu ov tüfəngində istifadə edilməsi üçün nəzərdə tutulmuş patron patron və 05 ədəd boş gilizin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və Yevlax rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağında saxlanılması nəzərə alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 (üç) ədəd adı “Qırmızı Kitaba” düşmüş və qanunla ovlanması qadağan olunmuş turac quşunu ovlaması nəticəsində təbiətə 1980 manat məbləğində ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilmiş Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədi hesab edilən “Azərbaycan Respublikasının Qırmızı kitab”ında adı nadir növ hesab edilən, ovlanması tamamilə qadağan edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 176 nömrəli qərarına əsasən 01 ədədinin qiyməti 330 (üç yüz otuz) manat olan, lakin həmin qərara əsasən dövlət ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovlandığı üçün dəyəri ikiqat ölçüdə hesablanan 03 ədəd turac quşlarını ovlamaqla təbiətə xeyli miqdarda, cəmi 1980 (bir min doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 258.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Asif və xx.xx.2017-ci il təvəllüdlü Əsəd adlı azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlaklar kimi müəyyən olunmuşdur. İş üzrə maddi sübut olan və Göygöl Milli Parkına məxsus soyuducuda saxlanılan 03 ədəd turac quşu dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmaqlı, 98552-61 nömrəli, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngi, 04 ədəd yivsiz odlu ov tüfəngində istifadə edilməsi üçün nəzərdə tutulmuş patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli və 05 ədəd boş giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 06 iyun 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərər əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs islah işləri cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilsin. İş üzrə maddi sübut olan və Göygöl Milli Parkına məxsus soyuducuda saxlanılan 03 ədəd turac quşu dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 01 ədəd zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmaqlı, 98552-61 nömrəli, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngi, 04 ədəd yivsiz odlu ov tüfəngində istifadə edilməsi üçün nəzərdə tutulmuş patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin və 05 ədəd boş giliz hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ 22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 06 iyun 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmdən elan edildiyi vaxtdan (həbsdə olan məhkum hökmü aldığı vaxtdan) 20 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(039)-144/2024
Yevlax Rayon Məhkəməsi Hökm — İş №1(039)-144/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver