Məhkəmə qərarları › İş №1(039)-145/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №1(039)-145/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 1(039)-145/2020 11.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarənin İ-ci İnstansiya Məhkəməsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs , Cinayət qanuni ilə nəzərdə tutulmuş şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Laçın rayonunun Ərikli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu Ərikli kəndində qeydiyyatda olan hazırda Yevlax rayonu Xaldan kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş yekun protokolda qeyd olunur ki, o, xx xxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində, Yevlax rayonu Xaldan kəndində yerləşən, birgə yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, bacısı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vuraraq sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü istinad edilən əməldə təqsirli bilərək söyləmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Belə ki, anası və bacısı Adilə ilə bir evdə yaşayırlar. Anası onkoloji xəstədir və ona mütəmadi olaraq qan köçürülür. Adilə işləyir, lakin anasının müalicəsi üçün köməklik etmir. xx xxxxxxx 2020-ci il tarixdə, axşam təxminən saat 18:00-da evdə olan zaman anasının vəziyyəti pisləşmiş və ona təcili qanın köçürülməsi zərurəti yaranmışdır. Adilədən pul istəsə də, Adilə ona pul vermək istəməmiş və anasının ünvanına xoş olmayan sözlər işlətmiş, daha sonra isə anasına cavab qaytarmışdır. Bundan əsəbiləşərək bacısı Adilənin sifətinə bir şillə vurmuşdur. Mübahisə zamanı evdə heç kim olmadığından bunu heç kim görməmişdir. Sonradan bacısı ondan şikayət etmişdir. Hazırda bacısı Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Yevlax rayonu Xaldan kəndində yerləşən evdə anası və qardaşı Sədi ilə birlikdə məskunlaşaraq yaşayırlar. Anası yataq xəstəsidir. Qardaşı heç bir yerdə işləmir. xx xxxxxxx 2020-ci il tarixdə axşam evə işdən gələn zaman qardaşının sərxoş olduğunu görmüş, onu döyəcəyini anladığı üçün qonşuya getmişdir. Bir müddətdən sonra qayıdanda isə qardaşı Sədi yuxudan oyanıb ondan pul istəmişdir. Bu zəmində aralarında mübahisə başlamış və Sədi əli ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Bu hadisə evin içində olduğundan heç kim görməmişdir. Belə ki, anası evdə olsa da xəstə olduğundan hadisəni anlamamışdır. Təqsirləndirilən şəxslə artıq barışmışdır, ona qarşı hər hansı bir tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 663 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol çənəaltı nahiyənin qançırı, aktiv və passiv hərəkətin məhdudluğu ilə müşahidə olunan sol mil-bilək oynağının şişkinliyi və sıyrıqları, sağ əlin arxa səthinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxxx 2020-ci il tarixə uyğun gəlir, qeyd edilən xəsarət səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa “yüngül” zərər vuran xəsarətə aid edilir. (səh.06-07) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayrı-ayrılıqda ərizə təqdim edərək barışdıqlarını bildirməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Cinayət Məcəlləsi: Maddə 73.2. Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllə: Maddə 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Maddə 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə artıq barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Cinayət Prosessual Məcəlləsinin 321, 344 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığından, xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə təhqiqat dövrü üçün 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Məmmədov Fərhad Möhübbət oğluna və məhkəmə dövrü üçün 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Müdafiəçi Sadəddin oğluna ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar